Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə33/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

Siyasi elmlər 
 
 
- 99 -
mətləndimir, həm də  dənizdə  gəmiçiliyin, balıqçılığın inkişafına, sahilyanı 
ölkələr arasında sərhədlərin müəyyən edilməsinə və s. ciddi problemlər ya-
radacağına işarə vuraraq, onun mövqeyi ilə heç bir Xəzər ölkəsinin razılaşa 
bilməyəcəyini proqnozlaşdırırlar. Tədqiqatçılar bu ölkənin Xəzərin statusu 
ilə bağlı nümayiş etdirdiyi mövqeyinin aşağıdakı bir neçə prinsipə 
əsaslandığını qeyd edirlər. 
1.
 
İran istəyir ki, dəniz sahilyanı ölkələr arasında bölünsə  də, hər 
hansı ölkə digər sahilyanı dövlətlərin razılığını almadan öz sularından 
sərbəst istifadə edə bilməsin; 
2.
 
Qonşu ölkələrin  əksəriyyəti ilə  İranın birbaşa dəniz sərhədi 
yaransın; 
3.
 
Xəzərin hərbiləşdirilməsinə yol verilməsin; 
4.
 
Ekoloji problemlər adı ilə  Xəzərin dibi ilə neft-qaz kəmərlərinin 
çəkilməsinə mane olunsun; 
5.
 
Sahilyanı ölkələr arasındakı problemlərin həllində regiondankənar 
dövlətlərin iştirakı məhdlaşsın; 
6.
 
İranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlətlərinin hövzədə 
möhkəmlənməsinin qarşısı alınsın və s. 
İran həm də  Xəzər bölgəsində Azərbaycanın reallaşdırdığı transmilli 
enerji layihələrinə  və xarici şirkətlərin bu işdəki iştirakına çox həssas 
yanaşır. Təbii ki, bu məsələdə onun daha çox Azərbaycanla deyil, Qərb 
ölkələri ilə, xüsusən də ABŞ-la kəskin münasibətləri əsas rol oynayır. İranla 
Rusiyanın regiondakı geosiyasi proseslərə yanaşmada uzun müddət eyni 
mövqedən çıxış etməsi də  əsasən son amillə bağlıdır.  İran da Rusiya kimi 
istəyir ki, Xəzərin hüquqi statusu məsələsi nə qədər mümkündürsə uzansın, 
bu ölkənin Qərblə münasibərlərinin taleyi tam aydın olmayana qədər bəhs 
olunan məsələ  həll edilməsin və deməli, başqa Xəzərətrafı dövlətlərin 
geoiqtisadi maraqları İranın Qərblə əlaqələrinin girovuna çevrilsin. 
Bir faktı da qeyd etmək lazımdır ki, İranın Xəzərin statusu ilə bağlı 
mövqeyində 1992-ci ildən indiyədək demək olar ki, heç bir ciddi dəyişiklik 
baş verməmişdir. 
Xəzər sahilinin Mərkəzi Asiya hissəsini iki Orta Asiya ölkəsi - Qaza-
xıstan və Türkmənistan təmsil edir. Qazaxıstanın Xəzərdəki karbohidrogen 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 100 -
ehtiyatlarının miqdarı ilə bağlı bir-birini təkzib edən rəqəmlər olmasına 
baxmayaraq, mütəxəssislərin fikirinə görə – bu ölkənin Xəzərdəki milli sek-
toru öz karbohidrogen resursları ilə digərlərinə nisbətən daha zəngindir. 
Təkcə onun Xəzərdəki “Tengiz” yatağının neft ehtiyatları bir çox mütəxəs-
sislər tərəfindən 6-9 milyard barel miqdarında qiymətləndirilir. 
Xəzərin statusu məsələsində 1993-cü ildən başlayaraq Azərbaycanın 
ən yaxın müttəfiqi qismində Qazaxıstan Respublikası çıxış edir. Digər sahil-
yanı ölkələrdən fərqli olaraq, Qazaxıstanın Azərbaycanla münasibətləri ke-
çən dövrdə yalnız yüksələn xətt üzrə inkişaf etmiş və hər iki ölkə həm Xə-
zərin hüquqi statusu, bölgənin yeni transmilli ixrac kəmərləri məsələsi, həm 
də  dənizin mineral ehtiyatlarının istismarı  və enerji daşıyıcılarının dünya 
bazarlarına çıxarılması sahəsində eyni və ya oxşar mövqedən çıxış etmişlər. 
Bu gün məhz Azərbaycan, Rusiya və Qazaxıstanın Xəzərin dibinin 
bölünməsinə dair imzaladığı ikitərəfli və üçtərəfli sazişlər, problemin həlli 
istiqamətində vacib amilə çevrilib. Təsadüfi deyil ki, 2004-cü ilin mart 
ayında Qazaxıstana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyev Xəzərin statusu məsələsinin həllində  məhz Bakı, Moskva və 
Astananın rəsmi mövqelərinin, üç ölkə başçılarının imzaladığı ikitərəfli və 
üçtərəfli sazişlərin əsas götürülməsini vacib saymışdır. 
Xəzərin statusu məsələsində Qazaxıstanın mövqeyi sadə  və konkret-
dir. Qazaxıstana görə, dənizin dibi ölkənin quru ərazisinin geoloji davamıdır 
və onun milli suverenliyin tətbiq olunduğu ərazisi hesab olunmalıdır. O ki, 
qaldı  dənizin dibinin böyüklüyünə (sərhədinin ölçülərinə), bu koordinatlar 
hər bir ölkənin sərhədinin – sahil xəttinin uzunluğuna adekvat olmalıdır. Yə-
ni, dəniz dibinin sərhədləri quru sərhədlərinin davamıdır. Qazaxıstan hesab 
edir ki, BMT-nin 1982-ci ildə  qəbul etdiyi “Dəniz hüquqları haqqında” 
Konvensiyanın  əsas müddəaları  Xəzərdə  tətbiq oluna bilər. Onun Barents
Baltik, Qara dəniz, Fin körfəzi və başqa sututarlarda tətbiq olunan "bərabər 
məsafə metodu" sadədir və praktik olaraq Xəzərdə həyata keçirilə bilər. 
Qazaxıstanın Xəzər dənizinin geosiyasi məsələləri ilə bağlı Azərbay-
candan əsas fərqi bu məkanda reallaşdırdığı bütün işləri bir qədər ehtiyatlı 
şəkildə həyata keçirməsi, quruda və dənizdə xarici şirkətlərlə birgə reallaş-


Siyasi elmlər 
 
 
- 101 -
dırdığı transmilli layihələrə Rusiyanı yaxından cəlb etməsi və bütün fəaliy-
yətini müəyyən mənada bu dövlətlə razılaşdırmasıdır. 
Xəzərin hüquqi statusuna dair ölkələr arasında uzun müddət qeyri-
müəyyən vəziyyətin hökm sürməsində  Türkmənistanın nümayiş etdirdiyi 
rəsmi mövqenin də mühüm rolu olmuşdur. Məlum olduğu kimi, Türkmənis-
tan bölgədə, ilk növbədə, özünün dünya əhəmiyyətli zəngin təbii qaz eh-
tiyatları ilə tanınır. Xəzərin statusu və Qərb investisiyalarının bölgəyə gəl-
məsinə münasibətdə Türkmənistanın maraqları və mövqeyi Azərbaycanınkı 
ilə tam üst-üstə düşür. Düzdür, bu ümumilik yalnız xarici şirkətlərlə birgə iş 
aparmaq və öz məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxarmaq ehti-
yacında müşahidə olunur. Lakin Xəzərin statusu, milli sektorların sərhədləri, 
xarici kapital cəlb etmə və s. məsələlərdə iki ölkə arasında həm də rəqabət 
və fikir ayrılıqları mövcuddur. 
Türkmənistan Xəzərin hüquqi statusu məsələsində ilk dövrlərdə Rusi-
ya və İranla birləşərək bəyan edirdi ki, “Xəzər beş ölkənin daxili gölüdür və 
burada heç bir xarici dövlət yaxud region ölkəsi təkbaşına, hamının razılığı-
nı almadan hər hansı bir iş apara bilməz”. Bu yanaşma  İran və Rusiyadan 
əxz olunmuş mövqe idi və Türkmənistanın onu niyə müdafiə etməsi hələ də 
mütəxəssislər üçün qaranlıq olaraq qalır. Çünki, həmin dövrdə Türkmənis-
tan Xəzərdə təkbaşına fəaliyyətin əleyhinə çıxış etməklə yanaşı, həm də özü 
hamıdan əvəvəl, 1993-cü ildə ölkənin dövlət sərəhdləri haqqında qəbul etdi-
yi bəzi qanunvericilik aktlarında Xəzərin 12 millik sahil ərazilərini (“Dəniz 
hüquqları haqqında” BMT Konvensiyasına  əsaslanaraq) “Türkmənistanın 
milli ərazisi”, orta xəttinə qədər olan digər su hövzəsini isə “iqtisadi zona” 
elan etmişdi. Bu hadisədən cəmi bir il keçməmiş S.Niyazov Rusiya prezi-
denti B. Yeltsinin bu məsələ ilə bağlı emosional vəziyyətdə səsləndirdiyi fi-
kirlərini dəstəkləyərək, bəyan edirdi ki, “Xəzərin nə dibi, nə də su səthi heç 
kim tərəfindən bölünə bilməz.” («Независимая газета», 1995, 6 декабря). 
Sonrakı illərdə Tükmənistan Rusiya və  İrana qoşularaq, Azərbaycan 
və Qazaxıstanı Xəzərdə xarici şirkətlərlə birgə sərbəst fəaliyyət göstərmək-
dən çəkindirmək üçün 1996-cı ildə “Üç ölkənin sahil sərhədlərində birgə 
kəşfiyyat və qazıntı işlərinin aparılması” haqqında təhrikedici bir memoran-
dum da imzalamış  və guya kimlərləsə  Xəzərdə birgə  fəaliyyətə başlamaq 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə