Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə55/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   51   52   53   54   55   56   57   58   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
92 
mexanizmlər  50  tona  qədər  yükqaldırma  qabiliyyətinə  malik  olaraq,  körpülərin  metal  və  dəmir-beton 
yığma konstruksiyalarını daşımağa və quraşdırmağa imkan verir. 
Bort kran-manipulyatorları kimi belə yükqaldıran maşınların və mexanizmlərin tətbiq sahəsi qeyri-
adi genişdir. Yükqaldıran kranların bu tipi istənilən ağır yükü daşımağa və təxliyyə etməyə imkan verir, 
çünki  onun  şassidə  qurulmuş  xüsusi  kranı  ilə  boşaltma  və  yükləmə  üzrə  işləri  yerinə  yetirmək  çox 
rahatdır.  Onların köməyiylə müxtəlif konstruksiyaların quraşdırılmasının həyata keçirmək asandır. Onun 
xüsusi  üstünlüyü  ondadır  ki,  istənilən  boşaldılma,  yükləmə  və  quraşdırma  işlərini  birbaşa  yerindəcə 
həyata keçirmək olar. 
Kran  -  boru  düzən  -  bu  bütün  yükqaldırma  qabiliyyəti  momenti,  dayanıqlıq  və  əndazə  ölçüləri 
parametrlərinə  görə  dövlət  standartlarına,  texniki  şərtlərə  uyğun  olan  konstruksiyadır.  Adətən  maşının 
gedişi üzrə sol böyürdən qurulan qolla və qarmaqla təchiz edilir. 
Bu qaldırıcı - nəqliyyat maşını, öz konstruksiyasının sayəsində qarmağın və qolun qaldırılmasını və 
endirilməsini; qolun uzunluğunun artmasını və azalmasını; həmçinin eyni zamanda qarmağın qaldırılması 
və endirilməsi yanaşı qolun uzunluğunun artmasını və azalmasını təmin edir. 
Yükqaldıran maşınların ən yayılmış növlərindən biri yükqaldıran liftlərdir. Bu qaldırıcı avadanlığa 
irəli  sürülən  mühüm  tələb  ondan  ibarətdir  ki,  o  istifadə  prosesində  təhlükəsiz  olsun,  müxtəlif 
hündürlüklərdə iş prosesində hər  cür bədbəxt hadisələrdən və travmalardan insanı qorusun. 
Kiçik  yük  liftlərinin  yükqaldırma  qabiliyyəti  50-dən  250  kq-a  qədər  təşkil  edir.  Elektrotal  yük 
kabinəsının  intiqalı  kimi  xidmət  edir.  Bu  isə  istismarda  liftin  uzunömürlüyünü,  etibarlılığını  yüksəldir, 
şaxtanın əndazə ölçülərini azaldır. Yük meydançasının dayanacaqlarının miqdarı 2-dən 4-ə qədərdir. Yük 
kabinəsının sahəsi 1kv.m-i ötmür. Kabinənın çağırışı istənilən mərtəbədən həyata keçirilir. Kandarla yük 
meydançasının  dayanacağının  səviyyəsi  2  mm  həddindədir.  Liftin  qapıları  elektrik  və  mexaniki 
bloklaşdırma ilə, yük kabinəsı isə sərt hərəkət tutucusu ilə təchiz edilmişdir. 
Təyinatına görə asma kanat yolu yük, sərnişin və yük-sərnişin üçün olur. Yükqaldıran maşınların 
bu növü asma vaqonetlərdə yüklərin və asma kreslolarda və ya vaqonlarda sərnişinlərin daşınması üçün 
istifadə  edilən  xüsusi  nəqliyyat  qurğusundan  ibarətdir  ki,  aralıq  dayaqlar  və  son  stansiyalar  arasında 
dartılmış polad kanat üzrə hərəkət etdirilir. Müxtəlif obyektlərin arasında ən qısa nəqliyyat əlaqələrinin 
yaradılması üçün onu keçilməz və çətin keçilən rayonlarda tikirlər. Öz quruluşua görə asma kanat yolları 
aşağıdakılara bölünür: bir kanatlı yol; iki kanatlı yol, kanatlardan biri – dartıcı, digəri - aparıcı. Həmçinin 
bu yollarda hərəkətin iki növü olur. Birincisi – həlqəvari hərəkətli yollardır ki, bu halda vaqonlar həmişə 
bir  istiqamətdə  asma  yolunun  iki  paralel  xətti  üzrə  hərəkət  edirlər.  İkincisi  -  rəqsı  hərəkətli  kanat 
yollarıdır ki, hər yolda son stansiyaların arasında irəli-geri hərəkət edən bir vaqon asılmışdır. 
Qaldırıcı mexanizm-vışka  - bu şaquli istiqamətdə və ya şaquliyə yaxın istiqamət üzrə yükləri nəql 
edən  yükqaldırıcı  maşının  bir  növüdür.  Konstruksiyasından  və  təyinatından  asılı  olaraq  onun  vasitəsilə 
istər yüklərin, istərsə də insanların yerdəyişməsini təmin etmək olar. 
Əksər  hallarda  qaldırıcı  mexanizm-vışka  sərbəst  hərəkət  edə  bilir,  obyektə  bərkidilmir  və  asan 
hərəkət  etməyə  imkan  verir.  Qaldırıcı  mexanizmin  quruluşunda  hərəkət  üçün  təkərlər  qurulmuşdur,  iş 
zamanı onu əlavə dayaqlara bərkidirlər. O, kifayət qədər kiçik  - 25 metrə qədər hündürlükdə işlər üçün 
nəzərdə tutulur. 
Bu  maşınları  iki  qrupa  bölmək  olar:  teleskopik;  qayçı  şəkilli.  "Teleskopik  qaldırıcı  mexanizm" 
adından göründüyü kimi, teleskopa analoji olan metodla işləyən qurğudur. Qayçı qaldırıcı mexanizminin 
işi qayçılarda olduğu kimi, çarpazlaşdırılmış dayaqlar prinsipinə əsaslanır.  
Yükqaldıran  tallar  xüsusi  yükqaldıran  mexanizm  olub,  yükqaldırma  işlərinin  həyata  keçirilməsi 
zamanı  yüklərin  qaldırılması  və  ya  endirilməsi  üçün  nəzərdə  tutulmuşdur.  Bir  qayda  olaraq,  tallar 
stasionar və daşına bilən, həmçinin əl və elektrik tallarına (telferlərinə) təsnif edilir. Bu əlamətləri nəzərə 
alaraq, qurğular bir neçə yarımqrupa bölünür: əl ilə idarə olunan stasionar, əl ilə idarə olunan daşına bilən, 
elektrikli stasionar, elektrikli daşına bilən. Adətən yükqaldıran mexanizmin bu növü yalnız iki sərbəstlik 
dərəcəsinə  malik  olur,  yəni  tal  yükü  qaldırmaq  və  yalnız  bir  müstəvidə  onun  yerini  dəyişmək 
qabiliyyətinə malikdir, bu isə onu üç sərbəstlik dərəcəsinə malik olan kranla rəqabət aparması şansından 
avtomatik məhrum edir.  
Yükqaldırıcı  bucurqadlar  yüklərin  düzxətli  yerdəyişməsi  üçün  nəzərdə  tutulmuşdur.  Onu  əsasən 
inşaat və quraşdırma işlərinin gedişində və ya sənaye müəssisələri sexlərində tətbiq edirlər. Polad kanat 
adətən  dartı  orqanı  kimi  istifadə  olunur.  İntiqalın  tipinə  görə  yükqaldırıcı  bucurqad  əl,  hidravlik  və 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
93 
elektrik  icralarında,  konstruksiyasına görə birbarabanlı və çoxbarabanlı ola bilər, həmçinin bucurqadları 
birsürətli və çoxsürətli təsnif edirlər. 
Domkratlar  daşınabilən  və  stasionar  növlü  yükqaldıran  mexanizm  olub,  istənilən  ağır  əşyaları 
qaldırmaq  və  verilmiş  hündürlükdə  təsbit  etmək  üçün  mükəmməl  texnikadır.  İş  prinsipinə  görə 
domkratlar aşağıdakı növlərə bölünür: tamasalı, vintli, hidravliki, pnevmatik. İntiqalının növünə görə isə 
əl  və  elektrik  domkratları fərqlənir.  Öz  yükqaldırma  qabiliyyətinə  görə  domkratlar  yüzlərlə tona  qədər, 
hündürlüyünə görə bir neçə santimetrdən bir neçə metrə qədər olur. 
Yükqaldırıcı maşınların və mexanizmlərin seçilməsi, həmçinin yükləmə, boşaldılma, sarıma vaxtı 
maşınlarla qaldırılan və yeri dəyişdirilən yüklərin müvəqqəti bərkidilməsi üçün və quraşdırma prosesində 
yükqaldırıcı quruluşlar və tərtibatlar istifadə edlir. Birincilərə: karabinləri, qarmaqları, asqıları, qulpları, 
tutucuları, birqat kanat stroplarını; ikincilərə: ikiqollu, dördqollu və altıqollu kanat stropları, halqaşəkilli 
və  tək  kanat  stropları,  traversləri,  müxtəlif  növ  tutucuları  -  barmaqları,  gənələri,  yelləncəkləri  və 
başqalarını, həmçinin hidravlik və elektromaqnit intiqallı quruluşları aid etmək olar. 
Yükün tutulması, qaldırılması və yerdəyişməsi üçün yüktutucu quruluşlarda və tərtibatlarda xüsusi 
mexanizmdən - yükqaldıran stroplardan istifadə edirlər. Bu konstruksiyaya bir neçə polad və ya toxunmuş 
kanat, zəncirlər və ya başqa möhkəm  materiallar daxildir ki, sonluqda xüsusi həlqə və ya qarmaq təsbit 
edilir. Stropların hazırlanmasında müxtəlif materiallar istifadə edilir. 
Yükqaldıran  stroplar  kimi  konstruksiyalara    bir  sıra  vacib  tələblər  irəli  sürülür:  möhkəmlik; 
elastiklik;  yüngüllük;  nəql  etmə  vaxtı  yığcamlıq;  yüksək  səviyyəli  yükqaldırma  qabiliyyətinə  malik 
olmaq;  istismarda  kifayət  qədər  uzunömürlük;  heyət  üçün  təhlükəsizlik;  temperaturlara  davamlıq; 
rütubətə  davamlıq.  Orijinal  qarmaqlar  döymə  və  ya  ştamplama  yolu  ilə    azkarbonlu  polad  20-dən 
hazırlanır ki, bu da məmulatın qəflətən dağılmamasına zəmanət verir. Qarmaq yiv birləşməsinin köməyi 
ilə asqıya bərkidilir. Əgər bir kanata asılırsa, onda o ilməli çubuğa malik olur. 
 
 
 
 
 
 
 
 
AzĠNMAġ-80 QALDIRICI QURĞUSUNUNUN GÜCALMA QUTUSUNUN  
MÖHKƏMLĠYĠNĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Seyidova N.K. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Tərtib edilən  məqalədə  AzINMAŞ-80  qaldırıcı  qurğusununun  gücalma  qutusunun  möhkəmliyinin 
qiymətləndirilməsi məsələsinə baxılmışdır. 
Azinmaş-80 aqreqatı neft və qaz quyularının təmiri zamanı yükqaldırma işlərinin aparılması üçün 
təyinatlanır.  Qarmağa  düşən  maksimal  yük 
kN
800
(80  Ton)  təşkil  edir.  Bu  qurğu  KrAZ-65033 
avtomobilin şassisi üzərində montaj olunur. 
Gücalma qutusunun gövdəsində yerləşdirilmiş gücalma valı avtomobilin paylayıcı qutusunun dişli 
çarxları  ilə  daimi  ilişmədə  olan  kürəcəkli  yastıqlarda  (
52
23
2
1



z
z
 və 
40
35
4
3



z
z
)  sərbəst 
oturdulmuşdur. Yay vasitəsilə sıxılmış kürəciklə bənd edilən ştokun üç vəziyyəti vardır: 1-3, 2-4 sürətləri 
və «neytral». 
Fırlanma hərəkəti qutudan bucurqada, rotora və lazım gəldikdə isə nasos bloku ilə birləşən kardan 
valına ötürülür. Həmçinin, hidravliki sistemin NŞ-100 yağ nasosunun intiqalına güc ötürülür. 
Ötürmə qutusunun sürətlər sayı: duz – 2, əks isə 1-dir. Aparan valda bir cüt diyircəkli yastıqlarda 
dişlərinin  sayı 
28
1

z
 olan  dişli  çarx  oturdulmuşdur.  Aralıq  şlisli  valda  isə  dişlərinin  sayı   
26
2

z

19
3

z
 və 
34
4

z
 olan dişli çarxlar oturdulmuşdur . 
Aparılan  valda  kürəcəkli  yastıqlar  üzərində 
42
5

z
 və 
27
6

z
 dişli  çarxlar  oturdulmuşdur  ki, 
bunlar da müvafiq olaraq 
19
3

z
 və 
34
4

z
 dişli çarxları ilə daimi ilişmədədir. 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə