www.kitabxana.net
– Milli Virtual Kitabxana
12
oğlunun isə qəbrin ayaq tərəfinə dəfn edilməsini əmr etmişdir.
Təsəvvüfdəki mürşidinin isə eyni məkan içində, hamıdan ayrı və daha
yüksək yerdə dəfn edilməsini tapşırmışdır. Bu gün Səmərqənddə tapılan
və qızıl ulduzlarla bəzədilmiş qübbəsi ilə dövrünün güc və ehtişamını
əks etdirən Teymur Türbəsində, alt mərtəbədə tapılan sandıqçalar
bölməsini ziyarət edə bilənlər, bu ibrətverici mənzərəyə şahid olurlar.
Teymur, elm və sənətə verdiyi dəyərlə Sırdərya və Amudərya
arasındakı Türk mədəniyyətini yeni bir mərhələyə daşıyırdı. Fəth edilən
hər yerdən elm və sənət adamları Səmərqəndə dəvət edilir,
Səmərqənddə isə əkinçiliyə verilən dəyərlə oturaq Türk mədəniyyəti
yüksəldilirdi. Teymurun o dövrdə tikdirdiyi suvarma kanallarından
bəzilərinin hələ də istifadə olunması, bu işlərin nə dərəcədə yüksək
səviyyədə görüldüyünün isbatıdır. Bu, oturaq həyata keçməklə yanaşı,
daha çox köçəri Türk tayfaları arasında yayılan Yesəviyə təriqətinin
əvəzinə də Nakşibəndiyə formalaşırdı. Formalaşan şəhər mədəniyyəti
içində inkişaf edən bu yeni hərəkat hər nə qədər Əhməd Yesəviyə önəm
vermiş olsa da, Yesəvi yolçuları arasında bir narahatlıq da yaradırdı.
Əhməd Yesəvi Türbəsini tikdirməsi, Sırdəryanın şimalında daha çox
köçəri halında yaşayan və böyük əksəriyyətinin ona tabe olduğu
Türklər arasında Teymura etibar qazandırır. Çünki Teymurun oturaq və
şəhər həyatına əhəmiyyət verən mədəniyyət həmləsi, Səmərqənd və
ətrafında təsirini göstərərkən, Sırdərya çayının şimalında yaşayan
Türklər keçmiş adət-ənənələrini və mədəniyyətlərini yaşadırdılar.
Teymurun əsil məqsədi bu olmasa da, Əhməd Yesəviyə göstərdiyi
böyük marağın, Sırdəryanın şimalındakı Türk boylarının tabeçiliyini
qazanması istiqamətində son dərəcə faydalı olduğunu da gözdən
qaçırmamaq lazımdır.
Böyük bir mədəni dönüşün liderliyini edən Əmir Teymur
formalaşdırdığı və bilərəkdən istiqamətləndirdiyi mədəniyyət
fərqliliyinə baxmayaraq, soy və boy olaraq ayrılıqları olmayan Sırdərya
- Amudərya arasında məskunlaşan Türklərlə, Sırdəryanın şimalındakı
köçəri Türk topluluqları arasındakı tarazlığı qoruyurdu. Bu gün də xan
soyundan gəlməyə, başqa bir ifadə ilə ağ budundan olmaya çox önəm
verən Sırdəryanın şimalındakı Türklərin irəlidə gedənləri, Səmərqəndlə
bağlı olanlardır. Yörə ləhcəsi ilə “aksüyek” adlanan xanlar və Anadolu
türkcəsində şahzadə deyilən “sultanlar”, tez-tez Səmərqəndə gedir,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
13
hətta bəziləri öz tayfaları ilə əlaqələrini davam etdirərək Səmərqənddə
yaşayırdılar.
Teymurun Yesəvi Türbəsinin inşası üçün 1397-ci ildə başlatdığı
işlər 1405-ci ildə böyük Türk Xaqanının Çin səfərinə çıxarkən vəfatı
nəticəsində yarımçıq qalır və xüsusilə. türbənin ön tərəfi tamamlanmır.
Teymurun tikdirdiyi əsərlə Türkistan Şəhəri bir az daha məşhurlaşır və
bu dönəmdə Sırdərya çayının cənubu və şimalında yaşayan Türk
xalqları arasında mənəvi bağ yaradaraq birliyi təmin edən ən mühüm
amillərdən biri olur.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
14
SİBİRLİ FƏTİHÇİ ŞEYBANİLƏR VƏ TÜRKİSTAN
ŞƏHƏRİ
Böyük Teymurun öz soyu xan şəcərəsindən, yəni ağ budundan
olmasa da, özünü “əmir” adlandırır. Şeybanilər isə Qızıl Orda
xanlarından Özbək xanın soyundan idilər. Qızıl Orada dövlətində
Özbək xanın soyunun hakimiyyətinə verilən Sibirin Tura şəhərində
hökmranlıq edən onlara tabe Türk boyları Menqırt, Qaraqalpaq və
Naymanlar ilə birlikdə Orta Asiyaya gəlirlər. Şeybani xanlarının ilki -
Əbul Hayır Xan 1428-ci ildə Turada (bu günkü Tobolsk bölgəsi) taxta
çıxır və 1468-ci ilə kimi 40 il hökmranlıq edir.
Ruslar Qızıl Ordanın dağılmasından yaralanıb Sibirə doğru
irəliləyərkən Ebul Hayır Xan da, Sibirdən Sırdəryaya doğru istiqamət
götürür və bütün Dəşti Qıpçağa sahib olur. Bu illərdə Teymurilər öz
aralarındakı çəkişmələr üzündən ardıcıl güc itirirdilər. Dəşti Qıpçaqdakı
Qazaxlar isə mühüm bir güc idi. Ebul Hayır xan Qazaxları hakimiyyəti
altında saxlamaq istəyərkən həyatını itirir. Onun yerinə oğlu,
Məhəmməd Şeybani keçir.
Məhəmməd Şeybani hansı xana tabe olacağını bilmədən bir
müddət səhrada at çapır. Bu zaman Çingizin varisi olduqlarını iddia
edən iki xan birdən hökmdarlıq edirlər. Daha sonra Şeybani Mahmud
Xana tabe olmağa qərar verir. Mahmud xan bu hərəkətinə görə
Məhəmməd Şeybaniyə Türkistan şəhərini 1495-ci ildə hədiyyə verir.
Bu hadisə Türkistan şəhərinin, o cümlədən Orta Asiyanın da taleyini
dəyişdirəcək qədər mühüm əhəmiyyət kəsb etmişdir.
Türkistan şəhərində mərkəzini yaradan Məhəmməd Şeybani, 5 il
sonra, yəni 1500-cü ildə cənuba doğru hərəkət edərək Teymurilərin
paytaxtı Səmərqəndi ələ keçirir. Hüseyn Baykaranın vəfatından sonra
isə 1507-ci ildə Heratı alır. Beləliklə, İranda hakimiyyətdə olan Səfəvi
hökmdarı Şah İsmayıl ilə qonşuluğa və eyni zamanda Osmanlılar ilə də
müttəfiqliyə başlamış olur.
Osmanlı Sultanı Yavuzun, Şah İsmayılı məğlub etməsində
Şeybanilərin böyük payı vardır. Əslində Osmanlı ordusundan daha
güclü olan Şah İsmayılın əsgərləri qərbdən Osmanlı, şərqdən isə
Şeybani basqısı altında qalırlar. Yavuz ordusuyla səfərə çıxdığı zaman
Şeybanilər də Səfəvi sərhədinə əsgər toplayırlar. Şah İsmayıl ordusunu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
15
iki hissəyə bölmək məcburiyyətində qalır və əsgərlərinin bir hissəsini
Şeybanilərə qarşı şərqə göndərir, qalanları ilə Osmanlının qarşısına
çıxır. Yavuz Şah İsmayılı bu ordusuyla məğlub edir. Bu, Osmanlı-
Şeybani ittifaqı iki dövlət yıxılana qədər davam edəcəkdir. Şeybanilərlə
birlikdə bölgəyə Özbək adı da daxil olmuş olur. Özbək sözü, Özbək
Xan soyundan gələn Şeybanilərə tabe xalq tərəfindən mənimsənilərək
xalqın adına çevrilir.
Bu dönəmdə Ulu Türkistanda Qazax və Özbək ayrılması əməlli–
başlı kəskinləşəcəkdir. Sibirdən Orta Asiyaya doğru yürüşlərində
buradakı Qazaxlarla mübarizələrində xanlarını itirən Şeybanilərlə
Qazaxların arası bir daha Teymurilər dönəmi Mavera ün nehir və Dəşti
Qıpçaq əlaqəsinə dönməyəcəkdir. Qazaxlar da, şimaldan gəlib öz
yurdlarında rahatlıqlarını pozan və daha sonra cənuba keçən
Şeybanilərə heç yaxşı baxmayacaqlar.
Qeyd olunanlardan Özbək adı və kimliyinin, bir soy və boy adı
və kimliyi deyil, siyasi quruluşun xalqa qazandırdığı bir kimlik
olduğunu söyləmək mümkündür. Belə ki, yüz illərlə İdil-Ural bölgəsi
və Sibirdə Özbək Xanın və onun soyundan gələnlərin tabeçiliyində
hərəkət edən Qaraqalpaqlar, əgər Şeybanilərlə birlikdə Orta Asiyaya
gəldikləri zaman onlardan ayrılıb Qazaxların yanında yer almasaydılar,
bu gün biz onlara da Özbək deyəcəkdik.
Daha sonrakı illərdə Şeybanilərin birliyi pozularkən onların
içindən çıxan qollar Buxara, Xivə və Hokant Xanlıqlarını yaradırlar. Bu
dönəmdə Osmanlı-Şeybani ittifaqı da Osmanlı-Buxara ittifaqına dönür.
Buxara Xanı Abdullah Xan 1582-ci ildə babası Məhəmməd
Şeybaniyə verilən və ona Mavera ün nəhrinin qapılarını açan Türkistan
Şəhərinə gəlir və xalq ona tabeçiliyini bildirir. Abdullah Xan Yesəvi
Türbəsinin Teymur dönəmində yarımçıq qalan hissələrini tamamlayır.
Türkistan bu tarixdən etibarən Abdullah Xanın vəfatına qədər onun
təyin etdikləri insanlar tərəfindən idarə edilir.
Dostları ilə paylaş: |