Aban aban iş olmaz, bəsləməsən qız olmaz


orulmuş qab, yazılsa ağzı alqınar. (kişi ağzıyla tanınar). (orulmuş: horulmuş



Yüklə 4,74 Mb.
səhifə33/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   29   30   31   32   33   34   35   36   ...   59
orulmuş qab, yazılsa ağzı alqınar. (kişi ağzıyla tanınar). (orulmuş: horulmuş. (urulmuş). üfürülmüş. pülənmiş).

insan pülənmiş tuluğ kimidir, ağzı açılsa içi dışa axar, çıxar.(yalqu (insan) orulmuş qab, yazılsa ağzı alqınar. (kişi ağzıyla tanınar). (orulmuş: horulmuş. (urulmuş). üfürülmüş. pülənmiş).

insan unutmaqla umut tapır.

insan yanıla yanıla, pehlivan yenile yenile. İnsanlar tecrubeleri ile doğruyu bulurlar. (Bayram Özdemir).

insanı dili bələr, sürünü qotur.

insanı meymun eləmək qolaydı, ta meymunu insan edmək.

inşallahda odun olsa, maşallahda ipin tapılar!.

ip dartılır, ötəlmir, qurd yadqırır, yönəlmir!. (ötəlmir: ötələnməz: itələnməz). (yadqırır: yadqırar. yadından çıxarır. öğrənəməz. öğrətildiyin unudur, yönəlmir, yönətilənməz, yola qoyulamaz).

ip gəlib doğanaqdan, dən gəlib təvərəkdən keçər. (təvərəkdən: dəğirman daşından).

ip sırılıb tuynaqdan, arınçılıq yuynaqdan. (arınçılıq: təmizçilik). (yuynaqdan: hamamdan. yuğunmaqdan).

ip sırılıb tuynaqdan, bitgi ösər suynaqdan. (ösər: gögərər). (suynaqdan: suyluqdan).

ip sırılıb tuynaqdan, uluq oyuq qurnaqdan. (uluq oyuq qurnaqdan: böyük fikir xiyallardan).

ip sozulan yerindən üzülər. (sozulan: süzülən. işgələn).

ip var çəkilsə qurtarar, ip var kəsilsə. (asacaq, dar ipi çəkilsə, dartılsa qutarar (canı alar. bitirər), dar ipi kəsilsə qutarar (kişi ölümdən nəcat tapar).

ipçi uzun gedər. (sözçü işi, gəpirmə, ipçi işi, uzatma).

ipək donun içində yaxşı yaman bəllənməz.

ipək donun, saplıq utun olmasın. (saplıq: 1. əsginib, yırtınıb sapı çıxmış, aşınmış geyim. 1. mitqal). (utun: namus).

ipək olsa palanı, törrə başında yeri var. (törrə: törgə. ali, böyük məylis).

ipək üzlü, can üzücu ilanlar. sanma qıraq kəndivi. çoğunlayar iyilərin çevrəsin, torun qurar baş alıcı dən səpər. (çoğunlayar: çörəklənər. çəmbərləyər).

ipək yamaq götürməz.

ipin güdə dərin quyu neyləsin.

ipin uzunu, sözün qısası.

ipin uzunu, sözün qısası.

ipin uzunu, sözün qıssası, dilin qıssası.

ir duran işdən dinər, gec duran işdən bezər.

ir duran işdən dinər, gec duran, işdən bezər. (dinər: qurtular).

ir gülmədik, gec gülməz, gec gülmədik, heç gülməz. (ir: tez).

ir gülməsə gec gülməz, gec gülməsə heç gülməz. (ir : erkən. tez).

ir gülməsə gec gülməz, gec gülməsə heç gülməz. (ir: erkən. tez).

ir yola çıx gün qarşıla, tir yola çıx tün qarşıla. (ir:tez. erkən) (tir: gec).

ir yola çıxan gün qarşılar. (ir:tez. erkən).

ırax keçmişlərin barını, seçimlərdir qurar yarını. (barını: hamısını).

ıraq dur, yoxunlaşsan ut qalmaz. (ut: həya).

ıraq duran ortanı seçər. {hər nəyə qapılırsan kor elər. (kor elər: korlar)}.

ıraq dursan kor dəgəngi ilişməz, yaman olan bir gor bulub sıçacaq. (dəgəngi: dəğənyi. kötəyi).

irdə varsa dağlar ona dayanmaz, birlik olsa yağu yurda basanmaz. (irdə: iradə. əzm).

irdəm olsa qolunda, çörək bolar yolunda. (irdəm: törək: sənət. hünər).

irəli!, sevmir yaşam geri qalanı.

iri olar süpürgənin kölgəsi.

iri olar süpürgənin kölgəsi.

iri olar süpürgənin kölgəsi.

iri yağış, tez kəsər.

irikdiğən gücün sayılır, birikməğən gücün dağılır.

irk varsa, yol tapar. (irk: iradə).

irkil olan erkən çatar barçağa. (irkil: iradəli). (barçağa: mənzilə).

ırmaq boyu yürüsən, dənizədə çıxasan.

irtənin yağıdan, bu günün şoru yeğ. (irtənin: yarısının).

irtin ola uğr ola!. (irtin: sabah).

irtiv qalxan günlügünü yarıtdı. (günlügünü: gün işini). (ertiv: irtiv: tez. tezraq).

irtovçular gertovçunu gur basar. (erkən qalxanlar, gerkənçiləri (gec qalxanları) ağır basar, çox çox geridə qoyar).

isdi aş, yağlı yaş.

isdi aş, yağlı yaş.

isdirsən bal çörək,al əlinə bel kürək.

isdirsən bal çörək,al əlinə bel kürək.

isdirsın bal çörək, al əlinə bel kürək. (Kordus).

ısığına küydük (yandıq), soyuğunna donduq. (istisində yandım, soyuğunda dondum. sevincinə sevindik, kədərinə tasalandıq).

ısıracaq it, dişin göstərməz. (yamanlıq edən, öncəsindən bəlirtməz).

Isıramadığın (bükemediğin) eli öp başına koy. Düşmanınla başa çıkamıyorsan, ona iyi görünerek kendini koru. (Bayram Özdemir).

ısırgan ile taharet olmaz. ısırgan yakıcı bir bitki, taharet ut yerlerini silme yıkama. İyi iş yaparken, zararlı araç kullanılmaz. Kötü kişilerden iyilik beklenilmez. (Bayram Özdemir).

ısqın əli tutarlar, gərək gündə yar ola. (ısqın: düşük. aciz).

ıslaq topraq, tez sulanar.

ıslaq yerdə tuxum çırtar, beşcə barmaq ağız yırtar.

islandım qurudum, yel məni neylər. ələndim bəlləndim, el məni neynər.

islanmışa qorxu yoxdur yağışdan.

isləşib çalığan ulaşır. (isdəyib çalışan yetişir).

isli hava, pis yoldaş, sağlığıva yer qoymaz. (dincliyivə yol qoymaz).

ısmarış (vəsiyyət), ölüm gətirməz.

isni ağırlayan itinə gəmik atar. (is: iyə. ağabaş).

isni ağırlayan itinə gəmik atar. (is: iyə. ağabaş).

isrılmasa, öpginən.

ısrım kişi gülə bilməz, gülənlərə dözə bilməz. (ısrım: tutuq. qaşqabaqlı. salıq üz. turşa üz). (gereftə).

ısrım kişi gülə bilməz, gülənlərə dözə bilməz. (ısrım: tutuq. qaşqabaqlı. salıq üz. turşa üz). (gereftə).

isteyen değil arayan bulur.

istədiklər yaşanmır, hər seçdiyin aşanmır, çalış uydur istəyin, əlindəki yaşama.

istədiklər yaşanmır, hər seçdiyin aşanmır, çalış uydur istəyin, əlindəki yaşama.

istədiklər yaşanmır, hər seçdiyin aşanmır, çalış uydur istəyin, əlindəki yaşama.

istədiyin devləti qura bilsəndə, saxlamağa kəllə gərək.

istədiyin kimi ol, özünçün yaşa, sevənivin ardıcan qoşma, sevdiyivin dalında ol, kəndi işivi qoyub, başqası işinə qoşma, yadında olana ya sayqı ver, ya unut, kəndivə güvən.

Istədiyin söyləyən, istənməzi eşidər!, papağ altda baş yoxsa, eşitdiyin keşidər (uzadar).

istədiyin yapanlar, özgürlügü dadanlar.

istədiyin yapanlar, özgürlügü dadanlar.

istək birligi, bir elin göstərcisidi.

istək bitən yerdə başyazısı orda dayanır.

istək çatır, dilək qalır.

istək dolular, bıraxıb getdi, edməzəm dedi, edməzin etdi. (dosd, yar sözünə baxan, yolda qalar. kəndivə güvən). (ər arvad şamı dana dək yana?!).

istək dolular, bıraxıb getdi, edməzəm dedin, edməzin etdi. (hola qoşulma. lovğalanma). (başqalaşsan başqalardan, dibdə birsən, başdabir).

istək dururkən, yaşam sürür.

istək gücü, aradar, istəkli güc, yaradar.

istək gücün yaratsan, uca dağlar alçalar, istək gücün qalmasa, təpə dərə dağçalar.

istək gücün yaratsan, uca dağlar alçalar, istək gücün qalmasa, təpə dərə dağçalar.

istək qolay, qurmaq çətin, qurmaq qolay, yaşata bilsən.

istək olsa, uzaq olmaz.

istək yaratışdır.

istək yerində doğur, tutuq çalışla olur. (tutuq: təsmim).

istəkdə güc olursa, aşmazları aşarmış, açmazları açarmış.

istəkdə güc olursa, aşmazları aşarmış, açmazları açarmış.

istəkdə güc olursa, aşmazları aşarmış, açmazları açarmış.

istəkələrin nəyisə dəğiş kəndin uğruna. (istəklərivə görə özüvü uyqula).

istəkələrin nəyisə dəğiş kəndin uğruna. (istəklərivə görə özüvü uyqula).

istəkənin ağ olsun, iç damağın çağ olsun.

istəklə işləyən tanrısın bulur.

istəklə sevincin ayı doğmaz, əl çalmaq ilə, torbava dolmaz.

istəklərə uyuşsan, olan gücün bitirər, onlar ilə duruşsan, sanmaz gücü gətirər. (duruşmaq: qarşı durmaq).

istəklərin edinməyi bacarmayan, edinmişlər sevməyini bacarmalıdır. (edinmək: əldə edmәk).

istəklərin olur olsun, olmur olmasın, olanı düşün, olmazı üşün.

istəklərin olur olsun, olmur olmasın, olanı düşün, olmazı üşün.

istəklərin sökünü, bacardığın yapmamış. (sökünü: xəsdəsi).

istəklərin sökünü, bacardığın yapmamış. (sökünü: xəsdəsi).

istəklərin vur daşa, olduğunu sən yaşa.

istəkli dosdun uzaq yoluda, yaxın görünər.

istəklilər olumçul, istəksizlər ölümçül. (istəklilər mümkünçül, istəksizlər çürümçül olur, mümkünsüzlüyə inanır).

istəklilərin edinmir, edinmişlər istəlsin. (edinmir: ələ gəlmir). (edinmişlər: ələ gəlmişlər).

istəklilərin edinmir, edinmişlər istəlsin. (edinmir: ələ gəlmir). (edinmişlər: ələ gəlmişlər).

istəklilərin əlində yoxkən, əldə olanın sevməyə öğrən.

istəksizin yarandıq, istiyərək yaratdıq.

istəlinmək arasan, istənən kimi ol. istəklivi arasan, istəyin kimi ol.

istəmək olsa ürəkdə, gələməz qın heç bir iş.

istəməklə çıxılır çoxda qıyın çıxmazlar.

istəməklə qılınar çoxca qolay hər bir iş.

istəməyin çarası verməkdir.

istəməzdən çatış yok, doğmazından batış yox, durmamışdan yıxış yox.

istəməzdən kimsə qutlu olanmır.

istəməzdən kimsə qutlu olanmır.

istəməzsən, dəvənidə görməzsən.

istənmədən heç nəsiyə çatılmaz.

istənməyən tapmadı, tikənməyən qalmadı.

istər doğru istər yalan, böylə dönür dönən dünya, -alan unutmuş, verən unutmamış.

istər əlli yaşa, istərsə yüz , bir ölüm quşunun qıynağındasın.

istər əlli yaşa, istərsə yüz, bir ölüm quşunun qıynağındasın.

istərsən tavrını, sana yaraşıx, gününə görə gey, kürkünü aşıq.

istəş çağı dünündü, qılış çağı günündü.

istəş çağı dünündü, qılış çağı günündü.

istəyə qoşmaq, istəyi qarşılamaqdan irəli. (qoşmaq: qaçmaq). (irəli: yeğ gəlir).

istəyən çatır, dilənən qalır.

istəyən çatmaz, axdaran batmaz. (istəyən tapmaz, axdaran tapar). (axdaran: arayan).

istəyən çolaq, ayağsız qalmaz. (istəyən çolaq, ayağ tapar).

istəyən gəlsin, sən səninlə ol.

istəyən irişmir, çalışan, gətirən irişmiş. (irişmək: ərişmək. yetişmək. müvəffəq olur). (gətirən: tapışan. sansı duran).

istəyən izlər. (qoz könül edsə, bitər günbəzdə. (qoz: girdəkan. cəviz). (bitər: durar).

istəyən tapmaz, axdaran tapar. (istəyən çatmaz, axdaran batmaz). (axdaran: arayan).

istəyən varsa asılsın, tapacaq kəndirini. (kəndirini: ipini). (başı ağrıyan, qadasın bulur, qavqa arıyan, qavqasın bulur). (qadasın bulur: bəlasın tapır).

istəyən varsa asılsın, tapacaq kəndirini. (kəndirini: ipini). (başı ağrıyan, qadasın bulur, qavqa arıyan, qavqasın bulur). (qadasın bulur: bəlasın tapır).

istəyənə uzaq yol yoxdur.

istəyənə yox, axdarana ver. (axdarana: arayana).

istəyənin bir üzü qara, verməyənin iki üzü.

İstəyənin bir üzü qaradır, verməyənin iki üzü. (Ara Gündüz).

istəyənin birzü (bir üzü) qara, verməyənin ikzü (iki yüzü). (istəyənin: diləyənin).

istəyib güdən umub öldü, istəyib işləyən çatıb yaşdı. (umub ölmək: gözü yolda ölmək). (yaşdı: yaşadı).

istəyib sevmək, sevib istəmək.

istəyib sevmək, sevib istəmək.

istəyib yox olduğdansa, qalıb istəmək yeğdir (yaxcıdır).

istəyin gizlət, olduğun görsət, kəndivə güvən, özünü qoru.

istəyin güclü olmasa oğul, gücün istəkli olsun.

istəyin güclü olmasa, gücün istəkli olsun.

istəyin güdən, tutuqdan qalar. (istəyin: könüldən kəçənin). (tutuq: təsmim).

istəyin kimi ol. sən gül olda, dərən tapılar, eşşək olda palan tapılar.

istəyin yap qorxular bir qırağa, güvənin olsa özündə bunu bilki aparar. (kəndivə güvən).

istəyin yeni bir yol tapasan, gərək yollar azıb sapasan.

istəyincə çevrilməmiş keçmişin, çalış çevir yarınlara istəyin.

istəyincə çevrilməmiş keçmişin, çalış çevir yarınlara istəyin.

istəyincə çönməyirsə evrənin, çevrən ilə çevir çönsün istəyin.

istəyincə çönməyirsə evrənin, çevrən ilə çevir çönsün istəyin.

istəyində durmayan, diləyinə çatanmaz!.

istəyini bilənlər, yaşaında tələsməz.

istəyini bilənlər, yaşamında tələsməz.

istəyip yapan apardı, yapmaq istəyən alardı. (alardı: mat qaldı).

istəyirsən bal çörək, al əlinə bel, kürək.

istəyişlər yol açar, olsa içindən bəri, heç bir istək olunmur, yoxsa istək içindən.

istəyişlər yol açar, olsa içindən bəri, heç bir istək olunmur, yoxsa istək içindən.

istəyişlər yol açar, olsa içindən bəri, heç bir istək olunmur, yoxsa istək içindən.

istəyişlər yol açar, olsa içindən bəri, heç bir istək olunmur, yoxsa istək içindən.

istəyizdən ötrü, sevdiyizi əzməyin.

isti aş, soyuq daş. (içi sıcaq olub, davranışı quru, soyuğ olan). { yürt qılığında çəkici olmayan. (yürt qılığında: əməl rəfdarında, adab maaşirətində).

isti aşım soğudu, iyid canım oğudu. (oğudu: pukaldı. kovaldı).

isti aşım soğudu, iyid canım oğudu. (oğudu: pukaldı. kovaldı).

isti kül közsüz, ev ocaq sözsüz olmaz.

isti suyun sağlığı, candan ağrı azlığı.

isti suyun sağlığı, candan ağrı azlığı.

isti suyun sağlığı, candan alar ağrını.

isti suyun sağlığı, candan alar ağrını.

isti sütdən küymüş ağz, yoğurdu üfləb yər.

istisən özgələr sənlə necə olsunlar, öylə ol. -sevimlimi?, -sevimli ol!. -sayqılımı? -sayqılı ol!. --düzgünmü?, -düzgün ol!.

istiyən olmadı aşiq, bilisən, sevgini aşsa biri aşiq olar.

istiyirsən bal-çörək, al əlivə bel kürək.

istiyot acıdır, ağ olsun, qara olsun.

iş "yuxu" görəndə deyir, onu yozandadır.

iş basamaz qayğı yox. (iş basdırır qayğını). (varmı qayğı başılmaya iş ilə).

iş başdan, ağrıq aşdan. (kəlləvi sal işə, başla işə. baş olmasa iş olmaz, aşın, yediyin güdsən, ağrıq kəsəllik, xəstəlik üz verməz).

iş başında gülsəndə, bitişində gülməməyədə yer saxla.

iş bilən, günortaya dək ac qalsa, iş bilməyən axşama dək ac qalır.

iş bilənə bir təngə, gəp bilənə min təngə. (təngə: para). (gəp: söz) (ulu şəhriyar, bəxtiyar kimi söz bilənə).

iş biləni yol uzunu üzənməz.

iş bilənin kəlləsi, severlərin əlləşi. (severlərin: ziyrəklərin). (əlləşi: çabası).

iş bilənin yoxsa əli ayağı, gəlməz umat gülməz gün. (umat: şans) (ələyağlı olmaq: bildiyin yerin yerinə yetirə bilmək. avara gor qalmamaq).

iş bilənin, qılıc tutanın.

iş bilənlər xar olmur, qayçağlara zar olmur. (qayçağlara : nakəslərə. alçaqlara).

iş bilənlər xar olmur, qayçağlara zar olmur. (qayçağlara: nakəslərə. alçaqlara).

iş bilgənə bir təngə, söz bilgənə min təngə. (təngə: danqa. para).

iş bilməyən xınanı götnə sürər. (hər ayağın qabı var).

iş bıraksan, tənin köçər tinin qalar, olunca yaşar.

iş bitər çağ ötər.

iş bitincə yol göstərən çox olar.

iş buyurma kiminə, oda artıq -iş- olar!.

iş çabanı saymasan, yaluğ üzü gülərmiş, yer arıtıb sürməsən, barı üzə çıxarmış. (yaluğ: yalğu: kişi).

iş çağında yapdığınız, nə olmazı, boş çağında yapdığınız kim olmazı bəllətir!.

iş çağında yapdığınız, nə olmazı, boş çağında yapdığınız kim olmazı bəllətir!.

iş çağında, dəmir tavında. (tavında: > dağında. tavlı tavlı).

iş çağında, söz yerində olsun.

iş çıxanda çıxmaza, balta, kəndin baltalar!!.

iş çıxanda çıxmaza, balta, kəsər baltanı!!.

iş diləyim, yol yolağım, yar yarağım uğurlu.

iş diləyim, yol yolağım, yar yarağım uğurlu.

iş doğuyur, ışıqlar olur.

iş döğüş dəğil, tələsmək nəyə gərəkdir.

iş düşürsə çətinliyə, kim kimimiz çıxar üzə.

İş gördün sıvış, Aş gördün güğüle düş. (güğülemek: gövdeyi küreleyip qabağa atmaq). (Kordus).

iş görənlər qayrılar. (qayrılar: pişər. doğrular. gəlişər).

iş görməyə, diləkdə gərək, biləkdə, ilikdə gərək, bilikdə. (işi qılmağa, istək, güc, başarıq, bilim olmalıdır).

iş görməyən yanılmaz, başa gəlməz sanılmaz. (sanılmaz: güman olunmaz).

iş görməzlər yan vurur, iş görənə iş buyur. (yan vurur: göt vurur. göt çalır. götlənir. goplanır. şişirdir).

iş görməzlər yanrılmaz. (yanrılmaz: yanılmaz. səhv edməz. iştibah edmək).

iş ilə kişini sına, od ilə qızılı.

İş insanın aynasıdır. Yaptığı iş kişinin huyunu, karekterini yeteneğini ortaya kor. (Bayram Özdemir).

iş işindən dönürsə, göz dosdunu yov görür. (iş işindən dönürsə: iş tutmasa). (yov: düşman).

iş işlər açar, yanşaq işdən qaçar.

iş kişi yarıdar, qəm kişi qarıdar.

iş kişini onqarar. (onqarar: qayırar. doğruldar. gəlişdirər).

iş kişini yoğadar, od qızılı.

iş kişinin aynasıdır.

iş kişinin yonqarı (məhək), od qızılın.

iş kişinin yonqarıdır.

iş kökdən pozulmasın, bulaq gözdən.

iş olacağına varır, su axanda, öz yolun yarır.

iş olunsa oğlanla, oğlan işi iş olmaz, buynuz olsa oğlaqda, o buynuzdan sap olmaz.. (oğlan: uşaq). (oğlaqda: keçi balasıında). (uşağın gördüyü iş olmaz, gəvşək buynuz sap verməz).

iş sözdən ağır qonuşar.

iş tərsəsə deyin ha deyin, yağış qoxusu dincədər beyin.

iş tutarsa, qum qızıl olar, iş qayıtsa..

iş ustası, ver üstəsi. (işi usdaya ver, birində üsdə ver).

iş üç nala, bir ata qalmış. {bir gözənək (kiçik imkan) əlinə düşmüş, böyük işlərin düşünə, xiyalına qapılan kimsə}. (keçəlin hər nəyi düzəlmişdi, qalmışdı baş darağı).

iş var dağ ardında olsun, yer altında olmasın, işdə var yer altında olsun, dağ ardında olmasın.

iş var geddikcə döğünlənər iş var geddikcə dügünlənər. (döğünlənər: gəvşər).

iş var özün görməli, iş var yolaverməli. işdə var boşaverməli.

iş var ürək sezər, göz görməz.

iş var, dil açar, dil var, iş açar.

iş yadlısız (qolaysız) olmaz, yaxşı yamansız olmaz. (yadlısız: qolaysız. müşgülsüz).

iş yadlısız (qolaysız. müşgülsüz) olmaz, yaxşı yamansız.

iş yaxmaza iş desən, sənin baça us qoyar.

iş yaparsan birlikdə, artar qazaş dirlkdə.

iş yaparsan birlikdə, artar qazaş dirlkdə.

iş yeməklə, yığva deməklə. (yığva: oturum). (işləməyə, yeyilməsə güc qalmaz, yığılmağa, danışıqsız yer qalmaz).

iş yetişsə gücə, güc düşər sapa.

iş, ağır basar sözdən, acıyın yaş damar gözdən. (acıyın: acıyanın. məzlumun).

iş, aş!: işlə, ye!.

iş, bilənin, qılınc taxanın. (bacarıqlı olanlar qazanır, aparır).

işarədir bir ahılı canladan, çomaq çubux hər qanmazı anlatır.

işarədir bir ahılı canladan, çomaq çubux hər qanmazı anlatır. (işarədir bir ahılı canlatan, çomaq, çubuk hər nadanı anlatan).

işçi gəlir iş yarıtır, işsiz gəlir, baş ağrıdır.

ışda çıxıb yaz gəli, tikib bitincə torba, dizdən olunca yonca.

işdə aşuqqan çox cayılır, çox cayılqan çox yıxılır. (çox tələsən, çox cayır, çox cayan, çox yıxılır).

işdə güvən, baxcada gül bitirqıl.

işdə kişini sına, odda altunu.

işdə qarışqa, uçuşda bürküt, tutuşda arslan, yeyişdə ayı, qaçışda qoyan. (qoyan: doğşan). (bürküt: qartal) (tutuşda: döğüşdə).

işdən artmaz, dişdən artar. (çalışmaq yetməz, savuruş, israfdan qaçınmaq gərək).

işdən artmır, dişdən artır. (gəlir çoxalmır, yeyən çoxalır).

işdən doğur ışıqlar.

işdən enər tümlə elin dişliyi. (dişliyi: dincliyi).

işdən törür həp yarlıq. (yarlıq: açıqlıq. bolluq. fərah. bərəkət).

işdən yapımayan, yerə yamışır. (yamışmaq: yapışmaq. yamanmaq).

işdir dosdur yoldaşdır, tuşlayıban seçilər.

işdir dosdur yoldaşdır, tuşlayıban seçilər.

işə baxan əlin olsun, ələ baxan gözün yox.

işə başlama!, başladın boşlama.

işə çağırsan barmaz, aşa çağırsan qalmaz.

işə gələndə var, aşa gələndə.

işə girən min olar, minin başı bir olar.

işə tez qalxan, gec qayıdan, aparar.

işəngən durmuş, üşəngən ölmüş. (üşəngən: gəvik. təmbəl).

işgil salama işgilə, dərdlər düşsün nisgilə. (yaşam düğün, bu dügünü bərkitmə).

işi aparan, meydansız qalmaz, meydandan qaçan, iş aparmaz.

işi başa düşüncə, at suyu gəməli içmiş, iğit suyu çizməli keçmiş. (işi başa düşüncə: iş gərəkdiyində).

işi başlamaq birdir, durusu min.

işi bilən yapar, qıraqdakı ya baş soxar, ya çöp uzadar, yada daş atar.

işi bitincə hərnə değişdi, yufqa qılışlar çöndü tepişdi, hərnə çönsədə çönməm demişdi, üz çöndü sonu, oda değişdi.

işi çək özüvə, çəkənmədin özün ged işə.

işi düşsə arar məni, işim düşsə qovar məni.

işi işə bənd elə, görən desin habelə.

işi iyinin iyi olur işi, yatlı edər yoldaşı yatlı kişi. (yatlı: yaman. biqanə).

işi qoymasan yoluna, yol tutar səni!.

işi olmaz sevişin sən yaşıl yaki qoca.

ışığa tutar, göz verir, kişiyə tutar, söz verir. (tutar: dəğər).

ışıq doğurkən, kölgə yarandı. ışıq doğru, kölgə yalandı.

ışıq ensə (gəlsə) qaranlıq köçər.

ışıq harda kölgə onun qarşında, yaxşı harda kötü onun ardında.

ışıq harda kölgə onun qarşında, yaxşı harda kötü onun ardında.

ışıq kölgəsiz olmaz.

ışıq kölgəsiz olmaz.

ışıq kölgəsiz olmaz.

ışıq oddan od ışıqdan bolluq işdən, iş bolluqdan ayrılmaz.

ışıq sayqarmamış kölgəsin. (ışıq hesaba salmamış kögəsin).

ışıq verər göz verməz. (göz: fürsət). (gösdərər verməz).

ışıq yoksa kölgə yok, kar olmasa kimsə yok.

işin ağırın gəvşəyə buyur, onu qılmağa, qolayın bulur. (gəvşəyə: təmbələ).

işin arman olmasın. (diləyivə çatmaz olmuyasın).

işin bilən ac qalmaz, yolun bilən gec qalmaz.

işin bilməyən danqaz, sözün qanmayan qanmaz.

işin bilməyirsə çavuşlar, oturmuşda nəmnəməsin avuclar. (çavuşlar: el carçıları, öndə gedənlər).

işin canını, iş alar.

işin dadın kürəkən alır, sağduşa gözləmək qalır. (işin dadın gəlin kürəkən alır, sağduşa solduşa gözləmək qalır!).

işin dəğəri altun, kişi dəğəri yartun. (yartun: aydınlıq).

işin düşdü sarıq başa, başın dəyər daşdan daşa, yapış ginən əyri xışa, ged o başa gəl bu başa.

işin düşsə çiviyə, qızıl gümüş gəlməz işə, əl at dəmirə, dəmir yoxsa gəmiyə.

işin düşsə utanmaza, üzün çevir bas duvara.

işin düzü, aşın duzu.

işin eşin bilgilən! (bilgilən: öğrən).

ışın ışınar, yamır yağar, göy açılar. (ışın: ıldırım). (ışınar: şaxar). (yamır: yağmır).

işin qeyim tutan, izçisinin gözün oyar. (atı yorğana kimsə çatmamış). (yorğana: yorğa olana). (atına baxan, ardına baxmaz).

işin nə olduğun biləsən, öz işin özün görəsən.

işin olsa yolunda, itməyinə gərək yox, yolun yoxsa işində, qılmağına gərək yox!.

işin sonun düşünən, pis günə üzgün qalar. (üzgün: həsrət).

işin uğurun tapan, aparır: kim işini uğurladı, apardı: (işini çağında (uyuqunda, menasib çağında) gördü qurtuldu).

işin yarağın tap, istəyin (istəyivin) marağın (movzusun).

işin yarağın tap, istəyin marağın.

işin yoğta, yolun yaxta olsun. (işin uvat, yolun ışıq olsun).

işin, oyun, duyun tutuşsa, güntaylığın, qutaylığın deyilmi?. (güntaylığın: qutaylığın: xoşbəxligin).

işində çin, sonra din (işivi doğru gör, sonra dinlən, istən, müddəi ol).

işinə bax, ağacın tik. ( işinə: işivə. karıva. faydava. dərdivə).

işinə bax, ağacın tik.( işinə : işivə. karıva.faydava. dərdivə).

işini ötqəyə verməz olusa uslu kişi. (ötqəyə: özgəyə. başqasına).

işivi yoluvu, sana bil yürü. (sana bil: hesabla düşün). { güclü ilən gürəşmə, yüyrük ilə yarışma. (yüyrük: yüvrük: iti)}.

işləb ye. {yatıb yeyənə dağ çıdamaz. (çıdamaz: cıdamaz: dözməz)}.

işlədənlər istədiyin acıdır, işləyənlər tapdığın acı.

işlədənlər istədiyin dişləyir, işləyənlər tapdığını dişləyir.

işləgənin işi bitər, işsiznin günü bitər.

işlək beyin, dəğər vermiş başada.

işlək kəllə varınsa, dildən qada gəlməmiş, dildən qala qurulmuş. (qada: bəla).

işlək küzə su yolda sınar.

işləmək biləkdən, onğarış bilikdən (iş, biləkdən, yükəsəliş bilikdən).

işləmək biləkdən, oyqarmaq bilikdən (iş, biləkdən, ökü, bilikdən).

işləməyə əl gərək, yığışmağa, el gərək, danışmağa dil gərək.

işləməyən qılınc paslanır, işlənməyən güc yaslanır (azalır. yapıxır).

işləməyən yanılmaz.

işləməyib gözləyən: -qaşlı qaşıq yadqını, daşlı aşın yergini. (yadqını: tamarzı, həsrətdə olan). (yergini: ağına bozuna baxmıyan düşgünü olan).

işləməz beyin dönər peyinə, işləməz qafa oxşar pəyiyə. (pəyiyə: tövləyə) (peyinə: təzəyə).

işləməz, boşuna yatmış, işləyən işin tapmış.

işləməzsə beyin, kor qalası gözlərim, dörd olası gözlərim!.

işləmiyən çaşmamış, eşinmiyən, aşmamış.

işləndikcə ışıldar.

işlənən dəmir ışıldar, çalınan qılıc pas almaz.

işlənsiz başa, qay yağar: (məşquliyyətsizin başı bəladan əsgik olmaz). (qay: bəla).

işlənsiz başa, qay yağar: (məşquliyyətsizin başı bəladan əsgik olmaz). (qay: bəla).

işlər başda keçir, gözə dürtülür, qol qorxsun. (qol: əl). (göz dağı (göz qorxusu) verməklə başda, beyində, könüldə gedən gediş gecikər, düzəlməz).

işlər bilməm nədən, olur hərdən, kecişir dibdən, olumlu ol, dözümlü dur, buda keçər. (olumlu : pozitiv).

işlər bilməm nədən, olur hərdən, kecişir dibdən, olumlu ol, dözümlü dur, buda keçər. (olumlu : pozitiv).

işlər bilməm nədən, olur hərdən, kecişir dibdən, olumlu ol, dözümlü dur, buda keçər. (olumlu: pozitiv).

işlər dönə təs gedə, dos dosduna yad gəli. (təs: tərs).

işlər düzə gedsə, duzğu yaranmaz. (duzğu: dadlıq. duzuğ. şirinlik. rüşvət).

işlər pulun, aran yarın, gedən yolun, yaran dosdun, yatan yastın, yolçu çustun tapar. (işlər: işləyən). (aran: arayan). (yaran: uğur yetirən). (yastın: çöndəmin. yöndəmin). (çustun: çarığın. ayqqabın).

işlərdə var gəlincik, bir işdə var gəl, incik.

işləri qarıla, sonra yarıla.

işlərivin qınlığı dirgəşindən asılı. (qınlığı: çətinliyi). (dirgəşindən : muqavimətindən).

işlərivin qınlığı dirgəşindən asılı. (qınlığı: çətinliyi). (dirgəşindən: muqavimətindən).

işləsə əl, baş baş olar, işləməz əl, baş boş olar.

işləyən başın əlayağı iş bulur, işləməz başın əlayağın don urur. (işləyən başın əlayağı iş tutur).

işləyən bitirərdə, batırarda. (bitirərdə: qazanarda. aşlanarda).

işləyən çatar, çox yatan batar, özgədən güdən, baxtını kütər. (kütərmək: kortatmaq. korlatmaq). (bəkləməm kimdən olursa yardımım, var umudum göylərə açqur salım). (açqur: açar).

işləyən dəgirman donmaz.

işləyən dəmir parıldar.

işləyən dəmir pas tutmaz. (işləyən dəmir paslanmaz).

işləyən haçar parıldar.

işləyən inci taxar, işləməyən yandan baxar.

işləyən inci taxar, işləməyən, iki gövrəyə baxar.

işləyən işin tapar.

işləyən qapdı, gözləyən sapdı. (sapdı: caydı. batırdı). (aşun gözləmək yok, görmək yeridir!). {gözləyən, yolda gözü, görəyən aldı yolu. (görəyən: iş qılan. işləyən)}.

işləyən yanılır. (su gətirəndə bir, küzə qıranda bir).

işləyəndə qul yalı, gəzikəndə bey yalı.

işləyəndən güc azmaz. (azmaz: azalmaz).

işləyənə iş bitməz.

işləyənə yaşda bitsə, iş bitməz. - işçil kişiyə, ömür yetməz. (dünya durunca dursa, işin bitirməz köçər). (dünya durunca dursa, işləyənə iş bitməz). (qarınpıya, yemək bitsə, yen bitməz) (yen: iştah).

işləyənin təri durmaz, qarınpanın ağız suyu.

işləyənlə işləyiri tanrısı, işləməzin qanlısıdı qanlısı. (qanlısıdı: düşmanı).

işləyənlər tez armaz, işləməyən yol tapmaz. (armaz: yorulmaz).

işliyən inci takar, işləmiyən yandan bakar.

işsiz baş, başına daş. (açıq başı qada diş qoymaz).

işsiz bəydən yüklü eşək yeğ (yey > yer).

işsiz gərinməyə (gərnəşməyə) ərtinür, iş işləyən günü gündən artunur.

işsiz sevgi qılınmaz, sevgi ağza sığınmaz.

işsizdən, işləyənə, öğütçü çıxmaz.

işsizin üç böyük işi var, yemək, yatmaq, deyinmək.

işte gördük seni dünya,ne gerçeksin nede rüya, bir çəkit çizilmiş suya, yalan ışıq yalan boya. (çəkit:resim).

iştə kitosların işi bu, tikən kimi gülü batmaq gülə batmaq, yılan kimi dosdu soxmaq. (iştə: : elə. sonda) (kitosların: namərdlərin. nakəslərin).

iştə kitosların işi bu, tikən kimi gülü saşmaq, yılan kimi dosdu soxmaq.

it ağzına qolun tıxma. (qolun: əlin. əlivi) (tıxma: soxma).

it ağzından, sümük bütün çıxmaz.

it arıq olduğnu börgüyə bildirməzimiş. (börgüyə: börüyə. qurdda).

it ayağın it basmaz.

it bəslənib qurd olmaz, qurd öğrəşib it olmaz.

it bir kərə qapsın. (bir kərə qapan it qapağan olur).

it bitlənməsə, it olmaz!.

it bizdən əl çəkib biz ipdən yox. (yabancı dil. rus. ərəb).

it çaxırı, ata dəğər, at çaxırı itə dəğməz. (itin yügürəni, atın yürüyəni). (qudurqan at, tulla at). (çaxır: vəhşi. qızarmış. qanlı. gözü qanlı hirsli, acığlı).

it çobanın qoldaşıda, yoldaşıda.

it çörəkdən qaçmaz.

it dəlidən, dəli itdən qorxar.

it dilənçiylə anlaşmaz, o bundan bu ondan qaçmaz.

it düşünən çomaq əldən düşürməz.

it gedərsə, qurd gələr.

it gedərsə, qurd gələr.

it gedərsə, qut gedər. (qut: bolluq).

it gedərsə, qut gedər. (qut: bolluq).

it gözü tütün bilməz.

it güdməyə itilməz. (itilməz: zorlanmaz). (güc ilə it sürüyə gedməz).

it hürə hürə qocalar.

it hürə qaldı, başsız karvan yolda qaldı.

it hürər çörəyin kəsər.

it hürər karvan keçər. (it hürür karvan yürür). (tutub gedər yolda irəli, qoyar qalsın itlər hürəli. (hər sorana soruya savağçı deyilsin). (savağçı: cəvabdeh).

it hürməyi qonaq gətirir.

it hürsə, bülbül susar.

it hürür kərvan yürür. (it hürür, yol açıqsa, kərvan yürür). (hər gələn, gedişi durduramaz) /.

it hürür, börü yürür.

it hürürsə tula baxa qalmaz.

it hürürsə, qonaq gətirir.

it ıraq olsada, hürgəyi yaxın gəlir.

it ısırmaz, at təpirməz demə. (ısırmaz: ısıqmaz. ısğırmaz. qapmaz). (təpirməz: təpməz).

it ısırmaz, at təpirməz demə.(ısırmaz: ısıqmaz. ısğırmaz. qapmaz). (təpirməz: təpməz).

it itə aydar, itdə quyruğuna. (aydar: buyuyar).

it itə buyurur, itdə quruğuna.

it itə buyurur, itdə quruğuna. (hərkəs işi bir başqqasına göndərir). {yüksünən işi) öhdələnmiş işi), başqa birisinə göndərmə}.

it iti ısırmaz.

it itilə dalaşar, qurda qarşı barışar.

İt itin ayağın basdalamaz. (Ara Gündüz).

it itin ayağını basmaz.

it kimi daşlanan dişilər, öküz kimi yügürən kişilər.

it kimi ək, domuz kimi ur. (ur: vur). (it kimi gizlət, quyla, donuz kimi sök).

it küsübən çobandan , qurda düşüb toy halay.

it küsübən çobandan, qurda düşüb toy halay.

it qapıpsa səni, sən iti qapma.

it qapmaz, at təpməz demə. (it ısırmaz, at təpməz demə).

it qapmaz, demək olmaz.

it qarnı doyan yerdən, aşıq könlü olan yerdən.

it qılığı iygəsiqə bəllidir. (qılığı: yürüşü. rəfdarı).

it qoruyan sürünü min kişidə qoranmaz.

it qudursa, yiyəsin qapar.

it qurda dözməz, qurd it yiyəsinə.

it quyruğundan, at yalından qarır.

it oğlu it tayına çəkər.

it oxşamaz sənə mənə, könül salsan ona, necə könül verməz sənə.

it ölsə yiyəsi gömər, ər ölsə qarısı.

it saxlayan yalağsız olmaz.

it səmirsə, yiyəsin qapar. (it qudursa, iyəsin qapar).

it tanış olsa belə, dayağı əldən qoyma.

it ulur, taytuş bulur. (it ulur, birbirin bulur).

it ürür, karvon yürür.

it var dəyər min adama, adamlar var dəyməz it götünə.

it var gəpir, it var qapır. (gəpir: hürür).

it yaslayan dincəlməz. (it yaslayan: it əkidən, becərən. itlə uğraşan).

it yaza çıxsam sümükdən dam salarım deyərmiş.

it yediyi yerdə yatar.

it yiyəsin danmamış.

it yiyəsin tanar, yiyəsi itin.

it yiyəsin, pişik evin tanıyar.

it yügürsə pişik çıxar ağaca, amac itsə arac çönər amaca.

it yürüsə, çanağın tapar.

it yürüyər, çanağın, çölmək dığranar, duvağın tapar.

it, qurd qatında dinlənməz. (qatında: qulluğunda. huzurunda).

it, quyruğundan qocalır, at yalından.

it, yaza çıxsam, gəmikdən saray salarım demiş.

itdə geddi ipdə geddi.

itdə hürüb karvan keçir, qayğı nədir, kefin sürüb yaşın keçir.

itdə hürür, çaqqalda, birinci evə aparır, ikincisi çölə.

itdən gəmik, xocadan para güdülməz.

itdən gəmik, ondan para açılmaz. (açılmaz: çıxmaz). (qıtmır, qısmır konusu).

itdən qaçdıq qurda düşdük.

İtə ağac bulama. (Araz Gunduz).

itə çomaq yox, çörək göstər.

itə dəyəni, it bildi, torbadakın mən bildim.

itə səlam, dəliyə sual olmaz.

itən qoyun, düşən mıncıq, yiyəsiz qalmaz.

itən pıçağın sapı altun.

itən pıçağın, sapı qızıl.

itən sevgiləri unutmayan, sevgi dadın yadırqayar. (yadırqayar: yaddan çıxarar).

itənlərə ağlamaq, kor eşşəgi dağlamaq.

itgəməsən açılmaz, güc verməsən, dartılmaz.

itgi nədir qanmasa, ölüm nədir ananmaz. (ölüm: yoxluq).

itgi var yetgi artırar, itgi var varlıq batırar. (itgi: zərər. ziyan).

itginin ağrısı başqasın tapınca sürər.

itgisiz qazanc yoxdur.

itgiyi qəbul edən, yaxcı seçə bilər.

iti an, çomağı yaraqla. (yaraqla: hazırla). (iti düşündün, çamağı unutma).

iti an, çomağı yaraqla. (yaraqla: hazırla). (iti düşündün, çamağı unutma).

iti an, çomağı yaraqla. (yaraqla: hazırla). (iti düşündün, çamağı unutma).

iti an, çomağı yaraqla. (yaraqla: hazırla). (iti düşündün, çamağı unutma).

iti beyin düşüncələr anğışır, orta beyin olayları dartışır, küt beyinlər kültələri artışır. (kültələri: kütlələri. qara elləri). (artışır: ardıca gedir. izlir).

iti beyin düşüncələr anğışır, orta beyin olayları dartışır, küt beyinlər kültələri artışır. (kültələri: kütlələri. qara elləri). (artışır: ardıca gedir. izlir).

iti əsən tez ötər, iti yanan tez sönər.

iti gedsən yalnız ged, uzaq gedsən birgə ged.

iti gələn, itib gedər. {hızlı sağan, tez keçər, tezcə qızan tez sönər. (sağan: sağanaq)}.

iti qaçda tez uğra, dan atmamış gün batar. (ömür qısa).

iti qaçda tez yorul, yavaş yürü gec yorul.

iti qovub yerində yatıb. (yoxsul avara, yersiz yutsuz biri).

iti quyruğundan bağlamazlar.

iti quyruğundan bağlanmaz. (iti quyruğundan bağlasan durmaz). (iti quruğundan tutulmaz).

iti quyruğundan bağlasan durmaz.

iti quyruğundan tutmazlar.

iti nacaq dəğdiğində ağrıtmaz. (nacaq: < yarcaq) (acıtmaz: ağrıtmaz).

iti nacaq dəğdiğində ağrıtmaz. (nacaq:< yarcaq) (acıtmaz: ağrıtmaz).

iti öldürənə sürdürəllər.

iti sürsen it girmez. (çox kirli ve pis evler, yerler üçün söylenir).

iti yanan tez sönər, iti əsən tez ötər, ortanı tut damızdır, ömür boyunca sürər.

iti yanan tez sönər, iti əsən tez ötər, ortanı tut damızdır, ömür boyunca sürər.

iti yanan, tez uçar. (uçmaq: sönmək)..

iti, öldürənə sürdürəllər.

itikli nənəsi götün arar. (itikli nənəsi ətəgin arar).

itikli nənəsi götün arar. (itikli nənəsi ətəgin arar).

itilə yatan, bitilə qalxar.

itiliyin yeri var, yayvanlığın çəmi var.

itiliyin yeri var, yayvanlığın çəmi.

itilməmə kimsə üçün yer verməm, yıxıldımsa tutlmağı bəkləməm. (yaşamda gözlədikimni yapayım, kimsədən sayqı sıvay gözləməm).

itilmiş sevginin unutmasına gərəkən sürə başqasın tapıncaqdır.

itin acığı quyruğundan, atın ki qulağından (bəllənir).

itin adı yaman, adam var öz adın itə qoymuş.

İtin ağzını açdırma. ("Bu iti üstümüzə hürdürmə" də deyərlər). (Araz Gunduz).

itin atan yoldaşın danar.

itin atan yoldaşın danar.

itin bacanağı çox olur, qudası yox.

itin bəsləməyən sürüsün itirər.

itin bəsləməyən sürüsün itirər.

itin danan yoldaşın tanımaz.

itin danan yoldaşın tanımaz.

itin dərdi gəmikdə.

itin gövnü bir sümük. (sümük: gəmik).

itin hovanı qatlamadan umsanar. (havan: hovan: axmaq). (qatlama: bir yemək). (umsanar: pay gözlər).

itin koru, haya qaçar.

itin qarğışı, qurdu tutmaz.

itin qoğan qurd gətirdər.

itin qoğan qurd gətirdər.

itin ortağı it. (dosduvu tanı).

itin yalvarı alınırsa, göydən gəmik yağar. (yalvarı: duası). (alınırsa: qəbul olunursa).

itin yalvarı alınırsa, göydən gəmik yağar. (yalvarı: duası). (alınırsa: qəbul olunursa).

itin yügürəni, atın yürüyəni.

itinə yiyə durmayan, elin itirər.

itinə yiyə durmayan, elin itirər.

itir, itmə!.

itirdiklərim, qutulduqlarım. (gülümsər baxış (optimis).

itirib qutulan, güntay, itirib tutulan, küttay. (güntay: günlü. xoşbax). (küttay: qaragün. qarabax).

itirmədən qorxanlar, qazaşların itirər.

itirmədən qorxanlar, qazaşların itirər.

itirmədən qorxanlar, qazaşların itirər.

itirmədən yılmayan, qazancının qarşında. (yılmayan: qaçmayan. qorxmayan).

itirmədən yox, itmədən qorx!.

itirmək qorxusu varkən, yaşamda süycülü dad yox, itirmək ən doğal nəsnə, ölümsüz dünyalıq ad yox. (süycülü dad: ləzzətli dad).

itirməsindən qorxan, sevdiyində çaş düşər.

itirməsindən qorxan, sevdiyində çaş düşər.

itirmişsə qoca ellər öz dilin, çaşırlığa, qolayına öğrəşir. (çaşırlığa: başqalışa. özgərişə. azqınlığa).

itit bizi özüngə ur, acıtmasa birəvgə ur. (ur: vur). (birəvgə: birinə. başqasına. özgəsinə).

itivi ''haya'' örgətmə, qonşuvu paya.

itlə dalaşmaqdansa, çalıyı dolaşmaq yeğ. {yaramazla uğraşınca, döngə yol seçmək yerdir (yaxcıdır)}.

itlə dilənçi qaçan qaçan oynamaz. (itlə dilənçi tutuşmaz, uzlaşmaz).

itlə it dalaşdı, qurd köprünü aşdı.

itlə yatan, bitlə durar.

itlə yatan, bitlə durar.

itlə yoldaş, ağacla ulaş. (it ilə yoldaş ol, ağacı əlindən qoyma).

İtlə yoldaşlıq elə, çomağını əldən qoyma. (Ara Gündüz).

itlər hürər karvan yürər, kimlər əkər kimlər yeyər. (bulut doğar yellər kürər, itlər hürər karvan yürər).

itlər hürər karvan yürər, kimlər əkər kimlər yeyər. (bulut doğar yellər kürər, itlər hürər karvan yürər).

itlər satılmasın, qurtlar qocalmasın. (itlər : qorucular).

itlər satılmasın, qurtlar qocalmasın. (itlər: qorucular).

itlər yatınca, qurdlar ulaşarr.

itlərin qardaşlığı, bir gəmiyi görüncə, kişilərin qardaşlığı, ortaqlığı bitincə!.

itlərisə ac eldə, bolluq saçaqda durmaz, qıtlıq yurtdan azalmaz. (saçaqda: süfrədə).

itlərisə ac eldə, bolluq saçaqda durmaz, qıtlıq yurtdan azalmaz. (saçaqda: süfrədə).

itmədən qorx, itirmədən yox.

itsən belə ertinə gecəni, dan çağında atar. (gecəni tələsdirsəndə səhərə sarı, ışıq çağında doğar).

itsiz eli qurd basar.

itsiz eli qurd basar.

itsiz sürü sürməmiş. (dəvam tapmaz, dağılar, batar).

itsiz yeri qurd basar.

itsiz yeri qurd basar.

İven kız ere varmaz, varsa da baht bulmaz, Acele etmekle koca bulunmaz, Bulsa da rastgele bir koca bulur mutlu olamaz. (Bayram Özdemir).

ivədi, evə dəğmədi: tələsən istəyinə çatmadı.. (ivədi: acil). (dəğmək. çatmaq. yetişmək).

ivək armaz armana. {ivək evə armamış (dəğməmiş. yetməmiş). (ivək : tələsən).

ivək armaz armana. {ivək evə armamış (dəğməmiş. yetməmiş). (ivək: tələsən).

ivək evə armamış (armamış: dəğməmiş. yetməmiş) (ivək armaz armana. ). (ivək : tələsən).

ivək evə armamış (armamış: dəğməmiş. yetməmiş) (ivək armaz armana. ). (ivək: tələsən).

ivək evə dəğməz. (tələsən yolda qalır).

ivək evə yetməz. (ivək: iti. tələsən).

ivək sinək sütə düşər, tələsən tələyə. (ivək: tələsən).

ivək sinək, sütə düşər.

ivək, evə yetməz. (ivək: iti. tələsən).

iyəsi yox, süyəsi yox. (süyəsi: söykəni. dayancağı).

iyəsin sevən itin sevər.

iygə uy şərri qoy, dinci tut cəngi qoy. (iygə uy: yaxcıya düşün).

iyi asdar, üzü saxlar. (kimsənin qasıq qısıqlığın qaldıran, qorucu kimsə).

iyi başlanış, iləri uruş. (iləri uruş: çox ilərləmiş savaş).

iyi dilək, xoş davranış eyku kişi simgəsi. (eyku: iyi).

iyi doğru yararlı, kötü yalan yaxarlı. (yaxarlı: yandıran. yaman).

iyi dosluq üçün, -oxşarları tap, ayrıqları bil. (bil: tanı. e'tiraf ed. qəbul ed).

iyi dur, diləyincə yaşa, silinməyə dəyər. (qalmadan, silinmədən önəmli sürdüyün yaşamdır).

iyi dur, diləyincə yaşa, silinməyə dəyər. (qalmadan, silinmədən önəmli sürdüyün yaşamdır).

iyi düşünən gözəlin yaşar. (uz düşüncədən alınan dad, qaramsara qalar yad) (uz: gözəl. yeğ. saleh. əsləh). (qaramsar: pesimist).

iyi ərin, sümüyü ərir, adı qalır.

iyi gəlsin pay alsın, kötü gedsə pay qoymaz.

iyi gördüğün söylür, kötü verdiyin. (gördüğün: yapdığın).

iyi gördüyün demiş, yaman verdiyin. (gördüyün: yapdığın).

iyi ki varız, biz sözə yarız.

iyi kötü evdən başlır.

iyi kötü evdən başlır.

iyi kötü sən becər, acı dadlı gün keçər.

iyi qavun buyruq olar çaqqala. (hər nəyin iyisi yamana buyruq. (buyruq: qismət).

iyi qoşlar yaşlanınca iyi doslar. (qoşlar: cütlər).

İyi olacak hastanın Hekim (Tabib, doktor) ayağına gelir, Tanrı kötü bir durumun düzelmesini istemişse, o işi yapacak kişi işin üstüne gelir. (Bayram Özdemir).

iyi olda, yoxsul durma. (durma: qalma).

iyi olmaq yaxşı, yeğ olmaq ondan yaxşı. (yeğ: iyirək. yaxşıraq. betır. behtər).

iyi olub, türkcədə yaz, yağış olub, toprağa yağ!.

iyi, kötü ilə yarşınmaz, yaşam para ilə ölçülməz.

iyibaşlı bir yol bulur hər bir yolun daşına, kötübaşlı bir daş qoyur hər bir yolun başına. (iyibaşlı : iyimçil. pozitivisit). (kötübaşlı : kötümçül. neqətivisit).

iyibaşlı bir yol bulur hər bir yolun daşına, kötübaşlı bir daş qoyur hər bir yolun başına. (iyibaşlı: iyimçil. pozitivisit). (kötübaşlı: kötümçül. neqətivisit).

iyicə qıranlar, iyi quranlar olur.

iyicə qıranlar, iyi quranlar olur.

iyid aytmaz, aytdı qaytmaz. (kişi deməz, dedi dönməz).

iyid başın qılıc kəsər, sözün güllə deşməz.

iyidi qəm çürüdür, dəmir nəm. (iyidi yaş çürüdür, dəmiri pas).

iyidi yaş çürüdür, dəmiri pas. (iyidi qəm çürüdür, dəmir nəm çürüdür).

iyidin iyisi dəli olmaz, dəli olan iyid olmaz. (süm iyitligə iyi bilik, iyi bilək, eyku ürək gərərk). (süm: bütün).

iyidin sirrin söz açar, yol gedincə qısalar.

iyidin sirrin söz açar, yolu geddikcə qısalar.

iyidiun gözü tox, yağının gözü yox.

iyidlik, baturluq doğulmur, yasılır. (baturluq : qəhrəmanlıq). (yasılır: yapılır).

iyidlik, baturluq doğulmur, yasılır. (baturluq: qəhrəmanlıq). (yasılır: yapılır).

iyilər iyi könüldə yaşar.

iyiləri iyicənə qarşıla, bolmuşisə köngülüncə barşıla. (bağışla: barşıla). (bolmuşisə: olurunda. imkanında).

iyilərim igitlərim aman qalsın yamandan.

İyilik (muhabbet) iki başlı olur, Birbiri ile ilişki içerisinde bulunan kişilerin yalnız birinin iyi olması geçinmek için yeterli değildir. Ötekinin de iyi olması gerekir. Karı koca arasındaki geçinme durumu da böyledir. (Bayram Özdemir).

iyilik aşsa çəkin, qanmaza xor görünər. (çəkin: həddin).

iyilik edən, iyilik bulmur, gələni bulur.

iyilik edən, iyilik bulmur, gələni bulur.

iyilik edib, dənizə at, balıq bilməz, tanrıya yad.

iyilik edisən gözləmə qarşın. (çörək verdin savun!). (savun: savuş. keç. rədd ol). (iyilik edisən kəndin üçün, qarşılıq gözləmən nə üçün).

iyilik edisən kəndin üçün, qarşılıq gözləmən nə üçün. (çörək verdin savun!). (savun: savuş. keç. rədd ol). (iyilik edisən gözləmə qarşın).

iyilik etdin, qorunmağı unutma.

iyilik güdənin güdər, onada düşər.

iyilik itməz, çoraqda tuxum bitməz, püləməsən şişməz, əkənmiyən biçməz, bulunmasa itməz, əkilməsə bitməz.

iyilik unutulur, kötülük qarşısız qalır, hərkəs bildiyin yapır. (bildiyin: bacardığın).

iyilik yerdə qalmaz deyillər, kötülük ed, başında yığ.

iyilikdə, tez gec yox.

iyilikləri tavrandırın, kötülükləri təprəndirin. (təprəndirmək: qoğmaq).

iyilikləri yatsama (unutma), olmamışı qansama (düşünmək istəmə).

iyiliyi su ayağında (altında) gəmiş (quyla), başında dilə.

iyiliyi su ayağında gəmiş, başında dilə.

iyiliyi su dibində kəmiş, başında dilə. (dibində: ayağında, altında) (kəmişmək :əkişmək. gəmişmək. gömüşmək. quylamaq). (əkməyi suyun tübünə (dibinə) at, betində (üzündə) topla). (əkməyi su tübünqə (dibinə) daşla, su betində (üzündə) gözlə (izlə). (elə iygilik isdə). - əkmək su dibində qalmaz, suluq odun yanmaz. (suluq : şeh. nəmli).

iyiliyi su dibində kəmiş, başında dilə. (dibində: ayağında, altında) (kəmişmək: əkişmək. gəmişmək. gömüşmək. quylamaq). (əkməyi suyun tübünə (dibinə) at, betində (üzündə) topla). (əkməyi su tübünqə (dibinə) daşla, su betində (üzündə) gözlə (izlə). (elə iygilik isdə). - əkmək su dibində qalmaz, suluq odun yanmaz. (suluq: şeh. nəmli).

iyilyə qarşı qarşılıq güdən, gözündə tikən yığar.

iyini saymasan yaşam olmaz, kötünü saymasanda olar.

iyirmisində gözəl, otuzunda güclü, qırxında başlı, əllisində varlı olmayandan heç nə gözləmə. (gözəl: xoşaaa gelim. baxımlı).

iyirmisində gözəl, otuzunda güclü, qırxında başlı, əllisində varlı olmayandan heç nə gözləmə. (gözəl: xoşaaa gelim. baxımlı).

iyisin al, yadlısın (pisin) at. (yadlısın: pisin).

iyiyə çatanmadın, yamandan gözlə.

iyiyə qaç, yatludan qaç.

iyiyə qaç, yatludan yad (uzaq).

iyiyə uyan, qılığın tutar, kötüdən uman, bokunu utar. (bokunu: poxunu).

iylənmiş ət buza neynər, duza neynər.

iylik edən istəyin yaşır, biri xor görür, biri qısqanır.

iysin (iyisin) al, yadlısın (pisin) at.

iz qoyan, izçisin apar.

izdə olandan, ovda ol. (artda olmaqdansa, öndə ol).

izək izəyə tüş gəlsə, evrən yerindən oynar. (istəklər bir olsa, evrən yerindən dəğişər).

izi qaldı ər öldü, alan qaldı at öldü.

izi varsa özün gözlə, sözü varsa üzün.

ızıqlı gələr yaş keçmәdən, bütün arzular, gənc ola könül nə çox arzular, durağı çatar düşmәk istəməz, doyarmı ürək!? (qızıqlı: 1. ged gəlli. yüyrәk. istiqanlı. 1. maraqlı. əlaqəli).

ızıqlı olsa uşaq dinləyə öğüd, işi başda, barmağı aşda. (qızıqlı: maraqlı. əlaqəli).

izin bellir, önün şəllir: izin itirir, önünə daş salır.

izingə qoymasın başda olan kişi, əlindən gəlirsə, kəndi qılsın işi.. (mirasa qoymasın, ağlı başında olan kişi, ). (izingi yeyər izingəni, qoymaz qala izingiyə: varis mirası yeyərdə, öz varisinə, nərsə qoymaz).

izləmə gözləmə özləmə, itən itmiş, bitən bitmiş. başı qanlıymış, öz için dalaşırmış.

izlərsən taparsan, qol çalarsan alarsan. yürürsən yetərsən. (qol çalmaq: əlləşmək. çabamaq).

izləyən tapmış, işləyən eşmiş, yürüyən yetmiş.

izləyən tapmış, uzanan almış, yürüyən yetmiş. (izləyən tapmış, işləyən eşmiş, yürüyən yetmiş).

izləyən, tapmış.

izsiz diri sayılmaz, kölgəsiz bulut.

kababçı köz, deyingəl söz arar.

Kabahat öldürende değil, ölendedir, Kabahat ölende mi, öldürende mi?, Bazı kişiler sözleri ve davranışlarıyla karşısındakini adam öldürecek kadar tahrik eder, sinirlendirir. Kabahat ölende olur. (Bayram Özdemir).

kaç kərə seviş, kaç kərə küsüş, kaç kərə qırış, kaç kərə oluş, kaç kərə ölüş, buyumuş yaşam !!.

kaç kərə seviş, kaç kərə küsüş, kaç kərə qırış, kaç kərə oluş, kaç kərə ölüş, buyumuş yaşam !!.

Kaçan balık büyük olur, Fırsat kaçtı mı, insan o fırsatı gözünde büyütür. Durmadan onu anlatır. Başarısızlığına kılıf hazırlar. (Bayram Özdemir).

Kaçanın anası ağlamamış, Kavgadan, saldırıdan kaçan canını kurtarır ve anasını da ağlatmamış olur. (Bayram Özdemir).

‎Kadı anlatışa göre hüküm verir. Kadı, hakim, haklı ve haksızı ayırt eden. Haksız olan da kendisini haklıymış gibi anlatır yalan söylerse hakim ona göre hüküm verir. Hakimin doğru hüküm verebilmesi için, olay hem doğru anlatılmalı, hende açık anlatılmalı. (Bayram Özdemir).

Kadının (cahilin) sofusu şeytanın maskarası. sofu, dindar olan ve gözüken. Şeytan cahil ve kadınlarla alay eder. Böyle kadınlar evini çoluk, çocuğunu ihmal eder, ibadetleri de gösterişe dönüşür, gerçek ibadetini yerine getiremez. (Bayram Özdemir).

‎Kadının fendi erkeği yendi, Kadınlar kurnaz olurlar, çeşit çeşit oyunlarla erkeği kandırıp yenerler. (Bayram Özdemir).

kadının şamdanı altın da olsa mumu dikecek erkektir, Kadın evlendiğinde çok değerli çeyizle de gelse, o evin geçimini sağlayacak, eksiklerini tamamlayacak erkektir. (Bayram Özdemir).

kafqanın başındaki başın yedi!. -nəyə kar!, ölüm carçısı olmaq.

kağallıq kilit durur, qurralıq qurur (kağallıq: cahillik). (qurralıq: kibirlilik).

kağıl qatın sağır soğur. (qatın: yanında).

kağızla od yığılmaz.

kahıl deyər, bilgə dinlər. (kahıl: cahil).

kahıl öğrətib, bilgə öğrəşib. (kahıl: cahil).

kahıllara söz doğrusun anlatmaq, bataqlıqda ayaq çalıb batmaqdır.

kahıllığın çoxluğu ahıllıqla qaynaşa bilməz. (kahıllıq: qarağuluq. cahıllıq) (ahıllıq: çaxulluq. usluq. aydınlıq. ağıllılıq).

kahıllığın dəmi qaranlıq. (kahıllığın: qarğunluğun. cahıllığın).

kahıllıqdan ağır qaylıq tapılmaz. (kahıllıqdan: cəhalətdən). (qaylıq: dərd. korluq).

kal kişi bildiyin bağırar. (yava it gündüzün hürər)..

Kalkacağın yere oturma, Layık olmadığın, bir uzaklaştırılacağın yere de oturma, görevi de isteme. (Bayram Özdemir).

Kalp kalbe karşıdır, Gönülden gönüle görünmez bir yol vardır. Seven sevilir. Her sevende sevilmez. (Bayram Özdemir).

kalva öğrətmiş, uslu öğrənmiş. (kalva: axmaq). (uslu: ağıllı).

kamil palançıda olursa insan, çox yaxcıdı yarımçılıq papaqçılıqdan.

kan tutarlı varsa bir nə tapmasan içdən qıraq. (kan: çox. lap). (içdən: içində olandan. mə'nəviyyatdan).

Kanaat gibi devlet olmaz. Kanaat, elindeki imkanla yetinme. Devlet, talih, zenginlik, kısmet. Çok şey istemeyen elindekilerle yetinmesini bilen kişiler zorluk çekmez. En büyük devlet de budur. (Bayram Özdemir).

‎Kanı kanla yumazlar, kanı su ile yurlar. Yumak, pislikten temizlemek, arındırmak. Kötü bir durum kötülüğü devam ettirerek düzeltilemez. Kötülüğü önleyebilmek için kötülükten vazgeçmek gerekir. (Bayram Özdemir).

kar ağzına baxar, kor səsinə.

kar azan duymaz, inancını unutmaz. (kar üçün azan verilməz). (inanc yaddan çıxmaz).

kar duymaz, oxşadar, kor görməz, yaraşdırar.

kar eşiddiyin, kor tutduğun bıraxmaz.

kar eşiddiynə yox, göylündəkinə inanar.

kar eşitdiyin min yerə yorar, kor gördüyün min nəyə.

kar eşitdiyin, kor gördüyün bıraxmaz.

kar eşitdiyin, kor gördüyün unutmaz.

kar eşitməz uyduyar, kor görməz yondurar.

kar eşitməz yaraşdırar, kor görməz, quraşdırar.

kar iki gülər, bir sənin gülməyivə, birdə kəndi düşündüyünə.

Kar kuytuda, para pintide eğleşir. -Kuytu: korunaklı yer. -Pinti: cimri, parayı çok seven, eli sıkı. Her şey korunaklı, saklanılabileği yerlerde korunur. (Bayram Özdemir).

kar tanığı duyduğu, kor tanığı gördüyü.

kar üçün iki kərə təbil çalınmaz.

Kar zararın kardeşidir. Ticaretle uğraşan kişiler tüccarlar, her zaman kar etmeyi düşünmememelidirler. Kar ederken zarar da edeceğini hesaba katmalıdırlar.

kar, işinə gələni eşidər.

Kara (kötü) haber tez duyulur. Tez, çabuk, hızlı. Ölüm, felaket gibi haberler ilgili kşilere çabuk ulaşır. (Bayram Özdemir).

kara söykəzmə, kora görkəzmə (söykəzmə: söyləmə).

kara söykəzmə, kora görkəzmə (söykəzmə: söyləmə).

Karaya sabun, deliye öğüt neylesin. Bir şeyin özü bozuksa, düzeltme çabaları sonuç vermez. (Bayram Özdemir).



Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə