A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə145/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   149

 

453


düşüncə təsir edir; «İnqilabın doğurduğu əhvali-ruhiyyə 

bədii dilə publisist aydınlıq gətirir, haradasa obrazlılıq 

səviyyəsini aşağı salır; şeirini yazan-deyən bir qayda olaraq 

nə deyəcəyini düşünür, necə deyəcəyinə o qədər də fikir 

vermir…»

1

. Sözün bədii üslubda da publisistik konkretliklə 



verilməsi dövrün tələbi idi; inqilabi fikir poetik ifadə 

dumanında itməməli, mürəkkəbləşməməli idi. 

Publisistik üslubun leksikası bədii üslubun leksikasına 

nisbətən daha müasir tipli olmuşdur; Əlbəttə, inqilabi 

hərəkat demokratik ruhu qanadlandırmışdı, ictimai təfək-

kürə müasir məzmunlu anlayışlar gəlmişdi

2

. «Koroğlu», 



«Dədə Qorqud», «Çənlibel», «Odlar yurdu», «Yoldaş», 

«Araz», «Birlik», «Varlıq» kimi mətbuat orqanlarına da 

döyüşkən üslub özünəməxsus söz potensiyasını yetirdi. 

Əlbəttə, publisistik yazıların dilində ən normativ leksikadan 

tutmuş loru leksikaya qədər hər cür rəngarəng cəmiyyətin 

müxtəlif təbəqələrinin dili əksini tapır. 

«Koroğlu» məcmuəsinin baş məqaləsindən aşağıdakı 

sətirlərin lüğət tərkibinə baxaq: 

«Koroğlu» məcəlləsi öz birinci nüsxəsinin nəşr 

olmasına görə qanlı və nə şanlı bəhmənin inqilabını bütün 

vətəndaşlara alqış deyir. «Koroğlu» məcəlləsinin yazıçılar 

heyəti olan azadlıqlardan istifadə eliyərək çalışacaq ki: 

1) İmperializmə qarşı tutmağınan onu hər libas və hər 

şəkildə olduğunu görsədib və ifşa eləsin. 

2) İstibdadı və onun üzünə rəngbərəng don geyməsini 

görsədib və xəlqi başa salmağınan istibdadın bir başqa 

şəkildə qayıtmasının qabağın alsın…» («Koroğlu» məc., № 

6, səh. 1). 

                                                           

1

  N.Cəfərov. Cənubi Azərbaycanda ədəbi dil (üslublar), «Ulduz» jur., 1989, 



№ 1, səh. 89. 

2

 Mirzə İbrahimov. Cənub sovqatı, «Azərbaycan» jur 1981, №5. 




 

454


Vətəndaş, azadlıq, imperializm, istibdad, xəlq və s. 

ictimai-siyasi məzmunlu leksika mətnin funksiyasını 

müəyyən edir. Bu anlayışlar oyanmış ictimai şüurun faktı-

dır və ümumiyyətlə, 1979-cu il fevral inqilabından sonra bu 

cür leksik vahidlərin publisistik dildə sıx-sıx işlədilməsi 

diqqəti cəlb edir. Eyni zamanda həmin qəbildən olan sözlər 

ədəbi-bədii, hətta elmi üslubda da özünü göstərir, yəni 

universal hadisədir. 

Elmi üslubda terminologiya əsasən ənənəvidir – ərəb, 

fars mənşəli terminlərdən istifadə olunur, bir sıra hallarda 

isə Avropa terminologiyasına müraciət edilir; prinsip 

etibarilə, elmi üslubun imkanlarının aşağı olması termi-

noloji leksikanın funksionallığına mənfi təsir göstərir. 

Şübhəsiz, Cənubda elmi üslubun inkişafı kimi terminoloji 

sistemin inkişafı da Şimaldakı təcrübəyə əsaslandıqda 

perspektivlidir. Termin paralelliyi də məhz bu yolla aradan 

qaldırıla bilər. 

Cənubda ədəbi dilin inkişafı qarşısına çıxan ekstra-

linqvistik maneələr hazırda lüğət tərkibinin zənginləş-

məsinə imkan vermir, – Cənub bu baxımdan Şimalla 

müqayisə olunmur; kitab, jurnal, qəzet çapının maksimum 

məhdudlaşması (yaxud ümumən qadağan olunması) 

məişətdə işlənən sözlərin ədəbi dilə gətirilməsi prosesini 

dayandırmışdır. Halbuki burada xalq dilinin böyük ifadə 

potensiyası aşkarlanmamış qalır. Düzdür, Cənubdan olan 

söz ustalarının (B.Azəroğlunun, M.Gülgünün, Ə.Tudənin, 

H.Billurinin, S.Tahirin və b.) dilində indinin özündə də bir 

sıra koloritli söz və ifadələr işlənir, lakin bu həmin lüğət 

potensiyasının bütünlüklə istifadəsi deyil – Şimalda geniş 

funksionallığa malik ədəbi dilin lüğət tərkibi Cənubun xalq 

dili xəzinəsindən hələ ki, lazımi qaydada faydalanmır. 

Şimalla Cənub arasında Azərbaycan ədəbi dili lüğət 




 

455


tərkibinin sinxron müqayisəsi göstərir ki, mövcud fərq 

tarixi-funksional fərqdir; leksik-semantik sistemin daxili 

tələbindən yox, tarixi inkişaf ərzində ana dilinin mədəni-

tarixi, ictimai-siyasi funksionallıq səviyyələrinin müxtəlif-

liyindən irəli gəlir. 

 

* * * 



 

Şimali Azərbaycanda ədəbi dilin lüğət tərkibinin 

sovet dövründəki inkişafı; Cənubdakı leksik proseslərdən 

təcrid olunmur; istər 20-ci, istər 40-cı, istərsə də 70-ci illə-

rin sonu, 80-ci illərin əvvəllərində ədəbi dil səviyyəsindəki 

əlaqələr, şübhəsiz, lüğət tərkibini – leksik normanı da əhatə 

edir. Deməli, ədəbi dilin lüğət tərkibinin Şimal və 

Cənubdakı təzahür formaları tarixi-funksional fərqlərə 

baxmayaraq, vahid orqanizm kimi mövcuddur. 

 

 



 

 

 



 

 

 




 

456


NƏTİCƏ 

 

Sovet dövründə Azərbaycan ədəbi dilinin inkişafı 



həm əsrlər boyu davam edən təbii axını ilə gedir, həm də 

ictimai-mədəni təsirləri özündə daha intensiv şəkildə əks 

etdirir, ona görə də geniş kontekstdə götürdükdə ədəbi dil 

normasının tarixi sabitliyi qalır, məhdud kontekstdə isə 

normanın müəyyən inkişaf dövrləri keçirdiyi görünür; 

bizim fikrimizcə,  ədəbi dilin normasını keyfiyyətcə həmin 

sabitliklə həmin inkişaf arasındakı dialektik münasibət 

xarakterizə edir. Əlbəttə, ədəbi dilin nisbi sabitlik göstəri-

ciləri də, inkişaf sürəti də lüğət tərkibində daha parlaq 

şəkildə ifadə olunur. 

Azərbaycan ədəbi dilinin lüğət tərkibi  demək olar ki

tədricən inkişaf edir; müəyyən vaxtlarda türk, yaxud rus 

dili sözlərinə üstünlük verilib sonradan onlardan əl çəkil-

məsi isə inkişafın tədriciliyini pozmur, çünki bu cür 

təbəddülatlar lüğət tərkibinin daxili ehtiyacından deyil, 

mədəni-ictimai mühitin özündə subyektiv təsirlərin 

güclənməsindən irəli gəlir – ədəbi dilin təbii sabitliyi əvvəl-

axır belə ifrat meyilləri üstələyir və əslində, həmin təbii 

sabitliyin ədəbi dilin (deyək ki, onun lüğət tərkibinin) 

inkişafını idarə etməsi bununla müəyyən edilir. 

Sovet dövründə ədəbi dilin lüğət tərkibinin optimal 

tədqiqi iki aspektdən təhlilin metodiki üstünlüyünü qəbul 

etməyə əsas verir; birinci aspekt analitik-sinxron, ikinci 

aspekt isə sintetik-diaxron səpkilidir. Analitik-sinxron təhlil 

lüğət tərkibini mərhələlər üzrə, eyni zamanda üslub planına 

diqqət verməklə araşdırır, bir, yaxud bir neçə onillik hüdu-

dunda lüğət tərkibinin mənzərəsini təsvir edir. Sintetik-

diaxron təhlil isə mərhələlər üzrə təsnifdən imtina edir

lüğət tərkibini bütöv keyfiyyət halında araşdırır və əslində 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə