Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə52/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   48   49   50   51   52   53   54   55   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
86 
Məlum  olduğu  kimi,  yataqlarda  hasilatın  sabit  saxlanması  üsullarından  biri  də  laylara  süni  təsir 
üsullarının tətbiqidir. Günəşli yatağının dayazsulu hissəsində bu lay dəstəsinin istismarına 1980-ci ildən 
başlanılmış,  lay  təzyiqinin,  o  cümlədən  hasilatın  düşmə  tempinin  qarşısını  almaq  üçün  1986-cı  ildən 
başlayaraq konturarxası suvurma üsulunun tətbiqinə başlanılmışdır. Lakin suvurma prosesi kifayət qədər 
effektli olmamışdır. Belə ki, yataqda suvurma əmsalının qiyməti cəmi 0.42 səviyyəsinə uyğun gəlir. Odur 
ki, bu hissədə aparılan suvurma prosesinin nəticəsi  çox zəif olmuşdur.  
Yatağın dərinsulu hissəsində isə istismar işlərinə 2007-ci ildən, bu sahədə suvurma prosesinə isə 
2008-ci ildən başlanmışdır. Aparılan suvurmanın kifayət qədər böyük həcmdə olması hesabına onun təsiri 
qısa  müddət  ərzində  dayazsulu  hissədəki  quyuların  hasilatına  da  olduqca  müsbət    təsir  etmiş,  bəzi 
quyuların hasilatı 2 dəfədən çox artmışdır.  
Ümumilikdə yerinə yetirilmiş işdə quyular, o cümlədən bütün lay dəstəsi üzrə aparılmış suvurma 
prosesi  təhlil  edilmiş,  onun  təsirləri  qiymətləndirilmiş,  işlənmənin  səmərəliliyini  aprtırmaq  üçün 
istiqamətlər müəyyənləşdirilmişdir. 
Məruzə müvafiq xəritə, cədvəl və qrafiklərlə işıqlandırılmışdır. 
 
 
 
QIRMƏKĠ ÜSTÜ QUMLU VƏ GĠLLĠ LAY DƏSTƏLƏRĠNĠN ĠġLƏNĠLMƏSĠNĠN 
MÜQAYĠSƏLĠ TƏHLĠLĠ 
(Buzovna neft yatağının timsalında) 
 
Əhədzadə Ə.İ. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Buzovna-Maştağa  yatağı  sənaye  əhəmiyyətli  işlənməyə  1941-ci  ildə  daxil  olunmuşdur,  işlənmə 
dövrü ərzində yataqda cəmi 1308 müxtəlif kateqoriyalı quyular qazılmışdır. Buzovna-Maştağa yatağının 
kəsilişində  müasir  çöküntülərdən  tutmuş  Koun  çöküntülərinə  qədər  olan  böyük  çöküntülər  kompleksi 
iştirak  edir.  I  horizontun  dabanına  görə  qurulmuş  struktur  xəritənin  məlumatına,  QD-nin  və  QA-nın 
qanadlarına görə qurulmuş eninə və uzununa profillərə, dərinlik quruluşuna görə yataq iki struktura ayrılır 
– Buzovna braxiantiklinalı və Maştağa «struktur burunu».  
Buzovna – Maştağa yatağında QÜQ  və QÜG lay dəstələri öz geoloji göstəriciləri ilə diqqəti cəlb 
edir.  Onların  eyni  vaxtda  işlənilməyə  verilməsinə  baxmayaraq  işlənilmə  nəticələri  bir-birindən  kəskin 
fərqlənir.  Odur  ki,  bu  horizontların  geoloji-mədən  göstəricilərinin  təhlili  aktualdır.  QÜG  Buzovna-
Maştağa  yatağının  ən  məhsuldar  obyektlərindən  biridir.  Onun  neftlilik  sahəsi  QÜQ-ün  neftlilik 
sahəsindən bir neçə dəfə böyükdür.  
QÜG  lay  dəstəsinin  orta  dərinliyi  1550  m.,  effektiv  qalınlığı  8.3  m.,  neftlilik  sahəsi  357  km
2

məsaməliyi 25%, keçiricilik 0.170 mkm
2
, özlülük 19.3 mPa∙san, cari neftvermə əmsalı 0.32, sulaşma faizi 
77, cari lay təzyiqi 6.0 MPa, quyu şəbəkəsinin sıxlığı 3.3-dür. 
QÜQ  lay  dəstəsinin  orta  dərinliyi  isə  1620  m.,  effektiv  qalınlığı  6.5  m.,  neftlilik  sahəsi  65  km
2

məsaməliyi 27%, keçiricilik 0.320 mkm
2
, özlülük 17.5 mPa∙san, cari neftvermə əmsalı 0.20, sulaşma faizi 
71, cari lay təzyiqi 5.5 MPa, quyu şəbəkəsinin sıxlığı 18.1-dür. 
  Müəyyən  edilmişdir  ki,  QÜQ  lay  dəstəsi  neftdə  həllolmuş  qaz  rejimi  ilə,  QÜG  lay  dəstəsi  isə 
qarışıq  rejimlə,  səciyyələnir.  Neftdə  həllolmuş  qaz  rejimi  passiv  rejim  olduğundan  neftvermə  əmsalına 
mənfi təsiri də böyükdür. Bu rejimdə layda neftin hərəkəti ondan ayrılan qaz qabarcıqlarının genişlənməsi 
nəticəsində baş verir. Qarışıq rejimdə isə yataqların işlənilməsi zamanı neftin hərəkətinə eyni zamanda bir 
neçə təbii enerji təsir edir. Xüsusən də kənar suların neftvermə əmsalına təsiri mühümdür. 
Nəticədə,  məlum  edilmişdir  ki,  horizontlar  üzrə  cari  neftvermə  əmsallarının  bir-birindən  kəskin 
fərqlənməsinə təbii rejimlər təsir etmişdir.  
 
 
  
QUYULARIN ĠġĠNDƏ MÜRƏKKƏBLƏġMƏLƏRĠN QARġISININ ALINMASINDA  
VƏ ONLARLA MÜBARĠZƏDƏ FĠZĠKĠ SAHƏLƏRĠN TƏTBĠQĠ 
 
Mürsəlova N.Z. 
Azərbaycan Dövlət Neft Akademiyası 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
87 
   
Neft  və  qaz  yataqlarının  işlənilməsi  və  istismarı  prosesində  çoxlu  sayda  mürəkkəbləşmələr  baş 
verir. Mürəkkəbləşmələrin aradan qaldırılması üçün müxtəlif üsullar mövcuddur. Təcrübədə bu üsulların 
tətbiq edilməsi, bir çox hallarda iqtisadi, ekaloji və təhlükəsizlik baxımından o qədər də əlverişli olmur. 
Ona  görə  da  qeyd  edilənləri  və  bazar  iqtisadiyyatının  müasir  tələblərini  nəzərə  alaraq  istismar 
obyektlərinin  effektiv  fəaliyyət  göstərməsi  üçün,  yeni  enerji  və  vəsaitlərə  qənaət  texnologiyalarının 
yaradılması zəruridir.  
Neft  çıxarmada,  məhsulun  yığılması  və  nəqlində  qaz-maye,  termodinamik  süzülmə,  hidravlik  və 
çoxlu  başqa  proselərin  intensivləşdirilməsi  üçün  tətbiq  edilən  fiziki  sahələrin  əsasında  sinergetik 
effektlərin böyük prespektivliyini qeyd etmək lazımdır. 
Qazlift  üsulu  ilə  istismar  olunan  neft  yataqlarının  işlənməsi  prosesində  və  həm  də  qaz-kondensat 
quyularının  istismarında  karbohidrogenlərin  mədən  daxilində  qledilməsində  əmələ  gələn  hidratın 
qarşısının alınması çox vacib və aktuall problemlərdən biridir. 
İqlim  şəraitindən  və  neftçıxarma  obyektlərinin  texniki-texnoloji  tikilməsi  xüsusiyyətlərindən  asılı 
olaraq hidrat əmələ gəlməsi və düşməsi baş verir. 
  Hidrat  əmələ  gəlmənin  alınması  üçün  müxtəlif  kimyəvi  reagentlərdən  istifadə  olunur.  O 
cümlədən, qaz, qaz-su qarışığının hərəkəti zamanı axına metanol, izopropil spirti və s. əlavə edilməsini 
göstərmək olar. 
Ancaq  qeyd  etmək  lazımdır  ki,  bu  əlavələrin  tətbiq  edilməsi  zamanı  ətarf  mühitin  ekologiyasına 
mənfi təsir yaranır və həmdə bu üsulların tətbiqi böyük iqtisadi xərc tələb edir. 
  Bahalı  və  yüksək  xərc  tutumuna  malik  neft  mədən  texnologiyalarını  əvəz  etməklə  hidrat 
əmələgəlməsinə  qarşı  mübarizə  üsulu  kimi  karbohirdogenlərə  maqnit  sahəsi  vasitəsilə  təsir  etməyə 
əsaslanan yeni enerji və resurslara qənaət edilməsi üsulundan istifadə edilmişdir. 
Bu  məqsədlə  təcrübi  tədqiqatlar  aparılmışdır.  Tədqiqatlarda  təbii  qaz  qazkondensat  qarışığının 
hərəkəti  zamanı  hidrat  tıxacının  əmələgəlməsinin  dinamiki  xüsusiyyətləri  öyrənilmişdir.  Qurğu,  quyu-
boru  kəməri  sisteminin işini  modelləşdirir.  Aparılan təcrübələrdə  əsas fərqləndirici  amil  ondan  ibarətdir 
ki,  qazın  nəqlinə  sabit  maqnit  sahəsi  təsir  edir.  Müəyyən  olunmuşdur  ki,  hərəkət  edən  qazın  maqnit 
sahəsindən  keçirilməsi  və  işlənilməsi  nəticəsində  boru  kəmərinin  buraxma  qabiliyyəti  artır,  hidrat 
əmələgəlməsisürəti azalır və ümumiyyətlə hidrat əmələgəlmənin qarşısı alınır. 
Mədən praktikasından məlumdur ki, dəniz yataqlarının  işlənməsi və istismarı şəraitində təbii qazın 
çıxarılması  və  nəqlində  hidratçıxması  və  əmələgəlməsi,  əsasən  nəqletmə  borularının  diametrlərinin 
dəyişildiyi  texnoloji  qovşaqlarda,  keçid  sahəsində,  sualtı  boru  kəmərinin  profilinin  və  temperaturunun 
dəyişildiyi halda və s. baş verir. 
Bu zaman çoxlu qaz itkisi olur və aparılan təmirlərin sayı artır. Yuxarıda qeyd edilənlərdən əlavə 
qazabənzər  karbohidrogenlərin  nəql  edilməsində  xarakterik  xüsusiyyətlərin,  məsələn,  drosell  effektinin 
aşkar edilməsi üzrə hesabatlar aparılmışdır. 
Təzyiq düşdükcə hər hansı bir eyni temperaturda qazın nəmliyi artır. Bu halda hidrat  əmələgəlmə 
şəraiti  dəyişə  və  nəzərə  çarpan  dərəcədə  özünü  büruzə  verə  bilər.  Hesabatlar  göstərir  ki,  təzyiq  30% 
azaldıqda qazın nəmliyi praktiki olaraq 2 dəfə artır. 
Yuxarıda qeyd olunanlar hidrata qarşı tədbirlərin daha effektiv aparılmasını bir daha sübut edir.  
Bir  çox  hallarda  dozalarla  vurulan  reagentlərin  səmərəliliyi  və  lazımi  nəticələrin  əldə  olunması 
yalnız  yüksək  dozalarda  müşahidə  olunur.  Bu  da  yeni  resurslara  qənaət  texnologiyaların  işlənib  tətbiq 
edilməsini  tələb  edir.  Bu  baxımdan  maqnit  sahələrinin  tətbiqi  yüksək  səmərə  əldə  olunmasına  zəmin 
yarada bilər ki, bu da öz növbəsində dəniz şəraitində qazçıxarmada məhdudlaşdırılmış şərtlər çərçivəsində 
aparılan  əməliyyatların  effektivliyinin  artırılmasını  təmin  edə  bilər.  Bu  məqsədlə  maqnit  sahələrinin 
tətbiqi məsələlərinə baxılmışdır. 
Belə  yanaşma  üsulu,  hərəkət  edən  karbohidrogen  axınına  təsir  üçün  qoyulan  maqnit  sahəsinin 
yerinin seçilməsinə imkan verir. 
Hazırda hidrat əmələgəlməyə qarşı əsas mübarizə metodlarından biri, nəql olunan təbii qaz axınına 
dozalaşmış metanol əlavə edilməsidir. Bu zaman, böyük enerji və kifayət miqdarda metanolun alınmasına 
şəkilən məsrəflər tələb olunur. 
Sıxılmış qazın hazırlanmasının texnoloji sxemi, qazın termo sobalarda  qızdırılmaqla qurudulmasını 
və  sonradan  hərəkət  edən  qaz  axınına  hidrat  əmələgəlməsinin  qarşısının  alınması  üçün  metanol  əlavə 
edilməsini nəzərdə tutur. 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə