50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə37/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

rası” qoymalıdır? Bu, biabırçılığın son həddidir. 
Uşaqlığım yadıma düşür. Leninqradın soyuq və muzey
türmələri. O vaxt inqilabçılar əqidələrinə görə türmələrə dü‑
şürdülər, sınmırdılar. Sonda fəhlə‑kəndli hökuməti qurub,
varlıların dövlətini, pulunu müsadirə edib xalqa payladılar.
İndi isə türməyə xalqın pulunu mənimsəyənlər düşür. Yəqin
ki, bu dərs sonuncu olacaq. Digərlərinə bir örk.
Belə getsə, detektivlər yox, ədəbiyyatda fantaziya janrı
daha inkişaf edəcək. Paxıl deyiləm. İstəyirsiniz bir‑iki cümlə‑
sini mən deyim, əsər qəhrəmanının dilindən:
“2070‑ci il. Evdən çıxıram. Nəvəmi muzeyə ekskursiyaya
aparıram. Birinci Kürdəxanı izolyator‑muzeyi”nə baş çəkirik.
Ekskursovod bizə izah edir:
“– Bu kamera çox nadir, tarixi kameradır. Burada filan və‑
zifəli özü, arvadı, qızı, oğlu, kürəkəni, yaxın qohumları filan
ildən filan ilə qədər cəza çəkiblər. Sonralar kürəkənlər bu ka‑
meralardan digər kolonlara köçürülüblər.
– Niyə? – deyə nəvəm sual edir:
– Çünki vəzifəli işdən çıxandan və ya həbs olunandan
sonra onun qızını boşamaq, o vaxt Azərbaycan ailələrində bir
dəb imiş.
– Axı, onları niyə həbs etmişdilər? – deyə nəvəm yenə so‑
ruşur.
– Sovet vaxtından miras qalan yazılmamış qanunları poz‑
duqlarına, qohumlarını möhür və imzaya layiq gördüklərinə
görə”.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
147


BİZİM HİCRAN HÜSEYNOV
AzTV‑nin “Xəbərlər”inə təzə gəlmişdim. Diktor Hicran
Hüseynov, redaktorlar Mənzərə Sadıqova, Esmira Çərkəzqızı,
Bahadır Şəfi, Əli Nəcəfxanlı otaq yoldaşlarım idi. Şöbəyə
Rafiq Yusifoğlu rəhbərlik edirdi.
El dilində desək, Hicran müəllim yüz ilin diktoruydu.
Mən ilk dəfə onu ekrandan tanımışdım. Amma indi sadəcə iş
yoldaşıydıq. Maraqlı xatirələri vardı. Təkcə televiziyadan yox.
Səməndər Rzayevdən, Fuad Poladovdan, Eldəniz Zeynalov‑
dan və digər aktyorlarımızdan.
HAŞİYƏ: Hicran müəllim danışırdı ki, günlərin bir günü
Eldəniz Zeynalov, Mikayıl Mirzə, Səməndər Rzayev və mən
yemək‑içməkdəydik. Birdən yadımıza düşdü ki, bəs vacib
bir hüzr məclisinə baş çəkməyi unutmuşuq. Yemək‑içməyi
yarıda qoyub getdik ora. Əvvəlcədən də danışdıq ki, on də‑
qiqə oturub dururuq. Ağzımızı da açmırıq ki, dəm olmağı‑
mızdan duyuq düşməsinlər. Ayıbdır.
Xülasə, girdik çadıra. Oturduq. Qabağımıza çay qoydular.
Heç kim dinmirdi. Təkcə mollanın səsi gəlirdi. Hansısa dini
bir ayindən danışırdı. Biz də gözümüzü ona zilləyib guya ki,
qulaq asırdıq. Əlbəttə ki, hörmət əlaməti olaraq. Bu dəm
molla “bu barədə şair gözəl deyib” şeir demək istəyirdi ki, El‑
dəniz ayağa durub mollanın sözünü kəsdi:
– Molla, şeiri sən demə. Mikayıl Mirzə burdadır. Ondan yaxşı
deyəcəksən? Dur, Mikayıl, bir şeir de, hamı dinləsin. (SON)
M A H İ R   Q A B İ L O Ğ L U
148


Hicran müəllim deyilənə görə yeyib‑içən adam idi.
Onunla bir süfrə arxasında oturmasam da, bu barədə danış‑
dıqlarına qulaq asmaqdan xüsusi zövq alırdım:
“Dünən bir məclisdəydim. Zoğal arağı qoydular ortaya.
100 getdik. Uf‑uf‑uf... Şipşirin” və sairə. Sonda da ağzını özü‑
nəməxsus marçıldadırdı. Hərflə ifadə edə bilmirəm. Danış‑
dıqlarının çoxu yadımdan çıxıb. Çünki onda yeyib‑içən
deyildim. Ümumiyyətlə, televiziyada özəl yemək‑içmək mək‑
təbi var idi ki, Nizami Xudiyev sədr gələndən sonra Qorbaçov
kimi “suxoy zakon” tətbiq etməklə bu ənənəyə son qoydu.
Mən 1996‑cı ildə AzTV‑yə gələndə diktorlarımız bir sinif kimi
artıq tarixə çevrilməkdə idilər. Yalnız proqram oxuyurdular. On‑
ların yenidən ekrana qayıtmasında, verilişlərə, xüsusilə də “Xə‑
bərlər”ə cəlb olunmasında Nizami müəllimin  böyük rolu oldu.
Qocaman və orta yaşlı diktorlarımız hüquqi dildə desək, reabli‑
tasiya olundular. 20.00 “Xəbərlər”ini iki diktorun aparması ənə‑
nəsi bərpa olundu. Sabir Ələsgərov, Roza Tağıyeva, Rafiq
Həşimov, Qarasim Tağızadə, Ofelya Sənani, Nailə İslamzadə,
Nəsimi Nəbizadə, Tamilla Məmmədova, Esmira Çərkəzqızı,
Hicran Hüseynov, Şərqiyyə Hüseynova, Kəmalə Əzizqızı və di‑
gərləri xalq arasında “Prezident proqramı” kimi tanınan, hamı‑
nın izlədiyi “Xəbərlər”in yenidən aparıcısına çevrildilər.
Hicran Hüseynovla Esmira Çərkəzqızı bu aparıcılıqda
duet idilər. Onları digər diktorlardan fərqləndirən o idi ki,
Sabir Ələsgərovun rəhbərlik etdiyi diktor şöbəsinə daxil de‑
yildilər. “Xəbərlər”in redaktoru sayılırdılar. Yəni ki, həm də
çəkilişlərə gedirdilər. Hicran müəllim əsasən parlament iclas‑
larını çəkirdi. Səliqəli saç düzümü, geyimi‑keçimi ilə digərlə‑
rindən seçilirdi. Hələ xəttini demirəm… Onu belə
öyrətmişdilər, o da digərlərinə nümunə göstərirdi.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
149


HAŞİYƏ: Günlərin bir günü gördük ki, Hicran müəllim
18‑19 yaşlı hündürboy, yaraşıqlı oğlanı otuzdurub qabağında
deyir: “Bu gün biz sizə gələcəyik cüməaxşamlaşmağa. Sabah
siz bizə gələcəksiniz cüməaxşamlaşmağa. Bu gün onlar gələ‑
cək bizə cüməaxşamlaşmağa. Sabah biz gedəcəyik onlara cü‑
məaxşamlaşmağa”.
Hicran müəllim bunu deyəndən sonra cavan oğlan da baş‑
layırdı bu sözləri təkrar eləməyə: “Bu gün biz sizə gələcəyik
cüməaxşamlaşmağa. Sabah siz bizə gələcəksiniz cüməaxşam‑
laşmağa...”. Mən də çəkilişdən qayıdan adam, oturub kadr
arxası mətni yazırdım. Axırda uşaqlardan kimsə bu, eyni tək‑
rar ifadələrdən bezib “Hicran müəllim, bəsdir də...” deyə
ərklə  çımxırdı. Hicran müəllim də “atasıyla dostam. Xarici
görünüşü düşür efirə. İndi xüsusi məşğul oluram bununla.
Bir şey alınsa, Nizami müəllimə təqdim edəcəyəm” deyərək,
cavanı bizimlə də tanış etdi.
Daha heç kim bir söz demədi. Bir müddətdən sonra oğlan
gözə dəymədi. Fikirləşdik ki, yəqin Hicran müəllim bizi na‑
rahat etməsin deyə, onunla başqa yerdə məşğul olur. Amma
günlərin bir günü “uşaqlar məni soruşan olsa, bir hüzr yeri
var dəyib gəlirəm. Burda dərs dediyim oğlan var idi e... Də‑
nizdə çimərkən boğulub‑ölüb. Cüməaxşamısıdır. Gedirəm
cüməaxşamlaşmağa”. (SON)
Günlərin bir günü gördük ki, Hicran müəllim tünd yaşıl
rəngdə “DAEWOO‑ESPERO” maşını alıb. O vaxt hər adamda
xarici maşın yox idi. Barmaqla sayılırdı. Bu cür xarici maşınlar
Milli Məclisin daimi komissiya sədrlərinə verilmişdi. Səmimi
adam idi Hicran müəllim. Heç nə gizlətmirdi başqalarından.
Dedi ki, “Qəbələdən Milli Məclisin deputatlığına namizəd
M A H İ R   Q A B İ L O Ğ L U
150


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə