140
Şairin 1942-ci ilin avqust ayında Tbilisi şəhərində Zaqafqaziya xalqlarının
antifaşist mitinqindəki çıxışı bu baxımdan böyük maraq doğurur. S.Vurğunun bu
çıxışı onu alovlu vətənpərvər, ardıcıl beynəlmiləlçi və antifaşist kimi təqdim edir. O,
əvvəlcə ölkənin təhlükə qarşısında durduğunu göstərir və faşistlərin məqsədini
açıqlayır. Ölkənin bir sıra rayonlarını müvəqqəti işğal edən düşmən indi Qafqaza
soxulmağa can atır. Düşmən qanlı əlini neft Bakısına, Azərbaycanın bərəkətli
tarlalarına uzadır. Şair bildirir ki, düşmən kinli və vəhşidir, ayaq basdığı yerlərdə
qarşısına çıxan hər şeyi yandırır, məhv edir. Düşmən şəhərlərimizin və kəndlərimizin
küçələrini dar ağacları ilə doldurmaq, torpaqlarımızı, arvadlarımızı, uşaqlarımızı
qanına boyamaq istəyir. Faşistlər milli dövlətləri, elmi və mədəni sərvətləri dağıdır,
ana dilində danışmağı, milli adət-ənənələri qadağan edir, bəşəriyyətin böyük zəkaları
tərəfindən yaradılmış əsərləri, qiymətli abidələri yandırır və dağıdırlar.
Buna görə də şair Azərbaycan xalqının nəyi müdafiə etdiyini nəzərlərə çatdırır.
O göstərir ki, Azərbaycan xalqı öz azadlığını, abad etdiyi şəhər və kəndləri, öz əlilə
tikdiyi fabrik və zavodları, neftini, pambığını və taxılını müdafiə edir. Azərbaycan
xalqı qəhrəman babalarımızın xatirəsini, onların müqəddəs məqbərələrini, qız-
gəlinlərin şərəf və namusunu qoruyur. Şair həmvətənlərinə xatırladır ki, xalqımız öz
azadlığı və istiqlaliyyəti uğrunda min illər boyu yorulmadan mübarizə etmiş, Babək
və Koroğlu kimi oğullar yetişdirmişdir. Azərbaycan torpağında, dastanlarda deyilən
qalaları və qüllələri olan keçilməz dağlar arasında xalqımızın ölməz sərkərdələri –
Cavanşir, Babək və Qaçaq Nəbi mərdliklə vuruşaraq düşmənlərimizi əzmişlər.
S.Vurğun deyir ki, Azərbaycan xalqı bu gün öz şərəfli əcdadının qəhrəman
ənənələrini davam etdirərək ən yaxşı oğullarını cəbhəyə göndərir. Vətən müharibəsi
qəhrəmanları Hüseynbala Əliyev, Kamal Qasımov, Bəxtiyar Kərimov, Məzahir
Abbasov, Midhət Ələkbərov və başqaları haqqında nəğmələr qoşulur, dastanlar
yaradılır. Şair
141
əmindir ki, öz şanlı tarixinin böyük ənənələrini davam etdirən Azərbaycan xalqı öz
torpağına, «böyük şer dühası Nizami Gəncəvinin yatdığı torpağa», «bütün Şərqdə
şöhrət qazanmış qədim şer və musiqi beşiyi olan ana yurduna» faşist ayağı dəyməsinə
imkan verməyəcəkdir.
Bu çıxışda diqqəti cəlb edən əsas cəhətlərdən biri də Zaqafqaziya xalqlarının
birliyi məsələsidir. Şair bu xalqların qədim əlaqələrinə işarə edərək deyirdi ki,
Zaqafqaziya xalqları bu gün daha bir düşmənlə – faşizmlə üz-üzə durmuşlar. «Biz
dəfələrlə düşmən qoşunlarını qırıb dağıtmış, onları Kür və Arazın coşqun sularında
qərq etmişik. Bizim ata-babalarımız Qafqaz torpaqlarını ərəblərin, monqolların və
başqa işğalçıların hücumundan qəhrəmanlıqla qorumuşlar. Bu gün xalqlarımızın şərəf
və istiqlaliyyətini yenə də müdafiə etmək zamanı gəlmişdir. Biz bu gün ümumi
düşmənimiz olan faşizmlə üz-üzə durmuşuq».(135, 200).
Şair Qafqaz xalqlarını düşmənə qarşı mübarizəyə səsləyirdi: «Qoy keçilməz
Qafqaz dağlarının dibi görünməyən dərələri nemes işğalçıları üçün məzarıstan olsun.
Mən düşmənə nifrət bəsləməyə çağırıram! Mən düşməndən amansız intiqam almağa
çağırıram! Qoy bu gün qəlbimizdə düşmənə qarşı coşan ədavət alovu düşməni
yandırıb kül etsin. Əlinə ölüm bayrağı alıb torpağımızı, yurdumuzu viran etməyə
gələn canilərə ölüm! Qana-qanla, ölümə-ölümlə cavab verməliyik!».(135, 200).
S.Vurğunun bu çıxışı Qafqazın mətbuat orqanlarında «Bizim andımız»
sərlövhəsi ilə çap olunmuşdu və burada yaşayan xalqların ümumi andı kimi səslə-
nirdi: «Biz bu gün öz doğma anamız olan Vətənimizin qarşısında and içirik ki, onun
azad və şən şəhərləri və tarlaları üzərində həmişə işıqlı səhər günəşi və Cənub
gecəsinin kəhkəşanları parlayacaqdır, yurdumuzda həmişə bahar olacaqdır. Biz bu
gün öz qəhrəman babalarımızın xatirəsinə and içirik ki, onların müqəddəs
məqbərələrini qoruyacağıq və bədnam olunmasına yol verməyəcəyik. Biz duz-çörə-
yimizə and içirik ki, öz xalqımızın şərəfini və azad əməyini qorumaq
142
uğrunda son nəfəsimizə qədər vuruşacağıq. Bizi doğan və bəsləyən anaların halal
südünə and içirik ki, uşaqlarımızı, vüqarlı Qafqazın qadın və qızlarının təmiz
namusunu faşist zabitləri və saldatlarından köksümüzlə qoruyacağıq».(135, 200-201).
Bu and ölkənin ağır günlərində Qafqaz xalqlarının özünəməxsus cəhətlərini
ifadə edirdi, onları düşmənə qarşı mübarizədə birliyə səsləyirdi. Xalq şairi Bəxtiyar
Vahabzadə bu barədə yazır: «Bu sözləri yalnız Vətən və xalq namusu ilə yaşayan
vətəndaş şair deyə bilərdi. Bu andların mənasına varaq. Şair elə şeylərə and içir ki,
onlar Qafqaz xalqları üçün hər şeydən üstündür. Şair babaların müqəddəs
məqbərələrinə, duz-çörəyə, ana südünə and içir. Məsələnin ikinci tərəfi daha
maraqlıdır. Nələri qorumaq üçün müqəddəs şeylərə and içir: azadlığı, halal zəhməti,
babaların məqbərələrini, qadın və qızların namusunu. Şair Qafqaz xalqlarının adət və
ənənələrini, psixologiyasını, ruhunu, xüsusiyyətlərini dərindən bildiyinə görə, bu
xalqlar üçün müqəddəs olan şeylərin qorunması naminə, müqəddəs şeylərə and
içir».(170, 140-141).
Müharibə illərində elm və mədəniyyət xadimləri döyüşçülərlə yaxın əlaqə
saxlayırdılar. Xalqın tanınmış nümayəndələrinin döyüşçülərlə görüşləri ruh
yüksəkliyinə səbəb olur, qələbəyə inam, düşmənə nifrət və intiqam hissləri aşılayırdı.
Leninqrad şəhərinin faşistlər tərəfindən alınması barədə şayiələr yayılan zaman
Nikolay Tixonovun radio ilə çıxışını eşidən bir partizan demişdir: «Əgər Tixonov
radio ilə çıxış edirsə, deməli, o, Leninqradda, öz vəzifəsi başındadır. O,
Leninqraddadırsa, deməli, şəhər möhkəm dayanmışdır».(216, 194).
S.Vurğunun döyüşçülərlə görüşləri, müxtəlif çıxışları, o cümlədən radio ilə
çıxışları da əsgər və zabitlərə bu cür təsir bağışlayırdı. Bunu həmin illərdə şairə
göndərilmiş yüzlərlə əsgər məktubu da sübut edir.
O vaxtlar cəbhə qəzetində işləyən, sonralar tanınmış ədəbiyyatşünas, Azərbay-
can Respublikası EA-nın müxbir üzvü mərhum Abbas Zamanov şairə göndərdiyi
məktubunda yazırdı:
Dostları ilə paylaş: |