50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə33/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

Amma, Mahir müəllim,  bunları Mübariz müəllimə qıy‑
marıq. Bilirik, bu iş onluq deyil. O, gözəl insandır. O gözə gö‑
rünən dini təriqətlərə güldən ağır söz demir, biz
gözəgörünməyən cin‑şəyatinlərə nə edəcək ki? O ki, qaldı fal‑
çıya? Falçıya qanunla nə vaxt icazə verilib ki, indi də onu
qanun layihəsi hazırlayıb qadağan eləsinlər.
Mahir müəllim, yəni falçılar belə parlaq simadırlar ki, döv‑
lətin diqqətini cəlb eləyiblər? Bəlkə hardansa eşidiblər ki, və‑
zifəli arvadları həftə səkkiz, mən doqquz falçı yanına gedirlər?
Dua yazdırıb ərlərinin vəzifədən çıxarılmasının qarşısını alır‑
lar? Ya da ərlərinin harda arvad saxlamalarını öyrənirlər. İnan‑
mayın. Yalandır. Mahir müəllim, bilirsən də... bu dualar ərəb
əlifbasında yazılır. Heç kim də bu əlifbanı oxuya bilmir. Özü
də ki, falçılar duanı üçbucaq şəkildə bürmələyib, açmamağı
əmr edirlər. Sonra da yaşıl parçaya büküb, qıraqlarını tikməyi
söyləyirlər. Duanı da sancaqla kürəyin sol, yəni ürəyə yaxın
hissəsindən asmağı, ya da balışın altına qoymağı tövsiyə edir‑
lər. Bu qorxu, ruzi, göz dualarına aiddir. Lap açsalar da, heç
kim bu duada nə yazıldığını oxuya bilməyəcək. Çünki falçılar
özləri də bu duaları bilmir. Yalanpışdan yazırlar. Tək‑tükü ta‑
pılar ki, yazmağı bacarar. Keçmişdə, lap indinin özündə də bu
cür duaları əsasən mollalar yazırdı. Mahir müəllim, yatmağa
qoymadığıma görə acıqlısan mənə. Bir lətifə deyim, gül:
Qədim zamanda bir kişinin Səkinə adlı arvadı olur. Yaman
avam imiş. Bir gün bu Səkinə arvadın inəyi süddən kəsilir.
Özü kimi avam qonşu qadınlar buna məsləhət görürlər ki, bəs
get mollanın yanına, inəyə dua yazdır. Səkinə arvad da gəlir
mollanın hüzuruna. Hal‑qəziyyəni ona danışır. Molla da tez
kağız götürüb, lələkdən yonulmuş qələmini xoruz qanına ba‑
tırıb ərəb‑fars əlifbasında nəsə yazır. Üçbucaq büküb verir ar‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
131


vada ki, bəs apar as inəyin buynuzundan. Tezliklə inəyin süd
verəcək. Dönə‑dönə də tapşırır ki, duanı nəbadə açasınız,
yoxsa inək ölər. Səkinə arvad da molla deyən kimi edir.
Axşam əri evə gəlir. Tövləyə girib heyvanlara yem vermək is‑
təyəndə, inəyin buynuzundakı kağız diqqətini cəlb edir.
Duanı buynuzdan qoparıb açmaq istəyəndə arvadı özünü
çatdırır. Deyir ki, aman günüdür, açma, yoxsa inək ölər. Kişi
də belə şeylərə inanmırmış. Az‑maz da oxumağı bacarırmış.
Açır duanı. Görür ki, orda yazılıb:
Səkinə, ay Səkinə,
Sənə qoyum  d.....
Sənin inəyin süd vermir?
Mollanın nə s.....!
Ha, ha, ha... Mahir müəllim, necədir? Xoşuna gəldi? Bax,
bizim “molla”ların yazdıqları dualar bu stildədir. Çünki bizi
tanımaq istəmirlər. Ona görə də bazarları ölüb. İstəyirlər ki,
falçıları aradan götürsünlər ki, bəlkə onlara da üz tutan tapıla.
Oyan, Mahir müəllim, oyan. Yaz. Yaz ki, bizi yada salmasınlar.
Dua yazma ha... Sadəcə yazı yaz. Özü də latın qrafikasında,
aydın dildə. Nə olar,  bizdə qoy işləri olmasın. Kasıb camaat‑
dır da kömək edirik. Varlıların, imkanlıların falçıları başqadır.
Onlar İblislə dostluq edir. “Krışa”ları da möhkəmdir.
Mahir müəllim, Mübariz müəllim tarixi bitirib. Bəlkə qədim
inkvizisiya tarixindən müəllimi güclü olub. Mühazirədə falçı‑
ların, cadügərlərin tutulması, şəhər meydanında iri tonqal qa‑
lanaraq diri‑diri yandırılması səhnəsini elə təsvir edib ki, gənc
tələbə Mübarizin yaddaşında dərin iz buraxıb. Daha doğrusu,
psixoloji travma vurub. Yox, inanmıram, Mahir müəllim. Lap
qoy elə olsun. Azadlıq meydanında tonqal qalasınlar. Falçıları,
M A H İ R   Q A B İ L O Ğ L U
132


cadugərləri, dua yazanları orda yandırsınlar. Bizi ki, yandıra
bilməyəcəklər. Onların bədənindən çıxıb, digərlərinin bədəninə
girəcəyik. Bugünəcən yalan danışırdıq. Daha danışmayacağıq.
Deyəcəyik ki, kasıbsan, ay ana, ona görə qapına elçi gəlmir. De‑
yəcəyik, ay ana, qızın elçilərə ona görə “hə” demir ki, çünki
“üzü açılıb”. Sadəcə bir oğlanla sərhədi aşıb. İndi də qorxur ərə
getməyə ki, toy gecəsi saçını qırxıb üstünüzə göndərərlər. De‑
yəcəyik ki, ay ana, oğlun ona görə evlənmir ki, “qoluboy”dur.
Özü də passivindən. Deyəcəyik ki, oğlun ona görə şam kimi
əriyir ki, arvadını başqa kişiylə yataqda tutub. Bilmir nə etsin
– boşansın, yoxsa ki, uşaqların xətrinə yoluna davam etsin. İş‑
ləri düz gətirməyən, işdə yüksələ bilməyənlərə, onların yolla‑
rını kəsənlərin, sukaların adlarını deyəcəyik.
Mahir müəllim, onlara izah elə ki, heç olmasa biz cin‑şə‑
yatini insanlıqdan çıxartmasınlar. Xəyal plovdu da, yediririk
camaata – falçıların əliylə.
– Yaxşı, əl çəkin yazaram. Yəqin ki, oxuyarlar. Amma söz
vermirəm a... ki, nəsə köməyi olsun. Bağlı qapınız açılsın. Sa‑
dəcə məndən əl çəkəsiniz deyə yazıram.
ƏTAĞA
Şəxsən mən falçılara, cadugərlərə, qeyri‑adi insanlara ina‑
nıram. Əsl sənətkarlar da elə loru dildə desək, cadugərlərdir.
Öz sənətləriylə insanları ovsunlayırlar. Uşaq yaddaşımdan
üzü bu yana onlar haqqında çox eşitmişəm. Onlar haqqında
sənədli filmlərə maraqla tamaşa etmişəm. Amma ilk tanıdı‑
ğım qeyri‑adi insan, bu gün də qəbri bir el ziyarətgahına çev‑
rilən Mir Mövsüm Ağadır. Atam tez‑tez anamla məni onun
qəbrini ziyarət etməyə aparırdı. Saysız qəbirlər içində fərqlə‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
133


nirdi. Yox elə bilməyin ki, bahalı mərmərdən, qranitdən idi.
Yaxud da üstündə büst və ya heykəl ucaldılmışdı. Sadəcə
məzar hündür tikilmişdi. Qırağı suvanmış, göy rəngdə rəng ‑
lənmişdi. Baş tərəfdə ağ mərmərdən balaca bir lövhə vardı.
Atama baxıb mən də qəbrin başına üç dəfə fırlanırdım. Əlimi
daşa sürtə‑sürtə. Hər dəfə fırlananda o ağ lövhəcikdən öpür‑
düm. Atam danışırdı ki, Ətağa (onu o vaxt hamı bu adla ta‑
nıyırdı) İçərişəhərdə yaşayırmış. Anası, dayısı atamı da
Ağanın ziyarətinə aparırlarmış. Ağa da onun başını sığalla‑
yar, hətta bir dəfə pul da veribmiş.
Əvvəldə dediyim kimi sovet vaxtı hamı Mir Mövsüm
Ağanı “Ətağa” deyə çağırırdı. Hətta bakılıların sevimli and
sözü də vardı : “Ətağa cəddi”. Amma günlərin bir günü qə‑
birüstünə gələndə bir kişi və qadınla rastlaşdıq. Atam onlarla
görüşdü. İlk dəfə professor, psixiatr Ağabəy Sultanovu onda
görüb tanıdım. Hələ televiziya kanallarının sevimlisinə çev‑
rilməmişdi. Atam “Ətağa” kəlməsini işlədəndə, o, irad tutdu
ki, “Qabil müəllim, kora kor demək olar? Və ya kara kar, lala
lal. Bu da anadangəlmə bir fiziki qüsur idi ağada. Ona görə
də “Ətağa” demək düzgün deyil. Adı Mir Mövsüm Ağadır”.
İllər keçdi. Ağanın qəbri üstündə iki mərtəbədən ibarət zi‑
yarətgah, məscid tikildi. Birinci mərtəbədə qadınlar, ikinci
mərtəbədə isə kişilər dövrə vurub ziyarət edirdi. Uzun illər
başqa cür ziyarətə alışan atam “bu nədir? Ağanın qəbrinin ba‑
şına dolanmıram, əlim dəymir, başdaşından öpmürəm. Öz‑
lərindən hoqqa çıxarıblar e bunlar” deyərdi.
Atam uşaqlıq xatirələrini danışanda deyərdi ki, Ağanı çox
adam ziyarət edərdi. Təkcə müsəlmanlar yox, ruslar və digər
xalqların nümayəndələri də... Hamı onun  sığalından, əlindən
bir xeyir, şəfa, rahatlıq tapardı. İnam tamam başqa şeydir.
M A H İ R   Q A B İ L O Ğ L U
134


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə