Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 130 -
tekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur. Və bunu hər 
bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof 
olub sonra fəaliyyət göstərə bilməz. Millətin, vətənin elmi-fəlsəfi özünüdərk 
konsepsiyası bütün millətlər deyil, milli intellektin səfərbər olunması sayə-
sində, milli filosoflar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlanmalı 
və geniş kütlələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dildə yox, 
elmi-kütləvi, fəlsəfi-publisistik, poetik dildə, bədii obrazlar vasitəsilə,  ədə-
biyyatın, sənətin, kütləvi informasiya vasitələrinin bütün mümkün imkanla-
rından istifadə etməklə! 
Sonra S.Xəlilov Fəlsəfə Dünyasının qonağı olan Prof.Dr. Cavad He-
yəti fərdi kamilliyə bir nümunə kimi göstərdi və onun haqqında çıxmış “Ka-
millik zirvəsi” kitabını seminar iştirakçılarına təqdim etdi. 
Söz Cavad Heyətə verildi və o, öz şəxsi fəaliyyəti timsalında bir hə-
kim-mütəxəssis kimi gördüyü işlərlə yanaşı, öz milləti üçün, onun tarixinin, 
ədəbiyyatının tədqiqi və  təbliği naminə gördüyü işlərdən bəhs etdi. İranda 
Azərbaycan dilində çap olunan ilk jurnal olan “Varlığın” necə yaranmasın-
dan, bu jurnalın əsas məqsədlərindən danışdı. Və hər bir millətin özünüdərk 
səviyyəsinə  gəlib çatması üçün ana dilinin, ədəbiyyatın böyük əhəmiyyəti 
ilə yanaşı, milli fəlsəfi fikrin də zəruri olduğunu əsaslandırmağa çalışdı.  
Daha sonra Prof.Dr. Fərman  İsmayılov və Prof.Dr. Aydın  Şirinov 
cəmiyyətin mənəvi həyatında milli fəlsəfi fikirlə yanaşı, elmi biliklərə, bö-
yük filosofların əsərlərinə yiyələnməyin də mühüm rol oynadığını vurğula-
yaraq bir sıra tarixi faktlar və ibrətamiz hadisələr üzərində dayandılar. 
F.İsmayılov müasir Avropa mədəniyyətinin formalaşmasında Qərb fəlsəfi 
fikrinin təməl kimi çıxış etdiyini və bütün diğər xalqların da özünüdərk mər-
hələsində klassik fəlsəfi fikrə müraciət etməli olduqlarını göstərdi.  
Tələbə  və aspirantlar onları maraqlandıran məsələlər barədə suallar 
verdilər və mövzu ətrafında geniş müzakirə aparıldı. 
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə mükafatlar verildi, 
xatirə şəkilləri çəkildi.  
 
 
 


Elmi-fəlsəfi həyat 
 
 
- 131 -
Eşq − ağıl və ehtiras kontekstində”  
mövzusunda elmi-fəlsəfi seminar 
 
22 yanvar 2011-ci il, Bakı 
 
Yanvar ayının 22-də Fəlsəfə Dünyasında “Eşq − ağıl və ehtiras kon-
tekstində” mövzusunda elmi seminar keçirildi.  
Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Şahlar Əsgərov, Prof. 
Dr. Fərman İsmayılov, rəssam-şair Məmməd Dəmirçioğlu, Dos. Dr. Rüstəm 
Kamal, Dos. Dr. Nuridə Novruzova, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. 
Lətafət Hümmətova, Dr. Mətanət Abdullayeva, Dr. Eltac Yüzbaşov, Dr. 
Bəhram Həsənov, Fəranək Bəvardeh, Türkiyə və  İrandan gəlmiş qonaqlar
aspirant və magistrlər iştirak edirdilər.  
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. Öncə ter-
minlərin düzgün müəyyənləşdirilməsinin vacibliyini vurğulayan və cavab-
lardakı müxtəlifliyin də elə məhz terminlərin fərqli mənalarda işlədilməsin-
dən irəli gəldiyini qeyd edən S.Xəlilov ağlın da, ehtirasın da iki fərqli mərtə-
bəsi olduğunu və bundan asılı olaraq eşqin bu iki məntəqədən məsafəsinin 
də  dəyişkən olduğunu bildirdi. Yəni eşq bu dünyada ancaq bir cür olmur. 
Bəzən ehtiras bol olur və ağıl sıxışdırılır. Bəzən də əksinə. Hər halda ağıl sa-
dəcə ölçüb-biçmək mənasında deyil, kamillik kimi başa düşüləndə, o, mə-
həbbətin davamlı olmasını təmin edən əsas şərtlərdən biridir. S.Xəlilov qeyd 
etdi ki, cavab verənlər əsasən ya ağlı tamamilə istisna edən ehtiras məqamı-
nı, ya da hər cür ehtirası istisna edən soyuq ağıl məqamını önə çəkmiş və eş-
qin özünün kamillik üçün bir şərt olduğunu nəzərdən qaçırmışdılar. Bununla 
belə professor cavablar arasında çox qiymətli fikirlər olduğunu qeyd etdi.  
 Daha sonra prof. Ş.Əsgərov müasir gəncliyin ümumi dünyagörüşünün 
aşağı olmasından və onların hərtərəfli inkişafı üçün ziyalıların üzərinə bö-
yük məsuliyyət düşməsindən bəhs etdi və “Fəlsəfə Dünyası”nın keçirdiyi bu 
tədbiri yüksək qiymətləndirdi.  
Prof. F.İsmayılov Qərb fəlsəfəsində eşq konsepsiyasının xeyli dərəcə-
də  fərqli olduğunu və Z.Freydin təliminin böyük əhəmiyyətini vurğuladı. 
Bununla belə  ən düzgün yolun Qərb və  Şərq baxışlarının sintezində 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 132 -
axtarılmalı olduğu ilə razılaşdı.  
Tənqidçi-alim Rüstəm Kamal, Dr. N.Novruzova, Dr.M.Abdullayeva 
çıxış edərək  Şərq  ədəbiyyatında qəbul olunmuş  eşq konsepsiyasının üstün 
cəhətlərindən, ilahi eşq təlimindən bəhs etdilər. Bununla yanaşı gənclərimiz 
üçün praktik həyatda istiqamət verə biləcək təlimlərə  də ehtiyac olduğunu 
vurğuladılar.  
Tədbirdə  iştirak edən  şair M.Dəmirçioğlu, gənc  şairə Göyərçin mə-
həbbət mövzusunda yeni şeirlərini oxudular, Dr. S.Sadıqova özünün "Kaina-
tın naxışları" adlı yeni illüstrasiyalar kataloqunu nümayiş etdirdi.  
Tələbə  və aspirantlar onları maraqlandıran məsələlərlə bağlı suallar 
verdilər, mövzu ətrafında geniş müzakirə aparıldı. 
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və 
mükafatlar verildi, xatirə şəkilləri çəkildi. 
 
 
“Fərd və toplum”  
mövzusunda elmi-fəlsəfi seminar 
 
5 fevral 2011-ci il, Bakı 
 
Fevral ayının 5-də Fəlsəfə Dünyasında “Fərd və toplum” mövzusunda 
elmi-fəlsəfi seminar keçirildi.  
Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova, 
Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Aydın Şi-
rinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dr. Eltac 
Yüzbaşov, TEDx-ın Bakı təmçilçiləri, Türkiyə və İrandan gəlmiş qonaqlar, 
aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.  
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi 
ki, bugünkü seminarın mövzusu Fəlsəfi Diskursda qoyulan “damla, ya dər-
ya” dilemmasının beş mümkün həll variantından biridir. Damla öz siması və 
mənası olan müstəqil bir varlıq kimi başa düşüləndə və dərya da sonsuz de-
yil, sonlu, lakin çox böyük tərəf kimi götürüləndə, fərd-toplum münasibəti 
də damla-dərya münasibətinin xüsusi halına çevrilir. Fəlsəfi Diskursda qo-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə