Onlar cinayət törətmək üçün muzdlu qatillər və mafiya kimi yaramazlara imkan yaradırlar ki, onlar da
aldadıcı bizneslərə korlanmış və ya qüsurlu məhsullar satmaq (bu yaxınlardakı başlıqlardan alınma),
yaxud yerində olacaq düzgün girovlar qoymaq üçün yol verir. Biz heç də özümüzü aldatmamalıyıq ki,
bazarlar tərəfindən həvəsləndirilən şəxsi marağın daha geniş tərifi həmişə məşhurdur.
Əlbəttə, sizin ailənizin, dostlarınızın və cəmiyyətinizin məqsədlərini irəli çəkmək üçün müsbət mənəvi
meyar var, ancaq bu həmçinin paxıllıq, tamahkarlıq, özünü aldatma və başqa müxtəlif insan qüsurları
ilə müşayiət edilə bilər.
Daha çox növ mümkün sosial fəaliyyət icra etmək məqsədilə bazar bu nöqsanlar üçün daha böyük
imkanlar yaradır.
İqtisadi həyatın müşahidəçiləri kimi, bizim çoxumuz (xüsusilə, əgər biz jurnalist və ya akademik
olmaq üçün çalışırıqsa) adətən diqqətimizi bu cür mənfi nümunələr üzərinə yönəldirirk. Ancaq biz
insan inkişafının daha geniş təsvirini götürməyə ehtiyac duyuruq.
Bizim iqtisadi artımın və genişlənmənin uzun dövrü arasında aydındır ki, bazarların müsbət
xüsusiyyətləri onların mənfi xüsusiyyətlərindən əsaslı şəkildə daha güclüdür. Bu yalnız təcrübi və
sərvət yaratmağın maddi qazancı baxımından deyil, eləcə də şəxsi mənəviyyatda onun faydalı təsiri
baxımından doğrudur.
Robert B. Reyx
Robert B. Reyx Berklidə Kaliforniya Universitetində dövlət siyasəti üzrə professordur.
Onun dövlət siyasəti haqqında on iki kitabı nəşr edilmiş və üç dövlət adminstrasiyasında çalışmışdır.
O, sonuncu dəfə Prezident Bill Klintonun rəhbərliyi altında əmək məsələləri üzrə katiblikdə
işləmişdir.
Biz bunu bilməsək, daha yaxşı olardı…
Bizim çoxumuz bazarda ən yaxşı mümkün işləri almağa cəhd edən istehlakçılarıq. Bizim çoxumuz
həmçinin icmalarımızda və cəmiyyətlərimizdə düzgün şeylər etməyə cəhd göstərən mənəvi varlıqlarıq.
Təəssüf ki, bizim bazar arzularımız əsasən mənəvi öhdəliklər ilə ziddiyyətdədir. O zaman biz bu
münaqişənin öhdəsindən necə gəlirik? Biz çox tez-tez bundan boyun qaçırırıq.
İstehlakçılar bizim mənəvi xarakterimizə diqqət vermədiyinə görə, biz verdiyimiz qərarları daha üstün
tuturuq. Bu, bizim istədiyimiz məhsullar və xidmətlər, həmçinin can atdığımız ideallar arasında qeyri-
müvafiq seçimimizin olmadığı bir yoldur.
Məsələn, bizim istədiyimiz məhsullar xaricdə daha ucuz qiymətə hazırlana bilər, bizim əldə etdiyimiz
ən ən yaxşı ticarət sövdələşmələri bazarda öz qonşularımızın işləri və əmək haqları hesabına gələ bilər.
Böyük işlər həm də tez-tez bizim Əsas yolumuzun- cəmiyyətlərimizin mərkəzləri hesabına gəlir, çünki
biz şəhər ətrafında pərakəndə konteyner satıcılarından daha aşağı qiymətə ala bilərik.
Mənəvi iştirakçılar kimi, biz öz qonşularımızın və cəmiyyətlərimizin rifahına qayğı göstəririk. Ancaq
istehlakçılar kimi, biz səbirsizliklə öz qonşularımızın yaşayış standartlarını və cəmiyyətlərin
qonşuluğunu dağıda bilən işlər axtarırıq. Biz bu ziddiyyətin öhdəsindən necə gəlirik? Adətən onu rədd
etməklə.
Bənzər olaraq, mənəvi varlıqlar kimi, biz özümüzü gələcək nəsillərin müdafiəsi niyyətində olan ətraf
mühit nəzarətçiləri kimi düşünmək istəyirik. Ancaq istehlakçılar kimi, biz adətən bu
mənəvi səyə
məhəl qoymuruq.
Bizim çoxumuz havaya karbon buraxan avtomobillər almaqda və bəzilərimiz daha böyük karbon
təsirinə malik olan reaktiv təyyarələrdə bir yerdən başqa yerə uçmağa böyük vaxt sərf etməyə davam
edirik.
Və biz çox zaman ekoloji standartları zəif olan dövlətlərdən ucuz mallar alırıq və fabriklər su təchizat
mənbələrinə zəhərli kimyəvi preparatlar və ya havaya çirkləndiricilər buraxır. Bizim alıcılıq
vərdişlərimizlə ətraf mühitdə öz mənəvi stendimizə necə yer edə bilərik? Biz adətən ətraf mühit
baxımından sağlam məhsullardan qeyrisini almamağa cəhd də etmirik.
Bizim bazar sazişlərimizin haqqında təxminən bildiyimiz hər cür mənəvi nəticələri var. Biz böyük
ticarət sövdələşmələri əldə edə bilərik, çünki istehsalçı yoxsul dövlətlərdə mağazanı qurmaqla və
gündə on iki saat, həftədə yeddi gün işləyən uşaqları işə götürməklə və ya öz Amerikan işçilərinin
sağlamlığını və təqaüd imtiyazlarını ləğv etməklə, yaxud işçilərin təhlükəsizliyini küncə atmaqla
xərcləri azaltmaq imkanı qazanır. Mənəvi varlıqlar kimi, bizim çoxumuz bu nəticələri öncədən
düşünərək seçməzdik, ancaq böyük iş axtaranlar kimi, biz son nəticədə onlara görə cavabdehik.
Biz adətən iki yolla bazaar impulsları və mənəvi ideallar arasında ziddiyyətlərə müraciət etməkdən
çəkinirik.
Birincisi, mənim yuxarıda təsvir etdiyim şəkildə, əgər biz onlar kimi mənəvi baxımdan arzuedilməz
nəticələrdən öyrəniriksə, istehlakçılar kimi özümüzə deyil, istehsalçılar və satıcılar kimi onlara
cavabdehlik təyin edirik. Biz güman edirik ki, məsələn, o pərakəndə ticarət aparan konteyner satıcıları
öz işçilərinə aşağı əmək haqqı vermək və Əsas yoldan kənarda biznesi çökdürmək, yaxud avtomobil
istehsalçıları belə çox çirkləndirici karbon buraxan avtomobillər istehsal etdiyinə görə tam məsuliyyət
daşıyır.