Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

 
 
- 127 -
 
  
 
Elmi-fəlsəfi həyat  
 
 
 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  
“Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və  
dialoq fəlsəfəsi”  
 
7-9 aprel, 2011-ci il, Bakı 
 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 
7-də Bakı Biznes Mərkəzində “Müasir dünyada mədəniyyətlərin müxtəlif-
liyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.  
AzərTAc xəbər verir ki, tədbirdə Avropa, Afrika, Asiya ölkələrindən 
olan filosof alimlərlə yanaşı, Azərbaycan alimləri də iştirak edirlər. Müxtəlif 
mədəniyyətlər arasında dialoq fəlsəfəsinin işlənib hazırlanması, xalqlar ara-
sında əməkdaşlığın təsirli formalarının təşəkkülünə şərait yaradan universal 
və lokal dəyərlərin əlaqələndirilməsi problemlərinin müzakirəsi konfrans iş-
tirakçılarının diqqət mərkəzindədir.  
Tədbir Azərbaycan fəlsəfə elminin nailiyyətlərini  əks etdirən video-
çarxın nümayiş etdirilməsi ilə başlandı.  
Rusiya Elmlər Akademiyası  Fəlsəfə  İnstitutunun direktoru akademik 
Əbdülsalam Hüseynov öz çıxışında mədəniyyətlərin dialoqunda fəlsəfənin 
xüsusi rolunu vurğulayaraq bildirmişdir ki, mədəniyyətlərin dialoq rejimin-
də qarşılıqlı  təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. O demişdir: 
“Bu, təkcə fəlsəfənin özünün dialoq potensialı ilə deyil, həm də mədəniyyə-
tin özündə  fəlsəfənin xüsusi rolu ilə bağlıdır”.  Ə.Hüseynov vurğulamışdır 
ki, fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq 
üçün intellektual zəmin yaradır.  
“Mədəniyyətlərin dialoqu fəlsəfi refleksiya kontekstində” mövzusun-
da məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, So-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 128 -
siologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə demişdir ki, 
müasir dünyada qloballaşma prosesi əsasən iqtisadi proseslərlə, informasi-
ya-kommunikasiya texnologiyaları ilə bağlıdır, “lakin bütün xalqlar başa dü-
şürlər ki, mədəniyyətsiz tərəqqi ola bilməz”. Alim vurğulamışdır ki, qlobal-
laşma  şəraitində  mədəniyyət fəlsəfəsini inkişaf etdirmək zəruridir. Qlobal-
laşma dövründə hər bir xalqın mentalitetində müəyyən dəyişikliklər baş ve-
rir, bu isə bütövlükdə  cəmiyyətdə  dəyişikliklərə  gətirib çıxarır. Alim buna 
nümunə kimi son vaxtlar Azərbaycanda müşahidə edilən sosiomədəni mo-
dernləşmə prosesini göstərmişdir.  İ.Məmmədzadənin qeyd etdiyi kimi, bu 
onu göstərir ki, Azərbaycan cəmiyyətdə sosiomədəni dəyişiklikləri qəbul 
edir və buna hazırdır. 
Türkiyədən gəlmiş filosof-alim, professor Kənan Gürsoy qloballaşma 
dövründə mədəniyyətlərin müxtəlifliyinin və birgəyaşayış etikasının mahiy-
yətini açıqlamışdır. Mədəniyyətlərarası dialoqda fəlsəfənin mühüm rolundan 
söhbət açan K.Gürsoy demişdir ki, mədəniyyətlərin müxtəlifliyinin dərk 
edilməsində, onların ümumi təmas nöqtəsinin tapılmasında fəlsəfə müstəsna 
rol oynayır. 
Azərbaycan Fəlsəfə və Sosial Siyasət Assosiasiyasının idarə heyətinin 
sədri professor Səlahəddin Xəlilov konfrans iştirakçılarının diqqətini “sivili-
zasiya” və “mədəniyyət” anlayışları arasında fərq qoyulmasının zəruriliyinə 
cəlb etmişdir. O vurğulamışdır ki, əslində müxtəlif sivilizasiyalar yoxdur, si-
vilizasiya bütün bəşəriyyət üçün eynidir və bəşəriyyət də onu qoruyub sax-
lamalıdır. Mədəniyyətlərə  gəldikdə isə, S.Xəlilovun fikrincə, onlar tarixi 
prosesləri, ayrıca götürülmüş hər bir xalqın milli mənlik şüuru ilə bağlı ha-
disələri özündə əks etdirir. Bu mənada dialoq sivilizasiyalar arasında deyil, 
yalnız mədəniyyətlər arasında ola bilər.  
Sonra Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Fəlsəfə və 
Politologiya  İnstitutunun direktoru Əbdülmalik Nısanbayev, Belarus Milli 
Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru Anatoli Lazareviç, Rusi-
ya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov məru-
zələrlə çıxış etmişlər. Alimlər müasir fəlsəfənin problemlərinə diqqəti cəlb 
etmiş, cəmiyyətin sosial, siyasi, mədəni problemlərinin həllində  fəlsəfənin 
rolunu artırmağın zəruri olduğunu vurğulamışlar. Belə bir fikir səslənmişdir 


Elmi-fəlsəfi həyat 
 
 
- 129 -
ki, müasir dünyada dialoq bəşəriyyətin salamat qalması üçün ən mühüm 
vasitədir.  
 
 
AzərTAc 
 
 
 
“Kamillik” mövzusunda elmi-fəlsəfi seminar 
 
04 yanvar 2011-ci il, Bakı 
 
Yanvar ayının 4-də Fəlsəfə Dünyasında “Kamillik” mövzusunda elmi-
fəlsəfi seminar keçirildi.  
Tədbirdə Prof.Dr. Səlahəddin Xəlilov, Prof.Dr. Cavad Heyət, Prof. Dr. 
Fərman  İsmayılov, Prof. Dr. Aydın  Şirinov, Prof. Dr. Könül Bünyadzadə, 
Dos.Dr. Lətafət Hümmətova, Dos.Dr. Vəsilə Hacıyeva, Dr. Eltac Yüzbaşov, 
Dr. Bəhram Həsənov, Dr. Rəşad  İlyasov, Amerika, Türkiyə  və  İrandan 
gəlmiş qonaqlar, aspirant və magistrlar iştirak edirdi. 
Seminarı giriş sözü ilə Prof.Dr. Səlahəddin Xəlilov açdı  və  fərdi ka-
milliklə ictimai yetkinliyin əlaqəsindən bəhs etdi. Belə ki, iki fərqli proses 
bir-birini tamamlamalıdır. Bir tərəfdən, ayrı-ayrı insanlar kamilləşməli, in-
tellektual və mənəvi keyfiyyətlərin vəhdətinə nail olmalıdırlar. Digər tərəf-
dən də, ictimai təşkilatlanma səviyyəsi elə yüksək olmalıdır ki, əhalinin bir 
millət olaraq formalaşması həyata keçsin.  
İnsanı  səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları, 
intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu 
əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki 
sərvətlər bütün insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə 
mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoru-
yub saxlayırlar. Lakin əsas birləşdirici amil milli ideya, milli fəlsəfi fikirdir. 
Milli fəlsəfi fikir dövlətçiliyin təməl daşlarından biridir. Özünü dərk etmə-
yən xalqın Vətən idealı ola bilməz.  
Vətənə  şüurlu sevgi, milli özünüdərk və  fərdi fəaliyyətlərin bu kon-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə