Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
74
Beləliklə boruların örtüyünün keyfiyyətinin tədqiqi nəticəsində məlum olmuşdur ki, SNPE qırışığı
ilə aparılan örtüyün termo-zərbəyə davamlılığı təmiz PE örtüyünə nisbətən bir neçə dəfə yüksəldir.Qarışıq
örtüyünün belə yüksək göstəricisi onun adgeziya möhkəmliliyinin çox olması və ölkədə daxili gərginliyin
azalması ilə izah edilir. Bu polietilen molekulunun qeyri polyar strukturaya malik olması səbəbindəndir.
SELLÜLOZ TƏRKĠBLĠ MAKULATURADAN EKOPAMBIĞIN ALINMASI
Qabulova G.Q.
Sumqayıt Dövlət Universiteti
Dünyada kağız və kartona artan tələbatı ödəmək üçün ildə 170-175 mln ton lifli xammal sellüloz
tələb olunur. Göstərilən həcmdə sellülozun istehsalına 170 mln m
3
ağac materialı; 240 mln m
3
(ağac
materialı hesabı ilə) makulatura; və 45 mln m
3
(ağac materialı hesabı ilə) bir illik birki sərf olunur.
İstehsal olunan sellüloz materialının təqribən 25 mln tonu yalnız qəzet kağızının istehsalına sərf olunur.
Göstərilən miqdarda qəzet tullantılarının 50%-i yandırılaraq atmosferə atılır. Bir ton makulaturanın təkrar
emalının 4m
3
yaşıl ağac materialının qorunmasına bərabər olduğunu nəzərə alaraq, 12,5 mln ton sellüloz
tərkibli qəzet makulaturasının yandırılmasını orta hesabla 50 mln m
3
ağac materialının məqsədsiz
yandırılaraq atmosferə atılması kimi qəbul etmək olar.
Hazırda dünyada kağız və karton makulaturasının təkrar emal olunması üçün yığılmasının
səviyyəsi – 49%, o cümlədən ABŞ da – 50%, Avropada 59%, Almaniyada 74%, MDB ölkələrində 12%
təşkil edir.
Göstərilən miqdarda makulaturanın tərkibində olan sellülozun istehsalında nə qədər sulfite turşusu,
sulfat duzu, kaustik soda və s. reagentlər sərf olunduğunu sellüloz – kağız – karton istehsalının texnoloji
reqlamenti ilə təyin etmək olar.
Hazırda MDB ölkələrində o cümlədən Rusiyada təkrar emal etmək üçün yığılan makulaturanın
75% aşağı keyfiyyətli kağız və karton istehsalında istifadə olunur. Lakin inkişaf etmiş ölkələrdə
makulaturadan keyfiyyətli kağız – karton istehsalında həm də tikinti materiallarının istehsalında da geniş
istifadə olunur. Makulaturadan alınan tikinti materiallarının ən geniş yayılanı ekopambıq sayılır. [6]
Ekopambığın istehsalı makulaturanın quru emalı hesab olunur, aktivləşdirilməsi üçün heç bir
kimyəvi reagent məhlullarından istifadə olunmur.
Ekopambığın tərkibi 81% sellüloz tərkibli qəzet makulaturasından, 12% - antiseptik material
sayılan bor turşusundan H
3
BO
3
və 7% -antipiren material sayılan
buradan Na
2
B
4
O
7
– dən ibarətdir.
Ekopambığın tərkibində çox miqdarda liqnin maddəsi olduğu üçün o, nəmləşdikdə metal
konstruksiyanın elementlərinə yapışqanlılıq verir. Bir sözlə ekopambıq – sellüloza isidicisi – yanğına
davamlı, kiflənməyən,
istiliyi, nəmliyi, səsi, izolya edən tikinti materialı hesab olunur.
Ekopambıq
isidicisindən ABŞ-da,
Kanadada,
Almaniyada, İngiltərədə və Yaponiyada geniş istifadə
olunur. Əhalisi 5 milyon olan Finlyandiyada ekopambığın istehsalı ildə 25000 tona çatır. MDB
ölkələrində yalnız 2007-ci ildən fin texnologiyası ilə ekopambığın istehsalına başlamışlar.
Ekopambıqdan yaşayış və sənaye tikintilərində otaqlararası arakəsmələrdə, döşəmə və tavan
örtüklərində isidici material kimi, neft emalında sorbent və süzgəc materialı kimi istifadə olunur.
Ekopambığın istifadəsi, mineral pambığın istifadəsi kimi əlverişli və rahat olmadığı üçün onun
tikintidə istifadəsi çətinlik törədir, ona görə də ekopambığın alınması texnologiyasının
təkmilləşdirilməsini məqsədə uyğun saymaq olar.
Ekopambığın istehsalı xüsusi texnoloji xəttlərdə aparılır və əsas aşağıdakı avadanlıqlardan:
-
makulaturanı xırdalamaq üçün kağız doğrayan maşınlardan;
-
xırdalanmış makulaturanı ekopambığa çevirmək üçün
aerodinamik disperqatorlardan;
-
yüksək sürətli ventilyatorlardan;
-
hazır məhsulu qablaşdırmaq üçün tərtibatlardan ibarət olur.
Ekopambığın istehsalında ən vacib, mürəkkəb aqreqat disperqator hesab olunur. Bu aqreqatda
(ventilyatorun yaratdığı hava axını ilə) xırdalanmış makulatura, yüksək sürətlə fırlanan rotorun pərlərinə
vurulur, sellülozun strukturunu zədələmədən liflərə parçalayır və ekopambığa çevirir. Çox miqdarda
makulaturun və ekopambığın yığılması üçün böyük sahəli anbar binaları lazım gəlir.
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
75
Təkcə onu qeyd etmək kifayətdir ki, saatda 1 ton ekopambıq istehsal edən xəttin elektrik enerjisi
sərfi 150 kBt olur.
Ekopambığın nisbətən yüngül material olduğunu (işçi vəziyyətdə sıxlığının 30-75 kq/m
3
) və məişət
mikserlərində sellülozun strukturunu zədələmədən liflərə parçalanmasının mümkünlüyünü nəzərə alaraq,
ekopambığın istehsalı üçün (daha effektli avadanlıqların seçilməsini tədqiq etmək məqsədi ilə) yeni
laboratoriya qurğusunun texnoloji sxemi işlənib hazırlanmışdır (şəkil 1.).
Şəkil 1/ Qəzet vərəqəsi maklaturasındanekopambığın alınması üçün laboratoriya qurğusunun
texnoloyi sxemi. 1-mikserin qabı; 2-elektrik mühərriki; 3-vtulka; 4-bıçaq; 5-açar; 6-ventil; 7-sorucu
kompresor; 8-qablaşdırma tərtibatı; 9-süzgəc.
Laboratoriya şəraitində qəzet kağızı makulaturasından ekopambığın alınması texnologiyası üç
mərhələdən ibarətdir:
-
makulaturanın ofis kağızı doğrayan ―şreder‖ maşınında xırdalanması;
-
xırdalanmış makulaturanı antiseptik və antipiren reagentlərlə birlikdə məişət mikserində liflərə
parçalanması və ekopambığa
çevrilməsi;
-
mikserdə alınan ekopambığı Beko-1400W markalı tozsoran maşınla qablaşdırma tərtibatına
verilməsi.
Təcrübi hissə .Laboratoriya şəraitində qəzet vərəqəsi halında olan sellüloz tərkibli
makulaturadan ekopambığın alınması texnologiyası aşağıdakı göstərilən ardıcıllıqla aparılır: 8 qram qəzet
vərəqəsi PRO KGB 22CC markalı Şreder kağız doğrayan maşında çarpaz kəsmə ilə 2x2 mm ölçüdə
xırdalanır. Xırdalanmış makulatura, 1 qram bor turşusu H
3
BO
3
və 1 qram bura Na
2
B
4
O
7
mikserin cəmi 1-
ə yüklənir, sonra üstündə mikserin elektrik mühərriki 2 və bıçaq 4 quraşdırılmış qapaq 3 yerinə bağlanır
və mikser açar 5 vasitəsilə işə salınır. 2-3 dəq müddətində makulatura ekopambığa çevrilir. Sonra ventil 6
açılır və tozsoran 7 işə salınaraq, hazır ekopambıq qablaşdırma tərtibatı 8-ə sorulur. Nəticədə qablaşdırma
tərtibatında ölçüsü 7x7x8 sm, həcmi 400 sm
3
olan ekopambıq alınır (şəkil 2.).
Şəkil 2.. Qəzet maklaturasından alınan ekopambıq.
Qablaşdırma tərtibatı 8-də ekopambığın tozsorana daxil olmaması üçün paralon süzgəc 9
quraşdırılmışdır.
Təcrübənin nəticələri .Ekopambıq – yüngül, boş izolyasiya materialıdır, tərkibi 80% ağac lifinin –
sellülozun emalının xüsusi forması və 10% antipiren (bor turşusu) və 10% antiseptik (buradan) ibarətdir.
Ekopambığın fiziki – kimyəvi xarakteristikası:
5
1
2
4
3
6
8
9
7