Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
84
Azəbaycan Dövlət Neft Akademiyası
Abşeron yarımadasının cənubunda (bir qədər şərqə doğru), qədim Xəzər çöküntüləri ilə örtülmüş
dənizkənarı düzənlikdə yerləşən Hövsan yatağı 1948-ci ildən istismardadır. Məhsuldar qatın aşağılarında,
o cümlədən Qala laydəstəsi də daxil olmaqla, Hövsan sahəsi eyni adlı sinklinalının cənub qərb bortunda
yerləşir və yatağın geoloji quruluşu layların monoklinal yatımı ilə səciyyələnir. Belə güman edilir ki,
burada neft yığımları fasial əvəzlənmələrlə bağlıdır. Sahənin neftli-qazlılığı Qala
laydəstəsinin Qal
1
, Qal
2
,
Qal
3
, horizontları ilə əlaqədardır. Onların nisbətən qalın hissələri məhsuldardır və sahənin bəzi
hissələrində qaz ilə doludur. Son illərdə dördüncü, məhsuldar horizont açılmış və bu horizont da Qala
laydəstəsinə aid edilmişdir. Hövsanda qazılmış quyuların məhsuldarlığı onlarla ton təşkil etdiyindən,
perspektivli sahə hesab olunur və hal hazırda Azərbaycanın quru hissəsində intensiv istismar olunan
yataqlardandır.
2010-cu ilin yayında (daha doğrusu 16 iyulda) Hövsanın H1856 saylı quyusunda Şaquli Seysmik
Profilləmə (ŞSP) işləri aparılmışdır. ŞSP işlərinin aparılmasından əsas məqsəd seysmik dalğa
mənzərəsinin öyrənilməsi, əsas horizontların vəziyyətlərinin dəqiqləşdirilməsi ilə yanaşı mühitin sürət
modelinin dəqiqləşdirilməsi və quyu dibindən altda yatan süxurlarda seysmik dalğa sürətlərinin
proqnozlaşdırılmasından, kəsilişin bu hissəsində maraq doğuran əksetdirici sərhədlərin (horizontların)
yatma dərinliyinin proqnozu üçün dərinlik-zaman asılılığının uzadılmasından ibarətdir.
İlkin (başlanğıc) drift (ŞSP zamanları ilə inteqrə edilmiş AK zamanları arasındakı fərq) bir tərəfə
qaçış zamanında ~22,8 msan təşkil etmişdir ki, bu da qəbul edilə bilməz, belə ki, dalğanın gedib-qayıtma
(iki tərəfə) vaxtında ~45,6 msan xəta verir. AK məlumatlarının kalibrləndirilməsinin əsas ideyası AK
əyrisinin elə təshihindən ibarətdir ki, inteqrə edilmiş zamanlar ŞSP zamanlarına AK miqyasında, əyrinin
forması prinsipial təhrifə məruz qoyulmadan, yəni yanlış əksetdirici sərhədlər doğurmadan, uyğun
gəlsinlər .
Növbəti mərhələdə P-dalğalarının sintetik seysmoqramları hesablanmışdır. Bu seysmoqramların
hesablanmasında həm zaman və həm də dərinlik oblastlarında (domenlərində) üstün (görünən) tezliyi 5
Hs-ə bərabər addımla dəyişən 5 Hs-dən 100 Hs-dək tezlikli sıfır-fazalı Rikker impulsundan istifadə
edilmişdir .
Başqa bir maraqlı məsələ quyu dibindən altda yerləşən geoloji kəsilişin sürət xarakteristikasının
proqnozlaşdırılmasından ibarətdir. Bundan əsas məqsəd dərinlik-zaman asılılığının uzadılması və
hələlik qazıma ilə açılmamış, maraq doğuran əksetdirici sərhədlərin (sinfaz oxlarının) dərinliklərinin
dəyərləndirilməsidir. Belə qərara gəlinmişdir ki, bunun üçün akustik impedansın inversiyası da adlanan
PsevdoAkustik Karotaj (PAK) yerinə yetirilsin. PAK inversiyasında ŞSP-nin uzununa profilinin
tezliklərinin (5-70 Hs) dominant toplumundan istifadə edilmişdir. Alınmış nəticələr stabil və
adekvatdırlar.
ŞSP və AK-nın yazılmış məlumatları kəsilişin alt hissəsində sürətlərin əhəmiyyətli dərəcədə
azalmasını təsdiq edirlər ki, bu da PAK-ın nəticələrinə inamı daha da artırır.
Quyu dibindən altda uzununa dalğaların proqnozlaşdırılmış sürəti proqnoz dərinlik-zaman
asılılığının hesablanmasında (bir qədər də uzadılmasında) tətbiq edilmişdir və bu da öz növbəsində altda
yerləşən,
ən
çox
maraq
doğuran
əksetdirici
sərhədlərinin
dərinliklərinin
əvvəlcədən
proqnozlaşdırılmasında istifadə olunmuşdur. Aşağıda quyu dibindən altda yatan və çox maraq
doğuran horizontların proqnoz dərinlikləri cədvəl şəklində verilmişdir. Qiymətlər sarı üfüqi xətlərin
yaşıl şaquli xətlərlə kəsişmə nöqtələrinə aiddirlər (uyğundurlar). Dərinliklərin proqnozu PAK-ın alınmış
dərinlik-zaman asılılığına uyğun verilmişdir.
Digər horizontların dərinliklərinin proqnozlaşdırılması üçün rəqəmsal məlumatlardan (ÜDN
təsvirlərindən, PAK nəticələrindən) istifadə etmək olar.
Aparılmış tədqiqatlar bu qənaətə gətirmişdir: a) ŞSP ilə alınmış interval sürətləri AK məlumatları
ilə çox yaxşı uzlaşırlar; b) ŞSP məlumatlarına əsaslanaraq daha dəqiq dərinlik-zaman asılılığı alınmışdır;
c) AK məlumatlarının kalibrlənməsi və sintetik seysmoqramların hesablanmasında heç bir çətinlik
olmamışdır; d) tədqiq olunmuş quyu üçün PAK müvəffəqiyyətlə hesablanmışdır, bu da quyu dibindən
altda sürətləri proqnozlaşdırmağa, maraq doğuran horizontların dərinliklərinin dəyərləndirilməsi üçün
dərinlik-zaman asılılığını uzatmağa imkan vermışdir.