Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
82
olması, yəni sınanılan məmulatın istismara tam yararsızlığı aşkar edilir. Qeyd olunan sınaq üsulları əsasən
2 qrupa bölünür: sınanılan nümunənin dağılması (sınması) ilə nəticələnən üsullar və nümunənin
dağlmasına səbəb olmayan üsullar.
Dağıdıcı üsul məmulatın davam gətirə biləcəyi maksimal mexaniki gərginliyin qiymətini təyin
etmək üçün tətbiq olunur. Bu elə bir göstəricidir ki, gərginlik həmin həddə çatdıqda məmulat həcmi
bütövlüyünü itirərək dağılır. Dağıdıcı üsulun statik və dinamiki növləri vardır. Statik yükləmələr sınanılan
nümunəyə təsir edən qüvvəni dəqiq təyin etməyə və deformasiya prosesinin ətraflı şərh etməyə imkan
yaradır. Dinamiki sınaqlar materialın özlülüyünü və ya kövrəkliyini təyin etmək üçün tətbiq edilir. Bu
zaman müxtəlif xarakterli zərbələr nəticəsində nümunədə və sınaq maşınının müxtəlif hissələrində ətalət
qüvvələri yaranır. Bu sınaqların ən çox yayılmış növlərini nəzərdən keçirək.
Yorğunluğa sınaq kiçik qüvvənin tətbiqi ilə çoxsaylı yükləmələrdən ibarət olub, nümunənin
dağılmasına qədərə davam edir. Başqa sözlə materialı kristal yrğunluğuna sınamaq, yəni onun dəyişən
istiqamətli mexaniki yükləmələrdən dağılmaya qarşı olan müqavimətini təyin etmək üçün onu bu cür
yükləmlərə uğradır və sınaq prosesini nümunənin dağılması anına qədər qədər davam etdirirlər. Bərkliyə
sınaq nümunənin özündən bərk materialdan hazırlanmış digər cismin onun səthinə batırılması üçün tələb
lunan qüvvənin təyin edilməsindən ibarətdir. Yeyilmə və sürtülməyə sınaqlar uzunmüddətli sürtünmə
nəticəsində materialın səthində baş verən dəyişiklikləri təyin etməyə imkan verir. Bundan
başqa kompleks
sınaq üsulları da mövcuddur ki, həmin üsullar vasitəsilə materialın başlıca konstruksion və texnoloji
xassələri təyin edilir və həmin materialdan hazırlanmış məmulatın davam gətirə biləcəyi maksimal
gərginlik hesablanır.
Sadalanan üsullardan hər biri müvafiq standartlar əsasında müəyyən edilmiş metdika ilə
uyğunlaşdırılmış sınaq maşınlarının köməyilə yerinə yetirilir. Mexaniki möhkəmliyin tətin edilməsi üçün
aparılan sınaqlar dartıcı maşınlarda həyata keçirilir. Beləsinə misal olaraq WEB 600 markalı maşını
göstərmək olar. Bu maşın sınanılan nümunəyə 600 kN-dək dartıcı qüvvə ilə təsir etməyə imkan verir.
Bundan başqa bərkliyin təyin edilməsi üçün ИТ 5010, ТР 5006 М, texnolji sınaqların, məsələn əyilmə və
burulma deformasiyalarının yerinə yetirilməsi üçün ИА 5073-100, ИХ 5092 kimi təcrübə avadanlıqları
mövcuddur. Yorğunluğa sınaq təcrübələrində МУИ-6000 maşınından istifadə olunur.
Dağıdıcı üsullardan ayrı-ayrı nümunələrin sınanılması üçün istifadə edildiyi halda qeyri-dağıdıcı
(sınaq zamanı nümunənin dağılmasına səbəb olmayan) üsullarla istehsal olunan məhsulun keyfiyyətinə
kütləvi nəzarət etmək mümkün olur. Bu məqsədlə istifadə olunan nəzarət cihazlarının iş prinsipi tədqiqi
olunan məmulatın kristal qəfəsində mövcud olan qüsurların aşkarlanması və həmin qüsurların materialın
kaonstruktiv xassələrinə təsirinin müəyyən olunmasına əsaslanır. Qeyri-dağıdıcı üsullara mizal olaraq
ultrasəs defektoskopiyasını, radioqrafiyanı, maqnit tozu və kapilyarlar vasitəsilə nəzarət üsullarını,
yüksək
tezlikli cərəyan vasitəsilə nəzarəti, vizual nəzarəti və s. göstərmək olar. Bunların arasında ən geniş
yayılan üsullardan biri yüksək tezlikli cərəyan vasitəsilə məmulatın daxili qüsurlarının aşkarlanmasıdır.
Metalda olan mikrskopik çatları, nöqtəvi korroziyanı, ən xırda nazilmə bu üsulun köməyilə dəqiq təyin
edilir. Müasir yüksək tezlikli cərəyan defektskopları aviasiya texnikasının, avtmobil sənayesinin,
aerkosmik tədqiqatların sınaq laboratoriyalarında geniş tətbiq lunur. Misalçün MIZ®-21SR çoxrejimli
defektskopu birləşmələrdəki boşluqları, təbəqələrin aralanmasını, sıxlığın anomaliyasını təyin edən
yüngül portotiv cihazdır. Bundan başqa həmin cihaz keçiriliciyin və təbəqələrin qalınlığının təyin
edilməsi funksiyalarına malikdir. Bütün bu infrmasiyalar yüksək dəqiqliklə cihazın ekranında əks olunur.
Atmosfer korroziyasına məruz qalan iri metal konstruksiyaların, boru kəmərlərinin və digər
qurğuların defektoskpiyası üçün rentgen nəzarətindən istifadə olunur. Bu məqsədlə istifadə olunan
aparatlar çox müxtəlifdir. Misalçün, boru kəmərlərini tədqiq etmək üçün nəzərdə tutulan aparatlar
kənardan idarə olunmaqla borunun içərisi ilə hərəkət edir, komanda verildikdə dayanaraq rentgenoqram
çəkir və beləliklə qaynaq biirləşmələrinin keyfiyyətini yoxlayır.
Hazırda metal məmulatın bütün xassələrini bir dəfəyə təyin etməyə imkan verən vahid universal
metod mövcud deyil. Buna görə də keyfiyyətə nəzarət metodları kompleks şəkildə tətbiq tətbiq olunur.
Konstruktorlar hazırlanma və istehsal mərhələsində dağıdıcı metodlardan, istismar mərhələsində isə
müxtəlif qeyri-dağıdıcı metodlardan istifadə edirlər. Bu və ya digər üsulun seçilməsi həm məmulatın
təyinatından, həm də iş prosesində məruz qaldığı çxsaylı xarici təsir amillərindən asılıdır.
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
83
YOL HƏRƏKƏTININ TƏHLÜKƏSIZLĠYĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠ
TƏDBĠRLƏRĠNĠN ĠġLƏNMƏSĠ
Mərdəliyev O.A.
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Respublikasının avtomobilləşmə səviyyəsinin durmadan artması yol hərəkətinin
təhlükəsizliyinin və səmərəliliyinin təmin edilməsi zərurətini yaradır. Nəqliyyatın əsas vəzifəsi əhalinin
və maddi istehsal sahələrinin daşımalara olan tələbatını tam və vaxtında ödəməkdən ibarətdir. Nəqliyyat
sisteminin işinin səmərəliliyinin və keyfiyyətinin inkişaf konsepsiyası Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir. Ölkə
prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi yol təsərrüfatında da aparılan quruculuq işlərini
ölkəmizin və onun regionlarının inkişafının ən başlıca amili kimi qiymətləndirir. Yol-nəqliyyat
infrastrukturunun yeniləşməsi ölkəmizin sosial-iqtisadi inkişafına əhalinin ümumi yaşayış səviyyəsinə
təsir edən müsbət amillərdən sayıla bilər. Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən 4 il
sonra, yəni 1995-ci ildən başlayaraq sosial və iqtisadi irəliləyiş, yol hərəkətinin təhlükəsizliyi sahəsinə də
öz müsbət təsirini göstərmişdir. Avtomobil yollarında təhlükəsiz hərəkəti tənzimləmək üçün 3 iyul 1998-
ci ildə Konvensiyaya uyğun, yol hərəkəti sahəsində bütün fiziki və hüquqi şəxslərin hüquq, vəzifə və
məsuliyyətlərini müəyyən edən yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin kompleks həllinə
yönəldilmiş Azərbaycan Respublikasının ―yol hərəkəti haqqında qanunu‖ qəbul edilmişdir. 8 fəsildən
ibarət ―Qanunda‖ ümumi müddəalar, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat
vasitələrinin yol hərəkətinə buraxılması, nəqliyyat vasitələrini idarə etmək hüququ , yol hərəkəti qaydaları
, yol hərəkəti qaydalarının pozuntuları , yol hərəkəti təhlükəsizliyinə nəzarət və yekun müddəalar öz
əksini tapmışdır. Azərbaycan Respublikasında bu qanunun əsasında yol hərəkətinin təhlükəsizliyinin
təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Müstəqillik əldə edilən müddətdə keçirilmiş tədbirlər
nəticəsində respublikamızda yol-nəqliyyat hadisələrində həlak olanların sayının azalmasına
nail olunmuşdur. Respublika əhəmiyyətli yollar, şəhər, rayon və qəsəbələr üçün yol hərəkətinin təşkili
sxemlərinin tərtib edilməsi, bu sxemlərin yol hərəkəti iştirakçılarının, xüsusən də beynəlxalq hərəkət
iştirakçılarına çatdırmaq vacibdir. Şəhərlərin yüksək intensiv hərəkət olan hissələrində avtomobil
axınının seyrəldilməsi üçün təşkilati tədbirlərin görülməsi bu məqsədlə şəhərin mərkəzində
avtomobillərin parklanma yeri ilə təmin olunması daha məqsədə uyğun hesab olunur. Yol hərəkəti
təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı
layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə
olunması əsasında təşkil edilməlidir. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına
yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində
dəyişikliklərin edilməsi qadağandır. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının
göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir. Yol hərəkəti problemini köklü
şəkildə həll etmək üçün milli küçə-yol şəbəkəsi sürətlə inkişaf etdirilməlidir. Bu, külli miqdarda əsaslı
vəsait qoyuluşu tələb etməklə yanaşı, şəhərlərin yenidən qurulması ilə əlaqədar olan mürəkkəb sosial
problemlər yaradır. Dünya ölkələrinin demək olar ki, hamısı küçə-yol şəbəkəsinin inkişafı üçün lazımi
əsaslı vəsait qoyuluşunu təmin edə bilmir. Ona görə də mövcud imkanlardan maksimum dərəcədə istifadə
etmək üçün əlverişli idarəetmə strategiyasını müəyyən etmək məqsədilə böyük ölçülü küçə-yol
şəbəkəsində yol hərəkətinin vəziyyətinə bütöv sutka ərzində nəzarət edilir. Seçilmiş idarəetmə
konsepsiyasına uyğun olaraq real vaxt miqyasında yığılan məlumatlar əsasında nəqliyyat axınlarının hərə-
kəti idarə edilir. Böyük şəhərlərdə nəqliyyat problemini həll etmək üçün küçə-yol şəbəkəsi sürətlə
genişləndirilməli və inkişaf etdirilməlidir. Bu genişlənmə yol hərəkəti həcminin kəskin artımından
həmişə geri qalır. Ona görə də avtomobil nəqliyyatının işinin optimallığını təmin etmək üçün əlverişli
daşıma sistemi yaradılmalıdır. Yol hərəkətinin idarə edilməsinin və təhlükəsizliyinin əsas məqsədi də elə
budur.
HÖVSAN SAHƏSĠNDƏ QUYU DĠBĠNDƏN ALTDA MARAQ DOĞURAN
HORĠZONTLARIN DƏRĠNLĠKLƏRĠNĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ
Şirinov N.R.