A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə143/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   149

 

447


«inqilabi hərəkat» məzmununda xəfif, eyni zamanda sis-

temli məna rabitəsi vardır. Coşmaq, aşıb-daşmaq, mahnı 

qoşmaq  söz və ifadələri də həmin ayılmaq  və  dillənmək 

məzmunundadır. 

Cənubi Azərbaycanda şifahi xalq ədəbiyyatı on illər 

boyu milli ədəbi-bədii təfəkkürün əsas ifadə forması 

olmuşdur; şübhəsiz, bu, ədəbi dilin sonrakı taleyinə təsirsiz 

qalmır, inqilabın qələbəsindən sonra meydana çıxan 

mətbuatın dili də göstərir ki, folklor (eləcə də danışıq) 

leksikası yazılı dilə nə qədər güclü axınla gəlmişdir. 

Azərbaycan ədəbi dilinin lüğət tərkibi Şimalda rus 

dilinin, Cənubda fars dilinin təsirinə məruz qalır; demək 

lazımdır ki, hər iki dil – həm rus, həm də fars dilləri anali-

tik quruluşlu dillər olduğundan onların təsiri nəticəsində 

Azərbaycan dilində də analitizm hiss ediləcək qədər 

qüvvətlidir… Şimalda rus dilinin təsiri daha çox elmi üslub 

vasitəsilə həyata keçirildiyi halda, Cənubda üslub diferen-

siallığının zəifliyi ilə əlaqədar olaraq, ümumiyyətlə, nitq 

təzahürünün bütün formalarına fars dilinin təsiri özünü 

göstərməkdədir. Lakin bu təsirdə bir stixiyalılıq da var, 

adətən, fars sözü, yaxud ifadəsi işləndiyi mətnin leksik 

tərkibinə uyuşmur, təsadüfi, daha doğrusu, situativ səciyyə 

daşıyır, məsələn: «Təbrizdə bu günlər taksiçilər bir şanlı – 

gözəl ebtekara əl qoyublar. Bu ebtekara görə taksiçilər dalı 

şüşədə şüarlar – adlar Azərbaycan dilində yazırlar» 

(«Koroğlu» məcəlləsi, № 1). 

Ebtekar  («təşəbbüs» deməkdir) sözü burada perspek-

tivsiz sözdür və şübhəsiz, leksik-semantik sistemin üzvi 

tərkib hissəsinə çevrilə bilməz; bəs necə olur ki, Cənubda 

ədəbi dilin lüğət tərkibi bu cür müxtəlif təmayülləri əks 

etdirir? Görünür, bunun səbəbini, yuxarıda qeyd etdiyimiz 

kimi, ədəbi dilin düşdüyü mədəni-ictimai mühitdə 




 

448


axtarmaq lazımdır: hadisələrin, ictimai ovqatın sürətlə bir-

birini əvəz etməsi, bir sinxron mərhələdə müxtəlif dünya-

görüşlərin təmsil olunması müxtəlif nitq təzahürlərini 

faktlaşdırır (yada salaq ki, Şimali Azərbaycanda da, xüsu-

silə 20-ci illərdə lüğət tərkibi belə bir vəziyyətdə olmuşdu – 

bu da mədəni-ictimai mühitlə bağlı idi…). 

Doktor Həmid Nitqi öz kitabını iki adla – «Yazı 

qaydaları (imla qılavuzu)» adlandırır və bunlardan 

birincisinə haqlı olaraq üstünlük verir; imlaya yox, yazıya, 

qılavuza yox, qaydaya üstünlük verilməsi, əslində, Şimalda 

yarım əsr bundan qabaq getmiş prosesi xatırladır. Bu və 

buna bənzər faktlar göstərir ki, Cənubi Azərbaycanda ədəbi 

dilin lüğət tərkibi Şimaldakından fərqli norma variantı 

yaratmır, bəlkə, müəyyən gecikmələrlə ümumi normanın 

arxasınca gəlir (onu təqlid edir), onu da əlavə edək ki, qeyd 

olunan hal ümumən ədəbi dillərin tarixində nadir hadisədir. 

Cənubi Azərbaycanda ədəbi dilin lüğət tərkibi üçün 

səciyyəvi olan leksik paralellik (əsasən, türk-fars, bəzən də 

türk-fars-Avropa paralelliyi) universal əlamətdir; həm 

fonetik, həm leksik, həm də qrammatik normaya aiddir… 

N.Cəfərov qeyd edir ki, «Şimalda arxaizm faktı kimi 

qəbul olunan sözlərin Cənubda bəzən çevikliyi diqqəti cəlb 

edir», bundan sonra isə müəllif yax, paxır, tiri-cəfa sözlə-

rini misal göstərir

1

. Əlbəttə, buraya daha bir sıra 



nümunələri əlavə etmək mümkündür: yağmalanmaq – Onla 

yağmalandım, onlarla talandım (Araz); qovzanmaq – Füzu-

litək göyə qovzandı  ahım (F.Hasarlı); arxadaş – Duyuram 

birbəbir  arxadaşları  (F.Hasarlı);  rəğmən – Buna  rəğmən 

hərgiz bükülmədi belimiz (H.Nitqi) və s. Lakin sual olunur: 

bu cür arxaik leksik vahidlərin çevikliyinə səbəb nədir? 

                                                           

1

 N. Cəfərov. Cənubi Azərbaycanda ədəbi dil (normalar). – «Azərbaycan 



müəllimi» qəz., 29 noyabr 1988-ci il. 


 

449


Bizim fikrimizcə, bunun bir neçə səbəbi vardır: 

1) Şimaldan fərqli olaraq, Cənubda köhnə ictimai 

quruluşun, münasibətlər sisteminin qalması və buna uyğun 

olan anlayışların yaşaması: məsələn, rəncbər, ərbab, şah, 

nökər və s. 

2) Şimaldan fərqli olaraq Cənubda ənənəvi estetik 

mədəniyyətin, etnoqrafik təfəkkürün daha davamlı şəkildə 

mühafizə edilməsi nəticəsində buna uyğun olan anlayışların 

yaşaması; məsələn: o  abi-həyat cənnəti-məva, guşeyi-

viranə, nəsib (olmaq), kəbə, yar və s. (H.Ş.Rəhgüzərin bir 

şeirindən alınmış bu anlayışlar klassik estetik təfəkkürün 

məhsuludur. Həmin estetika Cənubda bu gün də yaşayır). 

3) Nəhayət, Cənubda ədəbi dilin lüğət tərkibindəki 

artımın (zənginləşmənin) Şərq kontekstində getməsi; bu, o 

deməkdir ki, Cənubi Azərbaycanda mədəni-elmi təfəkkür 

Avropa standartlarını ləng qəbul edir, daha doğrusu, bu 

standartları milliləşdirəcək (yaxud mənimsəyəcək) mədəni-

ictimai şərait yoxdur. 

İran İslam inqilabından sonra Cənubda ədəbi dil

prinsip etibarilə, stixiyalı surətdə inkişaf edir, halbuki 

Şimalda lüğət tərkibinin inkişafındakı stixiyalılıq, demək 

olar ki, aradan qaldırılmışdır; leksik norma, heç şübhəsiz, 

təbii şəkildə yaranır, lakin bu prosesin linqvistik nəzarət 

altında olması vacib şərtdir. Cənubda isə belə bir nəzarətin 

həyata keçirilməsinə 70-ci illərin sonu, 80-ci illərin 

əvvəllərində imkan yox idi… Hazırda isə mövcud material 

əsasında müəyyən ümumiləşdirmələr aparmağa ehtiyac 

duyulur (bu sahədə bəzi işlər artıq görülmüşdür; məsələn, 

M. Peyfunun lüğətini qeyd etmək olar

1

)… 



20-ci illərdən bu günə qədər Cənubi Azərbaycanda 

ədəbi dilin lüğət tərkibi iki inkişaf mərhələsindən 

                                                           

1

 M. Peyfun. Azərbaycanca-farsca lüğət, Tehran, nəşre-daneşpaye, 1983. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə