50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə35/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

TÜRMƏDƏ 
AİLƏ PODRATI
1975‑ci ildə atam məni Leninqrada aparanda, gəzdiyimiz
ekskursiya məkanlarından biri də türmələr idi. O vaxtın məş‑
hur inqilabçılarının cəza çəkdiyi məkanlar muzeyə çevril‑
mişdi. Filan inqilabçı bu kamerada “yatıb”. Filan inqilabçını
bax, burada divara dirəyib güllələyiblər.
Rusca ekskursovodu başa düşmədiyimdən, atamdan so‑
ruşdum ki, “niyə onları türməyə salıblar ki?” Atam da cavab
verdi ki, əqidələrinə görə. Oktyabryat olan mən üçün bunlar
çox maraqlı idi. Bir də ki, türmə nədir, nəmənə olan şeydir –
mən bunu 9 yaşında görmüşdüm. Cinayət törətməyə‑törət‑
məyə.
İndi sual edəcəksiniz ki, axı bu dediklərinin yazdığın baş‑
lığa – Azərbaycanın müasir Penitensiar Xidmətinə nə dəxli?
Yaxud da bu xidmət hara, ailə podratı hara. Ailə podratı qaldı
sovet dövründə. İndi heç kəndlərdə də bu podratın izi‑tozu
qalmayıb. Uşağı anadan olandan həddi‑buluğa çatana qədər
kəndçi demir ki, torpağa bağlan. Deyir ki, “yaxşı oxu, get Ba‑
kıda instituta gir. Adam ol. Mənim kimi ömrü boyu palçıqda
eşələnmə”. Uşaq da dədəsinə qulaq asır. İnstituta girir. Asfalta
çıxır, torpağı unudur. Necə deyərlər, kəndi də unudur, türklər
demişkən kəndini də. O ki, qalsın ailə podratını.
Bilməyənlər üçün: Ailə podratı , rusca “Semeynıy podr‑
yad” – sovet dövründə bir ailənin üzvlərinin manqa‑qrup
şəklində birləşərək kənd təsərrüfatında çalışanlara deyirdilər.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
139


Bu, ailəyə böyük gəlir gətirməklə yanaşı, yeniyetmələrin də
zəhmətkeş ruhda böyüməsinə müsbət təsir edirdi. “Halal
zəhmət”, “halal çörək” ifadələri də burdan qaynaqlanırdı. İn‑
sanlar uşaqlıqdan bunu öz gözləriylə görürdülər, bu ruhda
tərbiyə alırdılar.
İndi necə? Görəsən ailə podratı deyilən məfhum varmı?
Var. Lap elə kapitalist dövlətlərində. Məşhur ailələr var ki,
onlar babalarından miras qalan üzümçülük‑şərabçılıq, yağ‑
pendir, tütünçülük sahələrini, brendlərini əsrlər boyu yaşa‑
daraq bir‑birlərinə ötürürlər. Bu sahələrdə özləri, ailə üzvləri
çalışırlar ki, südə, şəraba su qatan olmasın. Onlar üçün əsas
keyfiyyət və addır. Az, amma keyfiyyətli kəmiyyət isə adı –
brendi daha da yüksəklərə qaldırır, qiymətə mindirir. Xeyrini
də görürlər. Ailə anbarında 100 ildən qalan bir şüşə şərabı
auksionda 1 milyon dollara satdırıb, xeyir də götürürlər.
HAŞİYƏ: Günlərin bir günü biri oğluna toy eləmək istə‑
yir. Puldan başı çıxsa da, sənətdən‑zaddan təsəvvürü olmur.
Hər şeyə alverçi kimi yanaşır. Necə deyərlər “Aşağı qiymətə
alım, baha satım”. Buna məsləhət görürlər ki, toya məşhur
xanəndə Xan Şuşinskini çağırsın. O da Bakı parklarının bi‑
rində skameykada oturan xanəndəyə yaxınlaşır ki, “Xan əmi,
səni oğlumun toyuna dəvət edirəm. Bəs xələti nə edəcək? Əv‑
vəlcədən de”. Xan əmi də qəlyanından bir qullab vurur və
deyir: “Dəvət edirsənsə gələrəm. Bir mahnı oxuyacağam. Qiy‑
məti də 100 rubl”. 100 rubl onda bir ali təhsilli adamın bir
aylıq maaşı idi. Bu alverçi xislətli adamı tər basır. Özünü sanki
bazarda hiss edir:
– Necə yəni 100 rubl. Çoxdur. Xan əmi, bir az aşağı elə.
– Olmaz, – deyə Xan Şuşinski cavab verir, – Aşağı istəyir‑
M A H İ R   Q A B İ L O Ğ L U
140


sən, odey Qulu... Get 25 rubl ver, bütün toyu oxusun. Mənim
bir mahnımın qiyməti 100 rubldır, – deyə xanəndə həmin ada‑
mın toyuna getməkdən ümumiyyətlə imtina edir. (SON)
Ad qiymətli şeydir. Həm maddi, həm də mənəvi. Onu qo‑
rumaq isə çox çətindir. İndi yenə sual verəcəksiniz ki, ay
Mahir, gəl mətləbə. Ürəyimizi çəkmə. Bütün bunların Peni‑
tensiar Xidmətə nə dəxli? Tələsməyin də... Yavaş‑yavaş... Söh‑
bətdir də... eləyirik özümüzçün.
Brejnevin yeganə səhvi
Yetirməsi olduğum sovet dövründə demə, yazılmamış
qanun varmış. Rəhbər işçilərin ailə üzvləri vəzifə üzünə həs‑
rət imişlər. Stalinin böyük oğlu Yakov almanlara əsir düşmə‑
səydi, bəlkə də heç kim onu tanımayacaqdı. Kiçik oğlu Vasili
haqqında indiki dövrdə kinolar çəkilməsəydi, mən də onu ta‑
nımırdım. Bilmirdim ki, hərbi təyyarəçi olub. Müharibədən
sonra 26 yaşında general rütbəsi alıb. Moskva hava qüvvələ‑
rinin komandanı olub. Atası tərəfindən də vəzifəsindən qo‑
vulub. Xruşşovun göndərdiyi sürgündə vəfat edib. Tələb də
bu olub ki, “Stalin” familiyasından imtina et və “Mən Vasili
Stalin yox, Vasili Cuqaşviliyəm” de. Deməyib. Sındıra bilmə‑
yiblər onu. Yalnız öləndən sonra qəbrinin üstünə “Vasili Cu‑
qaşvili” sözlərini həkk etdirməklə acıqlarını çıxıblar.
Qızı Svetlana Alliluyeva isə adi elmi işçi, filoloq, filologiya
elmləri namizədi olub. O da nümayişkaranə ABŞ‑a mühacirət
etməsəydi, heç kim tanımayacaqdı. Stalinin övladları vəzifə
sahibi olmayıblar. O cümlədən onun dövrəsindəki digər vəzi‑
fəlilərin uşaqları da... Övladları vəzifələrdə olmasalar da,
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
141


hərbçi, konstruktor, ixtiraçı alimlər kimi çox böyük uğurlara
imza atıblar. Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrə‑
manı, general, həkim, akademik kimi mərtəbələrə yüksəliblər.
Xruşşov, Brejnev, Qorbaçov və digər yüksək vəzifəlilər də
bu yazılmamış qanuna həmişə riayət ediblər. Hətta iki qohu‑
mun yüksək vəzifədə olması və ya eyni nazirlik sistemində
rəhbər vəzifə tutması da – qanunla olmasa da – qadağan imiş.
Bu rəhbərlərdən yalnız biri – Mərkəzi Komitənin 1‑ci katibi
Leonid İliç Brejnev səhvə yol verib. Konkret öz familiyasını
daşıyan ailə üzvlərinə qarşı yox. Arvadı Viktoriya Petrovna
evdar qadın, qızı Qalina isə filoloq olub. Heç bir yüksək vəzifə
daşımayıblar. Lakin 41 yaşlı Qalina 34 yaşlı mayor Yuri Çur‑
banovla ailə həyatı qurandan sonra Brejnev bu yazılmamış
qanunu pozur. Kürəkənini SSRİ Daxili İşlər nazirinin 1‑ci
müavini təyin edir. Ona general‑polkovnik rütbəsi verir. Yuri
Çurbanov hətta deputat da seçilir. SSRİ Dövlət mükafatına
layiq görülür. Yazılan xatirələrə görə, Çurbanov varislik xül‑
yasına da düşübmüş.  Daxili Qoşunların Komandanı və
əlində möhür olan Çurbanov bir çox sənədlərə imza ataraq,
möhür vurur ki, bu da Brejnev öləndən sonra onun həbs edil‑
məsi üçün növbəti SSRİ rəhbəri Andropovun əlində dəlil‑sü‑
buta çevrilir. Və Çurbanov korrupsiya ittihamıyla  12 il həbs
cəzasına məhkum olunur.
Brejnevin qızı Qalinanın şıltaqlıqları ucbatından – hələ
Leonid İliç vəzifədə olarkən – sovet əmlakını dağıtdıqlarına
görə iki vəzifəli şəxs güllələnmə cəzasına layiq görülsələr də,
Qalinanı atasının ölümündən sonra da həbs etmək mümkün
olmayıb. Çünki rəsmi heç bir vəzifə daşımayıb. Nə bir sənədə
qol çəkib, nə də ki, möhür vurub. Ona görə də Andropov şi‑
fahi dəlil‑sübutlar olsa belə, onu məhbəsə saldıra bilməyib.
M A H İ R   Q A B İ L O Ğ L U
142


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə