Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə53/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   49   50   51   52   53   54   55   56   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
88 
Bu  reagentin  1  tonunun  qiyməti  izopropil  spirtinə  görə  bir  neçə  dəfə  ucuz  olsa  da  onun  tətbiqi 
ekoloji  və  sağlamlıq  nöqteyi-nəzərdən  yolverilməzdir.  Sıxılmış  qazın  bilavasitə  qazlift  quyularına 
verilməsi zamanı 1 gündə 1 ton metanol tələb edilir. 
Bahar yatağının 181 saylı qazlift quyusunda sıxılmış qaz axınına sabit maqnit sahəsi ilə təsir etmək 
üçün  qoyulmuş  maqnit  qurğusu,  metanol  verilişini  və  dozator  nasosunun  işinə  sərf  olunan  elektirik 
enerjisinin miqdarının azalmasına və hətta nasosun işinin dayandırılmasına imkan verir. 
Beləliklə,fiziki  sahələrin  tətbiqi  əsasında  hidrat  əmələgəlmənin  qarşısının  alınması  üzrə  enerji  və 
resurslara  qənaətedici  texnologiyaların  geniş  tətbiq  edilməsi  neft-qaz  yataqlarının  işlənməsi  və 
istismarının iqtisadi səmərəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir.    
 
MÜXTƏLĠF DOLDURUCULU POLĠMER ƏSASLI KOMPOZĠSĠYA MATERĠALININ 
TRĠBOTEXNĠKĠ XASSƏLƏRĠNƏ TƏDQĠQĠ 
 
Şirəliyeva G.Ə. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
 
Hazırda  bir  sıra  avadanlıqların  sürtünmə  qovşaqlarında  polimer  əsaslı  kompozisiya  materialları 
geniş tətbiq olunur. Buna baxmayaraq belə materialların tribotexniki xassələrinin doldurucunun növündən 
asılılığı kifayət qədər öyrənilməmişdir. 
Tədqiqatda kompozisiyanın polimer  əsası üçün daha geniş tətbiq edilən epoksid qəbul edilmişdir. 
Həmçinin  nəzərə  alınmışdır  ki,  struktura  epoksidə  uyğun  olan  digər  polimerlər üçün  də  alınan  nəticələr 
tətbiq edilə bilər. 
Doldurucu  olaraq  ovuntu    mis,  müxtəlif  tərkibli  mislənmiş  qrafit    və  bor  karbidi  götürülmüşdür. 
Mislənmiş  qrafit  xüsusi  laboratoriya  qurğusunda  elektroliz  üsulu  ilə  alınmışdır.  Mövcud  ədəbiyyatdan 
məlumdur ki, metal duzlarının elektroliz üsulu ilə çökdürülməsi nəticəsində nanoölçülü hissəciklər alınır. 
İşdə titan katod üzərinə yayılmış qrafitin üzərinə mis sulfatının çökdürülməsi prosesindən istifadə edilib. 
Çökdürülən misin alınan qrafitdə miqdarı elektroliz prosesinin parametrlərini tənzimləməklə idarə 
olunmuşdur. Beləliklə, kompozisiyaya daxil edilən doldurucuda misin payı 10-40% ətrafında təmin edilə 
bilmişdir. 
Kompozisiyaya  doldurucuların  daxil  edilməsi  mexaniki  qarışdırma  yolu  ilə  yerinə  yetirilmiş, 
bərkimə rejimləri və zamanı epoksid qətranı üçün tələb olunan şərtlərlə müəyyən edilmişdir. 
Əldə  edilmiş  kompozisiya  materialının  vacib  tribotexniki  göstəricisi  olan  yeyilmə  intensivliyi 
CMЦ tipli sürtünmə maşınında müəyyən edilmişdir. Yeyilmə intensivliyinin ən kiçik qiyməti tərkibində 
40%  qrafit  olan  mislənmiş  qrafit  dolduruculu  və  bor  karbidi  dolduruculu  kompozisiyalarda  alınmışdır. 
Belə  ki,  ilkin  nəticələrə  görə  həmin  dolduruculardan  istifadə  etməklə  alınmış  kompozisiyanın  yeyilmə 
intensivliyinin qiyməti təmiz misdən istifadəyə nisbətən minimum 5 dəfə az olmuşdur. 
Tədqiqat davam etdirilir. 
 
 
NEFT-MƏDƏN AVADANLIQLARININ PLASTĠK KÜTLƏDƏ HAZIRLANAN  
HĠSSƏLƏRĠN KEYFĠYYƏTĠNĠN ÖYRƏNĠLMƏSĠ 
 
Soduyev E.C. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Plastik  kütlədən  olan  matriallar    yüksək  istismar  göstəricisinə  malik  olub,sadə  emal  metodları 
tətbiq etməklə müxtəlif kostruksiyalı detalların hazırlanmasında geniş tətbiq olunurlar. 
Beləliklə, plastik kütlədən olan materiallar,kimyəvi mühitdə istiliyə və elektrik mühafizəsinə,daha 
davamlılığı eləcə də, kiçik xüsusi çəkiyə malik olması keyfiyyəti ilə sənaye geniş tətbiq olunurlar. Artıq 
inkişaf  etmiş  ölkələrin  cihazqayırma,  ümumi  maşınqayırma  və  digər  sənaye  sahələrində  istifadə  edilən 
materialların 40-50%-ni müxtəlif markalardan olan plastik kütlələr təşkil edir.[1, 3, 4]. Neft sənayesində 
işlənən avadanlığın bəzi hissələri istismar zamanı ağır yük altında olmayıb, atmosfer şəraitində işləyirlər 
ki,onların  daha  yüngül  olması,  açıq  mühitdə  uzunömürlü  işləmə  qabiliyyəti  onları  müxtəlif  markalı 
plastik  kütlələrdən  hazırlanmasına  imkan  verib.  Belə  detalların  qrupuna  dəstəkləri,  qapaqları, 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
89 
yivlidetalları,  truboborun  rotoru,  statoru,  kiçik  burucu  momentə  malik  olan  detalları  və  mayelərin  (su, 
neft,  qaz)  nəql  edilməsində  istifadə  olunan  detalları  aid  etmək  olar.  Beləliklə,  ona  görə  də  apardığımız 
tədqiqat  işi  keyfiyyət  göstəriciləri  olan  (ζ
su

dar

əy,
N
ν,
K
f
,K
δ
)  öyrənilməsi  və  tətqiqatın  əsas  istiqaməti 
olmuşdur.Plastik kütlədən olan materialların tətbiqi və onlardan hissələrin hazırlanması bizim tədqiqatın 
əsas mövzusudur. 
Belə  ki,  plastik  kütlədən  maşın  və  cihaz  hissələri  hazırlayarkən  materialın  növündən  asılı  olaraq 
müxtəlif üsullardan istifadə edilir. Yuxarıda qeyd edildiyi kimi onlıardn ən geniş tətbiq olunanı presləmə 
ilə  detalların  hazırlanmasıdır.  Bütün  növ  plastik  kütlədən  olan  materiallaremal  prosesində  yüksək 
plastiklik keyfiyyətinəmalik olurlar. 
 
SPAYDERĠN KONSTRUKSĠYALARININ ARAġDIRILMASI  
 
Səməndərov T.X. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Spayder  borunun  hamar  hissəsindən  tutmaq  yolu  ilə  quyuya  buraxılan  boru  kəmərini  asılı 
vəziyyətdə  saxlamaq  üçün  işlədilən  quruluşdur.  Spayderin  boru  elevatoru  ilə  uzlaşdırılmasının  tətbiqi 
endirib-qaldırma  əməliyyatını  daha  səmərəli  texnologiya  üzrə  yerinə  yetirməyə  imkan  verir.  Bu  zaman 
elevatoru  əl  ilə  daşımaq  lazım  gəlmir.  Spayder  ucları  daxilə  qanunlaşdırılmış  muftasız  boru  kəmərini 
quyuya endirməyə və qaldırmağa imkan verir. 
Spayderin bir neçə konstruktiv sxemi məlumdur ki, onlar borunu sıxma qüvvəsinin yaradılması ilə 
bir-birindən  fərqlənir.  Bunlardan  geniş  tətbiq  olunanı  özü  sıxan  quruluşa  malik  pazlı  spayderlərdir  ki, 
onlarda borunu sıxma qüvvəsi oxboyu qüvvənin artması ilə artır. 
Spayderlərin tutma və saxlama səmərəsi paz birləşməsi ilə izah olunur. Spayderlər 3 qrupa bölünür: 
oynaqlı; əl yaxud ayaqla idarə olunan; pnevmatik yaxud hidravliki avtomatik və yarımavtomatik. 
ABŞ-ın «Baash-Ross» firması 42,2; 48,3; 60,3; 73; 88,9; və 114,3 mm diametrli nasos-kompressor 
boruları üçün oynaqlı spayderlər istehsal edir. Nasos-kompressor borularını tutmaq və çəkidə saxlamaq 
üçün  spayder  dörd  ədəd  pazdan  ibarət  oynaqlı  tutucuya  malikdir.  Müxtəlif  diametrli  borularla  işləmək 
üçün paz tutucusu dəyişdirilir. Bu konstruksiyanın narahatlığı ondan ibarətdir ki, borunu tutmaq, yaxud 
azad etmək üçün hər dəfə paz tutucusunu əl ilə qaldırmaq tələb olunur.  
TS-100  spayderinin  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  paz  asqısını  boruya  keçirmək  və  ondan 
çıxarmaq üçün spayderin gövdəsindən bütün paz asqısını çıxarmaq və onu çəkidə saxlamaq tələb olunur. 
«Misson» firmanın spayderi 60,3; 73 və 88,9 mm diametrli nasos-kompressor boruları ilə işləmək 
üçün təyinatlanmışdır. Spayderin gövdəsi sökülə bilən və  kvadrata bənzər formada yerinə yetirilmişdir. 
Gövdənin belə forması spayderin çəkisini azaltmağa imkan verir. 
Pnevmatik və hidravlik intiqallı yarımavtomatik spayderlər endirib-qaldırma işlərini tezləşdirməyə 
və yüngülləşdirməyə, eləcə də onların təhlükəsizliyini yüksəltməyə imkan verir.  
İkiləşmiş 
nasos-kompressor 
boru 
kəməri 
üçün 
avtomatik 
spayderlər 
tutucularla, 
mərkəzləşdiricilərlə,  asqılarla,  pakerlərlə  təchiz  olunmuş  iki,  yaxud  üç  nasos-kompressor  boru  kəmərini 
endirmək  üçün  buraxılır.  Bu  spayderlər  ikili  və  üçlü  paz  elevatorları  komplektində  işləmək  üçün 
təyinatlanıb.  Spayderlər  borunun  sürüşməsinin  və  fırlanmasının  qarşısını  alan  etibarlı  paz  tutucusuna 
malikdir. Hər tutma pnevmatik həll olunur. 
Ölkəmizdə  istehsal  olunan  ASQ-75  konstruksiyalı  avtomatik  spayderi  endirib-qaldırma 
əməliyyatları  zamanı  nasos-kompressor  və  qazıma  borularını  tutmaq  və  çəkidə  saxlamaq,  quyuların 
yeraltı  və  əsaslı  təmiri  zamanı  pazların  yerdəyişməsi  və  boru  kəmərini  mərkəzləşdirmə  üzrə  əl 
əməliyyatlarının  mexanikləşdirməsi  və  avtomatlaşdırılması  üçün  təyinatlanmışdır.  Pazların  qaldırılması 
yay qüvvəsi ilə həyata keçirilir. Spayderin gövdəsi sökülə bilməyən konstruksiyada yerinə yetirilmişdir. 
«AzİNMAŞ»ın    1SB

  89

100  spayderi  NKB  -89  muftasız  nasos-kompressor  borularını  silindrik 
hissədən tutmaq və onu çəkidə saxlamaq üçün təyinatlanmışdır. 
Pnevmatik pazlı tutucu nasos-kompressor borularını mexanikləşdirilmiş üsulla tutmaq və asılı halda 
saxlamaq üçün təyinatlanır.  ―Oıl Link‖ şirkəti pnevmatik pazlı tutucuların  geniş spektrini təqdim edir: 
QQP, C, CHD, HD, E, CHD. 
Pnevmatik  pazlı  tutucunun  aşağıdakı  üstünlükləri  vardır:  konstruksiyasi  sadədir;  çəkisi  az  və 
yığcamdır;  mexaniki  və  pnevmatik  qüvvə  ilə  işləyir;  rotorun  pazlarını  qazıma  meydançasının  istənilən 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə