50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə23/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

də tapşırdı. Şeirin adı “Qız məktəbi” idi:
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var.
– Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə...
– Öylə isə, geydiyin geyim neçin böylə sadə? 
Yoxmu sənin incilərin, altun bilərziklərin? 
Söylə, yavrum! Heç sıxılma...
– Var, əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
– Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
– Ən çox sevdiyim ilkin
O Allah ki, yeri‑göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– Başqa sevdiklərin nasıl, yoxmu?
– Var...
– Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Şeiri  əzbərlədim. Amma içində başa düşmədiyim, öm‑
rümdə ilk dəfə eşitdiyim sözlər vardı. İnsanları, yeri‑göyü
xəlq edən kimdir? Yaxud onun göndərdiyi elçilər nə demək‑
dir? “Pəki”, “nasıl”, “əvət”, “altun”, “yavrum” sözlərinin mə‑
nası nədir? Ramizə müəllimə bu sözlərin mənasını dar
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
89


çərçivədə olsa da bizə anlatdı. Demə yarıosmanlı türkcəsində
dialoq formalı bu şeir həm də biz sovet uşaqları üçün Gülba‑
harın dilindən deyilmiş növbəti, amma yeni bir tərbiyə for‑
ması idi. Şair Hüseyn Cavidlə ilk tanışlığım belə başladı.
Elə həmin il televizorda Hüseyn Cavidin nəşinin uzaq Si‑
birdən Azərbaycana gətirilməsi kadrları nümayiş etdirildi.
Süjetdə Böyük Heydər Əliyev Böyük Hüseyn Cavidin tabutu
önündə baş əyir, gül qoyurdu. Yanında da bəstəboy, qara
kostyum geyinmiş, saçları təkəm‑seyrək ağarmış, eynəkli bir
qadın vardı. Respublikamızın rəhbəriylə yaşıd olardılar.
Atamdan soruşdum ki, bu qadın kimdir? Cavab verdi ki, bəs
Turan Caviddir. Hüseyn Cavidin qızıdır. O ailədən təkcə o
qalıb. Turan Cavid mərasim boyu Heydər Əliyevin yanın‑
daydı. Amma deyəsən yanlışlığa yol vermişdim. Əksinə.
Demə, Heydər Əliyev onun yanında dayanıbmış. Yaşıd olma‑
larına baxmayaraq, Rəhbər Heydər Əliyevin ona bir böyük
kimi hörmət və ehtiramı ekrandan aydın görünürdü. Bu qə‑
naətim hadisədən 14 il sonra – 1996‑cı ildə  təsdiqini tapdı.
Daha doğrusu atam, şair Qabil başa saldı.
1996‑cı il
Günlərin bir günü atam gəldi ki, “bəs sabah gedirik Nax‑
çıvana. Prezident Heydər Əliyev Hüseyn Cavidin məqbərə‑
sinin açılış mərasiminə gedən nümayəndə heyətinə məni də
salıb”. Mərasim o vaxt çalışdığım AzTV‑də geniş işıqlandırı‑
lırdı. Bakıdan Naxçıvana böyük nümayəndə heyəti getmişdi.
Yazıçılar, bəstəkarlar, alimlər, rəssamlar, deputatlar, bir sözlə
görkəmli ziyalılar. Amma bircə şey dəyişməmişdi. Kadrda
əsas iki nəfər idi – Heydər Əliyev və Turan Cavid. Məqbərə‑
M A H İ R   Q A B İ L O Ğ L U
90


nin açılışını bir yerdə edir, Hüseyn Cavidin, Müşkünaz xanı‑
mın, Ərtoğrulun məzarlarını birgə ziyarət edirdilər. Tədbir
iki gün çəkdi. Əlbəttə ki, atamın təəssüratları AzTV‑də gös‑
tərilənlərdən daha çox idi.
Təntənəli mərasimin sonuncu günü Prezidentin adından
böyük ziyafət verilir. Atam, Anar və digər yazıçılar bir stola
düşürlər. Atam Turan xanımı da bu stola dəvət edir və ya‑
nında əyləşdirir. Soyuq qış günü. Stolda da dadlı təamlar, iç‑
kilər.
Prezident Heydər Əliyev doğmalarının qəbirlərini ziya‑
rətə getdiyindən ziyafətə gecikir. Etiketə məhəl qoymayan ya‑
radıcı insanlar atam başda olmaqla ofisiantların etirazına
məhəl qoymurlar, necə deyərlər Prezident gəlməmiş süfrənin
nizamını pozurlar. Atam arağı götürüb açır. Hamının badə‑
sinə süzür. Ayağa durub ilk qədəhi Hüseyn Cavidin şərəfinə
deyib, içirlər. Nimçəyə salat çəkirlər. Süfrədə çörək axtaranda
görürlər ki, yoxdur. Atam ofisiantı çağırır:
– Süfrəyə çörək qoymamısınız? Çörək gətir.
– Deyiblər ki, hələ qoymayın, – deyə ofisiant mədəni su‑
rətdə cavab verir. 
– Niyə?
– Bilmirəm.
– Bəs kim bilir?
– Təşkilatçılar.
– Çağır onu bura.
Ofisiant gedib bir nəfəri çağırır. O da nəzakətlə:
Qabil müəllim, prezident gələnəcən çörək vermirik ki,
süfrənin düzümü pozulmasın.
Atam bu sözün qabağında söz demir. Amma günün yor‑
ğunluğu, aclıq güc gəlir. Özü də ki, bir qədəhdən sonra iştah‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
91


ları lap açılıbmış. Nə desin, nə deməsin – həmin adamı yeni‑
dən stola çağırır:
– Sən bizə deyə bilərsənmi ki, biz Naxçıvana niyə gəlmişik?
– Qabil müəllim, Cavidin yubileyinə, məqbərəsinin açılışına.
– Bəs bu qonaqlıq nə qonaqlıdır?
– Bu qonaqlıq Cavidin yubileyi şərəfinə verilən qonaqlıqdır.
– Bəs mənim yanımda oturan bu xanım kimdir?
– Hüseyn Cavidin qızıdır – Turan xanım.
– Deməli bu qonaqlıq Turan xanımın dədəsinin qonaqlı‑
ğıdır. Elə deyilmi?
– Bəli.
– Onda Turan xanım buyurur ki, süfrəyə çörək gətirsinlər.
Bu dəfə həmin adam atamın bu sözü qarşısında heç nə
deyə bilmir. Ofisianta tapşırır ki, yalnız bu stola çörək verilsin.
Çörək gəlir. Sağlıqlar bir‑birini əvəz edir. Prezident Heydər
Əliyev gələndə artıq yazıçıların kefləri yuxarı olur. Heydər
Əliyev zala daxil olur. Stoluna çatanda birdən dayanır. Zala
nəzər salır. Başlayır atamgil oturan stola tərəf addımlamağa.
Turan xanıma yaxınlaşır. Qoluna girir. Yuxarı başa – öz sto‑
luna apararaq yanında otuzdurur.
Tədbir başlanır. Bir azdan sağlıq üçün söz verilir atama:
– Heydər müəllim. Mən bu günlər ərzində gözəl bir şey
müşahidə etdim. Bakıdan təyyarə ilə uçanda, Böyük Cavidin
qızı Turan xanım Prezident təyyarəsinin bu biri qolunda,
mənim yanımda oturmuşdu. Siz özünüz şəxsən biz oturan tə‑
rəfə keçdiniz, onun qoluna girib təyyarənin özünüzə məxsus
qanadına apardınız. Siz onun arxasıyca adam da göndərib
dəvət edə bilərdiniz. Bu da böyüklük sayılardı. Amma özü‑
nüz gəldiniz. Bu gün də... yenə özünüz şəxsən gəldiniz, Turan
xanımın qoluna girdiniz, öz oturduğunuz stola aparıb yanı‑
M A H İ R   Q A B İ L O Ğ L U
92


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə