Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə92/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

193 
 
Saat 11:30-da rayon tarix diyarşünaslıq muzeyində orta əsr Ağsu şəhərindən 
tapılmış maddi mədəniyyət nümunələrindən ibarət xüsusi sərginin açılışı olmuşdur. 
Sərgidə  orta  əsr  Ağsu  ustalarının  istehsal  etdiyi  rəngarəng  çeşidli  sənətkarlıq 
məmulatı nümunələri,  yerli əhalinin məişət və təsərrüfat həyatının göstəricisi olan 
əşyalar,  zəngin  numizmatik  materiallar,  o  cümlədən  yerli  pullar,  dünyanın  ən 
müxtəlif  ölkələri  və  şəhərləri  ilə  olan  intensiv  ticarət  və  mədəni  əlaqələrindən 
xəbər  verən    nadir  tapıntılar    nümayiş  etdirilmişdir.  Qonaqlar,  ziyalılar,  rayon 
ictimaiyyətinin nümayəndələri sərgi ilə ətraflı tanış olmuşlar.  
Saat  12:00-da  Ağsu  rayon  mədəniyyət  sarayında  Ulu  öndərin  anadan 
olmasının  87-ci  ildönümü  münasibətilə  elm  adamlarının  və  rayon  ictimaiyyəti 
nümayəndələrinin  iştirakı  ilə  geniş  toplantı  keçrilmişdir.  Toplantını  giriş  sözü  ilə 
Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmışdır. 
Ağsu rayon Ġcra hakimiyyətinin baĢçısı Ənvər Seyidəliyevin nitqi:  
- Hörmətli qonaqlar! Əziz ağsulular! 
İcazə  verin  öncə  çox  hörmətli  qonaqlarımızı  -  akademik  Nailə  xanım 
Vəlixanlını,  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  direktoru  Maisə  xanım 
Rəhimovanı,  elmimizin  ağsaqqallarından  olan  akademik  Teymur  Bünyadovu, 
görkəmli  arxeoloq,  AMEA  müxbir  üzvü  İlyas  Babayevi,  digər  elm  adamlarını 
ürəkdən  salamlayım,  onlara  xoş  gəlmisiniz  deyim.  Mən  Bakıda  yaşayan,  işləyən 
rayonumuzun  adını  daim  ucaldan  ağsulu  alim  və  ziyalıların  da  bu  günkü  tədbirə 
qoşulmasından məmunluğumu bildirmək istəyirəm. İcazə verin, sizlərin timsalında 
Ağsunun  bütün  elm,  sənət  və  mədəniyyət  adamlarını  da  ürəkdən  salamlayım. 
Seçicilərə verdiyi vədə daim əməl edən, rayonun ictimai həyatında yaxından iştirak 
edən,  bir  sözlə,  hər  zaman  bizimlə,  ağsulularla  bir  yerdə  olan  çox  hörmətli  millət 
vəkilimiz Ərəstun Cavadov bu gün də bizimlə bir yerdədir. Gəlin, hamılıqla onu da 
ürəkdən salamlayaq. Hörmətli xanımlar və cənablar! Ölkəmizin hər yerində olduğu 
kimi  Ağsu rayonunda  da  Ümumilli lider  Heydər Əliyevin  anadan olmasının  87-ci 
ildönümü  münasibəti  ilə  silsilə  tədbirlər  keçirilməkdədir.  Ulu  öndərin  əziz 
xatirəsinə  ehtiram  əlaməti  olaraq  idarə,  müəssisə  və  əmək  kollektivlərində,  təhsil, 
səhiyyə  və  mədəniyyət  müəssisələrində,  ayrı-ayrı  yaşayış  məntəqələrində  demək 
olar ki, hər gün bir-birindən rəngarəng və yaddaqalan tədbirlər keçirilir. 
Bununla  da  ağsulular  Ümummilli  liderə  olan  sonsuz  hörmət,  məhəbbət  və 
ehtiramlarını  nümayiş  etdirməyə  çalışırlar. Ağsu arxeoloji ekspedisiyası ilə birgə 
keçirdiyimiz  bu  tədbir  də  həmin  silsilədən  olan  tədbirlərdəndir.  Biz  şadıq  ki, 
ağsuluların  bugünkü  bayram  əhval-ruhiyyəli  tədbirində  Bakıdan  gəlmiş  çox 
hörmətli qonaqlarımız da iştirak edir. İcazə verin, rayon icra hakimiyyəti və bütün 
ağsulular  adından  hörmətli  qonaqlarımızı  ürəkdən  salamlayım  və  onlara  xoş 
gəlmisiniz  deyim.  Sizin  hamınızı  bu  may  təntənələri  münasibətilə  ürəkdən  təbrik 
edirəm. 
Hörmətli  xanımlar  və  cənablar!  Çox  narahat  bir  dünyada  yaşayırıq. 
Dünyanın ayrı-ayrı nöqtələrindən hərgün həyəcanlı xəbərlər eşidirik. Milli və dini 


194 
 
zəmində olan toqquşmalar, diplomatik qalmaqallar, təbii və siyasi kataklizmlər bir-
birini  əvəz  edir.  Bəşəriyyətin  dincliyini,  sakitliyini  sanki  kimlərsə  bilərəkdən  və 
məqsədli surətdə pozmağa çalışır. Görün, Qafqazda və MDB məkanında nələr baş 
verir! 
İndi  bütün  bunların  fonunda  bir  Azərbaycana  baxın!  Şükürlər  olsun  ki, 
bizdə  sakitlikdir,  əmin-amanlıqdır.  Ölkənin  hər  yerində  dinamik  inkişaf, 
genişmiqyaslı  abadlıq  və  quruculuq  işləri  gedir.  İqtisadiyyat  sürətlə  inkişaf  edir, 
regionların  siması  günü-gündən  yeniləşir.  Bütün  bunların  əsası  Ulu  öndər 
tərəfindən qoyulub. 
Möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  sözləri  ilə  desək,  “Müstəqil 
Azərbaycan Heydər Əliyevin şah əsəridir”. 
Bütün  Azərbaycan  xalqı  kimi,  ağsulular  da  çox  məmundurlar  ki,  Ulu 
öndərin  müəyyən  etdiyi  kurs  onun  siyasi  varisi,  hamımızın  sevimlisi  möhtərəm 
cənab  Prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi  ilə  uğurla  davam  etdirilməkdədir. 
Ağsulular bu kursu ürəkdən bəyənir və onu hamılıqla müdafiə edirlər. 
Hörmətli  xanımlar  və  cənablar!  Ağsu  aranı  da,  yaylağı  da  olan  gözəl  bir 
məkandır. Ağsu həm də tranzit yolun üstündə olan bir rayondur. İnsanlar lap qədim 
zamanlardan  bu  yerlərdə  özlərinə  məskən  salarkən  sözsüz  ki,  hər  şeydən  öncə 
məhz bu amilləri nəzərə alıblar. 
Xatırladım  ki,  Ağsu  rayonu  ərazisində  yaşı  7  min  ilə  çatan  qədim  yaşayış 
yerləri  var.  Qədim  Azərbaycan-Albaniya  dövlətinin  mühüm  şəhərlərindən  olan 
Mehrəvanın qalıqları bizim rayondadır. Böyük sərkərdə, dövlət xadimi və diplomat 
olan  Cavanşirin  adını  daşıyan  qədim  yaşayış  yeri  də  Ağsudadır.  Arxeoloq 
alimlərimiz  tərəfindən  Ağsu  rayonu  ərazisində  aparılan  tədqiqatlar  zamanı 
tariximizin öyrənilməsi üçün mühüm əhəmiyyəti olan çox qiymətli tapıntılar aşkar 
edilib.  Özünüz  də  şahid  oldunuz  ki,  bu  gün  Ağsu  arxeoloji  ekspedisiyası 
tariximizin qaranlıq nöqtələrinin araşdırılması istiqamətində çox səmərəli iş aparır. 
Biz  bütün  bunlara  görə  hörmətli  alimlərimizə,  ekspedisiyanın  bütün  üzvlərinə 
ürəkdən  minnətdarıq.  Tədqiqatların  gələcəkdə  də  uğurla  davam  etdirilməsi  üçün 
bizdən asılı olan bütün məsələlər bundan sonra da vaxtında öz həllini tapacaqdır. 
Mən  Ağsu  arxeoloji  ekspedisiyasının  təşkilinə  və  onun  səmərəli 
fəaliyyətinin  təmin  olunmasına  görə  Milli  Elmlər  Akademiyasının  rəhbərliyinə,  o 
cümlədən  Nailə  xanım  şəxsən  Sizə  öz  təşəkürümü  və  minnətdarlığımı  bildirirəm. 
Mən  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  Ağsu  abidələrinin  öyrənilməsinə 
xüsusi  diqqət  və  qayğı  göstərdiyinə  görə  İnstitutunun  direktoru,  çox  hörmətli 
Maisə  xanıma,  onunla  birlikdə  bu  gün  tədbirimizdə  iştirak  edən  arxeoloq  və 
etnoqraf  alimlərə  də  Ağsu  ziyalıları  və  ictimaiyyəti  adından  təşəkkürümü  və 
minnətdarlığımı yetirirəm. 
Möhtərəm  qonaqlar!  Mən  bu  qısa  nitqimdə  bilərəkdən  son  illər  Ağsuda 
görülən  genişmiqyaslı  tikinti,  abadlıq  və  quruculuq  işləri  barəsində  danışmadım. 
Mən  istəyirəm  ki,  Siz  özünüz  Ağsunu  qarış-qarış  gəzəsiniz,  yeniliklərlə  özünüz 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə