Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə93/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

195 
 
tanış olasınız. O zaman özünüz şahidi olacaqsınız  ki, bəli, Ulu öndərimiz Heydər 
Əliyevin  arzuları  hər  yanda  olduğu  kimi,  onun  çox  sevdiyi  və  isti  münasibət 
bəslədiyi  bizim  Ağsuda  da  çiçək  açmaqdadır.  Qoy,  Ulu  öndərin  ruhu  şad  olsun! 
Qoy,  hər  kəs  bir  daha  eşitsin  ki,  ağsulular  həmişə  olduğu  kimi,  bundan  sonra  da 
Heydər  Əliyev  ideallarına  sadiq  olacaq,  möhtərəm  Prezidentimiz  cənab  İlham 
Əliyev  başda  olmaqla  dövlətimizin  qarşımıza  qoyduğu  bütün  vəzifələri  layiqincə 
icra edəcəklər. 
Diqqətinizə görə sağ olun! 
İndi  isə  mən  çox  məmuniyyətlə  AMEA  Arxeologiya  və  Etnoqrafiya 
İnstitutunun direktoru Maisə xanım Rəhimovaya söz verirəm. 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Arxeologiya  və  Etnoqrafiya 
institutunun direktoru Maisə Rəhimovanın nitqi: 
Hörmətli  xanımlar  və  cənablar!  Bu  gün  bizim  üçün  çox  əlamətdar  bir 
gündür. Biz, Sizinlə birlikdə Ulu öndərin anadan olmasının 87-ci ildönümünü qeyd 
etmək  üçün  Ağsuya  gəlmişik.  Azərbaycanın  dilbər  guşələrindən  biri  olan  Ağsu 
rayonu son vaxtlar  həqiqətən çox gözəlləşib. Buradakı abadlıq və quruculuq işləri 
adamı  valeh  edir.  Elə  bunun  özü  Heydər  Əliyev  idealarının  təntənəsinin  daha  bir 
parlaq nümunəsidir. 
Ulu  öndərin  tarixi-mədəni  irsə  çox  böyük  qayğı  göstərdiyi  hər  kəsə  yaxşı 
bəllidir. Bu baxımdan doğum günü ərəfəsində onun tarixi-mədəni irsin qorunması, 
öyrənilməsi  və  təbliği  işinə  göstərdiyi  qayğıkeş  münasibəti  bir  daha  minnətdarlıq 
hissi  ilə  yad  etmək  hər  birimizin  mənəvi  borcudur.  Hesab  edirəm  ki,  Ağsu  rayon 
İcra  hakimiyyəti  və  Ağsu  arxeoloji  ekspedisiyasının  bu  istiqamətdəki  fəaliyyəti 
təqdir  olunmalıdır.  Tariximizin  öyrənilməsinə  göstərdiyi  diqqət  və  qayğıya  görə 
“Miras”  Mədəni  İrsin  Öyrənilməsinə  Kömək  İctimai  Birliyinin    rəhbərliyi  və 
təəssübkeşləri  də alqışlanmalıdır. Birgə səylərin nəticəsi göz qabağındadır. Baxın, 
qısa  vaxt  ərzində  Azərbaycanın  mühüm  orta  əsr  şəhərlərdən  biri  olan  Ağsunun 
tarixinin öyrənilməsi istiqamətində necə də faydalı işlər görülüb.  Şəhər ərazisində 
genişmiqyaslı  arxeoloji  qazıntılar  aparılması,  oradan  tapılmış  maddi  mədəniyyət 
nümunələrinin  sistemləşdirilərək  sərgidə  nümayiş  etdirilməsi,  Ağsu  tarixinə  dair 
kitabın hazırlanaraq nəfis şəkildə nəşr olunması və nəhayət, bununla bağlı internet 
səhifəsinin  təqdimatı  -  razılaşın  ki,  bunların  hər  biri  həm  vacib,  həm  də  çox 
əhəmiyyətli  işlərdir.  Mən  bütün  bunlara  görə  Ağsu  arxeoloji  ekspedisiyasının 
bütün  heyətinə,  şəxsən  ekspedisiyanın  rəbəri  Qafar  müəllimə  ürəkdən  təşəkkür 
edirəm.  Onlar  tapşırılmış  işin  öhdəsindən  layiqincə,  həm  də  yüksək  peşəkarlıqla 
gəlmişlər.  Mən  əminəm  ki,  gələcəkdə  biz  sizinlə  birlikdə  Ağsu  arxeoloji 
ekspedisiyasının daha böyük uğurlarının və yeni-yeni layihələrinin şahidi olacağıq. 
Hörmətli xanımlar və cənablar! Məlumat üçün bildirim ki, şəxsən prezident 
İlham  Əliyevin  xüsusi  diqqəti  və  qayğısı  sayəsində  Azərbaycan  ərazisində 
arxeoloji  tədqiqatların  miqyası  ildən-ilə  artmaqdadır.  Keçən  il  Arxeologiya  və 
Etnoqrafiya İnstitutu  nəzdində 40-a yaxın arxeoloji ekspedisiya  fəaliyyət göstərib. 


196 
 
Yalnız son bir il ərzində Azərbaycanın arxeoloji xəritəsinə onlarla yeni abidə daxil 
edilib.  Muzeylərimizin  arxeoloji  fondu  yeni  və  nadir  tapıntılar  hesabına  daha  da 
zənginləşib.  Müsbət  haldır  ki,  dünyanın  bir  sıra  ölkələrinin  arxeoloqları,  o 
cümlədən  ABŞ,  Fransa,  Almaniya,  Yaponiya,  Cənubi  Koreya  və  Gürcüstan 
arxeoloqları da Azərbaycan abidələrinin tədqiqinə böyük maraq göstərirlər. Həmin 
ölkələrin alimlərinin iştirakı ilə fəaliyyət  göstərən birgə ekspedisiyalar təbiidir  ki, 
həm  də  xalqlarımız  və  dövlətlərimiz  arasındakı  mədəni-siyasi  əlaqələrin  daha  da 
möhkəmlənməsinə xidmət edir. 
Arxeologiya  və  Etnoqrafiya  İnsitutunun  gördüyü  işlər  barədə  çox  danışa 
bilərəm. Amma mən istərdim ki, qarşıda duran vəzifələr barədə daha çox düşünək. 
Ulu  öndərin  nəsihətlərinə,  vəsiyyətlərinə  və  arzularına  layiq  olmaq  üçün  biz  daha 
böyük hədəflər uğrunda mübarizə aparmalıyıq. 
Hörmətli  Ənvər  müəllim!  Çıxışımın  sonunda  Sizə,  bütünlüklə  Ağsu 
rəhbərliyinə  tarixi-mədəni  irsə  qayğıkeş  münasibətinizə  görə  bir  daha  dərin 
təşəkkürümü və minnətdarlığımı bildirirəm. 
Arzu edirəm ki, ağsulular novbəti illərdə də dövlətimizin qurucusu olan Ulu 
öndər Heydər Əliyevin doğum günlərini bax, bu cür bayram təntənələri şəraitində 
qeyd etsinlər. 
Diqqətinizə görə sağ olun! 
Ağsu  arxeoloji  ekspedisiyasının  rəisi,  tarix  elmləri  doktoru  Qafar 
Cəbiyevin nitqi: 
Hörmətli xanımlar və cənablar! 
İcazə  verin,  Ulu  öndərin  əziz  xatirəsinə  ehtiram  əlaməti  olaraq  Bakıdan 
təşrif  buyuraraq  tədbirimizə  qatılan  çox  hörmətli  qonaqları  Ağsu  arxeoloji 
ekspedisiyasının  kollektivi  adından  ürəkdən  salamlayım,  onlara  xoş  gəlmisiniz, 
deyim! 
Qonaqlarımız  arasında  Azərbaycan  Milli  Elmlər  Akademiyası  rəhbərliyini 
təmsil edən, xalqımızın qürur yeri olan çox hörmətli elm adamlarımız var. Mən ilk 
olaraq  Akademiyanın  vitse-prezidenti,  Milli  Azərbaycan  Tarixi  Muzeyinin 
direktoru,  tanınmış  şərqşünas  alim,  akademik  Nailə  xanım  Vəlixanlını 
salamlayaraq, ona xoş gəlmisiniz demək istəyirəm. 
Azərbaycanda  aparılan  bütün  arxeoloji  tədqiqatlar  bir  mərkəzdən  idarə 
olunur.  Bu,  Akademiyanın  Arxeologiya  və  Etnoqrafiya  İnstitutudur.  Arxeoloji 
ekspedisiyaları  təşkil  edən  də,  ona  rəhbərlik  və  nəzarət  edən  də  məhz  bu 
institutdur.  Arxeologiya  və  Etnoqrafiya  İnstitutu  əməkdaşlarının  fədakar  əməyi 
sayəsində  hər  il  onlarla  yeni-yeni  abidə  aşkar  edilərək  tədqiq  olunur.  Bu  gün 
Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  direktoru,  hamımızın  sevimlisi  Maisə 
xanım  Rəhimova  başda  olmaqla  institutun  təcrübəli  alimlərindən  ibarət  böyük 
heyət buradadır. Gəlin, əvvəlcə Maisə xanımı məxsusi olaraq bir də salamlayaq. 
Bir zaman əlimizdən tutaraq elmin çətin yollarında bizə bələdçilik edən, bu 
gün Azərbaycanda arxeologiya və etnoqrafiya elminin ağsaqqalları olan akademik 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə