qeyddə deyilir: "Şuşa əyalət məhkəməsinin iclası komendantın
sədrliyi və əhali
tərəfindən bəylər və vətəndaşlar içərisindən seçilmiş 4 iclasçının iştirakilə
aparılır. Əyalət məhkəməsi aşağıdakı işlərə baxır: a) əhəmiyyətsiz, mübahisəli və
cinayət işlərinə, b) əyalətin mədaxilini
idarə edən təsərrüfat işlərinə, c) ümumi
intizamı mühafizə etməklə əlaqədar olan əmrverici işlərə; lakin indiki vəziyyətdə
bütün bu işlərin az və ya çoxunu bir komendant idarə edir. Əyalət məhkəməsinin
isə ancaq quru bir adı vardır"
1
.
Əyalət məhkəməsinin fəaliyyəti nə qədər zəif olmuş olsa da, onun iclasçıları,
o cümlədən Mirzə Adıgözəl bəy də müəyyən dərəcədə yuxarıda göstərilən işlərlə
məşğul olmalı idilər. Bütün bunlar Mirzə Adıgözəl bəyə Qarabağın uzun, tarix
boyu keçirdiyi vəziyyətlə və bu əyalətin müxtəlif hissələrində yaşayan əhalinin
təsərrüfat
fəaliyyəti ilə, ölkənin adətləri və tarixi ilə tanış olmağa çox kömək
etmişdir. Mirzə Adıgözəl bəyin Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti onun
Qarabağ tarixinə aid olan müxtəlif məlumatlar toplaması üçün imkan yaratdı.
Əyalət idarələrini yoxlamış məmurlardan biri, kollec assessoru Zubaryev
general Paskeviçə aşağıdakı məlumatı xəbər verirdi: "Əyalət məhkəməsi heç bir
iş görməyərək ancaq quru bir məhkəmə adı daşıyır. Knyaz Abxazovun yaxın
adamı olan kapitan Mirzə Adıgözəl bütün məhkəmə işlərini öz əlinə almışdır.
Məhkəmə üzvlərinin tatar və ermənilərdən ibarət
olan hissəsi rus dilini
bilmədikləri halda, bütün jurnallar və kargüzarlıq rus dilində aparılır"
2
.
Kollec assessoru Zubaryev müfəttiş sifətilə eyalət idarələri işlərindəki
nöqsanları yoxlamaq üçün getmişdi. Buna görə də onun qeydində izah edilən işlər
mübaliğəsiz deyildir. Lakin burası aydındır ki, əyalət məhkəməsində baxılan
işlərə və qəbul edilən qərarlara Mirzə Adıgözəl bəyin böyük təsiri olmuşdur.
Kollec assessoru Zubaryevin qeydindən görünür ki, Mirzə Adıgözəl
bəy rus
dilini gözəl bilirmiş.
Yuxarıda adı çəkilən kollec assessoru Zubaryev Qarabağ haqqındakı qeydində
yazır: "Mirzə Adıgözəl bəy... öz mahalına distansiyalardan və Yelizavetpol
qəzasından qaçqınlar qəbul edir. Hal-hazırda onun yanında 350-dək belə qaçqın
ailələri vardır. Bunlar heç bir vergi vermədikləri üçün ağırlıq yerdə qalan
əhalinin üzərinə düşür"
3
.
1
1837-ci il dekabrın 19-dan sonra Nefedyevin Qarabağ əyaləti haqqında yazdığı qeyd (XIX əsrin 20-60-cı illərində
Azərbaycanda rus çarizminin müstəmləkəçilik siyasəti, c. I, M.-L., səh. 358).
2
Kollec assessoru Zubaryevin 1830-cu il 20 aprel tarixli
raportla qraf Paskeviçə
təqdim etdiyi Qarabağ əyaləti
haqqındakı qeydi (AKAK, c. VII, sənəd 211, səh. 462).
3
Yenə orada.
19
Bu adamların kim olduğu haqda əlimizdə heç bir məlumat yoxdur. Lakin
demək olar ki, bu adamlar çar inzibat idarəsinin təzyiqi altında öz kənd və
evlərini tərk etmişdilər.
Mirzə Adıgözəl bəyin XIX əsrin ikinci yarısının 30-40-cı illərindəki həyat və
fəaliyyəti haqqında əlimizdə məlumat yoxdur. 1834-cü ilin əvvəllərinə aid
tapılmış arxiv sənədlərindən görünür ki, Mirzə Adıgözəl bəy, məhkəmədə şahid
sifətilə çıxış edərək, əski yerləri üzərində öz hüquqlarını bərpa etmək istəyən
bəzi
bəyləri müdafiə etmişdir
1
.
Qarabağ əyalət məhkəmə işlərindən görünür ki, Mehdiqulu xanın idarəsi
zamanı hörmətli, möhtərəm və Qarabağ işlərini yaxşı bilən bir şəxs kimi arayış,
izahat və şəhadətdən ötrü tez-tez Mirzə Adıgözəl bəyə müraciət edirdilər.
Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti zamanı Mirzə Adıgözəl bəy
Qarabağın digər məşhur xadimi, "Qarabağnamə"nin müəllifi və vaxtilə İbrahim
xanın yanında vəzir olmuş Mirzə Camalla tez-tez görüşərmiş.
"Qarabağnamə"nin
mətnindən görünür ki, Mirzə Adıgözəl bəy poeziyanı
sevən və zamanın ən ziyalı şəxslərindən biri olmuşdur. Biliyinin genişliyi və
keçmiş mədəniyyətin görkəmli nümayəndələrinə olan dərin ehtiramı Mirzə
Adıgözəl bəydə böyük Nizaminin köhnə və tamamilə dağılmış qəbri üzərində
yeni türbə tikmək fikri oyatdı. Bu barədə A.Bakıxanov belə yazır: "Onun
(Nizaminin - V.L)
dağılmış olan çox gözəl türbəsi Gəncənin yaxınlığında indi də
durur... qarabağlı Mirzə Adıgözəl bəy onu indi bərpa edir"
2
.
A.Bakıxanovun bu sözlərindən məlum olur ki,
məqbərənin bərpa edilməsi
onun "Gülüstani-İrəm"i yazdığı vaxtda, yəni XIX əsrin 40-cı illərinin
əvvəllərində olmuşdur. Bu tarix böyük şairin anadan olmasının 700 illiyinə
təsadüf edirdi.
Mirzə Adıgözəl bəyin tikdirdiyi türbə bu əsrin əvvəllərində dağılmışdır, lakin
onun qalıqları tam düzgünlüklə Nizaminin dəfn edildiyi köhnə türbənin yerini
təyin edir.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni 1845-ci ildə, yəni yaşının 65-ə çatdığı
zamanda yazmışdır. Yəqin ki, yaşının çoxluğuna görə, əsəri
yazmaq Mirzə
Adıgözəl bəy üçün çətin olmuşdur. Buna görə də o, Salariyə müraciət edərək,
onun söylədiklərini dediyi kimi, gözəl bir ifadə ilə yazmağı ondan xahiş etmişdir.
Bu vəziyyət əsərin dilinə çox təsir etmişdir. Görünür ki, Mirzə Adıgözəl bəy
hadisələri sadə və anlaşılan dildə şərh etmişdir. "Qarabağnamə"dəki Şərq tarixi
əsərlərinə xas olan vəsflər, mübaliğələr, müqayisələr
1
Praporşik Əli bəyin Qarabağ komendantı cənab mayor və kavaler Rayterə 1834-cü il fevralın 5-də yazdığı
izahatdan tərcümə (Azərb. SSR MDTA, f. 73, siyahı 2, iş 3, vərəq 67).
2
A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1926, səh. 165.
20