50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə38/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

olan hörmətli bir adamın vəkili idim. O da qalib gəlib seçki‑
lərdə. Bu da mənə verilən qələbə şirinliyidir. Ayağım yüngül
olub”. Onu da qeyd edim ki, ayağı bu gün də yüngüldür Hic‑
ran müəllimin. Həmin adam yenə də deputatdır. Onda bildim
ki, Hicran müəllimin əsli‑kökü Qəbələdəndir.
Düzünü deyim ki, onunla yola getmirdik. Hər söylədiyi
söhbətin, xatirənin sonuna bir qulp qoşurdum. Bəzən sö‑
yürdü, vurmaq da istəyirdi... Amma əl saxlayırdı – “Qurban
olasan Qabil müəllimə. Yaxşı kişidir. Dostumdur. Yoxsa...” –
deyərək. Amma xətrimi də çox istəyirdi. Hardan bildim?..
HAŞİYƏ: Günlərin bir günü işdə Hicran müəllimin ürəyi
tutur. Uzadırlar “Xəbərlər”in dəhlizindəki kresloya. Demə in‑
farkt imiş. Mən də o vaxt çəkilişdəydim rayonda. Təcili yardım
maşını gələnəcən, biri Validol tapıb qoyur dilinin altına. Köhnə
qvardiya – diktorlar tez özlərini çatdırırlar. “Can, can” deyərək
biri əlini ovuşdurur, o biri alnının tərini silir. Hicran müəllim
də özündə olmur. Gözünü yarı açaraq “Mahir, hardasan
Mahir” deyə başlayır çağırmağa. Təcili tibbi yardım vaxtında
özünü yetirib Hicran müəllimi çatdırır xəstəxanaya. Rayondan
qayıdandan sonra o qadın diktorlardan biri mənə “ay Mahir,
yanında olan biz, buna ürək‑dirək verən biz. Bizim adımızı çək‑
mir, səni çağırır” deyəndə, onda bildim ki, Hicran müəllim
məni çox istəyirmiş. Bütün şıltaqlıqlarıma baxmayaraq. (SON)
Hicran müəllim 5 saylı xəstəxanada müalicəsini başa çat‑
dırıb qayıtdı sıralarımıza. Amma xəstələnməsinə səbəb bu de‑
yildi. Qızının toyuna köhnə dostu, diktor, Xalq artisti Rafiq
Hüseynovu çağırması, onun sağlığına badə qaldırması və ar‑
dınca toy kasetinin sədr Nizami Xudiyevə “xüsusi izahlarla”
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
151


çatdırılması nəinki Hicranın, digər diktorların da “yenicə işıq‑
lanmağa başlayan karyera”sına son qoydu. “Xüsusi izah” bi‑
lirsinizmi nə idi? Amma gülməyin. “Nizami müəllim sən
Hicranı yenidən ekrana qaytardın. “Xəbərlər” kimi yerə işə
bərpa etdin. Maşın aldı. Deputatların sevimlisinə çevrilib.
Gündə onlarla yeyib‑içir. Hara gedir, ayağa dururlar. Amma
bax‑gör toyda bir dəfə sənin sağlığına badə qaldırdılar? Yox!
Amma Rafiq Hüseynovu bəh‑bəhlə təriflədi”.
Bax bu “xüsusi izah” Hicranın karyerasına son qoydu.
Düzdür, Nizami müəllim onu işdən çıxarmadı. Sadəcə quru
maaşa oturtdu. Çəkilişlərə getməyinə qadağa qoyuldu. Vəs‑
salam‑şüttəmam. Hə, yadımdan çıxmışdı. Diktorlar şöbəsi də
ləğv olundu. Onları redaksiyalara səpələdilər.
HAŞİYƏ: Hicran müəllim qızının toyuna məni də çağır‑
mışdı. Çox həyəcanlı idi. Təbii ki, bütün toy yiyələri toy günü
həyəcanlı olur. Mənim isə heç nə vecimə deyildi. Yeyib‑içib,
rəqs edirdim. Toyun ortasında foyeyə çıxdım. Gördüm ki,
Hicran müəllim bir aktyor dostuyla dayanıb söhbət edir. Məni
görcək söhbətini kəsdi.
– Nədi?
– Heç nə. – deyə cavab verdim.
– Bax gicləmə ha... Bura səninçün iş deyil, toydur, – deyə
Hicran müəllim gərgin olduğunu bir az da biruzə verdi. Yəni
ki, Mahir uzaq gəz, zarafatlaşmalı halım yoxdur.
– Hicran müəllim, elimizin adəti var. Bir abrın olsun,
həyan olsun. Heç olmasa dilucu da olsa, gəlib icazə alaydın.
Sadəcə elə‑belə,  mədəniyyət xatirinə.
– Əəə, sən bunu görürsən? – deyə məni yanında dayanan
aktyor dostuna göstrədi,– deyir ki, qızına toy eləyirsən, bəs
M A H İ R   Q A B İ L O Ğ L U
152


məndən icazə almalısan,–deyə Hicikin (onu belə əzizləyir‑
dim) qırışığı açıldı, başladı gülməyə.
– Onu demirəm e... Hicran müəllim.
– Bəs nəyi deyirsən, – Hicik yenidən  ciddi görkəm aldı.
– Deyirəm ki, kürəkəninin adı Qabildir. Adam kürəkəninə
ad qoyanda gəlib məndən icazə almaz? Nə ixtiyarla atamın
adını kürəkənə qoymusan?
Bunu demişdim ki, Hicran qaqqanaq çəkib güldü. Mən isə
tez zala keçdim. (SON)
HAŞİYƏ: Redaksiyanın dəhlizində televizor vardı. Gecə‑
gündüz AzTV‑ni göstərirdi. Həmişə açıq idi – baxsaq da, bax‑
masaq da... Günlərin bir günü də televizorda “Gün keçdi”
bədii filmini göstərirdilər. Hicran da oturub baxırdı. Mən də
arxam televizora tərəf kresloda oturub onunla söhbət edirdim.
Bir də hiss etdim ki, mənimlə danışsa da,  fikri ekrandadır.
– Hicik, bu filmi görməmisən? Nə maraqla baxırsan?
Heç nə demədi. Acığa televizorun düyməsini basıb sön‑
dürdüm. Az qaldı ki, “öldürsün” məni. Yerindən sıçrayıb tez
televizoru yandırdı. Day yerinə oturmadı. Əliylə düyməni
məndən qoruyurmuş kimi tutub, başladı maraqla baxmağa.
Az qala televizorun içinə girəcəkdi. Bu an isə baş qəhrəmanın
aeroportdan avtobusla qayıtması səhnəsini göstərirdilər.
Həsən Məmmədov pəncərədən yola baxır. Bu dəm yanların‑
dan oğlanın sürdüyü və arxasında bir qız oturan motosiklet
keçir. Yəqin ki, xatırladınız bu kadrları. Hicran müəllim bu
səhnəyə baxıb “indi söndürürsən, söndür” deyib oturdu ye‑
rinə. Kövrəlmişdi. Nəsə gizlədirdi. Bu dəm:
– Hicik, motosikleti sürən sən idin? Bəs o qız kim idi, hə?
Bu sirrini də belə açmışdım. Amma dedi ki, heç kimə
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
153


demə. Niyə gizlədirdi? Bilmirəm. Amma məndə təqsir gör‑
məyin. Mənə demişdi ki, “heç kimə demə”. Amma demə‑
mişdi ki, “YAZMA!” (SON)
Bir müddətdən sonra sədrin yanında keçirilən iclasda Hic‑
ran özünü pis hiss etdi. İcazə alıb kollegiya zalından çıxdı. O
çıxandan sonra, dostumuz Sakit Ocaqlının “Nizami müəllim,
“Qul qəbahətsiz, ağa kəramətsiz olmaz”. Hicran Hüseynov
yaxşı adamdır. Nə olub‑olub. İndi nəsə bir xəta edib də...
Keçin günahından” xahişindən sonra Nizami müəllim də
yumşaldı. Amma işçisinin onun yaxşılığının əleyhinə olaraq
etdiyi hərəkətləri bizimçün sadalayıb ürəyini boşaltdı. Sonda
çəkilişə getməyinə icazə verdi. Siftə isə uğurlu alınmadı.
HAŞİYƏ: Xalq şairi Mirvarid Dilbazi rəhmətə getmişdi.
Ertəsi gün cənazəni Şəhriyar adına Mədəniyyət Mərkəzindən
götürəcəkdilər. Amma ora çəkiliş qrupunu göndərmək yad‑
dan çıxmışdı. Daha doğrusu anlaşılmazlıq olmuşdu. Baş re‑
daktorumuz elə bilmişdi ki, mərasimi Prezidentin çəkiliş
qrupu çəkəcək. Bir də ayıldıq ki, bəs mərasim sona çatır,
amma ora çəkiliş qrupu getməyib. Mən növbətçiydim. Baş re‑
daktorumuz Allahverdi Məmmədov dəhlizə çıxdı və gördü
ki, Hicran oturub kresloda televizora baxır.
– Hicran müəllim, maşın gözləyir. Kaset götürün çıxın
enerqoblokun qabağına. Şəhriyar klubuna gedəcəksiniz.
Qrupu yola saldım. Yarım saatdan sonra Allahverdi müəl‑
limə zəng edirlər ki, bəs çəkiliş qrupu gəlib çıxmayıb. Zəng
elədik ki, “Hicran, bəs hardasan?”
Bizə təzə, Əli adlı bir şofer vermişdilər. Qarajdan çıxan kimi
“bənzin yoxdur” deməyə adət eləmişdi. Bu sözü Hicran müəl‑
limə də deyib. O da çoxdan çəkilişlərə getmədiyi üçün Əlinin
M A H İ R   Q A B İ L O Ğ L U
154


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə