Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə50/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   46   47   48   49   50   51   52   53   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
82 
olması, yəni sınanılan məmulatın istismara tam yararsızlığı aşkar edilir. Qeyd olunan sınaq üsulları əsasən 
2  qrupa  bölünür:  sınanılan  nümunənin  dağılması  (sınması)  ilə  nəticələnən  üsullar  və  nümunənin 
dağlmasına səbəb olmayan üsullar. 
Dağıdıcı  üsul  məmulatın  davam  gətirə  biləcəyi  maksimal  mexaniki  gərginliyin  qiymətini  təyin 
etmək  üçün  tətbiq  olunur.  Bu  elə  bir  göstəricidir  ki,  gərginlik  həmin  həddə  çatdıqda  məmulat  həcmi 
bütövlüyünü itirərək dağılır. Dağıdıcı üsulun statik və dinamiki növləri vardır. Statik yükləmələr sınanılan 
nümunəyə  təsir  edən  qüvvəni  dəqiq  təyin  etməyə  və  deformasiya  prosesinin  ətraflı  şərh  etməyə  imkan 
yaradır.  Dinamiki  sınaqlar  materialın  özlülüyünü  və  ya  kövrəkliyini  təyin  etmək  üçün  tətbiq  edilir.  Bu 
zaman müxtəlif xarakterli zərbələr nəticəsində nümunədə və sınaq maşınının müxtəlif hissələrində ətalət 
qüvvələri yaranır. Bu sınaqların ən çox yayılmış növlərini nəzərdən keçirək.  
Yorğunluğa  sınaq  kiçik  qüvvənin  tətbiqi  ilə  çoxsaylı  yükləmələrdən  ibarət  olub,  nümunənin 
dağılmasına  qədərə  davam  edir.  Başqa  sözlə  materialı  kristal  yrğunluğuna  sınamaq,  yəni  onun  dəyişən 
istiqamətli  mexaniki  yükləmələrdən  dağılmaya  qarşı  olan  müqavimətini  təyin  etmək  üçün  onu  bu  cür 
yükləmlərə uğradır və sınaq prosesini nümunənin dağılması anına qədər qədər davam etdirirlər. Bərkliyə 
sınaq nümunənin özündən bərk materialdan hazırlanmış digər cismin onun səthinə batırılması üçün tələb 
lunan  qüvvənin  təyin  edilməsindən  ibarətdir.  Yeyilmə  və  sürtülməyə  sınaqlar  uzunmüddətli  sürtünmə 
nəticəsində materialın səthində baş verən dəyişiklikləri təyin etməyə imkan verir. Bundan başqa kompleks 
sınaq  üsulları  da  mövcuddur  ki,  həmin  üsullar  vasitəsilə  materialın  başlıca  konstruksion  və  texnoloji 
xassələri  təyin  edilir  və  həmin  materialdan  hazırlanmış  məmulatın  davam  gətirə  biləcəyi  maksimal 
gərginlik hesablanır.  
Sadalanan  üsullardan  hər  biri  müvafiq  standartlar  əsasında  müəyyən  edilmiş  metdika  ilə 
uyğunlaşdırılmış sınaq maşınlarının köməyilə yerinə yetirilir. Mexaniki möhkəmliyin tətin edilməsi üçün 
aparılan  sınaqlar  dartıcı  maşınlarda  həyata  keçirilir.  Beləsinə  misal  olaraq  WEB  600  markalı  maşını 
göstərmək  olar.  Bu  maşın  sınanılan  nümunəyə  600  kN-dək  dartıcı  qüvvə  ilə  təsir  etməyə  imkan  verir. 
Bundan başqa bərkliyin təyin edilməsi üçün ИТ 5010, ТР 5006 М, texnolji sınaqların, məsələn əyilmə və 
burulma  deformasiyalarının  yerinə  yetirilməsi  üçün  ИА  5073-100,  ИХ  5092  kimi  təcrübə  avadanlıqları 
mövcuddur. Yorğunluğa sınaq təcrübələrində МУИ-6000 maşınından istifadə olunur.   
Dağıdıcı  üsullardan  ayrı-ayrı  nümunələrin  sınanılması  üçün  istifadə  edildiyi  halda  qeyri-dağıdıcı 
(sınaq  zamanı  nümunənin  dağılmasına  səbəb  olmayan)  üsullarla  istehsal  olunan  məhsulun  keyfiyyətinə 
kütləvi nəzarət etmək mümkün olur. Bu məqsədlə istifadə olunan nəzarət cihazlarının iş prinsipi tədqiqi 
olunan məmulatın kristal qəfəsində mövcud olan qüsurların aşkarlanması və həmin qüsurların materialın 
kaonstruktiv  xassələrinə  təsirinin  müəyyən  olunmasına  əsaslanır.  Qeyri-dağıdıcı  üsullara  mizal  olaraq 
ultrasəs defektoskopiyasını, radioqrafiyanı, maqnit tozu və kapilyarlar vasitəsilə nəzarət üsullarını, yüksək 
tezlikli  cərəyan  vasitəsilə  nəzarəti,  vizual  nəzarəti  və  s.  göstərmək  olar.    Bunların  arasında  ən  geniş 
yayılan üsullardan biri yüksək tezlikli cərəyan vasitəsilə məmulatın daxili qüsurlarının aşkarlanmasıdır. 
Metalda olan mikrskopik çatları,  nöqtəvi korroziyanı, ən xırda nazilmə bu üsulun köməyilə dəqiq təyin 
edilir.  Müasir  yüksək  tezlikli  cərəyan  defektskopları  aviasiya  texnikasının,  avtmobil  sənayesinin, 
aerkosmik  tədqiqatların  sınaq  laboratoriyalarında  geniş  tətbiq  lunur.  Misalçün  MIZ®-21SR  çoxrejimli 
defektskopu  birləşmələrdəki  boşluqları,  təbəqələrin  aralanmasını,  sıxlığın  anomaliyasını  təyin  edən 
yüngül  portotiv  cihazdır.  Bundan  başqa  həmin  cihaz  keçiriliciyin  və  təbəqələrin  qalınlığının  təyin 
edilməsi funksiyalarına malikdir. Bütün bu infrmasiyalar yüksək dəqiqliklə cihazın ekranında əks olunur. 
Atmosfer  korroziyasına  məruz  qalan  iri  metal  konstruksiyaların,  boru  kəmərlərinin  və  digər 
qurğuların  defektoskpiyası  üçün  rentgen  nəzarətindən  istifadə  olunur.  Bu  məqsədlə  istifadə  olunan 
aparatlar  çox  müxtəlifdir.  Misalçün,  boru  kəmərlərini  tədqiq  etmək  üçün  nəzərdə  tutulan  aparatlar 
kənardan idarə olunmaqla borunun içərisi ilə hərəkət edir, komanda verildikdə dayanaraq rentgenoqram 
çəkir və beləliklə qaynaq biirləşmələrinin keyfiyyətini yoxlayır.  
Hazırda  metal  məmulatın bütün  xassələrini  bir  dəfəyə  təyin  etməyə  imkan  verən  vahid  universal 
metod mövcud deyil. Buna görə də keyfiyyətə nəzarət metodları kompleks şəkildə tətbiq tətbiq olunur. 
Konstruktorlar  hazırlanma  və  istehsal  mərhələsində  dağıdıcı  metodlardan,  istismar  mərhələsində  isə 
müxtəlif    qeyri-dağıdıcı  metodlardan  istifadə  edirlər.  Bu  və  ya  digər  üsulun  seçilməsi  həm  məmulatın 
təyinatından, həm də iş prosesində məruz qaldığı çxsaylı xarici təsir amillərindən asılıdır. 
 
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
83 
YOL HƏRƏKƏTININ TƏHLÜKƏSIZLĠYĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠ 
TƏDBĠRLƏRĠNĠN ĠġLƏNMƏSĠ 
 
Mərdəliyev O.A. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Azərbaycan  Respublikasının  avtomobilləşmə  səviyyəsinin  durmadan  artması  yol  hərəkətinin 
təhlükəsizliyinin  və  səmərəliliyinin  təmin  edilməsi  zərurətini  yaradır.  Nəqliyyatın  əsas  vəzifəsi  əhalinin 
və maddi istehsal sahələrinin daşımalara olan tələbatını tam və vaxtında ödəməkdən ibarətdir. Nəqliyyat 
sisteminin  işinin  səmərəliliyinin  və  keyfiyyətinin  inkişaf  konsepsiyası  Azərbaycan  Respublikasının 
Prezidenti  Cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  daha  da  təkmilləşərək  uğurla  davam  etdirilir.  Ölkə 
prezidenti  İlham  Əliyev  bütün  sahələrdə  olduğu  kimi  yol  təsərrüfatında  da  aparılan  quruculuq  işlərini 
ölkəmizin  və  onun  regionlarının  inkişafının  ən  başlıca  amili  kimi  qiymətləndirir.  Yol-nəqliyyat 
infrastrukturunun  yeniləşməsi  ölkəmizin  sosial-iqtisadi  inkişafına  əhalinin  ümumi  yaşayış  səviyyəsinə 
təsir edən müsbət amillərdən sayıla bilər. Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən 4 il 
sonra, yəni 1995-ci ildən başlayaraq sosial və iqtisadi irəliləyiş, yol hərəkətinin təhlükəsizliyi sahəsinə də 
öz müsbət təsirini göstərmişdir. Avtomobil yollarında təhlükəsiz hərəkəti tənzimləmək üçün 3 iyul 1998-
ci  ildə  Konvensiyaya  uyğun,  yol  hərəkəti  sahəsində  bütün  fiziki  və  hüquqi  şəxslərin  hüquq,  vəzifə  və 
məsuliyyətlərini  müəyyən  edən  yol  hərəkətinin  təhlükəsizliyi  tədbirlərinin  kompleks  həllinə 
yönəldilmiş  Azərbaycan Respublikasının  ―yol hərəkəti haqqında qanunu‖  qəbul edilmişdir. 8 fəsildən 
ibarət  ―Qanunda‖  ümumi  müddəalar,  yol  hərəkətinin  təhlükəsizliyinin  təmin  edilməsi,  nəqliyyat 
vasitələrinin yol hərəkətinə buraxılması, nəqliyyat vasitələrini idarə etmək hüququ , yol hərəkəti qaydaları 
,  yol  hərəkəti  qaydalarının  pozuntuları  ,  yol  hərəkəti  təhlükəsizliyinə  nəzarət  və  yekun  müddəalar  öz 
əksini  tapmışdır.  Azərbaycan  Respublikasında  bu  qanunun  əsasında  yol  hərəkətinin  təhlükəsizliyinin 
təmin  edilməsi  üçün  məqsədyönlü  işlər  aparılır.  Müstəqillik  əldə  edilən  müddətdə  keçirilmiş  tədbirlər 
nəticəsində  respublikamızda   yol-nəqliyyat   hadisələrində  həlak  olanların  sayının   azalmasına 
nail   olunmuşdur.  Respublika  əhəmiyyətli  yollar,  şəhər,  rayon  və  qəsəbələr  üçün  yol  hərəkətinin  təşkili 
sxemlərinin  tərtib  edilməsi,  bu  sxemlərin  yol  hərəkəti  iştirakçılarının,  xüsusən  də  beynəlxalq  hərəkət 
iştirakçılarına   çatdırmaq  vacibdir.  Şəhərlərin  yüksək  intensiv  hərəkət  olan  hissələrində   avtomobil 
axınının  seyrəldilməsi  üçün  təşkilati  tədbirlərin  görülməsi  bu  məqsədlə  şəhərin  mərkəzində 
avtomobillərin  parklanma  yeri  ilə  təmin  olunması  daha  məqsədə  uyğun  hesab  olunur.  Yol  hərəkəti 
təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı 
layihə  və  sxemlərdə  nəzərdə  tutulan  texniki  vasitələrdən,  konstruksiyalardan  kompleks  şəkildə  istifadə 
olunması  əsasında  təşkil  edilməlidir.  Yol  hərəkəti  təhlükəsizliyi  səviyyəsinin  azaldılması  hesabına 
yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində 
dəyişikliklərin  edilməsi  qadağandır.  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının 
göstərişlərinin icrası  yol  hərəkətinin  bütün  iştirakçıları üçün  məcburidir.  Yol  hərəkəti  problemini  köklü 
şəkildə  həll  etmək  üçün  milli  küçə-yol  şəbəkəsi  sürətlə  inkişaf etdirilməlidir.  Bu,  külli  miqdarda  əsaslı 
vəsait  qoyuluşu  tələb  etməklə  yanaşı,  şəhərlərin  yenidən  qurulması  ilə  əlaqədar  olan  mürəkkəb  sosial 
problemlər  yaradır.  Dünya  ölkələrinin  demək  olar  ki,  hamısı  küçə-yol  şəbəkəsinin  inkişafı  üçün  lazımi 
əsaslı vəsait qoyuluşunu təmin edə bilmir. Ona görə də mövcud imkanlardan maksimum dərəcədə istifadə 
etmək  üçün  əlverişli  idarəetmə  strategiyasını  müəyyən  etmək  məqsədilə  böyük  ölçülü  küçə-yol 
şəbəkəsində  yol  hərəkətinin  vəziyyətinə  bütöv  sutka  ərzində  nəzarət  edilir.  Seçilmiş  idarəetmə 
konsepsiyasına uyğun olaraq real vaxt miqyasında yığılan məlumatlar əsasında nəqliyyat axınlarının hərə-
kəti  idarə  edilir.  Böyük  şəhərlərdə  nəqliyyat  problemini  həll  etmək  üçün  küçə-yol  şəbəkəsi  sürətlə 
genişləndirilməli  və  inkişaf  etdirilməlidir.  Bu  genişlənmə  yol  hərəkəti  həcminin  kəskin  artımından  
həmişə  geri  qalır.  Ona  görə  də  avtomobil  nəqliyyatının  işinin  optimallığını  təmin  etmək  üçün    əlverişli 
daşıma sistemi yaradılmalıdır. Yol hərəkətinin idarə edilməsinin və təhlükəsizliyinin əsas məqsədi də elə 
budur. 
 
HÖVSAN SAHƏSĠNDƏ QUYU DĠBĠNDƏN ALTDA MARAQ DOĞURAN  
HORĠZONTLARIN DƏRĠNLĠKLƏRĠNĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Şirinov N.R. 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə