Əsərin müəllifi
böyük həyat yolu keçmiş, təcrübə və bilik sahibidir. XIX
əsrin birinci sülsündə Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövründə
Azərbaycanda və Zaqafqaziyada siyasi vəziyyət, bu müharibələrin gedişi və
nəticəsi, Mirzə Adıgözəl bəyin xidmət fəaliyyəti onun görüşlərinə böyük təsir
etmişdir. Bu dövrün tarixi hadisələrini görən və onları dərindən təhlil edən Mirzə
Adıgözəl bəy, Rusiya tərəfdarları yoluna keçmiş və öz şəxsi taleyindəki
dəyişikliklərə baxmayaraq, bu yoldan dönməmişdir. Mirzə Adıgözəl bəyin
tərcümeyi-halında elə bir fakt yoxdur ki, bu fakta əsaslanaraq onun Rusiyaya
tərəfdar olmaq xəttindən geri çəkilməsini və ya ondan üz döndərdiyini göstərsin.
Çox vaxt 1826-1828-ci illərin Rusiya-İran müharibəsinin
çətin şəraitində,
bəylərin çox hissəsi hakimiyyətini itirmiş Azərbaycan xanlarının ardınca gedərək,
İran qoşunlarının silahı gücünə Zaqafqaziyada xan hakimiyyətini və xanlara
yaxınlıqdan irəli gələn imtiyazlarını bərpa etməyə çalışdıqları bir zamanda Mirzə
Adıgözəl bəy tutduğu yol ilə möhkəm addımlayır və təhlükə üz verdikdə
qorxmadan ölümlə qarşılaşırdı.
Mirzə Adıgözəl bəyin Rusiya tərəfdarçılığında bu qədər ardıcıl olmasında
müxtəlif vəziyyətlərin təsiri vardır. Burada Mirzə Adıgözəl bəyin uşaqlıq
təəssürati müəyyən rol oynamışdır. Mirzə Adıgözəl bəy Ağa Məhəmməd şahın
başçılığı altında İran qoşunlarının Zaqafqaziya xalqlarına gətirdikləri fəlakətlərin
şahidi olmuşdur. O zaman Mirzə Adıgözəl bəy
öz ailəsi ilə bərabər doğma
Qarabağı tərk edib, yad yerlərə getməyə məcbur olmuşdu.
Mirzə Adıgözəl bəy hələ çox gənc ikən, rus dövlət və hərbi inzibati
idarələrində xidmət etməyə başlamışdı. Bu xidmət və müvafiq dairələrə mənsub
şəxslərlə mədəni münasibət Mirzə Adıgözəl bəyə böyük təsir etmişdir.
Bütün göstərdiklərimiz, şübhəsiz, "Qarabağnamə"də əks olunmuşdur.
Bu əsər
feodal torpaq sahiblərinə mənsub bir adam tərəfindən yazılmışdır. Bunların
hamısı hadisələrin işıqlandırılması xarakterinə müəyyən təsir göstərmişdir.
Beləliklə, "Qarabağnamə"nin tarixi mətai ona tənqidi və çox diqqətlə
yanaşmağı tələb edir.
O, bu əsərin Qafqaz canişini knyaz Mixail Semyonoviç Voronsova təqdim
ediləcəyini nəzərə almışdı. Buna görə, Mirzə Adıgözəl bəy hadisələri Qafqazda rus
komandanlığının rəhbər dairələrində qəbul edilmiş rəsmi dillə ifadə edir.
Yuxarıda
qeyd edildiyi kimi, tarixi hadisələrin şərhi 1736-cı ildə Muğanda İran
feodal zadəganları qurultayının təsvirindən və Nadirin İran şahlığına
"seçilməsindən" başlanır.
Mirzə Adıgözəl bəy Nadir şahı idealizə edir.
İranın feodal dairələri Nadir şahın şəxsində öz mənafelərinin ifadəçisini
tapmışdılar. Nadir şah onların mövqeyini möhkəmlətmiş, onların torpaqlarını
24
və hakimiyyətini Türkiyənin işğalçılıq cəhdlərindən qorumaq üçün çox işlər
görmüşdü. Lakin Nadir şah əhalinin zəhmətkeş kütlələrinə qarşı amansız bir
zalım idi, Azərbaycana isə saysız-hesabsız fəlakətlər gətirmişdi. Azərbaycan
xalqı Nadir şahın hakimiyyətinə qarşı inadla mübarizə edirdi. Nadir şah xalqı
tamamilə tabe etməyə çalışaraq Azərbaycanın şimal hissəsi üzərində İranın
hakimiyyətini möhkəmlətmək məqsədilə Şirvana dörd dəfə yürüş etmişdir. Bu
yürüşlərin və Nadir şahın göndərdiyi cəza dəstələrinin hərəkətləri nəticəsində
Şirvan dağıdılmış, əhalisi talan edilmişdi. Əhali öz yurdlarını tərk
edərək
dağlarda gizlənirdi. Tarlalar becərilmirdi, ölkədə aclıq başlanmışdı. Mirzə
Adıgözəl bəy bütün bu hadisələrdən yəqin ki, xəbərdar idi, lakin bu barədə susur
və Şərq tarixçilərinin köhnə ənənələrinə tabe olaraq Nadir şahı mədh edirdi.
Mirzə Adıgözəl bəy Nadir şahdan danışdıqda yalnız bir yerdə həqiqəti doğru
göstərmişdir (Ziyad oğlanları nəslindən olan Gəncə bəylərinin Nadirin şahlığa
"seçilməsinə" necə müqavimət göstərdikləri nəzərdə tutulur). Nadir şahın öz
siyasi düşmənləri olan Ziyad oğlanlarına qarşı gördüyü tədbirlər haqqında Mirzə
Adıgözəl bəyin göstərdikləri çox qiymətlidir.
Mirzə Adıgözəl bəyin əsərini diqqətlə oxuduqda ilk Qarabağ xanı Pənah
xanın taleyinin onu çox həyəcanlandırdığını görmək çətin deyildir. Mirzə Adıgözəl
bəy Pənah xanı yalnız müsbət cəhətdən göstərmişdir. O, igid, cəsarətli,
müdrik
dövlət xadimi, Qarabağ xanlığının banisidir. Mirzə Adıgözəl bəy Pənah xanın
xasiyyətində şöhrətpərəstlik olduğunu qeyd edirsə də, lakin elə hesab edir ki, bu
şöhrətpərəstlik Qarabağda dövlət qurulmasının xeyrinə yönəldilmişdir.
Mirzə Adıgözəl bəy Pənah xanı, görünür, Qarabağda müstəqil dövlət
yaratdığına görə idealizə edir. Pənah xanın ona tabe olan ərazini genişləndirmək
cəhətdən qazandığı hər bir müvəffəqiyyət Mirzə Adıgözəl bəy tərəfindən
şübhəsiz bəyənilir. Hətta məhz onun sayəsində Mirzə Adıgözəl bəy Pənah xanın
Qarabağ məlikləri ilə mübarizəsini tamamilə düzgün təsvir etmişdir.
Mirzə Adıgözəl bəy Cənubi Azərbaycanda
özünə yer eləmiş Fətəli xan
Əfşarın Pənah xanı özünə tabe etmək cəhdləri haqqında, həmçinin Fətəli xanın
Pənah xanın oğlu İbrahimxəlil ağanı xəyanət və aldatmaq yolu ilə əsir tutması
haqqında qəzəblə yazır. Müəllif bunu etiraf etmək istəmir ki, Pənah xan
həqiqətən məğlub olmuşdu və Fətəli xan Əfşara tabe olmağa məcbur idi
1
.
Qarabağ tarixinin bu hissəsinin süni qurulmasını və tarixi görüş dairəsinin bir
qədər məhdudluğunu hələ ondan görmək olur ki, Mirzə Adıgözəl bəy
1 A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "Pənah xan zahirən ona (Fətəli xan Əfşara - V.L.) itaet
göstərdi və öz oğlu
İbrahimxəlil ağanı ona girov verdi". B a x: A.Bakıxanov. Göstərilən əsər. Bakı, 1926, səh. 130.
25