A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə146/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   149

 

457


analitik-sinxron təhlili tamamlamış olur. 

Azərbaycan ədəbi dilinin lüğət tərkibi sovet dövründə 

həm normativ-dil, həm də funksional-nitq planında (daha 

doğrusu, bu planların qarşılıqlı əlaqəsi baxımından) iki 

mərhələdən keçir: 

I. 1920-1940-cı illər; 

II. 1940-cı ildən sonrakı dövr. 

I mərhələdə norma planı üslub planına, II mərhələdə 

isə, əksinə, üslub planı norma planına təsir edir, ona görə 

də 20-ci, 30-cu illərdə ədəbi dilin lüğət tərkibinin normativ 

mənzərəsi müəyyənləşir, demək olar ki, bütün funksional 

nitq sahələri eyni leksik proseslərlə xarakterizə olunur, 40-

cı, xüsusilə 50-ci illərdə isə artıq ədəbi dilin yeni ictimai-

mədəni təfəkkürünü bütün koordinatları ilə ehtiva edən 

leksik norma mövcuddur. O zaman ki, leksik normanın 

sabitliyi hələ yoxdur, dilin əsas enerjisi normanın sabit-

ləşməsinə gedir; norma sabitliyi yarandıqca üslubi proses-

lər güclənir, bundan sonra əsas enerji lüğət tərkibinin üslubi 

diferensiasiyasına sərf olunur. Normanın dinamikasını 

funksional-üslubi

 

parçalanmanın dərinləşməsi təmin edir – 



leksik variantlaşma isə artıq stabil norma mövcud olduğuna 

görə I mərhələdə əsası qoyulmuş prinsipləri nəinki

 

pozur, 


əksinə, daha da möhkəmləndirir. 

I mərhələdə lüğət tərkibinin inkişafı əslində XX əsrin 

əvvəllərində aldığı təkanla gedir; inqilabdan sonra da XX 

əsrin əvvəllərinə məxsus dil-üslub mübahisələri davam 

edir, mübahisələrin mərkəzində isə, heç şübhəsiz, ədəbi 

dilin leksik norması məsələsi dayanırdı, eyni zamanda, 

ictimai-siyasi, mədəni mühit elə idi ki, bu mübahisələr 

ideoloji xarakter alırdı və məsələ də burasındadır ki, I 

mərhələdə həmin vəziyyət bu və ya digər şəkildə qalırdı. 

20-ci illərdə terminoloji leksikanın hansı mənbələr 




 

458


hesabına zənginləşmə problemi ortaya çıxanda müxtəlif 

cəbhələr yaranmışdı, bir-birinə heç cür güzəştə getməyən 

bu cəbhələr problemi həll etmək üçün adətən ekstra-

linqvistik mövqelərdən çıxış edirdilər, dilin daxili tələbi 

nadir hallarda nəzərə alınırdı. 

20-30-cu illərdə ədəbi dilin lüğət tərkibi, struktur-

semantik və funksional-stilistik planlarda aparılan müşahi-

dələrin nəticəsi kimi, demək olar ki, normalaşır, norma-

laşma müxtəlif istiqamətdə axtarışların (xüsusilə dil 

quruculuğu baxımından axtarışları nəzərdə tuturuq) toplan-

ması, milli əsasda vahidləşməsi hesabına gedir; 20-ci 

illərdə ərəb-fars mənşəli sözlər ictimai-mədəni təfəkkürdəki 

çevrilişə müvafiq olaraq məna təbəddülatı keçirir, inqilabın 

qələbəsi ilə əlaqədar iqtisadi-təsərrüfat, ictimai-siyasi, 

mədəni-mənəvi sahələrdə ərəb-fars mənşəli termino-

logiyanın intensiv işləkliyi onu göstərir ki, inqilab tarixən 

müəyyənləşmiş klassik nitq-ifadə kontekstini bir yana 

atmır, inqilabi dəyişikliklər həmin kontekstdə, əsasən, 

məzmunca yenidən qurulma istiqamətində gedir. 20-ci 

illərdə osmanlı türkcəsi elementlərinin lüğət tərkibindəki 

funksionallığına gəldikdə isə demək lazımdır ki, bu, XX 

əsrin əvvəllərinə məxsus ədəbi nitq təzahürlərinin 20-ci 

illərdə də yaşaması prinsipi ilə bağlıdır – osmanlı 

türkcəsindən olan sözlərin Azərbaycan dilində ekvivalenti 

var idi (ərəb-fars mənşəli sözlərdən fərqli olaraq) və bu 

sözlər bir qayda olaraq ümumişlək vahidlər (əsasən 

əvəzliklər) idi, ona görə də mövcud ictimai-mədəni təfək-

kürün ifadəsi üçün xüsusi əhəmiyyət kəsb etmirdi – ədəbi 

fakt kimi perspektivsiz idi, ümumxalq dili üçün isə 

yaramırdı, çünki ümumxalq dilində əsrlər boyu sabitləşmiş 

müvafiq vahidlər var idi. 

İnqilabdan sonra rus-Avropa mənşəli leksikanın 




 

459


kütləvi artımına, lüğət tərkibində əhəmiyyətli mövqeyə 

malik olmasına gəldikdə isə burada iki cəhət diqqəti cəlb 

edir; birincisi, rus-Avropa mənşəli leksika XIX əsrin 

ortalarından başlayaraq, ümumiyyətlə, texnikanın, 

mədəniyyətin ifadəçisi kimi ədəbi dildə faktlaşır, ikincisi, 

inqilabi idrakın təntənəsi (eləcə də onun həyata keçməsi) 

faktoru kimi yayılır, 20-ci illərdə ikinci cəhət aparıcı idi. 

Beləliklə, inqilabdan sonrakı on il ərzində ədəbi dilin 

lüğət tərkibində rus-Avropa, ərəb-fars, türk (osmanlı) 

mənşəli leksika əsasən bir funksional əlamətinə görə 

birləşir; inqilabi təfəkkürə, onun yaratdığı mədəniyyətə 

xidmət etmək – inqilabi təfəkkürün özündə (daha doğrusu, 

inqilabın ictimai təfəkkür tərəfindən qəbulunda) müəyyən 

normativliyin olmaması isə (sinfi mübarizə gedirdi) 

ümumən ədəbi dilin lüğət tərkibinin mənzərəsinə də təsirsiz 

qalmırdı; daxili imkanlar hesabına söz artımı da buna 

uyğun idi, purizm fəaliyyət göstərirdi.  

30-cu illərdə inqilabi təfəkkür daha çox ictimailəşir, 

daha çox kütlənin yaradıcılığını (o cümlədən nitq yaradı-

cılığını) ehtiva edir, nəticədə: 1) daxili imkanlar hesabına 

söz-ifadə yaradıcılığı 20-ci illərdəki ilə müqayisəyə 

gəlməyəcək qədər artır (ərəb-fars mənşəli bir sıra sözlər də 

burada ehtiva olunur – onlar daha ardıcıl şəkildə yeni 

ictimai təfəkkürün materialına çevrilir, milli əhatədə 

mənimsənilir); 2) rus-Avropa mənşəli leksikanın ədəbi 

dildəki həcmi sürətlə (bir sıra hallarda ifrat dərəcədə) 

genişlənir; 3) ərəb-fars, eləcə də türk (osmanlı) sözlərinin 

funksionallığı azalır, perspektivi aradan qalxır. Lüğət 

tərkibinin 30-cu illərdəki mənzərəsi 20-ci illərdəki mənzə-

rəsindən əslində çox fərqlənir – xeyli miqdarda faktların 

müqayisəli tədqiqi də bunu göstərir, lakin həmin fərq, hər 

şeydən əvvəl, kəmiyyət tərəfinə aiddir, keyfiyyətcə isə həm 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə