50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə30/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

kiliyəm. İmza toplayıram. Əgər razısınızsa deputatlığa nami‑
zədiniz o olsun, mümkünsə pasportunuzu təqdim edin” sor‑
ğuma müsbət cavab verirdilər. Günorta olduğundan qapını
özləri açar, nəinki öz pasportlarını, hətta ərlərinin, qayınata,
qayınanalarının da pasportlarını yığıb təqdim edərdilər.
Axşam imza toplayanda isə ərləri evdə olurdu. Bütün günü
işdə olan, işləri düz gətirməyən, evə əlləri ətəyindən uzun qa‑
yıdan ərlər məni görəndə “çiçəkləri çırtlayırdı”. Acıqlarını
mənim üstümə tökürdülər. “Nə seçki, nə Qabil? Nə edəcək
bizə deputat olsa Qabil? İş yeri açacaq? Pul verəcək? Qarnı‑
mızı doyuracaq? O da o birilərinin tayı olacaq da...”. Amma
evə dəvət edən, qabağıma çay qoyan da olurdu. Hətta bir dəfə
şair Qabili, o vaxt dövlət müşaviri işləyən Qabil Hüseynliylə
də səhv salıb imza vermişdilər. “Qabildir – öz yerazımızdır”
yazısında bu barədə ətraflı bəhs etmişəm.
Qısa müddət ərzində 2200 imza topladım. 300 imzanı isə
atamın həmpiyalə dostları topladı. Hətta şair Balasadığı Basin
küçəsində həyət evlərində imza toplayarkən, az qalmışdılar
ki, döysünlər. Vedrəylə üstünə su da atmışdılar. Çox ağır zə‑
manəydi. Qaçqın problemi, müharibə. Camaat seçki hayında
deyildi. Onu da qeyd edim ki, namizəd olmaq istəyənlər ara‑
sında tanınmışlardan Mir Şahin və general Timoşenko da
vardı. Hətta Qabil adını eşidən Timoşenkonun kürkünə birə
düşmüşdü. Nəhayət, imza bülletenlərini dairəyə təhvil ver‑
dik. Müəyyən bir vaxtdan sonra evə zəng gəldi. Atamı dai‑
rəyə çağırdılar. Dairə sədrinin otağına ikimiz girdik. Və...
Qabil müəllim, imzaların çoxu ekspertlər tərəfindən etibar‑
sız sayılıb. Ona görə də namizədliyiniz qeydə alınmır”. Atam
mənə baxdı. Başımla işarə etdim ki, “yalan deyir. Özüm bir‑
bir yığmışam”. Heç nə danışmadı. Bir‑iki dəqiqə susdu. Sü‑
M A H İ R   Q A B İ L O Ğ L U
120


kutu dairə sədri pozdu:
– Qabil müəllim, bizim qərarımızdan narazısınızsa, məh‑
kəməyə müraciət edə bilərsiniz.
Bu sözlər atamı özündən çıxartdı. Ayağa durub, hirslə:
– Alə, indi deyirsən ki, mən Heydər Əliyevi məhkəməyə
verim?
Dairədən çıxdıq. Fikirli idi. Amma danışmırdı. Bu seçki‑
lərdən sonra bir çox yazıçı namizədliklərinin qeydə alınma‑
masından sarsıntı keçirdi. Biri infarkt oldu. Nədi‑nədi ildə bir
dəfə yaylaq kimi yada saldığı rayonundan, doğma el‑obasın‑
dan bunun deputat olmasına etiraz ediblər. O biri yazıçı etiraz
əlaməti olaraq layiq görüldüyü ordeni geri qaytarmaq fikrinə
düşdü. Deyəsən dildə bu addımı atdı da... Atam isə ona “bura
bax, sənə orden verəndə öhdəlik götürmüşdülər ki, deputat
da olacaqsan” deyə ürək‑dirək verirdi. Adını çəkə bilmərəm.
Həmin adam hələ sağdır.
Nəticədə Nəsimi rayonundan general Timoşenko seçildi.
Atam bunu da sakit qarşıladı. Amma günlərin bir günü, döv‑
lət tədbirlərinin birində “Heydər müəllim, mən ömrümdə
bircə dəfə deputat seçilmək istədim. Nə biləydim ki, əvvəlcə‑
dən icazə almaq lazımdır. Deputat seçilmədim, ara yerdə “14
şirvan”ım da batdı” deməklə ürəyini boşaltdı. Bu “14 şirvan”
məsələsi köhnə xatirə kimi bir də, atamın 70 illik yubileyin‑
dən sonra keçirilən səhnəarxası görüşdə xatırlandı. Yəqin ki,
videosunu görmüsünüz. Danışmağıma ehtiyac yoxdur.
1995‑ci il deputat seçkilərində bizim ailə kimə səs verdi,
yadımda deyil. Amma mənim xatirimdə buraxdığı iz çox
dərin oldu.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
121


Çünki Heydər Əliyevin oğludur
1998‑ci il prezident seçkilərində də İmamverdiyevlər ailəsi
bir nəfər kimi seçkilərə gedib, Heydər Əliyevə səs verdi. Əl‑
bəttə ki, ailə başçısı Qabilin rəhbərliyi altında. 2000‑ci ilin də
deputat seçkiləri bizim üçün sönük keçdi. Deputatımız deyə‑
sən Gülər Əhmədova idi.
2003‑cü ildə isə vəziyyət bir az başqa oldu. Çünki prezi‑
dentliyə namizədlər sırasında iki namizəd Əliyev vardı. Biri
Heydər Əliyev, o biri isə İlham Əliyev. Ailədaxili “münaqişə‑
miz” dərinləşirdi. Fikirlərimiz haçalanmışdı. Atam Heydər
Əliyev deyirdi, mən isə İlham Əliyev. Seçkilərə az qalmış
Heydər Əliyevin müraciəti səsləndi və o, öz namizədliyini
geri götürdü. Xalqımızı İlham Əliyevə səs verməyə çağırdı.
Bu dəfə atamdan soruşdum:
– İndi kimə səs verəcəksən?
– İlham Əliyevə.
– Niyə?
– Çünki Heydər Əliyevin oğludur.
2005‑ci il – parlament seçkiləri
2003‑cü ildə atam və anam Yasamal rayonundan daimi
qeydiyyatdan çıxıb, prezidentin hədiyyə etdiyi, Nəsimi ra‑
yonu ərazisində yerləşən evə qeydiyyata düşdülər. 2005‑ci il
parlament seçkiləri günü səhər tezdən “trevoqa” verdi ki, ge‑
dirik səsverməyə. Məntəqə 44 saylı məktəbdə yerləşirdi. Mən‑
təqənin də sədri həmin məktəbin direktoru Səfərəli
Səfərəliyev idi. Anam 40 il o məktəbdə işlədiyindən və qızla‑
rım da orada oxuduğuna görə Səfərəli müəllimi çoxdan tanı‑
yırdıq. Düzü, bülletendə kimin adının olduğunu bilmirdim.
M A H İ R   Q A B İ L O Ğ L U
122


Səfərəli müəllim bizi mehribanlıqla qarşıladı. Atamla anamın
şəxsiyyət vəsiqəsini götürüb, məntəqə üzvlərinə verdi. Birdən
atam yüksək səslə:
– Səfərəli müəllim, mən Ziyad Səmədzadəyə səs verəcə‑
yəm. Bəyim də, uşaqlar da... Düz edirəm?
– Qabil müəllim, lap əcəb eləyirsən. Ürəyin kimə istəyir,
ona da səs ver.
– Yox e... Mən Ziyad Səmədzadəyə səs verəcəyəm. Düz
eləyirəm?
– Düz eləyirsən, Qabil müəllim – deyə Səfərəli müəllim
gülərək cavab verdi. Bülleteni atamla, anama verib pərdəli
otağa yola saldı.
Atam isə (Məzahir Pənahovun və müşahidəçilərin gözün‑
dən iraq) anamı haylayaraq “Bəyim, “oçki” götürməmişəm.
Gəl Ziyadın qabağında “plyus” qoy” dedi. Beləcə seçkimiz
başa çatdı. Məntəqədən çıxandan sonra dedim ki, “papa, se‑
çimində yanıldın. Bu dairədən YAP‑ın nümayəndəsi, köhnə
əliyevçi Zahid Qaralov deputat seçiləcək. Sən isə mütəlli‑
bovçu kimi tanınan Ziyad Səmədzadəyə səs verdin. Səsin
uçdu havaya”. Atam “dəxli yoxdur. Əcəb elədim ona səs ver‑
dim. Çünki…” və niyə məhz Ziyad Səmədzadəyə səs vermə‑
sinin səbəbini açıqladı. Onu demirəm. Sonda deyəcəyəm.
Beləcə, atamın həyatında son seçkisi də belə başa çatdı. 2007‑
ci ildə rəhmətə getdi.
2015‑ci il – parlament seçkiləri
2008‑ci il, 2013‑cü il prezident seçkilərində iştirak etdim.
Amma atamdan sonra ailə başçısı olan mən seçkiyə tək ge‑
dirdim. Nə həyat yoldaşıma, nə də seçici yaşına çatan qızla‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
123


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə