Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə38/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

Siyasi elmlər 
 
 
- 115 -
və möhkəmlik kimi xarakterizə oluna bilər. O, sonralar "Beynəlxalq siyasə-
tin nəzəriyyəsi" kitabında stabilliyin təyin olunmasında sadəcə sistemin 
möhkəmliyi faktorunu saxladı. U.Uolfort isə sistemin sülhsevər xarakterə 
malik olması və sistemin möhkəmliyi prinsiplərinin müzakirəsinə ikimənalı 
yanaşılmasının tərəfdarı kimi çıxış etmir. “Möhkəmlik stabiliyyin başa dü-
şülməsini digər bir kateqoriyaya aid edir: öz-özünü gücləndirən tarazlıq ide-
yası. Deməli, beynəlxalq sistem sağlam və işləkdir. O, fundamental dəyişik-
liklərə  məruz qalmadan güc münasibətlərində  əsas dəyişiklikləri sınaqdan 
keçirə bilər” [12, s. 36]. 
Artıq yunipolyar sistemin formalaşdırılmasına yünəlmiş 20 illik dövr 
geridə qalıb və əgər ABŞ öz imkanlarından düzgün istifadə edərsə, təkqütb-
lü güc mərkəzi kimi ömrünü uzada bilər. Hələ bundan sonra da onilliklər 
boyu heç bir ölkənin güc faktorunun bütün elementlərinə yiyələnərək, Ame-
rika Birləşmiş  Ştatları qarşısında dominant mövqedən çıxış edəcəyi inan-
dırıcı görünmür. İki okean arasında, digər güc mərkəzlərindən fərqli olaraq
“sərhədləri məlum olmayan” aktor kimi Amerika Birləşmiş Ştatları qüvvələr 
balansının pozulması  təhlükəsini yaşamadan da öz müstəsna geosiyasi 
imkanlarını  əlində saxlayır. Alternativ qütblər statusunu qazanmaq iddi-
asında olan Yaponiya, Çin, Avropa İttifaqı  və Rusiya kimi namizədlərin 
hansının uğur əldə edəcəyinin həm də onların ABŞ-la münasibətlərinin inki-
şaf meyllərindən asılı olacağını iddia etmək mümkündür.  
M.Mastanduno və Ç.Kupçan kimi tədqiqatçıların fikrincə, təkqütblü-
lük dinamik və qeyri-stabil xarakterə malikdir. Lakin ABŞ təhlükəli situasi-
yaların qarşısını almağa heç bir səy göstərməyib, onlara qarşı etinasızlıq 
göstərir bununla da vəziyyət daha da kəskinləşir [17, s. 58]. Akademik 
R.Mehdiyev mövcud dünya sisteminin əvvəlikilərdən müəyyən dərəcədə 
fərqləndiyini, lakin çoxqütblülüyün yeni dünya nizamında yeganə mümkün 
vasitə olduğunu qeyd edir. “Multiliteralizmin üstünlüyü ondan ibarətdir ki, o 
beynəlxalq münasibətlərin təsisatlar və ya rejimlər çərçivəsində tənzimlən-
məsini, təhdid və risklərə ümumi, kollektiv cavabların hazırlanmasını, döv-
lətlərin azad və müstəqil siyasət yeritməsinə imkan verən əməkdaşlıq çərçi-
vəsi rolunu təmin edir” [8, s. 9]. Qloballaşmanın verdiyi imkanlardan fayda-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 116 -
lanaraq təkqütblü dünyanın formalaşdırılmasına edilən cəhdlər isə özlüyün-
də təhdid və təhlükələrin əsas daşıyıcısıdır.  
U.Uolfort isə əks görüşü müdafiə edir. Yəni, təkqütblülüyün möhkəm 
əsasa malik olmasını və sülhsevər olduğunu iddia edir. “Əsas təhdid ondan 
ibarətdir ki, Birləşmiş Ştatlar bu məsələlərdə xeyli uğursuzluq nümayiş etdi-
rir. Qeyd-şərtsiz bir üstünlüyə malik olaraq ABŞ beynəlxalq sistemə  və 
onun başlıca prinsiplərinə hörmətsiz yanaşan bir çox ölkədən fərqli olaraq 
daha artıq dərəcədə sərbəst fəaliyyət göstərir. Çünki mövcud sistem Birləş-
miş Ştatların qüdrətinin təsiri ilə formalaşmışdır və bu da Amerikadan daha 
çox fəaliyyət tələb edir” [28, s. 26]. 
Təkqütblülük elə bir strukturdur ki, hər hansı ikinci bir dövlətin im-
kanları status-kvonu pozmaq üçün yetərli potensiala və imkana malik deyil-
dir. Təkqütblü sistemin tərəfdarlarının fikrincə, bu strukturun əsas üstünlüyü 
ondan ibarətdir ki, o, ikiqütblülükdən, yaxud sistemə üç və daha çox aktorun 
aktiv təsir imkanlarını ehtiva edən çoxqütblülükdən asılı olmayaraq funda-
mental  şəkildə inkişaf edir. Bu yanaşma güc nəzəriyyəsinin yeni reailst 
məntiqindən doğur, lakin o qüvvələr balansı haqqında klassik düşüncə tərzi 
ilə bir nöqtədə kəsişir [10, s. 82]. 
 
Mövcud strukturu təkqütblü hesab etmək olarmı? 
Bu sualın cavablandırılması üçün beynəlxalq sistemdə gücün əsas ele-
mentlərinin göstəricisi  əsasında qüvvələr balansının vəziyyətini qiymətlən-
dirmək zəruridir. Həmçinin, mövcud vəziyyəti müxtəlif dövrlərdə güc mər-
kəzlərinin potensial imkanları ilə müqayisə etmək lazımdır. Beynəlxalq mü-
nasibətlərdə indiyədək müşahidə olunan həm çoxqütblü, həm də ikiqütblü 
sistem vəziyyəti üçün ən uyğun nümunələr kimi müvafiq olaraq Britaniya 
dövrü (Pax Britannica) və Soyuq müharibə dövrlərini ayırmaq mümkündür. 
Doğrudur, 1910-cu ildə Almaniya Avropanın ən güclü dövləti idi, ABŞ isə 
bir çox parametrlərə görə 1960-cı ildə dünyanın ən güclü dövləti hesab edi-
lirdi. Lakin onlardan heç birini təkqütblü güc mərkəzi hesab etmək olmazdı. 
Çünki Soyuq müharibə dövründə artıq dünyanın həm fiziki, həm də ideoloji 
baxımdan iki qütbə bölünməsi reallıq idi. Hətta, Fransa, Britaniya, Almani-


Siyasi elmlər 
 
 
- 117 -
ya, Yaponiya və Çin kimi digər böyük güclər də bu iki qütb ətrafında birləş-
məli olmuşdular. 
Hər iki dövrdə xüsusilə 1860-70-ci və 1945-55-ci illəri xüsusilə fərq-
ləndirmək mümkündür. Çünki həmin tarixlər güc faktorunun ən aparıcı ele-
mentlərinin konkret mərkəzlərdə daha real şəkildə önə  çıxdığı dövrlər 
olmuşdur.  
Güc balansının qütblər şəklində mərkəzləşməsi məsələsində dövlətlər 
güc faktorunun bütün komponentlərini dəqiqliklə hesablamalıdırlar. K.Uolt-
za görə bunlar – əhalinin sayı və ərazinin həcmi; xammal ehtiyatları; iqtisadi 
imkanlar; hərbi güc və hərbi "səriştə"dir [26, s. 131]. 
Reallıq ondan ibarətdir ki, tarixin müxtəlif mərhələlərində formalaş-
mış müxtəlif strukturlarda sistemin stabilliyini qorumaq və inkişaf etdirmək 
mümkün olmamışdır. İki supergüc faktorunun mövcud olduğu Soyuq müha-
ribə dövrünün də gərginlik və toqquşmalarla yadda qalması və sona çatması 
onu göstərdi ki, ikiqütblü dünyada paritetliyin təmin olunmasından və sabit-
likdən  əminliklə danışmaq mümkün deyildir. Ötən  əsrin 70-ci illərində iki 
qütb arasında paritetlik əsasən təmin onlunsa da, beynəlxalq sistemdə  gər-
ginliyi azaltmaq və əsaslı stabilliyi təmin təmin etmək mümkün olmamışdır. 
Əsas səbəb, iqtisadi, siyasi və texnoloji rəqabət mühitində sistemin daha çox 
ideoloji qarşıdurmaya  əsaslanması olmuşdur. Sovet İttifaqının qüdrətinin 
Birləşmiş Ştatlarla müqayisə edilməsinə şübhə ilə yanaşan K.Uoltz 1970-ci 
illərin axırlarında “Beynəlxalq münasibətlər nəzəriyyəsi” kitabında yazırdı: 
“Müasir tarixə qədər heç bir nəhəng güc digər bir qüvvə üzərində iqtisadi və 
texnoloji liderliyin belə geniş üstünlüyündən həzz almamışdır” [26, s. 201]. 
XX əsrin 80-ci illərində Qərb siyasi və elmi dairələrində ABŞ-ın get-
dikcə artan qüdrəti müzakirə obyektinə çevrilməyə başlamışdı. Bir neçə 
alim Birləşmiş Ştatların kəmiyyət və keyfiyyət üstünlükləri üzərində tədqi-
qatlar aparırdılar. B.Rasset, S.Hantinqton və S.Streync kimi tədqiqatçılar 
ötən  əsrin sonlarına doğru ABŞ-ın dünyadakı mövqeyini İngiltərənin XIX 
əsrin ortalarındakı vəziyyəti ilə müqayisə edirdilər. B.Rassetin gəldiyi qəna-
ət belə idi ki, “Amerika Birləşmiş Ştatları Birləşmiş Krallığın XIX əsrdə əl-
də edə bilmədiyi bir səviyyədə dominantlığın bütün göstəricilərini qoruyub 
saxlamağı bacardı” [21, s. 211]. C.Nay və H.Nau 1990-cı ildə apardıqları 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə