13
►
Öskürək bayılmaları (sinkope) öskürək tutmaları zamanı döş
qəfəsində təzyiqin sürətlə artması nəticəsində əmələ gələ bilər
►
Öskürək
o qədər şiddətli olur ki, qabırğaların sınığı ilə nəticələnə
bilər. Sınıqlar bəzən asimptomatik olur.
►
Aşıq-baldır oynağının ödemi ağ ciyər ürəyinin inkişaf etməsinin
yeganə əlaməti ola bilər.
FİZİKAL MÜAYİNƏ
Xəstələrin müayinəsinin vacib hissəsi olmasına baxmayaraq,
onun nəticələri nadir hallarda diaqnostik əhəmiyyət daşıyır.
Baxış
►
Bəzən xəstələrdə mərkəzi sianoz və selikli qişaların sianotik rəng
alması müşahidə olunur
►
Ağ ciyərlərin hiperinflyasiyası (ağ ciyərlərin havalılığının
artması) əlamətləri: qabırğaların nisbətən üfüqi istiqamət alması,
çəlləkvarı döş qəfəsi, qarnın irəli yönəlməsi
►
TS sakit vəziyyətdə dəqiqədə 20-dən artıq olur, tənəffüs isə
nisbətən
səthi olur
►
Xəstə nəfəsini dodaqlarını bir qədər sıxaraq verir, bu zaman
verilən nəfəs axınının sürətinin azalmasına və ağ ciyərlərin daha
effektiv boşalmasına şərait yaranır
►
Uzanmış vəziyyətdə tənəffüs əzələlərinin hərəkətləri müşahidə
olunur
►
Aşıq-baldır oynağının və baldırların aşağı hissəsinin ödemi sağ
mədəcik çatışmazlığının yeganə əlaməti ola bilər
Palpasiya və perkussiya
ACXOX zamanı palpasiya və perkussiya informativ
olmadığından çox vaxt faydasız olur
►
Ürəyin zirvə vurğusunun təyin edilməsi ağ ciyərlərin
hiperinflyasiyası ilə əlaqədar çətinləşə bilər.
►
Hiperinflyasiya qaraciyərin aşağı enməsinə səbəb olur və
qaraciyər ölçülərinin böyüməməsinə baxmayaraq, onun
palpasiyasını asanlaşdırır
►
Qutuvari perkutor səs və ağ ciyər sərhədlərinin aşağıya doğru
enməsi (emfizema əlamətləri)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
14
Auskultasiya
►
Tənəffüs küylərinin zəifləməsinə çox vaxt rast gəlinir, lakin bu
əlamət diaqnozun qoyulması üçün kifayət deyil.
►
Sakit tənəffüs vaxtı quru xırıltıların olması hava axını sürətinin
məhdudlaşmasını göstərir.
►
Bəzi xəstələrdə nəfəs alma vaxtı krepitə edici xırıltılar eşidilir,
lakin bu əlamət diaqnostik xarakter daşımır.
►
Ürək tonları döş sümüyü üzərində daha yaxşı eşidilir.
Cədvəl 1. Orta ağır və ağır ACXOX-un klinik xüsusiyyətləri
Simptomlar
Bronxotik forma
Emfizematoz forma
Əsas simptomların
nisbəti
Öskürək
> təngnəfəslik Təngnəfəslik > öskürək
Bronxların
obstruksiyası
Mövcuddur
Mövcuddur
Ağ ciyərlərin
hiperinflyasiyası
Az dərəcədə
Əhəmiyyətli dərəcədə
Dərinin və selikli
qişaların rəngi
Diffuz göy
Çəhrayı-boz
Öskürək
Bəlğəmin hipersekresiyası Bəlğəm az ifraz olunur
Rentgenoqramda
dəyişikliklər
Diffuz pnevmoskleroz
Ağ ciyərlərin
emfizeması
Ağ ciyər ürəyi
Orta və ahıl yaşlarda,
dekompensasiya daha
erkən başlanır
Ahıl yaşlarda,
dekompensasiya daha
gec başlanır
Polisitemiya,
eritrositoz
Tez-tez rast gəlinir, qanın
qatılığı yüksək olur
Səciyyəvi deyil
Kaxeksiya
Səciyyəvi deyil
Əksər hallarda rast
gəlinir
Xəstənin çəkisi
Ağır çəkili xəstələr Çəkinin azalması
Funksional
dəyişikliklər
Proqressivləşən TÇ və
DÜÇ
TÇ üstünlük təşkil edir
Qaz mübadiləsinin
pozulması
ρ
α
O
2
<60, ρ
α
CO
2
>45
ρ
α
O
2
<60, ρ
α
CO
2
<45
Ölüm
Orta yaşlarda Ahıl yaşlarda
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
15
ƏSAS LABORATOR-İNSTRUMENTAL MÜAYİNƏ ÜSULLARI
Spirometriya (hava axını sürətinin məhdudlaşmasının ölçülməsi)
ACXOX ehtimalı olan bütün xəstələrdə spirometriyanın
aparılması zəruridir.
Spirometriya diaqnostika, diferensial diaqnostika və xəstəliyin
inkişafına nəzarət olunması üçün “qızıl standart” hesab olunur.
Spirometriya müayinəsi aşağıdakı göstəriciləri müəyyən edir:
►
maksimal nəfəs almadan sonra gücləndirilmiş nəfəs vermə
prosesində maksimal həcmi (ağ ciyərlərin gücləndirilmiş həyat
həcmi FVC)
►
gücləndirilmiş nəfəs vermə zamanı 1-ci saniyədə nəfəslə verilən
havanın həcmi (FEV1)
Hər iki göstəricinin nisbəti hesablanmalıdır (FEV1/FVC).
Spirometrik göstəricilər yaş, boy və irqdən asılı olaraq normativ
göstəricilərlə müqayisə olunmalıdır.
FEV1/FVC < 0,70 və FEV1 < 80% postbronxodilatasion
göstəricisi hava axını sürətinin tam geri dönməyən məhdudluğunu
təsdiq edir. Nəfəs vermənin zirvə sürəti hava axını sürətinin
məhdudluğunu təyin etmək üçün bəzən istifadə olunur, lakin NVZS-
nin istifadəsi ACXOX-lu xəstədə obstruksiyanı kifayət qədər
qiymətləndirə bilmir.
Pikfloumetiya
Asan və tez yerinə yetirilən, lakin həssaslığı az olan metoddur.
Əsasən ACXOX-lu xəstəni aşkar etmək üçün skrininq vasitəsi kimi,
kəskinləşmə fazasında xəstənin vəziyyətinə nəzarət etmək və
xüsusilə reabilitasiya dövründə istifadə olunur.
Döş qəfəsinin rentgenoloji müayinəsi
Bulyoz dəyişikliklər olmadığı zaman, ACXOX üçün nadir
hallarda diaqnostik əhəmiyyət daşıyır, lakin alternativ diaqnozun
istisna olunmasına yardım edir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.