«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə30/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

AYƏ 97:


﴿فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ﴾

TƏRCÜMƏ:


«Onda (Allahın tovhid, hikmət rəhmətindən) aşkar nişanələr ( həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır). Allahın insanlarınəlbəttə ora getmək imkanı olan kəsinboynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.»

TƏFSİR:


Məkkə və Kəbə ilahi qüdrət və nişanələrin cilvəgahıdır. Onun tarixində acılı-şirinli hadisələr vardır ki, onlara nəzər salmaq insana ibrət dərsi verir. Onun tikilişində İbrahim (ə) kimi bir peyğəmbər bənnalıq, İsmail (ə) kimi bir şəxs fəhləlik etmişdir. Əbrəhənin başçılıq etdiyi fil ordusu oranı dağıtmaq üçün gəldikdə Allah-təala əbabil quşlarının vasitəsi ilə bütün ordunu məhv etdi. Həzrət Əlinin (ə) təvəllüdü zamanı onun divarı yarılaraq anası Fatimə binti Əsədin üzünə açıldı ki, Əli (ə) onun daxilində dünyaya gəlsin və bir neçə ildən sonra həmin evin daxilindəki bütləri sındırsın. Həmçinin, bu elə bir evdir ki, həbəşistanlı zənci qul Bilal Məkkənin əyan-əşrafının qəzəb və heyrətdən bərəlmiş gözləri önündə onun üstünə çıxaraq azan dedi. Bir gün də gələcək ki, Allahın axırıncı Höccəti (ə) onun divarına söykənərək bütün insanların nicat nidası olan «kəlimətullah hiyəl-ulya» şüarını verəcək və bütün insanları İslama dəvət edəcəkdir.

Bəli, Məkkə ilahi əminamanlıq diyarıdır. Hər kəs oraya daxil olsa, əminamanlıqda olar. Kim Məscidül-Hərama daxil olsa, hətta bir adamı öldürüb oraya girmiş olsa belə, ona toxunmaq olmaz. Yalnız onu təzyiqə məruz qoymaq olar ki, məcburi olaraq oranı tərk etsin.

Kəbənin kənarında İbrahimin (ə) məqamı yerləşir. Rəvayətlərə əsasən, İbrahim (ə) məqamı bir daşdır ki, İbrahim (ə) Kəbəni tikib onun divarlarını qaldırarkən o daşı ayaqları altına qoymuşdu. Onun üzərində Həzrət İbrahimin (ə) ayaq izləri mövcuddur. Bu daş və onun həmişəlik əsəri əsrlər boyu baş vermiş dəyişikliklərlə yanaşı, Kəbə və onun ətrafında həmlələrdən, sellərdən, dağıntılardan amanda qalmış ilahi qüdrət nişanələrindəndir. Allah-təala da insanları bu evin ziyarəti – həcci üçün çağırır.

“Həcc” lüğətdə hərəkətlə yanaşı olan qəsd mənasındadır. Bu sözlə eyni köklü olan «məhəccət» sözü insanı məqsədə çatdıran «düzgün yol» mənasını verir. Lakin İslam dinində Həcc “Allah evinə getmək və onunla əlaqədər əməlləri yerinə yetirmək məqsədi” mənasını daşıyır.

Bəli, Kəbə ilahi qüdrət nişanələrinin cilvəgahı, dünya müvəhhidlərinin bir yerə yığışdığı yer və tövhid aşiqlərinin daşlı-çınqıllı, otsuz-ələfsiz dağların ətəyində «ləbbeyk» dedikləri yerdir.

İNCƏ MƏTLƏBLƏR

1. Allah evində aydın nişanələr vardır: o, müqəddəslik, mənəviyyat və mənəvi cazibələr nişanəsidir, Adəmdən Xatəmə qədər olan peyğəmbərlərin xatirələrini dirçəldən yerdir və bütün namaz qılanların qibləgahıdır.

2. İslamın imtiyazlarından biri də budur ki, tarix boyu məzlumların fəryad çəkdiyi bir yer olsun deyə, yer kürəsinin müəyyən bir məntəqəsini əminamanlıq yeri təyin etmişdir.

3. Təklif və vəzifə insanın bacarığı miqdarındadır (istər maddi, istər fiziki, istərsə də əminamanlıq baxımından). Maddi imkan da həccin şərtidir.

4. Həccin inkar olunması və onu tərk etmək küfr (kafirlik) sayılır. «Mən la yəhzuruhul-fəqih» kitabının 4-cü cildinin 368-ci səhifəsində qeyd olunur ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: «Maddi imkanı olan halda həcci tərk edən şəxs kafirdir. Hər kəs «bu gün-sabah» deyərək həcci təxirə salıb ölsə, yəhudi məsihi kimi dünyadan getmiş olur.»

5. Həccə getmək Həzrəti İbrahimin (ə) dəvətini qəbul edərək ona «ləbbeyk» deməkdən ibarətdir. Çünki o, Allahın fərmanı ilə belə fəryad etmişdir. Allah evinin ziyarətçilərinin ilk əməli libasları dəyişməklə yanaşı, «ləbbeyk», yəni «Pərvərdigara, Sənin dəvətini qəbul edib gəldim» deməkdir.

6. İlahi əmr, fərman və göstərişlərə əməl edilməsinin faydası insanın özünə qayıdır. Çünki Allah hər bir şeydən ehtiyacsızdır.

7. Bu ayə həccin imkanı olanlara vacib olmasını göstərən yeganə ayədir. Yəni maddi və fiziki qüdrətə, imkana malik olan şəxslərə həcc əməllərini yerinə yetirmək vacibdir. Həccin digər hökmləri «Mənasik və Həcc əməlləri» kitabında bəyan edilmişdir.

8. Maddi cəhətdən imkanlı olan şəxslərin üzərinə daha artıq məsuliyyət gəlir.

9. Allah dəvət edir, lakin minnət qəbul etmir.

10. Vacib əməllərin yerinə yetirilməsi insanın üzərində olan bir məsuliyyət və əhddir.

11. Allah-təala mütləq şəkildə ehtiyacsızdır.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə