Almaniya tarixi
Almaniya tarixi
(
alm.
Geschichte Deuchlands
) —
Almaniyanın
tarixi.
Alman xalqının etnik olaraq formalaşmasının
Skandinav bürünc əsrində, təxminən e.ə 1700-
cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi
Skandinaviya
və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa
başladılar. Bu prosesdə onlar baltik, irandilli,
slavyan
və
yunan
xalqları
ilə təmasda olmağa
başladılar.
Roma imperiyasındakı
alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin
dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.
İmperator
Avqustun
dövründə Roma İmperiyası Germaniyaya (romalılar
Reyn
çayı ilə
Ural
dağları
arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə
Publiy Kvintiliy Var
başçılıq edirdi. Eramızın
9
-cu ilində
Tevtoburq meşəsindəki döyüşdə
Varın
başçılıq etdiyi 3
Roma legionu
german tayfaları tərəfindən məğlub edildi.
Beləliklə, müasir
Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad
oldu. Təxminən
100
-cü ildən başlayaraq german tayfaları Reyn və
Dunay
çayları arasındakı
ərazilərə,
Avstriyaya
,
Bavariya
ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa
başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının
əsas səbəblərdən biri də
german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları idi.
Alman xalqının formalaşması
Orta Əsrlər
Almanlar romalıların təsiri altında
xristianlığı
qəbul edirlər. Daha sonra yaranan
Müqəddəs
Roma imperiyasında
almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs
Roma imperiyası
İtaliya
və
Burqundiyanı
öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar
Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar.
Ostsiedlung
adını
alan bu
proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.
16-cı əsrdə Almaniyada keşiş
Martin Lüterin
başçılığı altında
reformasiya
hərəkatı başlanır.
Katolik kilsəsindən ayrılan
Lüteran kilsəsi
1530
-cu ildən etibarən bir çox alman dövlətlərində
rəsmi dinə çevrilir. Əgər 1500-cü ildə Almaniya Avropanın həyatında aparıcı rol oynayırdısa,
artıq 1600-cü ildə bu ölkə gerilik və əyalətçilik əlamətləri nümayiş etdirirdi.
Ədəbiyyat
tənəzzülə uğramışdı, dilin özü də barbarlaşmışdı və danışığa yatmırdı. Buradakı katoliklər də,
kalvinistlər də beynəlmiləl asılılığı qəbul etmişdilər, digər ölkələrdə yazılmış kitabları maraqla
oxuyurdular. Alman universitetləri əvvəlki illərə nisbətən daha az sayda tələbə cəlb edirdilər.
Heç yerdə Almaniyada olan dərəcədə xurafat yox idi, burada başqa
yerlərdə olduğundan daha
çox cadugərlər tonqalda yandırılırdı. Təhsil alanların çoxu astrologiyaya və falçılığa aludə idi,
Cənubi Almaniya
ilə
Reynland
arasındakı ticarət olduqca zəifləmişdi. Bu
Atlantik okeanı
ölkələrindəki dəyişikliklərlə, həmçinin
Reyn çayının
mənsəbində öz maraqları olan hollandların
nəzarəti ilə əlaqədar idi. Məzhəblərarası qarşıdurma
30 İllik
müharibəyə
(1618-1648) gətirib
çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı.
[1]
Şəhərlər muzdlu əsgərlər tərəfindən müharibə zamanı qarət edildi, bu soyğunçuluğa onların
komandirləri də nəzarət edə bilmirdi. Komandirlər özləri də vətənlərindəki hökumətlərdən heç
bir təchizat almadıqlarından öz ordularını saxlamaq üçün bütün
əraziləri soyğunçuluğa məruz
qoyurdular.
Maqdeburq
10 dəfə,
Leypsiq
isə beş dəfə mühasirə olunmuşdu. Hətta İkinci
dünya müharibəsi belə Almaniya üçün Otuz illik müharibə qədər viranedici olmamışdır.
Almaniya fiziki cəhətdən belə dağıdıldığı kimi siyasi cəhətdən də xırda hissələrə
parçalanmışdı, uzun müddətə Avropa işlərində hansısa bir iştirak etməsini dayandırmışdı.