Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə96/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

201 
 
Diqqətinizə görə sağ olun. 
*** 
Fariz  Xəlilli  tədbir  iştirakçılarını  salamladıqdan  sonra  “Ağsu  şəhəri  orta 
əsrlərdə”  kitab-albomu  və  ekspedisiyanın  internet  səhifəsi  barədə  geniş  məlumat 
verdi. 
Tədbir  iştirakçılarından  akademik  Teymur  Bünyadov,  AMEA  muxbr  üzvü 
İlyas  Babayev,  tanınmış  arxeoloqlardan  Əsədulla  Cəfərov,  Arif  Məmmədov, 
Abuzər  Ələkbərov,  etnoqraf  alimlərdən  Tofiq  Babayev,  Qəzənfər  Əlizadə  və 
başqaları çıxış edərək Ulu öndərin tarixi-mədəni irsə qayğısı ilə bağlı xatirələrini, 
habelə  Ağsuda  aparmaqda  olan  arxeoloji  tədqiqatlarla  bağlı  öz  ürək  sözlərini 
bildirdilər.  Rayonun  millət  vəkili  Ərəstun  Cavadov,  kimya  elmləri  doktoru  Mirəli 
Alosmanov,  Bico  kənd  orta  məktəbin  tarix  müəllimi  Yaşar  Qarayev,  rayon  təhsil 
şöbəsinin  müdiri  Tahir  Xasi  və  başqaları  çıxış  edərək  ağsulular  adından  orta  əsr 
Ağsu  şəhər  yerində  aparılmaqda  olan  tədqiqatların  gedişinin  bütövlükdə  rayon 
ictimaiyyəti tərəfindən maraqla izlənildiyini bildirdilər. 
*** 
Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  87-ci  ildönümü 
münasibətilə  Ağsu  rayonunda  keçrilən  silsilə  tədbirlər,  ATV,  ATV  international, 
İTV və Lider TV tərəfindən çəkilərək xəbər proqramlarında efirə verilmişdir. 
 
AĞSUDA “ARXEOLOJĠ TURĠZM VƏ MUZEYLƏR” SEMĠNARI 
 
Mayın 18-də Beynəlxalq Muzeylər günü  münasibətilə  Ağsu rayonunda bir 
sıra  tədbirlər  keçirilmişdir.  Günün  birinci  yarısında  rayon  məktəblərinin  müəllim 
və  şagirdləri  orta  əsr  Ağsu  şəhər  yerində  aparılmaqda  olan  arxeoloji  qazıntılarla 
yaxından tanış olmuş, açıq dərslər keçilmişdir. 
Günün  ikinci  yarısında  Rayon  Tarix  Diyarşünaslıq  Muzeyində  Ağsu 
arxeoloji 
ekspedisiyası 
üzvlərinin, 
Ağsu 
Rayon 
İcra 
Hakimiyyəti 
nümayəndələrinin,  rayonun  muzey  işçiləri  və  ziyalıların  iştirakı  ilə  Beynəlxalq 
Muzeylər  gününə  həsr  olunmuş  “Arxeoloji  turizm  və  muzeylər”  mövzusunda 
seminar keçirilmişdir. 
Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, 
Ağsu rayon İcra Hakimiyyəti başçısının  müavini  Akif Mirzəyev, İtaliyadan dəvət 
olunmuş  Milan  Politexnik  Universitetinin  professoru,  bərpaçı-memar  Luici 
Skrinzi,  Ağsu  rayon  Tarix  Diyarşünaslıq  Muzeyinin  direktoru  Sevda  Dəmirova, 
Heydər  Əliyev  Mərkəzinin  direktoru  Reyhanə  Tacızadə  rayon  ərazisində  aparılan 
son arxeoloji qazıntılardan, üzə çıxmış bina və emalatxanaların sonrakı taleyindən, 
bərpa  və  konservasiyasından,  tədqiqindən,  arxeoloji  turizmin  Azərbaycanda 
yayılması  zərurətindən,  Ağsunun  turizm  imkanlarından,  muzeylərin  arxeoloji 
turizmin inkişafında tutduğu mövqedən danışmışlar. 


202 
 
Milli  Azərbaycan  Tarixi  Muzeyinin  şöbə  müdiri,  tarix  elmləri  namizədi 
Fariz  Xəlilli  “Orta  əsr  Ağsu  şəhəri”  arxeoloji  turizm  kompleksi  layihəsi  və 
Azərbaycanda arxeoloji turizm perspektivləri” mövzusunda çıxış etdi: 
Azərbaycan  ərazisi  çoxminillik  tarixin  bu  günə  daşıyıcısı,  azərbaycanlılar 
bu tarixin yaradıcısıdır. Quruçaydan başlayan tarix daha çox arxeoloji tədqiqatların 
nəticəsində  üzə  çıxır,  sənəd,  mənbə  mahiyyəti  qazanır.  Bu  gün  bütün  dünyada 
maraq  doğuran  turistik  yerlər  məhz  arxeoloji  qazıntılar  zamanı  üzə  çıxan 
mədəniyyət  abidələridir.  Qədim  tarix  həmişə  cəlbedici  olub,  indi  də  cəlbedicidir. 
İstər böyük şəhərlərə, istər kiçik şəhər və qəsəbələrə yolu düşən turistlərin gözü yer 
altından aşkar olunan tapıntıları axtarır. Muzeylərdə  mühafizə və nümayiş olunan 
arxeoloji materiallar da bu baxımdan çox əhəmiyyətlidir. Yerli və xarici turistlərin 
arxeoloji  materialların  nümayiş  olunduğu  vitrinlərin  qarşısında  necə  heyrətlə 
dayandıqları çox rast gəlinən haldır. 
2010-cu  ilin  mart  ayından  etibarən  “Miras”  Mədəni  irsin  öyrənilməsinə 
kömək  İctimai  Birliyinin  təşəbbüsü  və  Ağsulu  ziyalıların  yaxındən  dəstəyi  ilə 
“Orta  əsr  Ağsu  şəhəri”  Arxeoloji  Turizm  Kompleksi  layihəsinin  həyata 
keçirilməsinə başlanmışdır. 
Məqsəd  Azərbaycanın  turizm  marşurutlarından  kənarda  qalmış  Ağsu 
rayonunun  tarixi abidələrini tədqiq  etmək və nüməyişə hazır  vəziyyətə gətirməklə 
turistlərin diqqətini bu bölgəyə çəkməkdir. 
Ağsu  şəhəri  XVIII  əsrdə  Azərbaycanın  əhalisinin  sayına  görə  ən  böyük 
şəhəri  idi.  1735-ci  ilin  mayında  Nadir  şah  tərəfindən  Ağsu  kəndi  yaxınlığında 
tikdirilən qala uzun müddət bu bögədə ən əhəmiyyətli iqamətgah olmuşdur. 
Nadir  şahın  bölgəyə  təyin  etdiyi  hakimlər,  Şirvan  xanları  bu  qalada 
otururdular.  Ağsu  qalası  Nadir  şaha  qarşı  Şirvan  zadəganlarının  üsyanlarının 
mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, 
Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları 
Mustafa  xan  Dəvəli  və  Əliqulu  xan,  rus  sərkərdəsi  qraf  Valeryan    Zubov, 
Naibüssəltənə  Abbas  Mirzə  hücum  etmiş,  mühasirədə  saxlamış,  bəziləri  almış, 
bəziləri  kor-peşman  geri  qayıtmışlar.  XVIII  əsrin  məşhur  səyyahları  Samuel 
Qmelin,  Biberşteyn,  Bronevski  və  başqaları  bu  qala  haqqında  yazmışlar.  Ağsuda 
iki  dəfə  taun  xəstəliyi  yayılmış,  xeyli  insan  bundan  vəfat  etmişdi.  Şirvan  xanları 
dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi. 
Şəhər ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar 
sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm müdafiə 
sistemi  ilə  möhkəmləndirilib.  Cənub  divarlarının  uzunluğu  632,6,  şimal 
divarlarının  uzunluğu  629,5,  şərq  divarlarının  uzunluğu  637,3,  qərb  divarlarının 
uzunluğu isə 630 metrdir. 
“Orta  əsr  Ağsu  şəhəri”  Arxeoloji  Turizm  Kompleksi  layihəsi  çərçivəsində 
AMEA  Arxeologiya  və  Etnoqrafiya  İnstitutu  və  Milli  Azərbaycan  Tarixi 
Muzeyinin  birgə  Ağsu  arxeoloji  ekspedisiyası  orta  əsr  Ağsu  şəhərində  tədqiqata 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə