Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə46/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   42   43   44   45   46   47   48   49   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
74 
Beləliklə boruların örtüyünün keyfiyyətinin tədqiqi nəticəsində məlum olmuşdur ki, SNPE qırışığı 
ilə aparılan örtüyün termo-zərbəyə davamlılığı təmiz PE örtüyünə nisbətən bir neçə dəfə yüksəldir.Qarışıq 
örtüyünün belə yüksək göstəricisi onun adgeziya möhkəmliliyinin çox olması və ölkədə daxili gərginliyin 
azalması ilə izah edilir. Bu polietilen molekulunun qeyri polyar strukturaya malik olması səbəbindəndir.                       
 
 
SELLÜLOZ TƏRKĠBLĠ MAKULATURADAN EKOPAMBIĞIN ALINMASI  
 
Qabulova G.Q. 
Sumqayıt Dövlət Universiteti 
 
Dünyada kağız və kartona artan tələbatı ödəmək üçün ildə 170-175 mln ton lifli xammal sellüloz 
tələb  olunur.  Göstərilən  həcmdə  sellülozun  istehsalına  170  mln  m
3
  ağac  materialı;  240  mln  m
3
  (ağac 
materialı  hesabı  ilə)  makulatura;  və  45  mln  m
3
  (ağac  materialı  hesabı  ilə)  bir  illik  birki  sərf  olunur.  
İstehsal olunan sellüloz materialının təqribən 25 mln tonu yalnız qəzet kağızının istehsalına sərf olunur. 
Göstərilən miqdarda qəzet tullantılarının 50%-i yandırılaraq atmosferə atılır. Bir ton makulaturanın təkrar 
emalının 4m
3
 yaşıl ağac materialının qorunmasına bərabər olduğunu nəzərə alaraq, 12,5 mln ton sellüloz 
tərkibli  qəzet  makulaturasının  yandırılmasını  orta  hesabla  50  mln  m
3
  ağac  materialının  məqsədsiz 
yandırılaraq atmosferə atılması kimi qəbul etmək olar. 
Hazırda  dünyada  kağız  və  karton  makulaturasının  təkrar  emal  olunması  üçün  yığılmasının 
səviyyəsi – 49%, o cümlədən ABŞ da – 50%, Avropada 59%, Almaniyada 74%, MDB ölkələrində 12% 
təşkil edir.  
Göstərilən miqdarda makulaturanın tərkibində olan sellülozun istehsalında nə qədər sulfite turşusu, 
sulfat duzu, kaustik soda və s. reagentlər sərf olunduğunu sellüloz – kağız – karton istehsalının texnoloji 
reqlamenti ilə təyin etmək olar.  
Hazırda  MDB  ölkələrində  o  cümlədən  Rusiyada  təkrar  emal  etmək  üçün  yığılan  makulaturanın 
75%  aşağı  keyfiyyətli  kağız  və  karton  istehsalında  istifadə  olunur.  Lakin  inkişaf  etmiş  ölkələrdə 
makulaturadan keyfiyyətli kağız – karton istehsalında həm də tikinti materiallarının istehsalında da geniş 
istifadə olunur. Makulaturadan alınan tikinti materiallarının ən geniş yayılanı ekopambıq sayılır. [6]    
Ekopambığın  istehsalı  makulaturanın  quru  emalı  hesab  olunur,  aktivləşdirilməsi  üçün  heç  bir 
kimyəvi reagent məhlullarından istifadə olunmur.  
Ekopambığın  tərkibi  81%  sellüloz  tərkibli  qəzet  makulaturasından,  12%  -  antiseptik  material 
sayılan bor turşusundan H
3
BO
3
 və 7% -antipiren material sayılan buradan Na
2
B
4
O
7
 – dən ibarətdir. 
Ekopambığın  tərkibində  çox  miqdarda  liqnin  maddəsi  olduğu  üçün  o,  nəmləşdikdə  metal 
konstruksiyanın  elementlərinə  yapışqanlılıq  verir.  Bir  sözlə  ekopambıq  –  sellüloza  isidicisi  –  yanğına 
davamlı, kiflənməyən, istiliyi, nəmliyi, səsi, izolya edən tikinti materialı hesab olunur. 
Ekopambıq isidicisindən ABŞ-da, Kanadada, Almaniyada, İngiltərədə və Yaponiyada geniş istifadə 
olunur.  Əhalisi  5  milyon  olan  Finlyandiyada  ekopambığın  istehsalı  ildə  25000  tona  çatır.  MDB 
ölkələrində yalnız 2007-ci ildən fin texnologiyası ilə ekopambığın istehsalına başlamışlar.  
Ekopambıqdan  yaşayış  və  sənaye  tikintilərində  otaqlararası  arakəsmələrdə,  döşəmə  və  tavan 
örtüklərində isidici material kimi, neft emalında sorbent və süzgəc materialı kimi istifadə olunur.  
Ekopambığın  istifadəsi,  mineral  pambığın  istifadəsi  kimi  əlverişli  və  rahat  olmadığı  üçün  onun 
tikintidə  istifadəsi  çətinlik  törədir,  ona  görə  də  ekopambığın  alınması  texnologiyasının 
təkmilləşdirilməsini məqsədə uyğun saymaq olar.  
Ekopambığın istehsalı xüsusi texnoloji xəttlərdə aparılır və əsas aşağıdakı avadanlıqlardan: 
-
 
makulaturanı xırdalamaq üçün kağız doğrayan maşınlardan; 
-
 
xırdalanmış makulaturanı ekopambığa çevirmək üçün aerodinamik disperqatorlardan
-
 
yüksək sürətli ventilyatorlardan; 
-
 
hazır məhsulu qablaşdırmaq üçün tərtibatlardan ibarət olur. 
Ekopambığın  istehsalında  ən  vacib, mürəkkəb  aqreqat  disperqator  hesab olunur.  Bu aqreqatda 
(ventilyatorun yaratdığı hava axını ilə) xırdalanmış makulatura, yüksək sürətlə fırlanan rotorun pərlərinə 
vurulur,  sellülozun  strukturunu  zədələmədən  liflərə  parçalayır  və  ekopambığa  çevirir.    Çox  miqdarda 
makulaturun və ekopambığın yığılması üçün böyük sahəli anbar binaları lazım gəlir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
75 
Təkcə  onu qeyd  etmək  kifayətdir  ki,  saatda  1 ton ekopambıq  istehsal  edən xəttin  elektrik  enerjisi 
sərfi 150 kBt olur. 
Ekopambığın nisbətən yüngül material olduğunu (işçi vəziyyətdə sıxlığının 30-75 kq/m
3
) və məişət 
mikserlərində sellülozun strukturunu zədələmədən liflərə parçalanmasının mümkünlüyünü nəzərə alaraq, 
ekopambığın  istehsalı  üçün  (daha  effektli  avadanlıqların  seçilməsini  tədqiq  etmək  məqsədi  ilə)  yeni 
laboratoriya qurğusunun texnoloji sxemi işlənib hazırlanmışdır (şəkil 1.). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  1/  Qəzet  vərəqəsi  maklaturasındanekopambığın  alınması  üçün  laboratoriya  qurğusunun 
texnoloyi  sxemi.  1-mikserin  qabı;  2-elektrik  mühərriki;  3-vtulka;  4-bıçaq;  5-açar;  6-ventil;  7-sorucu 
kompresor; 8-qablaşdırma tərtibatı; 9-süzgəc. 
Laboratoriya  şəraitində  qəzet  kağızı  makulaturasından  ekopambığın  alınması  texnologiyası  üç 
mərhələdən ibarətdir: 
-
 
makulaturanın ofis kağızı doğrayan ―şreder‖ maşınında xırdalanması; 
-
 
xırdalanmış  makulaturanı  antiseptik  və  antipiren  reagentlərlə  birlikdə  məişət  mikserində  liflərə 
parçalanması və ekopambığa çevrilməsi
-
 
mikserdə  alınan  ekopambığı  Beko-1400W  markalı  tozsoran  maşınla  qablaşdırma  tərtibatına 
verilməsi. 
Təcrübi  hissə  .Laboratoriya      şəraitində      qəzet      vərəqəsi      halında      olan      sellüloz      tərkibli 
makulaturadan ekopambığın alınması texnologiyası aşağıdakı göstərilən ardıcıllıqla aparılır: 8 qram qəzet 
vərəqəsi  PRO  KGB  22CC  markalı  Şreder  kağız  doğrayan  maşında  çarpaz  kəsmə  ilə  2x2  mm  ölçüdə 
xırdalanır. Xırdalanmış makulatura, 1 qram bor turşusu H
3
BO
3
 və 1 qram bura Na
2
B
4
O
7
 mikserin cəmi 1-
ə yüklənir, sonra üstündə mikserin elektrik mühərriki 2 və bıçaq 4 quraşdırılmış qapaq 3 yerinə bağlanır 
və mikser açar 5 vasitəsilə işə salınır. 2-3 dəq müddətində makulatura ekopambığa çevrilir. Sonra ventil 6 
açılır və tozsoran 7 işə salınaraq, hazır ekopambıq qablaşdırma tərtibatı 8-ə sorulur. Nəticədə qablaşdırma 
tərtibatında ölçüsü 7x7x8 sm, həcmi 400 sm
3
 olan ekopambıq alınır (şəkil 2.). 
 
 
 
Şəkil 2.. Qəzet maklaturasından alınan ekopambıq. 
Qablaşdırma  tərtibatı  8-də  ekopambığın  tozsorana  daxil  olmaması  üçün  paralon  süzgəc  9 
quraşdırılmışdır. 
Təcrübənin nəticələri .Ekopambıq – yüngül, boş izolyasiya materialıdır, tərkibi 80% ağac lifinin – 
sellülozun emalının xüsusi forması və 10% antipiren (bor turşusu) və 10% antiseptik (buradan) ibarətdir. 
Ekopambığın fiziki – kimyəvi xarakteristikası: 











Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə