50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə28/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

yiblər? Bütün bunlar baş vermədiyinə görə Nəsimi başda ol‑
maqla hamı diz çökərək, əllərini yuxarı qaldırıb “Şükür sənə
xudaya, bizə qıydın. Sağ ol ki, Vaqif balamıza qıymadın. Quru
töhmətlə canını qurtardı. Özü də əmək kitabçasına yox, bütün
qəzetlərə, saytlara yazılmaq şərtiylə”.
Elə bu dəm içəri kim girsə yaxşıdır? 1063‑1092‑ci illərdə
Səlcuq dövlətinin vəziri Nizamülmülk. Özü də rəngi qaçmış
vəziyyətdə. Soruşduq ki, a kişi, nə olub, nə baş verib? Cavab
verdi ki, bəs sizin bir nazir var, Əbülfəs Qarayev. Eşitmişəm
ki, Qabil müəllim, sizinlə “xalaoğlu”dur. Tez onu xəbərdar
etmək lazımdır ki, başında bir xəta var onun. Dedim ki, ay
kişi, o mədəniyyət naziridir. Heç kimə pisliyi keçmir. Vaqif,
hətta sənin şeirinə istinad edərək, hörmətli vəzirimizə Əbül‑
fəs Qarayevin “yaxşılıq yolunda can qoyduğunu”, “nə ki ya‑
manlıq var, ondan uzaq qaçdığını”, “iblis adamla da dil
tapdığını”, Azərbaycan diliylə yanaşı “beş‑altı dildə bülbül
tək ötdüyünü”, “pisliyin dilini bilmədiyini”, nəinki alova
“hisə də, pisə də yaxşılıq etdiyini”, bu cür həyat tərzinin ona
ata‑babalarından – “Qarayevlər nəslindən” miras qaldığını
söylədim. Dedim ki, ay Nizamülmülk cənabları, sən yaxşı ta‑
nımırsan, neçə illər onunla bir yerdə çalışan Vaqif Quliyev –
Vaqif Bəhmənli ona yazdığı şeirdə deyir ki,
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən…
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
111


– Saxla, Qabil, saxla, Vaqif bala burda korlayıb da işləri.
Birinci mənə bənzədib Əbülfəs Qarayevi. İraq məndən. Məni
bilirsiz də bıçaqla qətlə yetiriblər. Taleyim Əbülfəs baladan
iraq. Bir də ki, ay qurultay nümayəndələri, sizdən bir şey so‑
ruşum. Mən vəzir idim. Əbülfəs Qarayev də vəzirdir ki, Vaqif
Bəhmənli onu mənə bənzədib? Yazıb ki, “Nizamülmülk kimi
yaxşı vəzirsən…”.
Vaqif, bax burda mənim dilim tutuldu. Soyuq tər basdı.
Adam tapmadın oxşatmağa? Özü də nazirə vəzir deyirsən.
Dövlət qulluqçususan, amma siyasi savadın yoxdur. Vallah,
sən bizdən də  ürəkliymişsən. Nazirin əmrini bu gün internet‑
dən oxumasaydım, belə başa düşərdim ki, Əbülfəs Qarayevi
Prezident Administrasiyasının rəhbəri qoyublar. Bala, ehtiyatlı
ol.  Ola bilsin ki, nazir sənin yanında hansısa perspektivdən,
arzularından danışıb. Hər deyilən şeyi axı gərək nəzmə çək‑
məyəsən. “Tembole” sənə də xəbərdarlıq edib ki, şeiri cır, at.
Əvvəllər mətbuat yazırdı ki, Əbülfəs Qarayev Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı olmaq istəyir, indi də...
Vaqif, Nizamülmülkü yola saldıq. Bu dəm məni səhnə ar‑
xasına çağırdılar ki, bəs 4 nömrə Axirət Hökumət telefonun‑
dan zəng gəlib. Bilirsən də kim idi zəng edən? Haqq
dünyasında ən böyük adam. Mənə tapşırıq verdi ki, sənə bəzi
iradları çatdırım. Onu da əlavə etdi ki, bir də belə səhvlər etsə,
bizim qurultayda sənin iştirakını gerçəkləşdirəcək. Vaqif, sən
lap ağın eləmisən də. Məni də pis vəziyyətə salmısan. İndi
səni Allahın yanında necə müdafiə edim? Hə? O nədir yaz‑
mısan Əbülfəsə?
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
M A H İ R   Q A B İ L O Ğ L U
112


dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Vaqif, gəl əyri oturaq, düz danışaq. Allah məsləhət bilmə‑
səydi, Əbülfəsi nazir qoyardılar? İndi sən yazdığın kimi,
Allah Əbülfəsin ziddinə getsə, onu da vəzifədən çıxartsalar,
necə olacaq? Təzə gələn səni şöbə müdirliyində saxlaya‑
caqmı? Ha saxladı aa… El məsəli var: “Təzə süpürgə yaxşı sü‑
pürər”.
Şəxsən mən Əbülfəsin yerinə olsaydım ən azı səni işdən
çıxarardım. Özü də “statya”yla. O, nədir yazmısan şeirdə.
…Qalaça tikirsən daş qalağından –
Vaqif, qalaça nədir? Axı sən dilimizi yaxşı bilirsən. Qalaça
– qədimdə  kiçik müdafiə tikilisi və ya xırda qaladır. Bunu
başa düşdüm. Fransız Jerar Depardye bütün dünyaya car çə‑
kərək “Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin evi əsl incəsənət nümunəsidi” deyir. Sən isə şeir
yazıb təsdiq edirsən ki, nazir daş qalağından, yəni ki, Güzdək
karxanasının “kolbasa” daşlarından qalaça tikir. Ayıb deyil?
Vallah, Əbülfəsdə hövsələ var. Ya da ki, el diliylə desək, səni
kabinetinə çağıranda “anan namaz üstə olub”.
Nə isə. Bu qədər. Onsuz da saytlar bütün günü yığıblar
səni boğaza. Yenə də deyirəm. Burdakılar da deyir. Şükür,
min şükür, yaxşı qurtarmısan. Get qurban kəs.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
113


Qurultayın son qərarı nə oldu? Yaxşı oldu. Adını tarixə
yazdılar. Oxuyum? Baş üstə.
“Yazdıqları şeirlərə görə:
Nəsimi – diri‑diri dərisi soyulub. 
Hüseyn Cavid – Sibirə sürgün edilib. 
Mikayıl Müşfiq – güllələnib. 
Xəlil Rza  – məhbəsə atılıb. 
Vaqif  Bəhmənli – “Töhmət” verilib”.
Hamıya salamlar.
Hörmətlə: Axirət Respublikası Yazıçılar Birliyinin sədri
QABİL
28 oktyabr 2015‑ci il.
M A H İ R   Q A B İ L O Ğ L U
114


NİYƏ AXI MƏHZ 
ZİYAD SƏMƏDZADƏ?
2015‑ci il, noyabrın 1‑dir. Yuxudan durmuşam. Evdə sa‑
kitlikdir. Niyə də sakitlik olmasın ki? Axı tək özüməm. Arvad
növbətçidir. Qızlar da ər evində. Bəs tək olmağım mənə niyə
qəribə gəlir ki? Çünki noyabrın 1‑dir. Seçki günüdür. Seçkini
niyə iki yerə bölmədim? Çünki parlament olsun, ya prezident,
dəxli yoxdur. Bizim dörd nəfərdən ibarət balaca İmamverdi‑
yevlər ailəsi bunların hər ikisində fəal iştirak edirdi.
Bu gün də noyabrın 1‑dir. Saat 11‑dir. Yerimdən dururam.
Nahar edirəm. Seçki məntəqəmizin yerləşdiyi, anamın 40 il
dərs dediyi, qızlarımın bir vaxt  təhsil aldığı 44 nömrəli mək‑
təbə gedirəm. Bülleten alıram. Və... Nə “Və”? Heç. Kövrəli‑
rəm. Xatirələr alır məni ağuşuna. Tezcənə namizəd Ziyad
Səmədzadənin qarşısında “İks” yox, çəpəki “plyus” işarəsi
qoyub, kağızı qutuya atıram.
Gülün, gülün. Çox gülməlidir. İlk dəfədir ki, seçki məntə‑
qəsində kövrələn seçici görürsünüz. Eləmi? Məntəqədən çı‑
xıram. Evə gəlirəm. Yenə təkəm. Heç sual da verən, müzakirə
də açan yoxdur ki, “a balam, görəsən Ziyad Səmədzadə de‑
putat seçiləcək, ya yox? Səslərimiz boşuna getməyəcək ki?
Bəlkə o biri namizədlər ondan da layiqlidirlər? Heç olmasa
maraqlanaydın, tərcümeyi‑hallarını oxuyaydın”. Amma yox.
Mənim namizədim o idi. Bəlkə adı olmasaydı da, ora “Ziyad
Əliabbas oğlu Səmədzadə” sözlərini artırıb, qabağında müs‑
bət işarəsi qoyacaqdım. Niyə?
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
115


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə