Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə95/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

199 
 
daşındandır. Binaların bünövrədən yuxarı hissəsi isə əsasən yonulmuş çay daşından 
inşa edilib. 
III  qazıntı  sahəsində  bir  neçə  yerdə  səliqə  ilə  daş  döşənmiş  yol-küçə 
qalıqları, bir yerdə isə kiçik meydan aşkar olunmuşdur. Üç yerdə ev-otaq qalıqları, 
bir  neçə  yerdə  isə  yardımçı  tikintilərə  aid  qalıqlar  üzə  çıxarılmışdır.  Yardımçı 
tikintilər  əsasən  ocaqxana,  təndirxana  və  emalatxana  tipli  tikintilərdir.  Mən 
emalatxana  tipli  tikililəri  xüsusi  oləraq  qeyd  etmək  istərdim.  Diqqətinizə  çatdırım 
ki, III qazıntı sahəsinin 6,7, 7a, 8, 8a və 8b kvadratlarında bir-birinin yanında olan 
boyaqçı, dəmirçi,  misgər və sümük  məmulatı istehsalı üzrə ixtisaslaşmış ustaların 
çalışdığı  emalatxanalar  aşkar  olunub.  Qeyd  olunan  ərazidən  sadalanan  sənət 
növlərinə  aid  çoxlu  əmək  alətləri,  qəliblər,  hazır  məhsullar,  istehsal  çıxarları  və 
müvafiq ocaq yerləri aşkar olunub. 
Bir-birinin yanında şaquli vəziyyətdə çiyin hissəsinədək yerə basdırılmış iri 
həcmli təsərrüfat  küpləri içərisində qeydə alınmış qırmızı  və çəhrayı rəngli boyaq 
qalıqları XVIII əsrdə Ağsuda boyakarliq sənətinin geniş yayıldığından xəbər verir. 
Xatırladım  ki, XIX əsrin əvvəllərinə aid  mənbələrdə şəhərdən toplanan vergilərin 
yarıdan çoxunun bu sahəyə aid olduğu bildirilir. 
Tapıntılar  içərisində  400-dək  mis  və  gümüş  sikkə  var.  Azərbaycan 
ərazisində  ilk  dəfə  olaraq  “Lahıc”  zərbi  olan  sikkələr  buradan  tapılıb.  Bunlardan 
əlavə  pul  zərbi  məqsədilə  doğranmış  xeyli  miqdar  hazır  mis  lövhələr  də  tapılıb. 
Bütün bunlar isə orada həm də zərbxana olduğundan xəbər verir. 
Tapıntılardan söz düşmüşkən onu deyim ki, təkcə III sahədən bu və ya digər 
dərəcədə elmi əhəmiyyət kəsb edən 1000-ə yaxın metal, daş, sümük, şüşə və gildən 
hazırlanmış maddi mədəniyyət nümunələri götürülərək qeydiyyata alınıb. Hansı ki, 
bu tapıntılar ayrı-ayrı sənət sahələrinin mövcud vəziyyətini, istehsaldakı tərəqqi və 
tənəzzül  meyllərini,  əhalinin  məişət  və  təsərrüfat  həyatını  daha  əhatəli  şəkildə 
öyrənmək baxımından çox mühüm əhəmiyyət kəsb edir. 
Tapıntılar içərisində İran, Çin, Rusiya, Britaniya və digər ölkələrdə istehsal 
olunmuş  nəfis  məişət  əşyaları  da  az  deyil.  Bu  isə  Ağsunun  adı  çəkilən  ölkələrlə 
intensiv ticarət və mədəni əlaqələrinin olduğuna dəlalət edir. Hansı ki, bütün bunlar 
təkcə  Azərbaycanda  deyil,  bütövlükdə  Qafqazda  XVIII  əsrə  aid  şəhər 
mədəniyətinin hərtərəfli tədqiqi baxımından son dərəcə əhəmiyyətli tapıntılardır. 
Nəzərə  alın  ki,  Ağsuda  arxeoloji  tədqiqatlar  yeni  başlanıb.  Mənim  Sizə 
təqdim etdiyim  nəticələr də hələlik ilkin nəticələrdir. Ağsu arxeoloji ekspedisiyası 
şəhərin  tarixini,  bütövlükdə  son  orta  əsr  şəhər  problemini  dərindən  və  hərtərəfli 
öyrənmək üçün tədqiqatları davam etdirmək əzmindədir. 
Rayonun  arxeoloji  xəritəsindən  göründüyü  kimi,  Ağsu  ərazisi  tarixi 
abidələrlə zəngin olan bir diyardır. Burada arxeoloqların yolunu gözləyən çoxsaylı 
nadir  abidələr  var.  Onlardan  hər  biri  Azərbaycan  tarixində  yeni  səhifə  ola  bilər. 
Deməli, o abidələr də tez-gec öyrənilməlidir. 


200 
 
Ağsu  Azərbaycanın  turizm  regionlarının  qovşağmda  yerləşir.  Bu  isə  o 
deməkdir  ki,  Ağsu  həm  də  son  dərəcə  əlverişli  turizm  imkanları  və  pespektivləri 
olan  bir  rayondur.  Arxeoloji  qazıntıların  davamlı  olaraq  aparılması  və  yeni-yeni 
abidələrin  üzə  çıxarılması  bu  cəhətdən  də  hər  zaman  aktual  və  əhəmiyyətlidir. 
Deməyim  odur  ki,  əziz  ağsulular,  lap  yaxın  gələcəkdə  Ağsunu  gözləyən  böyük 
turist axınını qarşılamağa gərək elə indidən hazırlıq görəsiniz. 
Hörmətli xanımlar və cənablar! 
Ağsu  arxeoloji  ekspedisiyası  cəmisi  iki  aydır  ki,  fəaliyyət  göstərir.  Bu 
müddətdə gördüyümüz işlərlə qismən də olsa sizlər də tanış oldunuz. Razılaşın ki, 
cəmisi  iki  ay  ərzində,  özü  də  havaların  çöl-tədqiqat  işləri  üçün  son  dərəcə 
namünasib  keçdiyi  bir  vaxtda  bu  işləri  görmək  o  qədər  də  asan  məsələ  deyil. 
İnanın, biz 8 mart və Novruz bayramı günlərində də tam tərkibdə çöldə işləmişik. 
Qazıntı  işləri  ilə  paralel  olaraq  Ağsu  rayonunun  arxeoloji  xəritəsini  hazırlamışıq. 
Bunlardan  əlavə  Kürdəmir  rayonu  ərazisindən  təsadüfən  tapılan  və  içərisində  XV 
əsrin I yarsında Şirvanşahlar tərəfindən zərb olunmuş 1134 ədəd gümüş sikkə olan 
dəfinə də tərəfimizdən öyrənilərək albom-kataloq şəklində nəşrə hazırlanmışdır. 
Dostlar, biz bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarının və ideallarının 
işığına toplaşmışıq. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımıza 
məxsus  tarixi-mədəni  irsin  qorunmasına  və  öyrənilməsinə  daim  xüsusi  diqqət  və 
qayğı göstərib. Bu sahədəki nöqsanlara və biganəlik hallarına qarşı barışmaz olub. 
Fikrimi əsaslandırmaq  üçün təkcə bir  hadisə ilə bağlı onun  necə ciddi və operativ 
mövqe nümayiş etdirdiyini yada salmaq istərdim. 
1978-ci  ilin  payızı  idi.  Mingəçevirdən  Qəbələ  RLS-ə  yüksək  gərginlikli 
elektrik xətti çəkilirdi. Hərbiçilər qədim Qəbələ şəhəri ərazisində elektrik dirəkləri 
basdırmaq üçün cəmisi bir yerdə quyu qazmışdılar. Bu xəbər Heydər Əliyevə çatan 
kimi  dərhal  Ali  Sovetin  Rəyasət  Heyətinin  sədri  Qurban  Xəlilov  başda  olmaqla 
oraya  hökumət  komissiyası  göndərdi.  Komissiyanın  arayışını  Mərkəzi  Komitənin 
Büro iclasının müzakirəsinə çıxararaq bu məsələyə görə 7-8 nəfər yüksək vəzifəli 
şəxsə,  o  cümlədən  Sovet  Ordusunun  yüksək  rütbəli  bir  neçə  generalına  partiya 
cəzası  verdi.  Heydər  Əliyevin  tapşırığı  ilə  Qəbələ  Tarix  və  mədəniyyət  qoruğu 
yaradıldı. Abidənin sel sularından qorunması məqsədilə geniş sahədə beton bəndlər 
vuruldu və s. 
Hörmətli  alimlər,  hörmətli  məmurlar,  hörmətli  ziyalılar,  əziz  gəncləri 
Vətəni,  onun  tarixi-mədəni  dəyərlərini  bax  bu  cür  sevmək  -  Heydər  Əliyev  kimi 
sevmək və qorumaq gərəkdir. 
Çıxışımın sonunda onu da bildirim ki, ekspedisiya qısa vaxt ərzində Ağsuda 
aparılmış arxeoloji tədqiqatların ilkin nəticələrini özündə əks etdirən “Ağsu şəhəri 
orta  əsrlərdə”  adlı  kitab-albomu  hazırlayaraq  nəşr  etdirmişdir.  Bundan  əlavə 
ekspedisiyanın  internet  səhifəsi  hazırlanmışdır.  İndi  də  kitab-albomun  və  internet 
səhifəsinin  təqdimatı  ilə  əlaqədar  ekspedisiyanın  rəis  müavini,  tarix  elmləri 
namizədi, sizin həmyerliniz Fariz Xəlilliyə söz verilir. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə