50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə40/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

onunla bağlı xatirələri yadıma salıram. Çoxunu qələmə ala
bilmədim. Çoxlu‑çoxlu üç nöqtələr qoymaqdan acığım gəlir.
Sonda isə bütün yazdıqlarımı bir daşlaşmış ifadədə yekun‑
laşdırmağa məcburam: “Allah rəhmət eləsin!”...
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
159


AQİL ABBAS, RƏŞAD MƏCİD, 
YOXSA TÜRKİYƏ?
Neçə gündür qalmışam odla su arasında. Yox, elə bilməyin
ki, Türkiyə ilə Rusiyanı deyirəm. Əsla. Siyasət mənlik deyil.
Vuruşacaqlar, dalaşacaqlar, söyüşəcəklər. Sonra da heç nə ol‑
mamış kimi qucaqlaşıb, barışacaqlar. SSRİ ilə Almaniya barışan
kimi. ABŞ‑la Yaponiya barışan kimi... Siyahını uzadıb başınızı
ağrıtmağa ehtiyac görmürəm. Tarixi hamınız yaxşı bilirsiniz.
Türkiyəylə Rusiya həmişə belə olub. Sonda isə ayaq altında biz
qalmışıq. Bu son münaqişədə də qorxulu heç nə yoxdur. Ruslar
demişkən “təyyarənin pulunu ver, kompensasiya ödə. Bir də
de ki, “radi Boqa, izvini””. Vəssalam, şüttəmam.
Mənim odla su arasında qalmağımın əsas səbəbkarı Rəşad
Məcidlə Aqil Abbasdır. Bilmirəm ki, Rəşad Məcidlə Aqil Ab‑
basın dediyi fikirlərə görə tərəflərini saxlayım, yoxsa tənqid
edim. Tənqid etsəm ağıllı adamlar deyəcəklər ki, SSRİ‑nin
uşaq bağçasına, məktəbinə, universitetinə getdiyin, Leninə
“Lenin baba” deyib oktyabryat, komsomol nişanı gəzdirdiyin,
pioner qalstuku taxdığın, döş cibində Sovet İttifaqı Kommu‑
nist Partiyasının biletini daşıdığın, Dövlət Təhlükəsizlik Ko‑
mitəsinin Sərhəd Qoşunlarında iki il sərhədçi olduğun, ailə
qurduğun, 4659 rubl, yəni əvvəlcədən 40 faiz, qalan 60 faizi
(hardasa 8000 rubl) 25 ilə ödəmək şərtiylə kooperativ, ikio‑
taqlı, təmirli mənzil  sahibi olduğun, xülasə,  25 il yaşadığın
o illər sənə haram olsun. Hələ onu demirəm ki, universiteti
bitirəndən sonra Abşeron rayon Partiya Komitəsində instruk‑
M A H İ R   Q A B İ L O Ğ L U
160


tor vəzifəm də hazır idi. Atamın dostu, raykomun 1‑ci katibi
Sadıq Murtuzayev ayırmışdı o yeri mənimçün. Bütün krite‑
riyalara cavab verirdim: kommunist, ali təhsilli, ailəli, “KQB
ordusu”nda iki il nümunəvi xidmət etmiş bir adam, üstəlik
də ehtiyatda olan zabit – leytenant. Hətta o günləri mənə bəxş
etməyinin müqabilində SSRİ boyda dövlətə dönük çıxaraq
Azadlıq meydanında “Azadlıq, azadlıq!” qışqırdığıma görə
hələ məni qınayacaqlar da...
Yaxud da ki... Əgər Aqil Abbasın “Türkiyə üzr istəməlidir”
və ya Rəşad Məcidin “Türkiyə üzrxahlıq etməlidir” sözlərinin
əleyhinə çıxıb, onları az qala “Vətən xaini” adlandırsam, Ru‑
siyanın tərəfini tutsam... onda da deyəcəklər ki, Mahir haram
olsun Türkiyənin çörəyi sənə. Yadındadır, müstəqilliyin ilk
günlərində ac qalmışdın. İş tapmırdın. Qazandığın azadlığı
uşaqlara çörək əvəzinə yedizdirə bilmirdin. Day işləmədiyin
idarə qalmamışdı. Özün filoloq idin, amma Bakı Süd Kombi‑
natı, Nərimanov Ticarət və İctimai İaşə İdarəsində kadrlar
üzrə inspektor, “Lalə” kooperativində paltarbiçənin kömək‑
çisi, “Azərkitab”da fəhlə işləyirdin a... o vaxt Türkiyədən bizə
“Love is”, “Turbo” saqqızı, “Bakuş” biskviti, “Tadella”, “Tat‑
bol”, “Mini, Simi, Cimi” şokoladları, “Petibör“ peçenyesi gön‑
dərdilər ki, sən də qapı‑qapı, dükan‑dükan düşüb başladın
“arşınmalçı”lığa. Ailənə çörək qazandın… əlində diplomun,
sənədin və geridə qalan 25 illik sovet həyatın ola‑ola. Erməni
də bu müstəqillikdən bəhrələnib gəldi dayandı qulağımızın
dibində. Çünki rus əlini sənin üstündən götürdü. Erməninin
– zəncirdə olan itinin zəncirini açdı, buraxdı.
Sonra isə birtəhər televiziyaya düzəldin. Yaxşı ki, atan
vardı. Onun hesabına gəlib çatdın 49 yaşa. Hansı yaxşıdır?
Sovet, yoxsa müstəqillik? Rusiya, yoxsa Türkiyə? Ayı, yoxsa
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
161


Boz qurd? Ateist olmaq, yoxsa dindar? Şimal, yoxsa Qərb?
Sovet dövründə yaşadığın 25 il, yoxsa həyatının müstəqillik
dövrünün 24 ili?
HAŞİYƏ: Atamın “Türkün qəbri” adlı şeiri var. 20‑ci əsrin
əvvəllərində Azərbaycana gələn xilaskar Türk ordusunun Şa‑
maxı ərazisində ermənilərlə vuruşda ölən Türk əsgərinə həsr
olunub.
Xain qonşu
Çəpərləri qırdı, sökdü.
Öz xıltını, illətini
Açıb tökdü.
Gözlərini qan örtdü
Bu nadürüstün.
Silahlıydı,
Kəmfürsətdi,
Orda‑burda
Millətimə gəldi üstün.
Od saldılar
Kürəklərdə samovar da
Qaynatdılar
Əl çaldılar...
Sinələrdə
“Dasni çors” da
Oynatdılar...
Eşidincə bu dəhşəti,
Bu zülmü, bu zilləti,
Bu təhqiri, qəbahəti
Ağlasığmaz rəzaləti
Qonşuluqda xəyanəti,
M A H İ R   Q A B İ L O Ğ L U
162


Tərgidilməz,
Tərk edilməz,
Bu şakəri, bu adəti –
Ay‑ulduzlu bir diyardan,
Bu dağlara o dağlardan
Əhməd gəldi, –
Dilimiz bir.
Məhməd gəldi, –
Dinimiz bir.
Orxan gəldi, –
Çölümüz bir.
Sərxan gəldi, –
Gülümüz bir.
Tural gəldi, –
Sazımız bir.
Cəlal gəldi, –
Sözümüz bir.
Türkiyə ilk dövlət olaraq Azərbaycanın müstəqilliyini ta‑
nıdı. Azərbaycan ikinci dəfə müstəqillik qazananda da 20‑ci
əsrin əvvəllərindəki kimi eyni vəziyyət idi. Ermənilər torpaq‑
larımızda at oynadırdı. Atam demişkən “o dağlardan bu dağ‑
lara Əhməd, Məhmət, Sərxan, Tural” gəldi. Amma əlində
silah yox, treyler dolu saqqız, peçenye, şokolad, pal‑paltar.
Özü də ki, satmağa. Yadımdan çıxmışdı lap... Fərman Dəmir‑
kol kimilər də gəlmişdi. Çevriliş etməyə. Killer Həsən Tokular
da gəlmişdi. Sui‑qəsd törətməyə...(SON)
Qarşıma mizan‑tərəzi qoyuram. Bir gözünə o 25 ili, bir gö‑
zünə bu 24 ili qoyuram. Tarazlıq pozulmur. Heç meh də
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
163


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə