www.azadliqciragi.org
46
Fərdi fəaliyyət və ictimai nəticələr
Amma bu ictimai sistemin rahat və avtomatik fəaliyyəti üçün, biz bəzi qaydalara əməl
etməliyik. Bizi baĢqalarına zərər vurmaqdan qoruyan ədalət qaydaları, bizi arzulanmaz istəklərdən
çəkinməyə məcbur edən əxlaq qaydaları və iqtisadi sahədə mülkiyyət və müqavilə qaydaları. Bu
fərdi davranıĢ qaydaları faydalı ictimai qaydaların yaranmasına ruhlandırır. Biz bunun necə
olduğunu baĢa düĢməyə bilərik, amma təbii instinktimiz istənilən halda, məhdud düĢüncə və
qavrayıĢımızdan daha etibarlı bələdçidir.
Bu yaxınlarda, Nobel mükafatlı iqtisadçı F.A.Hayek Smitə və ondan sonrakılara əsaslanaraq,
“ictimai qaydaların həmahəngliyi mərkəzi idarəçiliyə ehtiyac olmadan yarana bilər” ideyasını
davam etdirdi. Özünün təkamül və psixologiya haqqında müasir düĢüncəsi ilə ictimai qrupların
necə inkiĢaf etdiyini və onların düĢünməyərəkdən, sadəcə fərdi davranıĢ qanunauyğunluğuna əməl
edərək rahat fəaliyyət qaydalarını yaratmasını iĢləyib hazlırladı. Dildə, məsələn, biz sadəcə
qrammatikanın bir neçə qaydasına əməl etməklə düĢünməyərəkdən səmərəli ünsiyyət sistemi ya-
radırıq – o qaydalar ki, biz tamamilə təbii olaraq əməl edirik, amma izah etməyə çətinlik çəkirik.
Smit, əlbəttə, dil ilə bağlı öz qeydlərində ona yaxınlaĢır.
Bu faydalı ictimai qaydaların əsası bizim birlikdə yaĢamağı öyrənməyimizdədir. Biz
hamımız öz arzularımızı təmin etmək istəyirik, amma bu çox zaman baĢqalarının istəkləri ilə
toqquĢur. Tədricən öyrənirik ki, baĢqaları tərəfindən heç bir halda zorakılıq təhlükəsinə
aparmayacaq dözülən hərəkətlər hansılardır. Beləliklə, təbii insan hissiyyatının köməyi ilə biz öz
maraqlarımızı baĢqalarına ziyan vurmamaq Ģərti ilə güdərək, ədalət qaydalarını iĢləyib ha-
zırlayırıq. Yalnız iqtisadi sahədə deyil, baĢqa ictimai qarĢılıqlı əlaqələrdə də biz, hətta
məqsədimizin bir hissəsi olmasa belə, hamımıza mənfəət gətirmək yolu ilə əməkdaĢlıq etməyi
öyrənirik.
www.azadliqciragi.org
47
ADAM SMİTİN BƏZİ DEYİMLƏRİ
Əmək bölgüsü haqqında...
Əmək bölgüsü nəticəsində, bütün fərqli sənət sahələrində böyük məhsul artımı, yaxĢı idarə
olunan cəmiyyətlərdə ona səbəb olur ki, ümumi sərvət öz-özünə əhalinin ən aĢağı təbəqələrinə
çatır.
“Xalqların sərvəti”,
I Kitab, c.1.səh.22. par.10
....və müqayisəli üstünlük
ġüĢələrin, istixanaların və istilik sisteminin
köməyi ilə ġotlandiyada çox yaxĢı üzüm
yetiĢdirilə və onlardan çox yaxĢı Ģərab hazırlana bilər. Bu ən azı xarici ölkələrdən gətirilənlər
qədər yaxĢı ola bilər, amma 30 dəfə baha qiymətə. Bütün xarici Ģərabların idxalına qadağa
qoymaqla, yalnız ġotlandiyada “Claret” və “Burqundu”nun hazırlanmasını müdafiə etmək ağıllı
qərar olardımı?”
“Xalqların sərvəti”,
IV Kitab, c.II.səh.458. par.15
Hər bir ağıllı ailə sahibinin prinsipi odur ki, heç vaxt o Ģeyi evdə hazırlamağa can atmasın ki,
onu düzəltmək almaqdan baha baĢa gəlir. Hər bir ayrıca ailənin davranıĢında rast gəlinən bu
düĢünülmüĢ hərəkət, çətin ki, böyük bir krallıq üçün səfehlik hesab olunsun.
“Xalqların sərvəti”,
IV Kitab, c.II.səh.456-7. par.11-12
rəqabət haqqında...
Ümumilikdə, əgər hər hansı ticarət sahəsi və ya hansısa əmək bölgüsü ictimaiyyət üçün
əlveriĢlidirsə, azad və daha ümumi rəqabət hər zaman daha artıq dərəcədə sərfəli olacaq.
“Xalqların sərvəti”,
II Kitab, c.II. səh.329. par.106
Ġstehlak bütün istehsal prosesinin yeganə nəticəsi və məqsədidir və istehsalçının marağı ona
yönəlməlidir ki, istehlakçının ona zəruri ehtiyacı nə dərəcədədir.”
“Xalqların sərvəti”,
IV Kitab, c.VIII. səh.660. par.49
...və ticarətin deformasiyası
Eyni ticarət sahəsində çalıĢan adamlar, hətta əyləncə və Ģənliklərdə belə, nadir hallarda bir
araya gəlirlər, ancaq bu görüĢlərdə də danıĢıqlar millətin əleyhinə olan və ya bəzi nəticələrə görə
qiymətlərin qaldırılması haqda sövdələĢmə ilə baĢa çatır... Amma baxmayaraq ki, qanun eyni
ticarət sahəsində çalıĢan adamların hərdən bir yerə toplaĢmasına mane ola bilmir, o, zəruri olanı
təmin etməkdən baĢqa, belə toplantıların keçirilməsi üçün heç nə etməməlidir.
“Xalqların sərvəti”,
IV Kitab, c.VIII.səh.145. par.c27
Xüsusi bir Ģəhərdə eyni ticarət sahəsindən olanların hamısının adlarını və ünvanlarını yaĢayıĢ
yerlərində dövlət qeydiyyatına salmağa məcbur edən qaydalar belə toplantıları asanlaĢdırır.
Eyni ticarət sahəsindən olanlara, öz yoxsullarını, xəstələrini, dul qadınlarını və yetimlərini
təmin etmək üçün özlərinə vergi tətbiq etməyə imkan verən qaydalar bu toplantıları zəruri edir.
Korporasiya təkcə onları zəruri etmir, həm də böyük çoxluğun aksiyasını hamı üçün vacib
edir. Azad ticarətdə məqsədyönlü əlaqələndirmə hər bir ayrı ticarət sahəsinin yekdil razılaĢması
ilə yaradılmamalıdır və bu hər bir ayrı ticarət sahəsinin eyni yolla davam etdiyindən uzun sürə
www.azadliqciragi.org
48
bilməz. Birliyin əksəriyyət çoxluğu məcburi qərarları xüsusi cərimələrlə qanuniləĢdirə bilər ki,
bu da, rəqabətin səmərəliliyini və hər hansı könüllü ittifaqa nisbətən dayanıqlığını
məhdudlaĢdırar.
“Xalqların sərvəti”,
IV Kitab, c.VIII.səh.145. par.29-30
Bazarın geniĢlənməsi və rəqabətin məhdudlaĢdırılması hər zaman ticarətçilərin marağındadır.
Bu qaydadan irəli gələn hər hansı yeni qanun və ya kommersiya qanun layihəsi, gərək hər zaman
yüksək prinsipiallıq, hətta Ģübhəli yanaĢma yolu ilə böyük ehtiyatla dinlənilə, uzun sürən və
diqqətli yoxlamadan keçmədən qətiyyən qəbul olunmaya. Bu insanların qoyduğu qaydalardan
irəli gəlir. O insanların ki, onların maraqları ictimaiyyətlə üst-üstə düĢmür,
onların ictimaiyyəti
aldatmaq və hətta əzmək üçün ümumi maraqları və çoxlu imkanları var.
“Xalqların sərvəti”,
I Kitab, c.XI. səh.267. par.10
dövlət
...Kralların və nazirlərin Ģəxsi adamlarının iqtisadiyyatın keĢikçiləri olmasını iddia etməsi, iĢə
heç bir dəxli olmayan məsələ və fərziyyədir. Onlar özləri cəmiyyətdə hər zaman və hər hansı
istisnasız ən böyük israfçılardır. Əgər onların öz ağılsız israfçılığı dövləti dağıtmırsa, onlar heç
zaman məqsədlərinə yetməyəcəklər.
“Xalqların sərvəti”,
II Kitab, c.III. səh.346. par.36
Müstəqil adamları öz kapitalını hansı yolla istifadə etməyə istiqamətləndirməyə cəhd
göstərən bir dövlət adamı, özünü daha çox lazımsız məsələlərlə yükləməməli, üzərinə yalnız
ayrıca bir Ģəxslə, hər hansı Ģura və ya senatla bağlı olmayan əminliklə etibarlı bir səlahiyyət
götürməlidir. Hansı ki, o səlahiyyət heç yerdə özünü onu yerinə yetirməyə qadir hesab edən
lovğa və səfeh adamın əlində olduğu qədər təhlükəli olmazdı.
“Xalqların sərvəti” ,
IV Kitab, c.II.səh.456. par.10
...vergi tətbiq etmə
BaĢqa belə bir sənət yoxdur ki, hökumət onu adamların ciblərinin pulunu boĢaltmaq qədər
tez öyrənsin.
“Xalqların sərvəti”,
V Kitab, c.II. II hissə, səh.458. par.15
Hər bir dövlətin vətəndaĢları, imkan daxilində öz bacarıqlarına uyğun olaraq hökumətin
dəstək verdiyi iĢlərə yardım etməlidirlər.
“Xalqların sərvəti”,
V Kitab, c.II. II hissə, səh.825, par.3
Hər bir fərdin ödəməli olduğu vergi qeyri-müəyyən deyil, dəqiq olmalıdır. Ödəmənin vaxtı,
ödəmə üsulu, ödənilməli məbləğ ianəçi və hər bir baĢqa Ģəxs üçün aydın və sadə olmalıdır.
“Xalqların sərvəti”,
V Kitab, c.II. II hissə, səh.825, par.4
Hər vergi vaxtında və ya qaydasında, ödəyici üçün çox rahat Ģəkildə toplanmalıdır.
www.azadliqciragi.org
49
“Xalqların sərvəti”,
V Kitab, c.II. II hissə, səh.826, par.5
Hər vergi mexanizmi elə düĢünülmüĢdür ki, dövlətin ictimai xəzinəsinə gətirdiyi gəlirdən də
artıq, mümkün qədər həm insanların cibini çox soysun, həm də onların cibini yığcam saxlasın.
“Xalqların sərvəti”,
V Kitab, c.II. II hissə, səh.826, par.6
Kapital sahibi əslində dünyanın vətəndaĢıdır və önəmli deyil ki, o, ayrıca bir ölkəyə bağlı olsun. Onun
müəyyən olunmuĢ ağır vergi cəriməsinin məĢəqqətli sıxıntısına məruz qaldığı halda, ölkəni tərk etməsi
uyğun olardı. O, kapitalını hansısa baĢqa bir ölkəyə aparardı ki, orada ya öz biznesiylə məĢğul olar, ya da öz
azad həyatını yaĢayardı.
“Xalqların sərvəti”,
V Kitab, c.II. II bənd, səh.848-49, par.f8
və subsidiyalar...
Ağ siyənək balıqçılarına həvəsləndirici yardım tonnaj ilə bağlıdır və o, balıqçının zəhmətinə və
ya uğuruna görə deyil, gəminin yükünə uyğunlaĢdırılıb və mən qorxuram ki, bu yalnız balıq ovu
üçün təchiz olunmuĢ gəmilərin, balıq üçün deyil, həvəsləndirici yardım üçün istifadə olunmasını adi
hala çevirsin.
“Xalqların sərvəti”,
IV Kitab, c.V, səh.520, par.32
ixrac üzərində nəzarət...
Əməksevər insanlar üçün qonĢuluqdakı zəngin biri kasıba nisbətən daha yaxĢı alıcı ola
biləcəyi kimi, zəngin xalq da belədir. Bizim bütün qonĢularımızın yoxsullaĢmasını nəzərdə tutan
ticarət məhdudiyyətləri, bunun müqabilində çox əhəmiyyətsiz ticarət və nifrət gətirir.
“Xalqların sərvəti”,
IV Kitab, c.III, hissə II, səh.495, par.c11
Belə ödəmələr haqqında mühakimə yürütmək (baĢqa yüksək tarifli ölkələrə tariflər tətbiq
olunur) ona bənzəyir ki, elə istehsal edirsən, bir nəticəsi yoxdur. Bəlkə də, müzakirələri
dəyiĢməz ümumi prinsiplərlə tənzimlənən qanunvericinin məharətinə, o cümlədən, vəhĢicəsinə
dövlət adamı və ya siyasətçi adlandırılan o məkrli və hiyləgər heyvanın bacarığına məxsusdur ki,
müĢavirələri məsələlərin ötəri tərəddüdlərinə əsaslanır.
“Xalqların sərvəti”,
IV Kitab, c.II, səh.468, par.39
stimullar...
Kommunal xidmətlər, onun icra olunmasına görə haqq ödənilməyincə və bu, onların icra
olunmasına göstərilən zəhmətə uyğunlaĢdırılmayınca, heç zaman yüksək səviyyədə yerinə
yetirilmir.
...və saxta stimullar
Hər insanın marağındadır ki, bacardığı qədər asan yaĢasın. Əgər onun gəlirləri müəyyən çox
gərgin vəzifələri icra edib-etməməsindən asılı olmayaraq eynidirsə, bu, Ģübhəsiz onun marağını
ora yönəldir ki, ya iĢdən tamamilə imtina etsin, ya da onu diqqətsiz və səliqəsiz Ģəkildə yerinə
yetirsin.
“Xalqların sərvəti”,
www.azadliqciragi.org
50
V Kitab, c.I, III hissə, II bənd, səh.760, par.f7
ədalət haqqında...
Əgər ədalət aradan götürülsəydi, insan cəmiyyətinin böyük, nəhəng fabriki anında atomlara parça-
lanardı.
“Əxlaqi duyğular fəlsəfəsi”,
II hissə, II bölmə, səh.86, par.4
Dövləti ən aĢağı barbarlıqdan sərvətin ən yüksək dərəcəsinə aparmaq üçün artıq heç nə tələb
olunmur, çünki asayiĢ, sadə vergilər və ədalətin yol verilən idarəçiliyi və bütün yerdə qalanlar
hadisələrin təbii gediĢi nəticəsində yaranır.
Mühazirə-1775, Duqald Stüart sitat gətirib,
Adam Smitin həyatı və yaradıcılığı
haqqında mühazirə, bölmə IV, 25.
...və insan şəfqəti
Bir Ģəxsin nə dərəcədə xudbin olduğu fərz olunsa belə, onun təbiətində, Ģübhəsiz bəzi prinsiplər var
ki, onu baĢqalarının taleyi ilə maraqlandırır və onların xoĢbəxtliyini onun üçün önəmli edir, baxmayaraq
ki, o, özünə məmnunluq verən Ģeydən baĢqa heç nə düĢünmür.”
inkişafın hərəkətverici qüvvəsi...
Hər bir fərdin qanunauyğun olaraq öz vəziyyətini daha da yaxĢılaĢdırmaq cəhdi çox güclüdür
ki, bu təkcə və hər hansı yardım olmadan, yalnız cəmiyyətdə zənginlik və inkiĢafa aparmaq
qabiliyyəti deyil, həm də insanların yaratdığı səfeh qanunlarla fəaliyyətini çətinləĢdirən yüzlərlə
yersiz maneələrin öhdəsindən gəlməkdir.
“Xalqların sərvəti”, IV Kitab, c.V, Taxil ticarətində tənəzzül, səh.540, par.b43
...“görünməz əl”
Zəngin yoxsuldan yoxsuldan az istehlak edir və onların təbiətən xudpəsənd və tamahkar
olmasının əksinə, onlar öz sahib olduqlarının məhsullarını yoxsulla bölürlər-hətta baxmayaraq ki,
onlar yalnız öz mənfəətlərini düĢünürlər, onlar üçün iĢləyən minlərlə əməkçinin zəhmətindən əldə
etdikləri məhsulu mənasız və acgöz arzularının hədiyyəsi olaraq yeganə məqsəd kimi görürlər. Onlar
“görünməz əl” tərəfindən həyati ehtiyacların paylanmasına yaxın olanı edirlər, hansı ki, onu etməklə,
yer üzü onun sakinləri arasında bərabər hissələrə bölünmüĢ olardı və beləliklə, onlar bunu düĢünmə-
yərəkdən, bilməyərəkdən, cəmiyyətin marağının xeyrinə və rəngarəngliyinin artmasına gətirirlər .
“Əxlaqi duyğular nəzəriyyəsi”,
IV hissə,c.1, səh.184-5, par.10
Hər bir fərd nə ictimai marağı təĢviq etməyi düĢünür, nə də ona nə dərəcədə yardım etdiyini
bilir. O, yalnız öz təhlükəsizliyini düĢünür və o, istehsalı o yolla istiqamətləndirməklə, ola bilsin,
daha çox qazanc istehsal edəcək, amma təkcə öz qazancını düĢünür; bu halda, baĢqa bir çox
hallarda olduğu kimi, proses “görünməz əl” tərəfindən onun məqsədinin bir hissəsi olmadan sona
çatdırılır.
“Xalqların sərvəti”,
IV Kitab, c.II səh.456, par.9
Bu bizim nahar gözlədiyimiz qəssabın, Ģərabçının və ya çörəkçinin iltifatından deyil, onların
öz maraqlarına qayğısı ilə bağlıdır. Biz özümüzü onların humanistliyinə deyil,
www.azadliqciragi.org
51
özünəvurğunluğuna yönəldirik və heç zaman onlara öz ehtiyaclarımız barədə deyil, onların
qazancları haqda danıĢırıq.
“Millətlərin sərvəti”,
I Kitab, c.II səh.26-7, par.12
...planlaşma
Ġnsan sistemi onun öz təkəbbürü ilə çox uyğundur və çox zaman öz ideal hakimiyyət
planının fərz edilən mükəmməlliyinə aĢiqdir ki, o özü bunun hər hansı hissəsinin kiçicik bir
təzahüründən belə əziyyət çəkmir. O, elə görünməyə çalıĢır ki, böyük bir cəmiyyətin üzvlərini,
elə asanlıqla təĢkil edə bilər ki, sanki bir əl fiqurun müxtəlif hissələrini Ģahmat taxtası üzərində
yerləĢdirir. O, nəzərə almır ki, insan cəmiyyətinin nəhəng Ģahmat taxtasında, hər ayrı hissənin,
bütünlüklə o müxtəlf hissələrin öz hərəkət prinsipi var ki, onun üzərində təsir vasitəsini yalnız
qanunverici seçə bilərdi.
“Xalqların sərvəti”,
I Kitab, c.II səh.26-7, par.12
... universitetlər
Oksford universitetində olan professor ictimaiyyətinin böyük bir hissəsi, bu uzun illərdə dərs
demək vərdiĢlərini belə tamamilə tərgitdi.
“Xalqların sərvəti”,
V Kitab, c.II., III hissə, bənd 2,
səh.761, par.8
Kollec və universitetlərin nizam-intizamı əsasən tələbələrin xeyrinə deyil, rəhbərlərin
mənafeyi və ya daha dəqiq deyilsə, onların iĢini yüngülləĢdirmək üçün düĢünülmüĢdür.
sərvətin yayılması...
Böyük bir hissənin vəziyyətinin yaxĢılaĢması qətiyyən hamı üçün narahatlıq hesab
olunmamalıdır. Çox böyük bir hissəsi yoxsul və zavallı olan hər hansı bir cəmiyyət mütləq
mənada sağlam və xoĢbəxt ola bilməz.
“Xalqların sərvəti”,
I Kitab, c.VIII., III hissə, səh.96, par.36
Heç bir narazılıq pul ehtiyacından olan Ģikayət qədər geniĢ yayılmayıb.
“Xalqların sərvəti”,
VI Kitab, c.I., , səh.437, par.16
...və azadlığın faydası
Ticarət məhdudiyyətləri olmadan əsl azadlığın açıq və sadə sistemi özü öz ahəngini yaradır. Hər
kəs öz maraqlarının arxasınca getmək üçün sərbəst buraxılır...
Soveren (Ġngiltərədə monarxiya və cinayət hüququnun xərcləri (qızıl pul) tamamilə
rüsumdan azad olunub; amma bu hansısa dəyərli insan zəkası və ya bilgisi hesabına deyil, Ģəxsi
adamlara məxsus sənaye sahəsinin idarə olunmasından gələn rüsum və onu cəmiyyətin
maraqlarına uyğun ən sərfəli iĢlər istiqamətinə yönəltməklə baĢ verib.
“Xalqların sərvəti”,
VI Kitab, c.IX səh., III hissə, səh.687, par.51
www.azadliqciragi.org
52
Kompyuter tərtibçisi:
Aliyə Qabilqızı
Yığılmağa verilmiĢ: 25.09.2008
Çapa imzalanmıĢ: 18.12.2008
Formatı: 70х100 1/32
Tirajı: 300
Document Outline - REDAKTORDAN
- ADAM SMİTİN BU GÜN ÜÇÜN ÖNƏMİ
- XÜLASƏ
- ADAM SMİT NƏ ÜÇÜN ÖNƏMLİDİR?
- İqtisadiyyata dair keçmiş bir baxış
- Azad mübadilənin məhsuldarlığı
- Azadlığa əsaslanan ictimai quruluş
- Əxlaq psixologiyası
- Şəxsi maraq və ləyaqət
- İnsan təbiəti və insan cəmiyyəti
- SMİTİN HƏYATI VƏ KARYERASI
- Kirkaldi və Qlazqou
- Oksford və stimullar
- İlkin mühazirəçilik karyerası
- Səyahətlər
- “Xalqların sərvəti”
- Xüsusi səlahiyyətli gömrük müfəttişi
- “XALQLARIN SƏRVƏTİ”
- Geniş əhatəli kitab
- İstehsal və mübadilə
- İxtisaslaşmanın üstünlükləri
- Mübadilədən gələn ümumi gəlirlər
- Daha geniş bazar daha böyük qazanc gətirir
- Dəyər indeksi
- Torpaq, kapital və əmək
- Bazarlar istehsalı necə idarə edir
- Əmək haqqı iqtisadi artımdan asılıdır
- Bazar əmək haqqı normaları
- Əmək haqqı və siyasət
- Kapital və mənfəət
- Torpaq və rentalar
- Mexaniki sistem
- Kapital yığımı
- Pul
- İstehlak və sərmayə
- Kapital üzərində əlavə düşüncələr
- İqtisadi institutların tarixi
- İqtisadi nəzəriyyə və siyasət
- Merkantilistlər və pul
- Mütləq mənfəət
- Tariflər və subsidiyalar
- Müstəmləkə ticarətinin məhdudiyyətləri
- Liberal alternativ
- Dövlətin rolu
- Müdafiə
- Ədalət
- İctimai işlər və institutlar
- İctimai işlər
- Gənclərin təhsili
- Bütün yaşlarda olanlar üçün təhsil
- Soveren
- Verginin tətbiq olunma prinsipləri
- Dövlət borcları
- “Xalqların sərvəti” bu gün
- “ƏXLAQİ DUYĞULAR NƏZƏRİYYƏSİ”
- Kitabın əsas ideyaları
- Şəxsi maraq və rəğbət
- Ədalət, xeyriyyəçilik və ləyaqət
- Ləyaqət
- Təbii şəfqət hissi ləyaqətin əsası kimi
- Fikir ayrılığı və təmkinlilik
- Mükafat, cəza və cəmiyyət
- Ədalət təməl kimi
- Özünütənqid və vicdan
- Əxlaq qaydaları
- Sərvətə münasibət
- Özünü təkmilləşdirmə
- Ləyaqət
- Mükəmməl cəmiyyətin quruluşu
- SMİTİN MÜHAZİRƏLƏRİ VƏ BAŞQA YAZILARI
- Birləşmiş mövzular
- Smit elmin fəlsəfəsi haqqında
- Naməlum şəxsin dərdi
- Fərziyyələr və təkziblər
- Elm və insan qavrayışı
- Ünsiyyət psixologiyası
- Ünsiyyət və insan təbiəti
- Ünsiyyət elmi
- Smit hökumət və dövlət siyasəti haqqında
- Ədalət, dövlət və hüquq
- Əmək və mübadilə
- Bacarıqsız hökumət
- Azadlıq və inkişaf
- Nəticə
- “GÖRÜNMƏZ ƏL” RİCƏTİ
- ADAM SMİTİN BƏZİ DEYİMLƏRİ
Dostları ilə paylaş: |