50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə59/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

fon, damağında siqaret, Avropa standartı öz yerində, milli
AZS standartlarına belə, uyğun gəlməyən danışıq, davranış.
İnamımı itirmişdim. Nəhayət son cəhd – BakuBus yara‑
dıldı. İlk dəfə bu avtobusa minəndə qarşımı cavan, gülərüz
oğlan kəsdi. “Xahiş edirəm, kartınızı bura yaxınlaşdırın”
dedi. Yaxınlaşdırdım. Qabaq sırada oturdum. Başqaları da qa‑
baqda oturmağa cəhd edirdilər. Oğlan yenə də nəzakətlə qa‑
yıdıb dedi ki, “arxa oturacaqlar boşdur, keçin əyləşin. Sizin
üçün də belə rahat olar. Çünki BakuBus avtobuslarında qabaq
qapıdan girib, orta və arxa qapılardan çıxırlar”. Orta və arxa
qapıda da xüsusi geyimli qızlar dayanmışdı. Demə bunlar
“Asan Xidmət” könüllüləriymiş. İlk günlərdə əhaliyə Avropa
standartlarını izah etmək üçün işə cəlb olunublar. Orta və
arxa qapıdan minmək istəyənləri ön qapıya dəvət edir, yeni
qaydalarla sərnişinləri tanış edirdilər.
Mənim yanımda bir qadın oturmuşdu. Çantasından kon‑
serv qabı çıxarıb ağzını açdı. İçində deyəsən çərəz idi. Başladı
yeməyə. Bu an həmin cavan oğlan qadına yaxınlaşıb nə desə
yaxşıdır: “Xanım, avtobusda yemək olmaz. Baxın... divara işa‑
rələr də vurulub”. Qadın pərt oldu: “Yerə atıb zibilləmirəm
ki, yeyirəm də...” deyə etirazını bildirdi. Oğlan yenə də nəza‑
kətlə qaydaları izah etdi. Qadın isə buna məhəl qoymadı.
HAŞİYƏ: Uşaqlığım yadıma düşdü.
– Mama, mənə dondurma al da...
– Mahir, alaram. Amma bir şərtlə, evdə yeyəcəksən. Kü‑
çədə yeriyə‑yeriyə yemək, nəsə içmək mədəniyyətsizlik sayı‑
lır. Bir də ki... bəlkə başqasının pulu yoxdur uşağıyçun
dondurma alsın. Sənin əlində görəcək, o da istəyəcək. Bil‑
din? (SON)
M A H İ R   Q A B İ L O Ğ L U
240


Bu BakuBus‑un qadağası deyildi. Bu, sadəcə mədəni nor‑
maların tələbi idi. Belə şeyləri ailədə başa salarlar. Keçmişdə
küçədə yeyə‑yeyə hərəkət edənləri, dondurma yalayanları
“ailə tərbiyəsi görməyib” deyə lağa qoyardılar. Hətta qada‑
ğalar balacalara da aid idi. Uşağı elə körpəlikdən tərbiyə edər‑
lər. İndi küçədə butulkanı ağzına dayayıb qurta‑qurtla kola
içən gənc qızları görəndə anamın sözləri yadıma düşür.
Qayıtmalıyıq mədəni‑etik qaydalara. Və bu yolda deyəsən
BakuBus pionerdir. Divara həkk olunmuş qaydalara bir də bax‑
dım. Siqaret çəkmək olmaz, yerə zibil atmaq olmaz, yemək,
içmək olmaz, videonəzarətin olmasıyla bağlı bildirişlər. Və ən
nəhayət avtobusun hər gün yuyulması, təmizlənməsi öz ye‑
rində... dezinfeksiya olunması. Hər dayanacağa çatanda löv‑
hədə həmin yerin adı və xəbərin göstərilməsi və səslə
çatdırılması. Vallah bütün bunlar sovet vaxtı da vardı. Sadəcə
“Avropa standartları”na keçmişdik deyə, hamısını unutmuş‑
duq. İnsan faktoru, onun önə çəkilməsi, “hər şey insan üçün”
devizi deyəsən geri qayıdır – hələlik BakuBus‑un timsalında.
Qayıdaq başlığa. Gör mən nəyə sevinirəm? Gör mən nəyə
məqalə həsr edirəm? Yəni bugünə qalmışam? Əvvəllər marş‑
rut rəhbərlərinin sərnişinlərin cibinə girməsindən, nəqliyyat
qoçularının sürücülərə yox, onların cibinə nəzarət etməsindən
yazırdıqsa, indi də növbə BakuBus‑a çatdı. BakuBus “cib”ə
girir. Əhsən. Axır ki, bunu da gördük. BakuBus avtobusları
dayanacaqdan kənarda saxlamır. Onlar üçün ayrılan ciblərə
girirlər. Dayanacaq ciblərinə. Sürücünün səsi gəlmir. Sərni‑
şinlərin də cınqırı çıxmır. Heç kim də anormal xahişlər eləmir
ki, “qardaş, astanovkada saxlayarsan da...”
2016
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
241


QULU MƏHƏRRƏMLİNİN 
“SƏHƏR”İ
Günlərin bir günü operator Ramiz Mirzəyevlə qocaman
operator, 70 yaşlı Muxtar Məmmədov AzTV‑də “enerqoblok”
deyilən yerin qabağında söhbət edirdilər. Mən də yanların‑
daydım. Ramiz Mirzəyev:
– Muxtar dayı, sən çoxdan burda işləyirsən?
– Hə, Ramiz! – deyə Muxtar dayı cavab verdi. Deyəsən
sual xoşuna gəlmişdi. Xatirələr onu ağuşuna aldı, – Ramiz,
Mahir, bax onda bu bina yox idi. İşdən sonra biz də tikintidə
işləyib, kömək edirdik. Onda hələ bünövrə qoyurdular.
– Muxtar dayı, belə çıxır ki, AzTV‑nin bünövrəsini sən
qoymusan? – deyə Ramiz növbəti sualını verdi.
– Hə,  Ramiz. Belə çıxır da... – deyə Muxtar demək olar
ki, kövrəlmiş halda cavab verdi.
– Muxtar dayı, filankəsi tanıyırsan?
– Hə, tanıyıram. Deyəsən Xudiyev bu gün işdən qovub onu.
– Bəs o, bizimlə sağollaşanda dedi ki, AzTV‑nin bünövrə‑
sini qoyanın var‑yoxunu…
Bu misalı əvvəldə elə‑belə çəkmədim. Çünki hamı üçün
tanış məqamdır. İstənilən idarədə birini işə götür “can” deyə‑
cək, işdən çıxarılanda isə ... Amma indikilərin binada, bünöv‑
rədə işləri yoxdur, nişangahda rəis, müdir, direktor, sədr...
Mən AzTV‑ni çox sevirəm. İlk dəfə dörd yaşında qədəm
qoymuşam bu məkanın kandarına. 33 saylı uşaq bağçasından
radionun “Sandıqça” verilişinə müəlliməm gətirmişdi məni.
M A H İ R   Q A B İ L O Ğ L U
242


Sonra 10‑cu sinifdə Tariyel müəllimin apardığı televiziyanın
“Kamillik” verilişinin iştirakçısı‑çıxışçısı oldum.
Bizim nəsil üçün “AzTV‑ni sevirəm”  ifadəsi artıq sayıla
bilər. Axı başqa televiziyalarımız yox idi. Ancaq AzTV idi.
Vəssalam‑şüttəmam. Müasir iqtisadiyyat terminiylə desək,
AzTV monopolist idi. Kim ki, bu televiziyanın ekranına çıxır‑
dısa həmən məşhurlaşırdı, ulduz olurdu. Hansı müğənnini
unudub toya çağırmırdılarsa, efirə çıxıb özünü yada salırdı.
Bu televiziyanın “setka”sı vardı. “Setka” nədir? Təsəvvür
edin ki, bazara gedirsiniz əlinizdə “setka”, zənbil. Həm ət alır‑
sınız, həm kartof‑soğan, həm süd alırsınız, həm də qatıq,
xama, kəsmik, həm çörək alırsınız, həm də qənnadı, şirniyyat,
daha nələr, nələr. Evə qayıdanda qabağınıza uşaq qaçır. Ona
“setka”dan çıxarıb şirni və ya oyuncaq verirsiniz. Televiziya
dilində desək, uşaq verilişləri, multfilm. Mətbəx işlərinə, tə‑
mizliyə baxan arvada müxtəlif ərzaqlar, yuyucu toz, sanitar‑
gigiyenik ləvazimatlar... Nə başınızı ağrıdım, televiziya da
böyük bir bazardır. Orda hər kəsin zövqünə uyğun verilişlər
hazırlanır ki, hər bir tamaşaçının təlabatına cavab versin. Yox,
burda bir balaca yanlışlığa yol verdim. O monopolist AzTV
həm də yüksək zövq formalaşdırırdı. İndiki televiziyaların
seçim meyarı isə 100 faiz tamaşaçı zövqüdür. Tamaşaçı zövqü
televiziyanı formalaşdırır.  Əvvəllər tələbatı bazar müəyyən‑
ləşdirirdi, indi isə bazar münasibətləri və  pul. İndi uşaqlar,
məktəblilər multfilmə, uşaq verilişlərinə yox, daha çox seri‑
allara baxırlar.
Mətləbdən çox da uzaqlaşmayım. AzTV‑nin bütün veriliş‑
lərini sevirdim. Bir az da dəqiq ifadə etsəm, AzTV‑ni orda ça‑
lışanlar sevdirmişdilər bizlərə. Öz yüksək zövqləriylə. Çünki
nəsillərin biri‑birinə hörməti vardı. Yaşlı nəsil həm də müəllim
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
243


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə