Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 102 -
haqqında ortaq razılığa da gəlmişlər. Bu “memorandum” mütəxəssislərin
fikrinə görə, əslində üç ölkənin Azərbaycana qarşı birgə təxribatından başqa
bir şey deyildi və heç bir ciddi beynəlxalq hüquqa əsaslanmırdı («Россий-
ская газета», 1997, 7 декабря).
1999-cu ildə Türkmənistan prezidenti Xəzərin statusu ilə bağlı yeni-
dən “milli sektor” mövqeyindən çıxış etməyə başlayır. Xəzər dənizinin
Türkmənistana “məxsus” milli sektorundakı neft-qaz məhsullarıınn mənim-
sənilməsini öz ölkəsinin əsas vəzifələrindən biri elan edən o zamankı Türk-
mənistan prezidenti, “ölkəsinin iqtisadi resurs bazasını artırmaq məqsədilə
dənizin Türkmənistan sektorunda xarici şirkətlərlə birgə iş aparmağın əhə-
miyyətindən” danışmağa başlayır və hətta, mütəxəssisləri Azərbaycan sek-
torundakı bəzi yataqların da “mənsubiyyətini” araşdırmağa çağırır («Нейт-
ральный Tуркменистан», 1999, 14 aвгуста).
Göründüyü kimi, Türkmənistan Xəzərin statusuna dair danışıqların il-
kin mərhələsində qeyri-müəyyən mövqe nümayiş etdirirdi. O, bir tərəfdən
Xəzərin milli sektorlarla bölünməsinin vacibliyini bəyan edir, digər tərəf-
dənsə “dənizdən birgə istifadə” (kondominum) prinsipinin əsas götürülməsi
ideyalarını dəstəkləyirdi.
1997-ci ildən etibarən Türkmənistan birgə istifadə ideyasını gündəm-
dən çıxararaq, bu sahədə yalnız milli sektorlarla bölünmə təşəbbüslərini
dəstəkləməyə başlayır. Lakin onun Azərbaycandan “milli sektor“ yanaşma-
sındakı əsas fərqi Xəzərin bölünməsi zamanı istifadə edilməsi nəzərdə tutu-
lan “orta xətt” prinsipinə özünəməxsus tərzdə yanaşmasıdır. Türkmənistan
hazırda vaxtilə Azərbaycanın irəli sürdüyü və Rusiya, Azərbaycan və Qaza-
xıstan arasındakı sazişlərin əsasını təşkil edən “orta xətt” metodikasını bə-
yənmir və onu öz ölkəsi üçün qeyri-məqbul hesab edir. Məhz bu fərqə görə
də, bu ölkə uzun müddətdir ki, sahilyanı dövlətlərin status istiqamətindəki
bütün hərəkətlərini “birtərəfli və beynəlxalq hüquqa zidd addım” kimi
dəyərləndirir.
Xəzərin statusunun müəyyən edilməsində Türkmənistanın Xəzərdəki
bəzi yataqlarla bağlı Azərbaycana qarşı bir sıra iddialarla çıxış etməsi də,
gərginliyin əsas mənbələrindən birini təşkil edir. Qeyd edək ki, hələ 1997-ci
ilin yayında İslam Konfransı Təşkilatının Aşqabadda keçirilən Sammitində
Siyasi elmlər
- 103 -
Türkmənistan rəhbərliyi Azərbaycan tərəfinə guya sovet dönəmindən qalmış
“dəniz sərhədlərinin delimitasiyası” xəritəsini təqdim edərək, «Azəri» və
«Çıraq» yataqlarının Azərbaycanın deyil, Türkmənistanın sektorunda oldu-
ğunu sübut etməyə çalışmış və müəyyən kompensasiya müqabilində bu ya-
taqlara iddiadan əl çəkməyə hazır olduğunu bildirmişdir. Əsas iddia isə,
türkmənlərin «Sərdar» adlandırdıqları «Kəpəz» yatağı ilə bağlı idi. Qeyd
edək ki, təxmini hesablamalara görə, bu yataqda 80 milyon tondan artıq neft
ehtiyatı vardır. 1997-ci ilin yayında Azərbaycan Dövlət Neft Şirkəti ilə
Rusiyanın «Lukoyl» və «Rosneft» şirkətləri arasında «Kəpəz»in istismarına
dair sazişin imzalaması o dövrdə rəsmi Aşqabadın sərt reaksiyası ilə qarşı-
lanmışdı. Həmin il avqustun 31-də Rusiya hakimiyyəti Türkmənistanın irad-
larını nəzərə alaraq, Azərbaycanla imzaladığı müqaviləni birtərəfli qaydada
dondurdu. Cəmi 1 gün sonra – sentyabrın 1-də Türkmənistan həmin yatağın
istismarına dair qeyri qanuni tender elan etdi və ABŞ-ın «Mobil» şirkətini gu-
ya “tenderin qalibi” elan etdi. Amma bu dəfə rəsmi Bakı anlaşmanın reallaş-
masına imkan vermədi və Azərbaycanla münasibətləri korlamaq istəməyən
«Mobil» şirkəti Türkmənistanla hər hansı saziş imzalamaqdan imtina etdi.
Türkmənistanla Azərbaycan arasında yaranmış problemin aradan qal-
dırılması üçün hər iki ölkənin rəhbərliyi bir sıra addımlar atsa da, danışıqlar
bu günə qədər nəticə verməyib. 1997-ci ilin dekabrında iki ölkə prezidentlə-
rinin Tehrandakı görüşündə sərhədlərin müəyyənləşdirilməsinə dair ikitərəf-
li komissiyanın yaradılması qərara alındı. Prezident Heydər Əliyevin 1998-
ci il yanvarın 16-da imzaladığı sərəncamla Türkmənistanla danışıqlara dair
xüsusi ekspert qrupu yaradıldı, yanvarın 18-də isə türkmən prezidenti Sapar-
murad Niyazov analoji sərəncam imzaladı. 1998-ci il fevralın 5-də ekspert
qrupunun Aşqabadda ilk görüşü baş tutdu. Lakin nə Aşğabad görüşü, nə də
martın 30-da Bakıda keçirilmiş danışıqlar heç bir ciddi nəticə vermədi. Son-
rakı illərdə də iki ölkə arasında aparılan danışıqlar “Kəpəz”in taleyinə heç
bir aydınlıq gətirmədi. 2007-2009-cu illərdə Azərbaycan Prezidenti İlham
Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasın-
da keçirilmiş görüşlər və danışıqlar münasibətlərə müəyyən konstruktivlik
gətirsə də, hələ də iki ölkə arasındakı münasibətlərdə Xəzər dənizi ilə bağlı
ortaq nöqtələr tapılmayıb. Hazırda tərəflər arasında “Kəpəz” in birgə istis-
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 104 -
marı və orta xəttin müəyyən edilməsi ilə bağlı kompromis bir variant mü-
zakirə edilməkdədir. Proqnozlara görə bu ideya ətrafında gləcəkdə iki ölkə
arasında razılığa gəlinəcəyi real görünməkdədir. Türkmənistan-Azərbaycan
münasibətlərindəki hazırkı qeyri-müəyyən durumda Azərbaycanın geosiya-
si, geoiqtisadi və beynəlxalq mövqeləri daha möhkəm görünür. Rusiya və
Qazaxıstanla su sərhədlərini müəyyənləşdirmiş Azərbaycan, Türkmənistanla
bu sahədəki bəzi problemlərə baxmayaraq, Xəzərdə öz geoiqtisadi maraqla-
rına uyğun addımlar atmaqda daha iradəli, imkanlı və sərbəstdir. Rusiya ilə
Qazaxıstanın da bu mübahisədə faktiki olaraq, Azərbaycanın qeyri-rəsmi
müttəfiqi rolunda çıxış etməsi Aşqabadın manevr imkanlarını bir qədər
məhdudlaşdırır.
Beləliklə göründüyü kimi, Xəzərin statusunun müəyyən olunması ilə
bağlı keçən illərdə bütün hövzə ölkələrinin maraqlarına toxunan və onların
iştirakı ilə müzakirə olunan bir neçə əsas və bir neçə qeyri-əsas yanaşma
mövcud olmuşdur. Bunlardan ən çox diqqət çəkən dörd təklif aşağıdakılar-
dır:
•
Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafında
yerləşən beş ölkənin milli ərazislərini birləşdirən, xarici su hövzələri ilə cay
vasitəsilə əlaqəsi olan, unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin “Dəniz
hüquqları haqqında” Konvensiyasının bütün tələbləri onun statusunun mü-
əyyən olunmasına və xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçiril-
məsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə dənizin dibi və səthi orta xətt
prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda bey-
nəlxalq hüquqa uğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.
•
İkinci yanaşma, Rusiya və İranın irəli sürdüyü yanaşma idi. Bu
təklif tərəfdarları Xəzəri «qapalı su hövzəsi» adlandıraraq, “Dəniz hüquqları
haqqında” BMT Konvensiyasının tələblərinin ona tətbiq edilməsinin qeyri
mümkünlüyünü iddia edir, hər hansı ölkənin öz iqtisadi zonasında müstəqil
fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su
hövzəsinin “ümumi istifadəsi tələblərinə” əməl etmələrini tələb edirlər.
•
Üçüncü təklif, İran tərəfindən irəli sürmüş və Xəzərin beş bərabər
hissıyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda Türkmənistanın da
dəstəyini qazanmış abstrakt bir layihə idi. Bu variant nəinki heç bir yerli və
Dostları ilə paylaş: |