Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
69
– Qızım, atan səni çox istəyir. O gedib ki, pul qa-
zansın, sonra da sənə qəşəng paltar alaq.  
– Mən paltar istəmirəm! Mən atamı istəyirəm... 
Məsumə heç cür uşağın könlünü ala bilmirdi. Çox 
vaxt axşam yeməyini də yemədən Sayad ağlayıb-ağlayıb 
yuxuya gedərdi. Bəzən gecələr yuxudan hövlənək ayılıb acı-
acı ağlayardı: 
– Mən atamı istəyirəm... 
Artlq hava qaralmaq üzrə idi. Yenə  də Sayad çöl 
qapısında durub atasının yolunu gözləyirdi. Azca aralıda 
həyət uşaqları top-top oynayırdı. Səs-küydən qulaq batırdı. 
Məsumə bir neçə  dəfə Sayadı evə çağırdısa da, o qulaq 
asmadı. Divara söykənib gözünü yola dikmişdi. O, elə bilirdi 
ki, bir neçə gündür evdə olmayan atası elə indilərdə evə 
qayıdacaq.  
Məsumə aram tutmayıb yenə çöl qapısına çıxdı. 
Sayad qapıda yox idi. Uşaqların arasında da onu görmədi. 
Məsumə  ətrafa, güman gələn yerlərə qaçaraq baxdı. 
Uşaqlardan soruşdu. Sayadı gördüm deyən olmadı. Məsumə 
elə ev paltarında qaçaraq yola çıxdı. Dəli kimi sağa-sola 
qaçıb, hər qabağına çıxandan soruşa-soruşa məhəllədən 
uzaqlaşdı.  
Sayad qapıda dayanmaqdan yoruldu, özü də bilmədən 
yavaş-yavaş  həmişə anası ilə getdiyi geniş yola tərəf getdi. 
Bu yolda adam çox idi. Hərə bir tərəfə gedirdi. Uşaq atasını 
tapmaq ümidi ilə hər ötüb-keçənə baxdı, arada kimisə atasına 
oxşatdı. Qaçaraq həmin adama yaxınlaşıb baxdı, baxdı... 
Atası olmadığını görüb qəhərləndi.  
Hava artıq qaralmışdı. Qoca bir qadın divara sıxılıb 
tək dayanan Sayada yaxınlaşdı: 
– Qızım, sən burada niyə dayanmısan? 


 
 
 
Solmaz Muxtarova 
 
70
Sayad ağladı: 
– Atamı gözləyirəm... 
– Atan haradadır? 
– Bilmirəm... 
– Bəs anan haradadır? 
– Anam evdədir. 
– Eviniz haradadır? 
– Bilmirəm... 
Qoca Sayadın əlindən tutdu.  
– Ağlama, – deyə Sayadın üz-gözünü sildi. “Yəqin 
indi uşağı axtarırlar. Yaxşısı budur burada dayanıb gözlə-
yim.” Qoca bu fikirlərlə Sayadın əlindən tutub bilmədi hansı 
tərəfə baxsın. Onlar dörd yol ayırıcında idi. Bilmək olmurdu 
uşaq hansı  tərəfdən gəlib. Bir xeyli gözlədi. “Uşağın yiyəsi 
tapılmasa mən nə edərəm? Necə olsa, uşağı atıb gedə 
bilmərəm. Gözləyim görüm axırı nə olar.” 
Axır ki, yuxarı yoldan səs-küy qopdu. Qaça-qaça bir 
qadın dəli kimi qışqırırdı.  
– Sayad! Mənim balam, Sayad! Hardasan?! Qızım, 
Sayad... 
– Ana! Anacan... Mən burdayam... – deyə Sayad 
qocanın əlindən dartınıb çıxmaq istədi.  
– Sayad, mənim balam... – Məsumə  qızını sinəsinə 
sıxıb hönkür-hönkür ağladı. Handan-hana minnətdarlıqla 
qocaya baxdı. Onun üz-gözündən, əllərindən öpdü.  
– Sağ ol, xalacan... Çox sağ ol. – dönə-dönə  təkrar 
etdi və uşağın əlindən tutub geriyə döndü.  
Bir gün Məsumə ərklə Ələmdara dedi: 
– Ay Ələmdar, axır vaxtlar səni evdə tapmaq olmur. 
Sən olmayanda uşaq fikir eləyir. Bəlkə işini dəyişəsən, ya da 
başqa bir iş tapasan? 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
71
– Boş-boş danışma! Sən də uşaq ağlındasan. Uşaqdır, 
ağlayıb-ağlayıb sakitləşər. Heç nə olmaz! 
Ələmdarın sərt cavabından Məsumə  pərt oldu. Yenə 
də özünü günahlandırdı. “Yazıq Ələmdar, özbaşına deyil ki
işi belədir. O da bizim üçün əlləşir.” 
Yenə bir neçə gün idi ki, Ələmdar getmişdi. Məsumə 
qapı qonşusu Zərifə ilə  uşaqları  məktəbdən götürüb evə 
qayıdırdı. Söhbət arası  Zərifə dedi ki, o, dünən  Ələmdarı 
şəhərdə görüb. Məsumə bu sözə əhəmiyyət vermədi: 
– Yox, ola bilməz. Yəqin kiməsə oxşatmısan. 
– Ay Məsumə, mən uşaq deyiləm ki... Məgər  Ələm-
darı tanımıram?! 
– Axı o, şəhərdə yoxdur... 
Məsumənin özünü itirdiyini görən Zərifə tez sözünü 
dəyişdi: 
– Doğru deyirsən, yəqin kiməsə oxşatmışam... 
“Başqasının dərdi sənə  nə qalıb? Görmüsən – gör-
məmiş olasan!” 
Məsumənin  əməlli-başlı qanı qaraldı. “Bəlkə  Zərifə 
doğru deyir?” O, ha çalışdı ki bu barədə fikriləşməsin, ol-
madı.  Şübhələr onu yeyib tökdü. Bir tərəfdən də sanki 
Məsumə yatmışdı, yuxudan ayıldı. Axır zamanlar Ələmdarın 
qəribə  rəftarı, soyuq münasibəti, bütün bunları  Məsumə 
dolanışığın çətinliyi ilə  əlaqələndirirdi. “Gözünü açıb-
yumursan kirayə pulunun vaxtı çatır, yazıq  Ələmdar nə 
etsin?” 
Məsumənin fikirləri dolaşdı. Neçə aydır  Ələmdar 
təkcə  Məsumədən deyil, hətta uşaqdan da bir qədər so-
yumuşdu. Nə olsun ki, Məsumə abrına sığınıb susurdu. 
Onun aləmində bu, deyiləsi söz deyildi. Amma yenə  də 
olsun  Ələmdar onun uşağının atası idi. Məsumə sanki indi 


 
 
 
Solmaz Muxtarova 
 
72
baş verənləri dərk etdi və  səbirsizliklə  Ələmdarın yolunu 
gözlədi.  
Axşamdan xeyli keçmişdi. Məsumə Sayadı  təzəcə 
yatızdırmışdı ki, qapı döyüldü. Ələmdarın üzünə qapı açan 
Məsumə bir xeyli ondan gözünü çəkə bilmədi. “Heç yoldan 
gələnə oxşamır. Üstü-başı  tər-təmiz. Özü də  əməlli-başlı 
yaxşılaşıb...” 
– Nə olub? Nə baxırsan? Deyəsən məni birinci də-
fədir görürsən. 
Bəlkə  də, – deyib Məsumə  mənalı-mənalı  Ələmdarı 
süzdü.  
– Boş-boş danışma! Yoldan gəlmişəm, çay ver.  
Məsumənin fikri tamam başqa yerdə idi. Sanki 
Ələmdarın dediklərini eşitmədi.  
– Ələmdar, sən hardan gəlirsən? 
Ələmdar tərs-tərs Məsuməyə baxdı.  
– Deyəsən ağlını itirmisən. Bilmirsən hardan gəli-
rəm? 
– Bilsəydim soruşmazdım...  
– Dedim ki, çay ver! Yorulmuşam! – deyə  Ələmdar 
hirslə onun sözünü kəsdi.  
– Səni şəhərdə görən olub. 
Məsumə sakitcə deyərək düz Ələmdarın gözünün 
içinə baxdı. Ələmdar bir qədər özünü itirdi. Bu, Məsumənin 
nəzərindən qaçmadı.  
– Evdə bekar oturmusan – başın xarab olub! Sənin 
yerin elə kənddir! 
– Məni şəhərə sən gətirmisən.  
– Səhv etmişəm. Xoşuna gəlmir yol açıqdır, gedə 
bilrəsən! 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə