Bu post çox irəlidə qoyularaq İran territoriyasına daxil olduğu üçün İrəvan
sərdarı Hüseynqulu xan general Madatova müraciət
edərək postun yerini
dəyişdirməyi xahiş etmişdi. Madatov, A.P.Yermolovun göstərişi ilə, Hüseynqulu
xana məktubla cavab verərək yazırdı:
"Zati-aliniz tərəfindən zilhiccə ayının 11-də
1
yazılmış məktubu aldım, orada
podporuçik Mirzə Adıgözəl bəyin süvarilərlə Zod kəndində durduğunu
göstərirsiniz... Mirzə Adıgözəl bəyə həmin kənddə durmamaq haqqında çoxdan
əmr vermişəm və o, tezliklə oradan gedəcəkdir"
2
.
Sərhəd mühafizəsi xidmətində Adıgözəl bəy 1826-1828-ci illərdə olan
Rusiya-İran müharibəsi başlananadək olmuşdur. Tərcümeyi-halında Adıgözəl bəy
göstərir ki, o, 1826-cı il avqustun 25-dək, yəqin ki, İran qoşunlarının
Qarabağa
hücumundan bir az əvvəl ona 60 əsgərlə bir zabit, iki yüz azərbaycanlı və erməni
süvariləri tabe idi. Mirzə Adıgözəl bəy sərhədi mühafizə etməklə, İran
hökumətinin müharibəyə başlayacağı haqqında məlumatlar alırdı. O bu
məlumatları Şuşa qalasının komendantı mayor Çilyayeva bildirirdi. Bu məxfi
xəbərlərə cavab olaraq Mirzə Adıgözəl bəy öz postunda istehkamlar qurmaq
əmri aldı. Onun postu Qarabağ sərhəd postları xəttinin son sağ qolunda, Murov
dağının cənub ətəklərində, Bazərgan bulağı yanında idi... Mirzə Adıgözəl bəy
hələ burada ikən müharibə başlandı.
Məlumdur ki, bu müharibə İran qoşunlarının
Rusiyaya tabe olan torpaqlarına qəflətən hücumu ilə başladı. İran qoşunları, demək
olar ki, bir vaxtda İrəvan tərəfindən sərhədləri keçərək Şoragil, Pənbək və
həmçinin Talış və Qarabağ əyalətlərinə soxuldular. Lazımı qədər qüvvələri
olmayan sərhəd postları İran qoşunlarının qarşısını ala bilmədilər. Onların çox
hissəsi vuruşa-vuruşa ölkənin içərilərinə tərəf geri çəkilirdi. Bəziləri isə
mühasirəyə alınaraq uzun müqavimətdən sonra əsir düşdülər.
Bazərgan bulağı yaxınlığındakı post sərhədin lap yanında və İran
qoşunlarının ilk axını yolu üstündə olduğu üçün, Mirzə Adıgözəl bəy və ona
tapşırılan dəstənin Şuşa və Tiflis ilə əlaqəsi kəsildi. Mirzə Adıgözəl
bəy öz
tərcümeyi-halında yazır ki, o, cürbəcür hiylələrlə Şuşa ilə əlaqəni bərpa etmək və
hər bir addımda ölüm təhlükəsi olan düşmən arxasından çıxmağa cəhd edirdi.
Lakin Tiflisə tərəf geri çəkilən rus qoşunları ilə birləşmək ona mümkün olmadı.
Şuşa qalası da İran qoşunlarının mühasirəsində olduğu üçün oraya girmək
mümkün deyildi.
Vəziyyət bir də ona görə gərginləşmişdi ki, xanlıq üsul-idarəsi zamanı xan
hakimiyyəti ilə sıxı əlaqədə olan yerli əhalinin ayrı-ayrı qrupları, düşmən
1
18 iyul (1825-ci il)
2 General-mayor knyaz Madatovun Hüseynqulu xana 1825-ci ildə yazdığı məktub (AKAK, c. VI, h. I, sənəd 1373,
səh. 892).
15
qoşunlarının hücumundan sonra onların tərəfinə keçdi və bir sıra köçəriləri də öz
tərəflərinə çəkdilər. Xanlıq üsul-idarəsinin ləğvindən sonra öz əvvəlki imtiyazlı
vəziyyətlərini və maddi-yaşayış mənbələrini itirmiş və sayca əhalinin
az hissəsini
təşkil edən yüzbaşılar, maaflar, kətxudalar təbəqəsi və həmçinin bəylərin bir
hissəsi köhnə qaydaları bərpa etmək istəyirdilər. Onlar elə güman edirdilər ki,
İran qoşunları gəlib köhnə idarə üsulunu və onların itirdikləri imtiyazları geri
qaytaracaqdır. Onlar qarabağlı Mehdiqulu xanın İran vəliəhdi
Abbas Mirzənin
qoşunları arasında olduğunu bilirdilər.
Bu hal Mirzə Adıgözəl bəyin vəziyyətini daha da çətinləşdirirdi. Mirzə
Adıgözəl bəy törənmiş vəziyyətdən çıxmaq üçün bir yol tapmayaraq təhlükə ilə
üz-üzə gəlmək məcburiyyətində qaldı. O, öz tərcümeyi-halında Abbas Mirzənin
qərargahına getdikdən sonra əsirlikdə rast gəldiyi bütün macəraları ətraflı bir
surətdə nağıl edir. Mirzə Adıgözəl bəyi əsir sifətilə Təbrizə göndərdilər
1
.
Abbas Mirzənin ordusu Şamxor yanında və Gəncə şəhəri yaxınlığındakı
böyük vuruşlarda məğlub olduqdan sonra İran qoşunları Araz çayının o tayına
keçdilər.
Abbas Mirzə yəqin ki, əzilmiş qoşunlarını yenidən nizama salmaq üçün vaxt
qazanmaq məqsədilə, sülh danışıqlarına başlamağa cəhd edirdi. Mirzə Adıgözəl
bəy tərcümeyi-halında yazır ki, bu məqsədlə onu Şuşaya göndərdilər.
Beləliklə,
o, əsirlikdən azad oldu. Yəqin ki, bu hadisə 1827-ci ilin əvvəllərində olmuşdur;
çünki Mirzə Adıgözəl bəy 1827-ci ilin yanvarında hələ Təbriz şəhərində əsir idi.
Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşadan Tiflisə gedərək general
A.P.Yermolov və qərargah rəisi general-adyutant İ.İ.Dibiç cənabları ilə görüşdü.
1827-ci ilin yanvar və fevral aylarında, canişin və Qafqazın əlahiddə korpusu
komandiri vəzifəsinə yeni təyin edilmiş İ.F.Paskeviçin A.P.Yermolovdan işləri
təhvil aldığı zaman, general-adyutant Dibiç Tiflisdə idi. 1827-ci il mart ayının
axırlarında A.P.Yermolovun geri çağırılmasından sonra İ.F.Paskeviç
Zaqafqaziyanın bütün işlərini idarə etməyə başladı
2
.
Maddi mənafelərinə görə,
Mehdiqulu xana tərəfdar olan Qarabağ əhalisinin müəyyən qruplarını Rusiya
tərəfinə meyil etdirmək fikrilə İ.F.Paskeviç qarabağlı Mehdiqulu xanı da Rusiya
tərəfinə çəkməyi siyasi cəhətdən məqsədəuyğun hesab edirdi.
Bu mühüm işin icrası Qarabağ, Şirvan və Şəki əyalətlərini
3
idarə edən
V.K.Madatovu 1827-ci ilin aprel ayında əvəz etmiş knyaz İ.NAbxazova
tapşırılmışdı.
1
Naməlum müəllifin Qarabağ haqqında yazdığı qeydlərlə müqayisə edin. 1829-1831-ci illər içərisində (Rus
çarizminin XIX əsrin 20-60-cı illərində Azərbaycanda müstəmləkə siyasəti, h. I, M.-L., 1936-cı il).
2
AKAK, c. VII, səh. 1.
3
Yenə orada, səh. 4.
16