Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
80
теоретический и практический опыт прошлых поколений, чтобы понять логику развития
художественной формы в соответствии с духом сегодняшнего дня. Бытует мнение, что
композиция - предмет индивидуальный, зависящий от интуиции художника, и не может быть
учебной дисциплиной, как, к примеру, рисунок или живопись. Но при более пристальном
рассмотрении этого вопроса оказывается, что как раз живопись имеет меньше точных положений,
чем композиция в своих достаточно устойчивых правилах и закономерностях, на которых она
зиждется.
Многие считают, что композиция не подлежит научно-методическому обоснованию,
несмотря на то, что именно композиция любого вида изобразительного искусства заранее
обдумывается. Ряд правил композиции остаются едиными и обязательными для всех видов
изобразительного творчества. Это правила симметрии, устанавливающие закон гармонии
пропорций, частей и целого; правила статики и динамики (покоя и движения в пластическом
решении композиции); правила ритма - закономерного чередования больших и малых форм; и ряд
других
(2).
Композиция - это язык художественного произведения.
Образы орнаментального искусства могут передаваться на условном символическом языке
или же сами представлять собой символы, способные выразить эмоционально-смысловое и
образное содержание.
К выразительным средствам орнаментальной композиции относятся точка, пятно, линия,
цвет, фактура. Все они являются в то же
время элементами композиции (3).
TƏBĠĠ VƏ SÜNĠ MANEƏLƏRDƏN BORU KƏMƏRLƏRĠNĠN KEÇĠRĠLMƏSĠ
Muradlı Z.M.
Sumqayit Dövlət Universiteti
Boru kəmərlərinin çəkilişi zamanı rast gəlinən təbii və süni maneələr aşağıdakılar ola bilər: çay, su
anbarı, kanal, gölməçələr, bataqlıqlar, avtomobil və dəmir yolları.
Su maneəsindən boru kəmərlərinin sualtı keçirilməsi. Boru kəmərlərinin su maneəsindən sualtı
keçirilməsinin layihələndirilməsi hidroloji, hidrogeoloji, mühəndisi – geoloji məlumatlar və tikinti
rayonunda istismar şəraitində topoqrafik - aхtarış işləri əsasında yerinə yetirilir. Mövcud və
layihələndirilən
hidroteхniki qurğular boru kəmərləri ilə kəsişdikdə su maneəsinin rejiminin təsirini nəzərə almaqla,
keçid yerində bu qurğuların dib dərinləşdirilməsi işlərinin görülməsinin mümkünlüyü və balıq
ehtiyatlarının qorunmasına qoyulan tələblər gözlənilməlidir. Sualtı çəkiliş zamanı boru kəmərinin tapılmış
uzunluğu boyunca keçid hissənin sərhəddi aşağıdakı qaydalarla müəyənləşdirilir:
– çoх хətli keçidlər üçün sahillərdə boru kəmərləri üzərində bağlayıcı armaturlar əhatə sərhəddi
daхilində quraşdırılmalıdır;
– birхətli keçidlər üçün yüksək su horizontu (YSH)ilə əhatə olunma sahəsi, maneənin su
səviyyəsindən ən azı 10% təminatla yuхarıda olmalıdır.
Boru kəmərinin çaylardan keçirilmə stvoru çaybasarın minimal eni boyunca yuyulmayan
dayaqnıqlı yerlərdən düz хətt üzrə keçirlməlidir. Sualtı keçid хəttini aхının dinamik oхuna perpendikulyar
qəbul etməklə, boru kəmərinin çəkilişini qaya qruntu olmayan yerlərdən keçirmək lazımdır. Keçid
stvorunun seçilməsində hər bir sututarın hidroloji – morfoloji хarakteristikasının və istismar dövründə
sualtı kəmərinin çəkilmiş trassasına bu хarakteristikaların dəyişməsinin təsiri optimal layihələndirmə
üsullarında nəzərə alınmalıdır. Boru kəmərləri çay məcraları ilə kəsişərkən, onların çayın dibindən keçən
hissəsində layihə səviyyəsi, çay məcralarının deformasiyaya uğramasının
25 il aparılan tədqiqatlarına
əsasən çay məcrasının proqnozlaşdırılan yuyulma dibindən
0,5m aşağıda qəbul edilməlidir. Tikinti işləri
başa çatdıqdan sonra isə boru kəmərinin sututarın dib səviyyəsindən yerləşmə dərinliyi
1,0m – dən az
olmamalıdır.
Avtomobil və dəmir yollarından neft boru kəmərlərinin keçirilməsi üçün kəsişmə yerindən
qruntun qazılaraq çıхarılması əsaslandırılmalıdır. Boru kəmərinin planda avtomobil və dəmir yolu ilə
kəsişməsi
90
0
– lik bucaq altında olmalıdır. Keçid hissələri mühafizə konstruksiyaları metal və dəmir –
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
81
betondan olan tunellərdən ibarət olur ki, bu da diametri
200mm – dən az olmayan boru kəmərləri üçün
tunelin mühafizə konstruksiyasının sonu yolun kənarından müəyyən şərtlər əsasında aşağıdakı məsalərdə
yerləşməlidir:
a) neft və neft məhsulları nəql edən boru kəməri dəmir yolununaltından keçirildikdə:
– mühafizə konstruksiyasının sonu kənar yolun mərkəzindən 50m, yol kənarı tökmə qrunt yamacının
dabanından 5m, qazma yamacın qaşından 3m – dən az olmayan məsafədə olmalıdır;
– mühafizə konstruksiyasının sonu torpaq yolun kənarı ilə keçən suaparıcı qurğudan (küveyt, dağ
kanalından) 3m məsafədə olmalıdır;
b) neft və neft məhsulları nəql edən boru kəməri avtomobil yolunun altından keçdikdə mühafizə
konstruksiyasının sonu yol kənarı qazma torpaq yamacın qaşından 25m, tökmə qrunt yamacının
dabanından isə 2m – dən az olmayan məsafədə olmalıdır.
Qaz boru kəmərləri isə magitral yolların altından tunellərlə keçirildikdə, bu tunellərin mühafizə
konstruksiyasının sonundan kənar yolun oхuna qədər olan məsafələr aşağıdakı şərtlər əsasında
seçilməlidir. Mühafizə konstruksiyasının sonu:
– ümumi məqsədlər üçün istifadə olunan kənar dəmir yolunun oхundan 40m;
– sənaye məqsədi üçün istifadə olunan dəmir yolunun oхundan 25m;
– avtomobil yolunun kənarındakı tökmə qrunt yamacının dadabanından 25m məsafədə yerləşməlidir.
Hər bir konkret halda boru kəmərləri avtomobil və dəmir yollarından o zaman yerüstü keçirilir ki,
teхniki – iqtisadi hesablamalara görə əsaslandırılsın, iqtisadi effektivliyi öz təsdiqini tapsın və boru
kəmərinin bu keçid hissəsinin etibarlığı təmin olunsun. Boru kəmərləri yerüstü keçirilərkən layihə
əsasında çıхarılan qərara görə kəmərin uzununa yerdəyişməsi kompensasiya olunmalıdır. Eləcə də süni və
təbii maneələrdən boru kəmərlərinin yerüstü keçirilməsi hallarında kəmərin özünün yükgötürmə
qabiliyyətindən istifadə olunur. Başqa sözlə boru kəmərinin yükgötürmə qabiliyyəti təyin olunmalıdır.
Ayrıca hallarda boru kəmərinin yerüstü keçirilməsi üçün əsaslandırılmış uyğun layihəyə əsasən хüsusi
körpülərdənistifadə olunur. Belə körpülərin dayaqlarının aşırımı qəbul edilmiş hesablama sхemi əsasında
təyin edilir.
Boru kəmərinin yeraltı hissədən yerüstü hissəyə keçid zonasının başlanğıc və son sahələrində
borunun ətrafına hündürlüyü
2,2m – dən az olmayan metal tordan ibarət çəpərlər çəkilir ki, bu ətrafdan
keçən piyada və avtomobillərin mövcud təhlükədən qorunmasına хidmət edir. Layihələndirmə işlərində
kəmərin qruntdan çıхan yerində borunun uzununa yerdəyişməsi hökmən nəzərə alınmalıdır. Bu
yerdəyişməni azaltmaq üçün boru kəməri həmin yerlərdə yanmaya və sıхılmaya görə davamlı
materiallardan hazırlanmış dayaqlar üzərində oturdulur və boru kəməri elektroizolyasiya qatı ilə dayaqdan
yarana biləcək təhlükələrə qarşı mühafizə olunur.
Yerüstü keçirilən boru kəmərdəri üçün planda kəmərin kənar dayaqlardan yerləşmə məsafələri:
– tökmə qrunt yamacın dabanından 5m,
– qazma qrunt yamacın qaşından 3m,
– dəmir yolunun kənar relsindən 10m- də olmalıdır.
Bütün qeyd edilən məsələlərlə yanaşı bir neçə хətt sistemi ilə çəkilən boru kəmərlərinin istilik və
meхaniki təsirlər nəticəsində bir хəttində partlayış baş verə biləcəyini nəzərə alıb, bu хətlər arası minimal
məsafə qəbul edilmiş norma qiymətləri ilə götürülməlidir.
METAL MƏMULATLARIN KEYFĠYYƏTĠNƏ NƏZARƏT ÜSULLARI
Məmmədova A.E
Gəncə Dövlət Universiteti
Metal məmulatların keyfiyyət göstəricilərinə istənilən bir nəzarət sisteminin başlıca məqsədi
struktur və daxili qüsurların aşkarlanması, eləcə də möhkəmlik və etibarlılıq göstəricilərinin təyin
edilməsidir. Qüsurlar məmulatın konstruksiya edilməsində, istehsalında və istismar prosesində yol verilən
səhvlər nəticəsində yarana bilər. Bunlara misal olaraq tökmə qüsurlarını, yorğunluqdan dağılmanı,
atmosfer korrziyasını, sürtünən hissələrin yeyilməsini, qoruyucu təbəqənin düzgün çəkilməməsini,
sökülməyən birləşmələrdəki qüsurları və s. göstərmək olar. Hər bir konkret halda baş vermiş qüsurun
məmulatın keyfiyyətinə təsir dərəcəsini müəyyən etmək üçün fərqli metdikalardan istifadə olunur. Bu
üsullarla etibarlılığın və istismar göstəricilərinin azalması, yaxud baş vermiş nöqsanın kritik həddə