50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə27/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

yəndə buna rusca “çest vermək” deyirdilər. “Çest” sözünün
tərcüməsi isə müxtəlifdir: “Şərəf”, “namus”, “vicdan”, “hey‑
siyyat”, “ismət”, “bəkarət”, “ehtiram”, “hörmət”, “izzət”.
Buna görəmi generallar, ümumiyyətlə zabitlər təhlükə hiss
edən kimi özlərini güllələyirlər ki, buraxdıqları hansısa səhv‑
lərə görə (istər sülh dövrü olsun, istərsə də müharibə şəraiti)
uzun illər qazandıqları şərəf, namus, vicdan, heysiyyatlarının
alçaldılmasını görməsinlər. Daha doğrusu şərəf, namus, vic‑
dan, heysiyyatlarını, onlara olan ehtitam, hörmət, izzəti qan‑
larıyla qorusunlar, günahlarını qanlarıyla yusunlar. Çünki
şərəfləri işlətdikləri cinayət ucbatından tapdalanarsa, o qan
nəyə lazımdır ki?
Bu, təkcə generalların, zabit adı daşıyanların özlərinə qoy‑
duğu hörmət deyil. Hətta dünya təcrübəsi göstərir ki, gene‑
ralları həbs etmək elə də dəb deyil. Onları əsasən qətlə
yetirirlər. Özü də nümayişkaranə. Sizcə Rusiya “FSB”‑si ge‑
neral Cövhər Dudayevi həbs edə bilməzdimi? (Yaxud general
Roxlini, Lebedi...) Bilərdi. Amma məhv elədi. Onu türemşik
adına yox, şəhid adına layiq bildi. Misallar çoxdur. Samuray‑
ları, daha kimləri misal çəkmək olar. Amma nəticə birdir. Ge‑
neral etdiyi günahı özü də yumalıdır. Sadəcə, öz silahıyla və
bircə gülləylə.
1937‑ci il repressiyaları isə istisna idi. O vaxt həbsə düşən
zabitlərin günahının olmamasını onları həbs edənlərin özləri
də gözəl başa düşürdü. Ona görə də bu həbslərin adı repres‑
siya çağrılır və sonda bəraətlə başa çatırdı.
Dünya təcrübəsindən çox danışdım. Bəs Azərbaycan?
Böyük Vətən müharibəsində və ya Qarabağ savaşında həlak
olan, düşmənə əsir düşməmək üçün özünü gülləylə vuran,
qranatla partladan o qədər qəhrəman tanıyıram ki... İçində
M A H İ R   Q A B İ L O Ğ L U
106


general da var. Adlarını bir‑bir çəkmək istəmirəm. Hansısa
yadımdan çıxar, ruhları inciyər məndən. Həə... Bir ifadə də
var: “Şuşa əldən getsə, başıma güllə çaxacağam”. Müdafiə na‑
ziri Rəhim Qazıyev demişdi bu sözü. General olmasa da, ba‑
şına “generalski” buxara papaq qoymuşdu o sözü deyəndə.
Hadisələrin sonrakı inkişafı üçün pis “nümunə” olmadı, elə
deyilmi?
Generallar müxtəlifdir. Var əsl generallar, bir də var gene‑
ral forması geyinib adı general çağrılanlar. Vaxt, zaman onları
əvvəl‑axır öz süzgəcindən keçirəcək. Sadəcə zamana ehtiyac
var.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
107


QABİLDƏN 
VAQİF BƏHMƏNLİYƏ MƏKTUB
Əzizim Vaqif, salam! Necəsən? Səni Axirət Respublikası
Yazıçılar Birliyinin adından 60 illik yubileyin münasibətilə
təbrik edirəm. Sən fani dünyada yaşayıb‑yaradan ilk şairsən
ki, bu şərəfə layiq görülmüsən. Niyə? Bax indi açıqlamasını
verim. İki il bundan əvvəl Əkrəm Əylislinin fəxri adlarının
əlindən alınması və Yazıçılar Birliyinin üzvlüyündən qovul‑
ması məsələsiylə bağlı qurultay çağırmışdıq. İndi də eşitdik
ki, yazdığın şeirə görə sənə “töhmət” elan ediblər. Bu müna‑
sibətlə yığışdıq. Mən sədr kimi birinci sənin nazir Əbülfəs Qa‑
rayevə yazdığın “Hamıya yaxşılıq” adlı şeirini oxudum. Adi
şeirdir. Qeyri‑adi bir şey yoxdur. Sən də əsl şairsən. Bunu heç
kim inkar edə bilməz.
HAMIYA YAXŞILIQ
Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş‑altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
M A H İ R   Q A B İ L O Ğ L U
108


hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
109


Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…
Sonra isə bu şeirə görə mədəniyyət və turizm nazirinin 28
oktyabr 2015‑ci il tarixli əmriylə sənə töhmət elan olundu‑
ğunu qurultay iştirakçılarının nəzərinə çatdırdım. Elə əmri
oxuyub qurtarmağımı gördüm. İmadəddin Nəsimi o yanda
qəşş eləyib özündən getdi. Hüseyn Cavidin başının tükləri
biz‑biz durdu. Mikayıl Müşfiq hönkürdü. Xəlil Rza “Yaşa,
igid. Yenə də yaxşı qurtarmısan” dedi. “KQB”nin, sovetin Do‑
mokl qılıncını hər gün başları üstündə hiss edən, indi də o xof
canlarından çıxmayan Səməd Vurğun, Süleyman Rüstəm,
Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Bəxti‑
yar Vahabzadə, bir sözlə, 20‑ci əsrdə yaşayıb‑yaradan və 37‑
ci il repressiyalarından ölü və sağ çıxanlar mat‑məəttəl
bir‑birilərinin üzünə baxdılar. Qəribə gəldi onlara ki, yazdığı
şeirə görə nə əcəb Vaqif balanın Azadlıq meydanında dəri‑
sini soymayıblar. Nargin adasına apararaq güllələyib, qarğa‑
quzğuna yem eləməyiblər. Sibirə sürgünə göndərməyiblər,
Lefortovo zindanına salmayıblar. 1986‑cı ildə layiq görüldüyü
Respublika Komsomolu mükafatından, 1989‑cu ildə aldığı
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanından, İsa İsma‑
yılzadə adına “İlin ən yaxşı şeiri” mükafatından, Şahmar Ək‑
bərzadə adına mükafatından, Azərbaycan Respublikasının
“Əməkdar mədəniyyət işçisi” fəxri adından, “Yaddaş” Milli
mükafatından, Rəsul Rza adına beynəlxalq mükafatdan, Əli
Kərim adına ən yaxşı poeziya mükafatından məhrum etmə‑
M A H İ R   Q A B İ L O Ğ L U
110


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə