Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə97/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

203 
 
başlamışdır.  Əvvəlcə  indiyə  qədər  yalnız  8  kv.m.  sahədə  kəşfiyyat  səviyyəsində 
öyrənilmiş  şəhər  yerinin  nisbətən  təpə  və  çuxurların  az  olduğu  hissəsində  qazıntı 
işlərinə  başlanılmışdır.  Qazıntı  16x40  metr  olmaqla  600  kv.m.-dən  çox  sahəni 
əhatə edirdi. 
Tədqiqat  nəticəsində  məlum  oldu  ki,  qazıntı  sahəsinin  mərkəzindən  daş 
döşəməli  şəhər  küçələrindən  biri  keçir.  Küçənin  5  m  cənubunda  şəhər 
meydanlarından  biri  üzə  çıxmış,  meydanın  qərb  hissəsində  iri  bina  qalığı  aşkar 
olunmuşdur. 
Meydanın cənubunda boyaq dükanı və ya anbarından 5 ədəd iri boyaq küpü 
və 1 ədəd su küpü üzə çıxıb. Boyaq küplərinin divarında və ətrafında qırmızı boyaq 
izləri  vardı.  Həmin  boyaq  nümunələri  toplanılmış,  Türkiyədə  Türk  Kültür  Vakfı 
Təbii  Boyaq  Laboratoriyasında  analiz  olunmaq    üçün  göndərilmişdir.  Maraqlıdır 
ki,  Ağsu  şəhər  əhalisindən  toplanan  verginin  yarısından  çoxusu  elə  boyaqdan 
alınan vergilər idi.
 
Boyaq dükanından çox maraqlı şirli və şirsiz saxsı məmulatı, şüşə qablar da 
aşkar  edilib.  Şüşə  qablardan  biri  Londonda  istehsal  olunmuş  içki  şüşəsidir.  Rus 
hərbçilərinin  məktublarında  Şirvan  xanlığında  kəndlilərin  belə  imkanlı  olduqları 
onların  evlərində  ingilis  istehsalı  məişət  əşyalarının  üstünlük  təşkil  etməsi  ilə 
əlaqələndirilir. 
Boyaq  dükanının  qərb  tərəfində  tikiş  dükanının  olduğu  buradan  aşkar 
edilmiş  geyim  hissələri,  yumaqlar,  düymələr,  qayçı,  oymaqlar,  möhür,  metal 
tikmələrdən  aydın  olur.  Döymə  üsulu  ilə  çox  incə  hazırlanmış  ürək  formalı  və 
insan təsvirli metal lövhə bəzək elementi kimi geyim üzərinə tikilirdi. Həmin bəzək 
əşyası Ağsu arxeoloji ekspedisiyasının loqosu kimi qəbul edilmişdir. 
Toxucu dükanının qərb tərəfində iri dəmirçi sexi fəaliyyət göstərib. Burada 
çoxlu ocaq qurğuları, daşdan dəmirçi dəzgahının hissəsi, daş təknə, daş zindan, daş 
və mis tökmə qəliblər, mis qaşıq və cam, 100 kq-dan çox dəmir külçə və çıxarlar, 
dəmirçi  alətləri,  hazır  dəmir  əşyalar  bu  sexin  şəhərin  əsas  dəmirçilik 
mərkəzlərindən olduğunu göstərir. 
Dəmirçi  sexində  iş  bölgüsünə  uyğun  olaraq  sümük  ustası  və  misgər  də 
fəəliyyət  göstərib.  Sümük  çıxarlar,  yarımfabrikat  və  hazır  sümük  məhsullar  bu 
sexdə  geniş  sümük  işinin  olduğunu  göstərir.  Sümükdən  əsasən  xəncər  və  bıçaq 
dəstələri, bəzək əşyaları və düymələr düzəldilirdi. 
Misgər  isə  mis  əşyalar  düzəltməklə  yanaşı  mis  pullarda  kəsmişdir.  Burada 
kəsilən uzunsov sikkələrin aversində zülfüqar qılıncının təsviri və reversində fulus 
sözü  zərb  edilib.  Şirvanın  birinci  xanı  Hacı  Məhəmmədəli  xan  Lahıc  mahalının 
yaxınlığındakı  Zərnava  kəndindən  olduğu  üçün  bu  və  digər  sikkələrin  üzərinə 
bəzən  “Lahıc”  və  “Məhəmməd”  damğaları  vurulub.  Ümumilikdə  bu  sexdən  300-
dən çox mis və gümüş sikkə aşkar olunub. 
Şəhər küçəsinin şimalında isə Ağsunun çörək tələbatının böyük bir hissəsini 
ödəmək gücündə olan iri təndirlər, çörəkxanalar, ocaq qurğuları aşkar olunub. Bu 


204 
 
təndirlərin  nəinki  çörək  təminatı,  həm  də  müxtəlif  yemək  və  şirniyyatların 
bişirilməsində  də  istifadə  olunduğunu  buradan  tapılmış  çoxsaylı  iri  və  xırda 
buynuzlu heyvan sümükləri də təsdiq edir. Bəzən təndirlərin külfələrinin bir-biri ilə 
əlaqələndirildiyi müşahidə edilir. Təndirlərin bəziləri qalın divarlıdır. Bəzi təndirlər 
isə  nazik  divarlı  olsa  da  onların  divarı  əhatəsində  saxsı  qab  sınıqları  düzülmüş, 
divara  bir  növ  yapılmışdır.  Bəzən  təndirxanaların  ətrafında  daş  hörgülü  podium 
(yayma və hazırlama işləri görülürdü) və dörd ağac dirəkli çardaq olurdu. 
Hal-hazırda  64x32  metrlik  (2048  kv.m.)  IV  qazıntı  sahəsində  tədqiqatlar 
aparılır. Şimal qala divarlarının bir hissəsi və onun cənub tərəfi öyrənilir. 
Mayın  7-də  Ağsu  şəhərində  Ümummilli  üder  Heydər  Əliyevin  anadan 
olmasının  87-ci  ildönümünə  həsr  olunmuş  tədbirlər  silsiləsinə  Ağsu  arxeoloji 
ekspedisiyasının sərgi və təqdimat mərasimləri, ekskursiyalar da daxil idi. 
Ağsu  arxeoloji  ekspedisiyası  və  rayon  məktəbləri  qazıntı  yerində  açıq 
dərslər keçmişlər. 
Bu  sənətkarlıq  məhəlləsinin  qorunması,  konservasiyası  və  nümayişi 
layihənin  əhəmiyyətini  artıracaqdır.  Ekspedisya  üzvlərinin,  memarların  və 
İtaliyadan  dəvət  etdiyimiz  konservasiya  üzrə  mütəxəssislərin  birgə  hazırladıqları 
layihəyə görə tədqiqi  başa çatmış 600 kv.m.-lik qazıntı sahəsinin üzəri  yağış,  qar, 
günəş və  küləkdən qorumaq üçün örtülməlidir. Bu örtük davamlı olmalı, yağış və 
qar  sularına,  küləyə  dözməlidir.  Abidəni  hər  zaman  ziyarət  etmək  imkanları 
yaranmalı, virtual görüntülərdən   isitifadə  edilməlidir. 
Sənətkarlıq  məhəlləsi  olduğu  kimi  saxlanmalı,  aşkar  olunmuş  maddi 
mədəniyyət  nümunələri  burada  nümayiş  etdirilməlidir.  Sənətkarların  fəaliyyəti 
virtual  olaraq  qazıntı  sahəsinə  uyğun  şəkildə  hərəkətə  gətirilməli  və  üçölçülü 
görüntülər  işlənməlidir.  Bu  nəinki  Azərbaycan,  həm  də  dünya  arxeologiyası, 
arxeoloji turizm sahəsi üçün yeniliklər olub, gələcəyə hesablanmışdır.  
*** 
Gün  ərzində  rayon  ictimaiyyətinin  nümayəndələri,  məktəblilər,  qonaqlar 
Tarix-diyarşünaslıq  Muzeyində  təşkil  edilmiş  Ağsu  arxeoloji  ekspedisiyasının  ən 
yeni arxeoloji tapıntılarından ibarət sərgi ilə tanış olmuşlar. 
 
II CHAPTER 
 
HAYDAR ALIYEV SAMPLE OF CAREFUL ATTITUDE  
TOWARDS HISTORICAL CULTURAL HERITAGE 
 
A  range  of  events  was  held  on  the  occasion  of  87-year  anniversary  of 
Nationwide  Leader Haydar Aliyev in Agsu on 7 May. The events were organized 
by Agsu region Executive Power and Agsu Archaeological Expedition. The jubilee 
events were continued over the following scenery. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə