Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə54/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   50   51   52   53   54   55   56   57   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
90 
yerindən ayaq pedalı vasitısilə idarə etmək olur; bununla da qazıma işləri zamanı təhlükəli məntəqələrdən 
uzaqlaşma nəticəsində işin təhlükəsiz yerinə yetirilməsi təmin olunur; konstruksiya rotor stolundan kənara 
çıxmır və rotor stolunun təsadüfi fırlanmasında təhlükə aradan qalxır. 
Aparılmış geniş təhlildən müəyyən olunmuşdur ki, xarici firmaların bütün spayderlərinin gövdələri 
sökülə bilən konstruksiyada hazırlanır ki, bu da onun quyu ağzında sökülüb-quraşdırılmasını sürətləndirir.       
Belə fərqləndirici xüsusiyyətlər həmin spayderlərin tətbiq sahələrini genişləndirir. Ölkə spayderlərindən 
ancaq SPS

25, SP

15 və 1SB 

 89

100 spayderlərinin gövdəsi sökülə bilən konstruksiyaya malikdir. Bu 
xüsusiyyət gələcəkdə yeni spayder konstruksiyalarının işlənməsi zamanı nəzərə alınmalıdır. 
  
 
NEFT VƏ DAĞ SƏNAYESĠNDƏ ĠġLƏYƏN QALDIRICILARIN OPTĠMAL 
LAYĠHƏLƏNDĠRĠLMƏSĠ 
 
Nəhmətzadə T.Y. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Qaldırma  qurğularının  insan  həyatında  istifadə  olunması  qədim  tarixi  dövrə  aiddir.  Belə  ki, 
eramızdan bir neçə min il əvvəl qaldırma qurğularından istifadə edil-diyi müəyyən edilmişdir.Eramızdan 
2200  il  əvvəlki  dövrə  aid  olan  quyudan  su  qaldıran  qurğuların  şəkil-ləri  tapılmışdır.  Qədim  Misir 
tarixində  fironların  piramidaların  tikintisində,  diyircək-lərdən,  maili  müstəvilərdən,  manivelalardan 
istifadə  olunması  tarixi  sənədlərlə  müəy-yən  edilmişdir.Yükqaldırma  qurğuları  qədim  Yunanıstan 
mədəniyyəti  dövründə  də  xeyli  inki-şaf  etmişdir.  Hələ  eramızdan  350  il  əvvəl  Aristotel  ―Mexaniki 
problemlər‖ əsərində ağır yüklərin qaldırılması və nəql edilməsi üçün olan qurğuların təsvirini vermişdir. 
Qədim Romada bu cür yükqaldırma qurğularından xeyli istifadə edilmişdir. 
Orta  əsrlərdə  ticarətin  inkişafı  ilə  əlaqədar  olaraq  yükqaldırma  və  boşaltma  işləri  artır.  Buna 
müvafiq olaraq müxtəlif quruluşda sadə kranlar meydana çıxır. Bu dövür-də kranın bütün hissələri ağac 
materialından hazırlanırdı. Nadir hallarda qarmaq, ox və tutucu bürünc və poladdan hazırlanırdı. 
XVI  –  XVII  əsrlərdə  YQ  az  miqdarda  metal  işlədilirdi,  lakin  XVIII  əsrdən  başlayaraq  bu 
qurğularda  metaldan  geniş  istifadə  edilməyə  başlanmışdır.  XIX  əsrin  əvvəlindən  başlayan  sənaye  və 
texnikanın  inkişafı  YNM  maşınqayırma  sahəsinin  inkişafına  zəmin  hazırladı.  1827-ci  ildə  ilk  stasionar 
buxar kranı, 1880-ci ildə Rusiyada ilk dəfə olaraq kranla birlikdə işləyən paravoz hazırlandı.. 1877-ci ildə 
ilk  suda  üzən  buxar    kranı,  1880-ci  ildə  isə  kabel  kranı  qurulmuşdur.  XIX  əsrin  sonunda  elektrik 
intiqalının  kəşf  edilməsi  ilə  əlaqədar  olaraq  1885-ci  ildə  elektriklə  işləyən  fırlanan  kran,  1887-ci  ildə 
elektrik  körpülü  kranı  və  1889-cu  ildə  üç  mexanizmli  mükəmməl  körpülü  kran  qurulub  istifadəyə 
verildi.Yükqaldırma maşınlarında daxili yanma mühərriklərindən isə ancaq 1895-ci ildə istifadə edilməyə 
başıanmışdı. 
Elm  və  texnologiyanın  inkişafı  davamlı  təkmilləşdirilmiş  olmalıdır.Düzgün  istismar  və  xidmət 
üçün  avadanlıqların  düzgün  layihələndirilməsi  vacibdir.Və  digər  komponentləri  əməliyyat  prinsipinə 
uyğun  seçilməlidir.  Yalnız  bu  şərtlər  altında  texnoloji  tələbatlar  lazımi  səviyyədə  ödənilə  bilər  və 
avadanlıqın yüksək istifadə performansı, davamlılığı və onun əməliyyat etibarlılığı əldə edilə bilər. 
İlk  dövrlərdə  maşınların  layihələndirilməsi  statik  yükə  görə  aparılırdı.  Bu  halda  xarici  təsirdən 
yaranan ekvivalent yükün bu və ya digər möhkəmlik nəzəriyyəsi ilə müəyyən olunan həddi yükdən kiçik 
olması  şərti  ödənilirdi.  Maşınların  məhsuldarlığı  və  sürəti  artdıqca  xarici  təsirdən  hissələrdə  yaranan 
gərginliyini  dəyişmə  xarakterini  də  nəzərə  almaq  lazım  gəldi.  Ilk  başlanğıcda  dinamikdüvvələrdən 
yaranan  gərginlik  də  nəzərə  alınmaqla,  maksimum  gərginliyin  həddi  gərginlikdən  kiçik  olması  şərti 
ödənilirdi. Sonrakı tədqiqatlar nəticəsində maşın hissələrinin dağılmasına bir çox əlavə amillərin də təsir 
etdiyi aydın oldu. 
Bu amillərə maşın hissələri hazırlanarkən yol verilən deffektlər; səthin təmizliyinin növü; təsir edən 
xarici qüvvələrin dəyişmə xarakteri; miqyas faktoru; gərginliyin konsentrasiyası, materialların dözümlüyu 
və  sair  faktorlar  daxildir.  Layihələndirmə  işində  bu  amillərin  təsirini  nəzərə  almaq  üçün  dünya 
miqyasında  tədqiqat  işləri  aparıldı  və  sorğu  materialları  hazırlandı.  Ilk  dövrlərdə  layihələndirmə  işində 
maşın hissələrinin yalnız iki vəziyyətdəolduğu qəbul edilirdi: saz vəziyyəti və nasaz vəziyyəti. Sonradan 
iş  prosesində  zədələnmələrin  meydana  çıxması  və  zədələnmiş  vəziyyətdə  maşın  hissələrinin  işləyə 
bilməsi problemi meydana çıxdı. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
91 
Maşın  və  mexanizmlərin  ALS  də  optimal  layihıləndirmə  metodları  geniş  tətbiq  olunur.Texniki 
obyektin  optimal  layihələndirilməsində  funksional  məhdudiyyət  kimi  aşağıdakı  kriteriyalar  qoyula 
bilinər:  möhkəmlik;  sərtlik;  dayanaqlıq;  obyektin  yerləşəcəyi  fəzanın  həcminin  məhdudlaşdırılması; 
perimetrlilik;  uzun  ömürlülüyü.  Bu  şərtlər  arzu  olunan  texniki  xarakteristikaları və  iqtisadi  göstəriciləri 
təmin  edir.  Deməli  buraxıla  bilən  yarımfəza  D  layihələndirilməsi 
 fəza  layihələndirilməsində 
nöqtələrin çoxluğunu (l)-(3) məhdudiyyətlərini xarakterizə edir. 
Optimal  layihələndirmə  riyazi  modelinin  həlli  üçün  bir  çox  metodlar  vardır:  1)  funksiyaların 
klassik analizlə tədqiqi; 2) Laqranj vurğu metodu; 3) variasiya hesabı; 4) maksimum prinsipi; 5) dinamiki 
layihələndirmə; 6) xətti layihələndirmə; 7) qeyri xətti layihələndirmə; 8) təsadüfi axtarış metodu. 
Neft-mədən  avdanlıqlarnın  optimal  layihələndirilməsi  onun  riyazi,  proqram,  dil  və  informasiya 
təminatlarının  həyata  keçirilməsi  ilə  bağlıdır.  ALS-nin  riyazi  təminatı  onun  məqsəd  funksiyalarının 
qurulması  və  ya  seçilməsi  ilə  həyata  keçirilir.  Bunun  üçün  məhdudiyyət  şərtləri  yazıılr  və  qurulmuş 
məqsəd funksiyaları ilə birlikdə layihə həlli axtarılır. Neft-medən avadanlığının məqsəd funksiyaları kimi 
onun işgörmə qabiliyyətini müəyyən edən keyfıyyət meyarlarnı təyin edən funksiyalar və funksionallar 
götürülür. - avadanlığın minimal çəkisi; - maksimum yükgötürmə qabiliyyəti; - maksimum məhsuldarlıq; 
-  yüksək  etibarlılıq;  -  deformasiya  həddinin  mütənasiblik-elastiki  həddə  alınması;  -  bərabər  gərginlikli 
vəziyyətdə işləmə qabiliyyəti və i.a. 
     
 
YÜKQALDIRICI MAġINLARIN TƏSNĠFATI 
 
Nəcəfov Y.İ. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Çoxsayı  kranların  sənayedə  tətbiqi  böyük  xalq  təsərrüfatı  əhəmiyyətinə  malik  olub,  texnoloji 
proseslərin  aparılmasını,  əməyin  mexanikləşdirməsini  təmin  edir,  istehsalın  texniki  təkmilləşdirilməsini 
və  intensivləşdirməsi  dərəcəsini,  onun  məhsuldarlığını,  buraxılan  məhsula  çəkilən  xərcləri  və  başqa 
texniki-iqtisadi göstəriciləri müəyyn edir. 
Yüklərin qaldırılması və yerdəyişməsi, həmçinin xüsusi texnologiya əməliyyatlar üzrə görülən işlər 
müxtəlif təyinatlı və konstruksiyalı kranların tətbiqinə tələbat yaradır. 
Öz  konstruktiv  xüsusiyyətlərinə  görə  qaldırıcı-nəqliyyat  avadanlıqlarının  aşağıdakı  növləri 
fərqləndirilir:  yükqaldırıcı  kranlar;  borudüzən  qaldırıcı  kranlar;  kran-manipulyatorlar;  liftlər;  tallar; 
bucurqadlar;  yüktutucu  quruluşlar;  qaldırıcı-nəqliyyat  avadanlığı  üçün  zəncirlər;  qaldırıcılar  (vışkalar); 
inşaat  qaldırıcıları;  eskalatorlar;  kanatlı  yollar,  onların  aqreqatları,  mexanizmləri  və  detalları;  sərnişin 
konveyerləri; qaldırıcı-nəqliyyat avadanlığı üçün metal konstruksiyalar. 
Yükqaldıran  kran  dövri  hərəkətli  maşın  olub,  yükü  fəzada  tutmaq,  saxlamaq,  yerdəyişmək, 
endirmək və qaldırmaq üçün nəzərdə tutulmuşdur, yük bu halda qarmağın köməyi ilə asılır və ya başqa 
yüktutucu tərtibatla asılır. Konstruksiyasına görə yükqaldıran kranların aşağıdakı növlərini ayırmaq olar: 
qollu  kranlar;  körpülü  kranlar;  kabelli  kranlar.  Onlardan  ən  çox  tələb  edilənləri  konsol,  hürgüclü  və 
körpülü yükqaldıran kranlardır. Körpülü kran metal tikili olub, iki əsas qurğudan: körpü və arabacıqdan 
ibarətdir. Körpü sütunların və ya divarların yuxarı hissəsinin çıxıntılarında yatırılmış kran altı yollar üzrə 
sexin uzunu boyunca araba ilə birgə yükün yerdəyişməsi üçün lazımdır.  Fasiləsiz yer dəyişdirmək üçün o 
hərəkətli təkərlərlə təchiz edilmişdir ki, onlar xüsusi mexanizmin köməyilə hərəkətə gətirilir. Bu maşınlar 
həmçinin dayaqlarına görə fərqləndirilir: dayaqlı kranlar; asma kranlar.  
Qollu  dönən  kranlar  şaquli  yerləşdirilmiş  qüllənin  yuxarı  hissəsində  bərkidilən  qülləli  inşaat 
kranlarıdır.  Onların  əsas  parametrləri    kimi  aşağıdakıları  göstərmək  olar:  qolunun  uzunluğu,  yükün 
qaldırılma  hündürlüyü,  qüllənin  dönmə  sürəti,  kranın  yerdəyişmə  sürəti,  ən  böyük  yükqaldırma 
qabiliyyəti və yükün endirilmə dərinliyi.  
Öz konstruktiv xüsusiyyətlərinə görə müasir körpü kranları birtirli və ikitirli kranlara bölünür. Bu 
təsnifata görə belə kranlar 400 tona qədər yükqaldırma qabiliyyətilə hazırlanır.  
Ən  effektiv  qaldırıcı  nəqliyyat  mexanizmlərindən  biri  də  kabel  kranıdır.  Belə  maşını  böyük 
körpülərin  tikintisi  və  bərpası  zamanı  tətbiq  edirlər.  Onların  əsas  üstünlüyü  körpünün  ən  böyük 
bölməsində  istənilən  nəqliyyat  və  yükqaldırma  əməliyyatlarının  icra  edilə  bilməsidir.  Bu  halda  onlar 
hidrogeolojı  və  iqlim  şəraitindən  tamamilə  asılı  deyil.  Müasir  kabel  tipli  yükqaldırıcı  maşın  və 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə