50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə25/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

Bu gün televiziya sədrinin otağına “veriliş hazırlamaq is‑
təyirəm” iddiasıyla girənlərin nə şəxsiyyətinə, nə də jurna‑
listlik bacarıqlarına qiymət verirlər. Daha doğrusu bu başlıca
meyar deyil. İlk yaranan sual “sponsorun varmı” sualıdır ki,
bu da çox təbiidir. Bu da heç kimə sirr deyil. Özəl televiziyalar
reklam, sponsor hesabına yaşayır.
HAŞİYƏ: Ay MTRŞ, reklam başqa şeydir, sponsorluq
başqa. “Reklam haqqında”  qanun var, sponsorluq haqqında
qanun yoxdur. Sadəcə olaraq, “Reklam haqqında” qanunun
içinə salınmış balaca bir sponsorluq bəndi var ki, bu da qane ‑
edici sayıla bilməz. Qanun əsasında sponsorluq fəaliyyəti öz
həllini tapsa, sponsorlar indiki kimi aparıcının, verilişin rey‑
tinqinə yox, verilişin keyfiyyətinə pul buraxarlar. Sponsorluq
geniş anlam olduğu üçün bu, təkcə televiziyalara aid deyil.
Kitab çapı, alim tədqiqatı, radio, qəzet, daha nələr, nələr...
Bu gün isə sponsorluq iki cəbhəyə bölünüb. Konsert və
televiziyalar. Bir də ki, dırnaqarası mənada. Çox xırdalığa get‑
mək istəməzdim. Bir mahnıda deyilən kimi: “Təkcə səndən
xoşum gəlir”. (SON)
Televiziyalarımızı pisləyə bilməsəm də, tərifləmək fikrim
də yoxdur. Çünki zövq müxtəlifliyi deyilən bir şey var ki,
mənim xoşuma gələn, yüzünün xoşuna gəlməyə bilər. Yüzü‑
nün xoşuna gələni mən bəyənmərəm. Mənim şəxsən AzTV‑
nin “Mədəniyyət kanalı”na baxmaqdan xoşum gəlirdi ki, onu
da tərgitdim. Hazırlanan verilişlər güclü olmağına güclüdür.
Amma ki, korifeylər haqqında verilişlərə baxanda, bugünkü
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin
real mənzərəsi üzə çıxır ki, bu da məni çox mütəəssir edir.
M A H İ R   Q A B İ L O Ğ L U
98


MTRŞ‑nin yarandığı gündən 13 il sonra bu cür əməli fəa‑
liyyətə başlaması məni sevindirir. Nə olsun ki, gecikib. Ruslar
demişkən: “Luçşe pozdno, çem nikoqda”. Bu, bir nəticə verə‑
cəkmi? Pul cərimələrini başa düşdüm. Aşınan, qınına qısılıb
korşalan milli‑mənəvi dəyərləri yeni verilişlər çəkməklə,
bərpa etmək mümkün olacaqmı? Çətin. Mən özümə cavab‑
dehəm. O qədər çatışmayan, pis cəhətim var ki... Mən şəxsən
çətin düzələm. Bir də ki, atalar mənimkimilər üçün deyib də...
“Qozbeli qəbir düzəldər”. 
MTRŞ, nə etsən də, artıq gecdir. Mənəviyyat, tərbiyə, milli‑
mənəvi dəyər qapalı, toxunulmaz bir şeydir. Sanki quşdur,
qəfəsdədir. Televiziyalar hər bir evə girərək qəfəsin cəftəsini
açdılar. Ruslar demişkən: “Ptiçka uletel” – “Quş uçub getdi”.
Çətin geri dönə.
“Mahir, bəsdir bədbin‑bədbin sözlər danışdın. Necə olsa,
baba adamsan. Bir az müdrik danış. Denən ki, Allah qoysa
yaxşı olar. İnşallah”.
Düz deyirsiniz, ümid Allaha qalıb. MTRŞ, Allah köməyin
olsun. Sənin də, televiziyalarımızın da...
Yaman uzun giriş verdim. Ürəyim doludur. Amma yaza
bilmirəm. Dedim axı ki, PAT‑dayam. Keçək yuxuya:
Yuxuda görürəm ki, MTRŞ‑nin iclasıdır. Mən də MTRŞ‑nin
Prezident sərəncamıyla təyin olunan üzvüyəm. Danışmıram,
dinmirəm. Havayı maaşdır da alıram özümçün. Həm də ki, so‑
ruşanda qürrələnirəm ki, vəzifə adamıyam. Əsas söz sahibi isə
sədrdir. İclasın gündəliyinə isə bir məsələ salınıb. Televiziyalara
lisenziyaların verilməsi. Birinci AzTV‑nin nümayəndəsini ça‑
ğırırlar. Nuşirəvan müəllim deyir ki, “bəs sizə bir sual verəcə‑
yəm. Düzgün cavab versəniz, lisenziya sizindir. Deyin görək,
Azərbaycanın paytaxtı hansı şəhərdir?”.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
99


AzTV‑nin səlahiyyətlisi fikirləşmədən cavab verir ki, “Bakı
şəhəri”. Bu cavabı mən və bütün şura alqışlarla qarşılayıb, bir
nəfər kimi əlimizi göyə qaldırırıq. Yəni ki, “za” – lehinə.
İkinci İTV gəlir. Nuşirəvan müəllim ona “Gürcüstanın paytaxtı
haradır?” sualını verir. İTV‑nin də səlahiyyətlisi fikirləşmədən
“Tiflis” deyir. Nuşirəvan müəllim duruxur. Üzünü bizə tuta‑
raq “Şura üzvləri, əslində cavab Tbilisidir. Yəqin ki, yoldaşın
qədim tarix kitablarından bu cür yadında qalıb. Məncə cavabı
düzgün qəbul etmək olar. Amma bir də belə səhvlərə yol ver‑
məsin” deyir. Biz də onunla razı olduğumuzu başımızı aşağı‑
yuxarı tərpətməklə təsdiq edirik. İTV‑yə də lisenziya verilir.
“Space” “Böyük Britaniyanın paytaxtı hansı şəhərdir” sua‑
lına düzgün cavab verir. Beləcə, bütün televiziyalar viktori‑
nadan üzüağ çıxırlar.
Növbə çatır ANS‑ə. Mir Şahin durur ayağa. Sual səslənir:
“Mir Şahin müəllim, Makaonun paytaxtı hansı şəhərdir?” Mir
Şahin bir an duruxur.
– Haranın?
– Makaonun.
– Xahiş edirəm, Nuşirəvan müəllim, sualı bir az dəqiqləş‑
dirin. “Makao”, yoxsa “Makaon”? Kök hansıdır?
– “Makao”. Sonunda “n” hərfi yoxdur.– deyə Nuşirəvan
müəllim cavab verir.
Mir Şahin qızarır. İllərlə müsahiblərinə verdiyi minlərlə
köntöy suallar bir anlıq gözünün önündən keçir. Bu suallarla
kimisə bağlayanda “Ay can, ay can” deyib atılıb‑düşməyini
xatırlayır. Amma indi adi bir sualın qabağında aciz qalıb. O
sual ki, ANS‑in taleyi bu suala cavabdan asılıdır: “Makaonun
paytaxtı hansı şəhərdir?”
– Nuşirəvan müəllim, “dosta zəng” olarmı?
M A H İ R   Q A B İ L O Ğ L U
100


– Olmaz. “Lider”ə olardı, amma sənə olmaz.
– Niyə? Bu nə ayrı‑seçkilikdir?
– Çünki “Lider” heç olmasa “Milyonçu”, “Zəif bənd” kimi
intellektual verilişlər verib. Sizin ANS hansı intellektual veri‑
lişlərlə yadda qalıb? Olmaz. Bilmirsinizsə, deyin bilmirəm.
Söhbəti qurtaraq. Üçəcən sayıram. 1....2....
Hövllü yuxudan oyanıram. Allaha çox şükür. Demə, yu‑
xuymuş. Yoxsa Nuşirəvan müəllim ANS‑i bağlayacaqdı. Bəs
görəsən Makao haradır? Axı mən də belə dövlət tanımıram.
Tez interneti açıb axtarışa verirəm. Demə, Makao özəl inzibati
bölgə və ya müstəqil olmayan ölkə‑şəhəridir. Paytaxtı da elə
Makao şəhəridir.
Burda bir lətifə yadıma düşür: Günlərin bir günü təyyarə
göydə qəza vəziyyətinə düşür. Pilot deyir ki, sərnişinlər paraşüt
geyinib tez təyyarəni tərk etsinlər. Baxırlar ki, üç sərnişin var,
amma paraşüt iki dənədir. Pilot  tezbazar viktorina keçirməyə
qərar verir. Kim düzgün cavab verərsə, paraşütün də həmin
adama qismət olacağını bildirir. Birinci sərnişindən soruşur ki,
milliyyətin nədir? O da cavab verir ki, erməni. Onda Ermənis‑
tanın paytaxtı haradır? “Yerevan” deyə erməni fikirləşmədən
cavab verir. Bu dəfə pilot o birisindən milliyyətini soruşur. O da
cavab verir ki, “gürcüyəm”. “Gürcüstanın paytaxtı haradır?”
sualına o da düşünmədən cavab verir ki, bəs “Tbilisi”.
Üçüncü sərnişin isə azərbaycanlı olur. Pilot ona nə sual
versə yaxşıdır? “Zimbabvenin paytaxtı hansı şəhərdir?”. Azər‑
baycanlı da baxır ki, sual çox qəliz oldu. Üzünü pilota tutaraq
“Pilot, day denən ki, sənə paraşüt vermək istəmirəm də...”.
İndi lətifəsi mənim yuxumdan uzaq. Oyanmasaydım
yəqin ki, yerimdən hoppanıb MTRŞ üzvü kimi bu sualı Nu‑
şirəvan müəllimə verəcəkdim. Yaxşı ki, yuxudan oyandım.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
101


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə