Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 
 
38
 
              
 
Şək.11.Orta okean silsilələrində 1 maqnit anomaliyaları profillər 
üzərində aparılan maqnit planaalma: a-nəzəri hesablama; b-praktiki 
alınan nəticələr (A.Emilyaya və  Q.Henrikiyə görə). L-orta okean 
silsiləsi oxundan yaşı t olan bazalta qədər olan məsafə; I-bazaltların 
maqnitliyi (düzünə);  II-əksinə. 
 
Onlar bu anomaliyaları, okean dibi qabığının aralanmasını 
(spredinq), eyni zamanda onun genişlənməsini, vulkanizm nəticə-
sində okean dibinin bazalt qatının aralanmasının izahını vermişlər. 
Bazalt lavasının açılmış çatlara dolaraq soyuması və temperaturun 
Kürü temperaturundan aşağı düşdüyü zaman lavanın həmin 
dövrdə yerdə mövcud olan maqnit sahəsi istiqamətində maqnit-
lənməsinə  səbəb olmasını göstərmişlər. Beləliklə, maqnit 
anomaliya sahələrinin zolaqlar üzrə Yerləşməsi və zolaqların 
okean dağ silsilələrinin hər iki yamacında paralel Yerləşməsi bir 
tərəfdən orta okean silsilələrinin yaşını  və spredinqin mərhələ-
lərini, digər tərəfdən həmin silsilələr yaranmağa başlanan andan 
bu vaxta qədər dəfələrlə Yerin maqnit sahəsinin istiqamətinin 
dəyişməsini müəyyən etməyə imkan verdi. (şəkil 11). 
Göstərilənlərlə yanaşı paleomaqnit tədqiqatlar spredinqin (açılıb-
bağlanmaları) və litosfer plitlərin üfüqi istiqamətdə  hərəkət 
sürətini təyin etməyə imkan verdi. 
Geoloji xəritəalma maqnit kəşfiyyatının  ən səmərəli və 
effektli istifadə olunduğu sahədir. Bu məsələləri aeromaqnit 
kəşfiyyat üsulu ilə asanlıqla və tez Yerinə yetirmək olar. Həmin 
üsul eyni zamanda platforma sahəsində istənilən qalınlıqda çökmə 


 
 
39
 
süxur qatı altında yatan kristallik bünövrənin vulkanik süxur 
massivlərinin maddi tərkibini müəyyən etməyə imkan verir. 
  Maqnit planaalma qalın çökmə süxur layları altında qranit, 
qabro, peridodit və başqa maqmatik kütlələrin konturlarını böyük 
dəqiqliklə xəritəyə almağa imkan verir.  
Əlverişli  şəraitdə maqnit kəşfiyyatı neft və qaz yataqlarını özündə 
Yerləşdirən  əlverişli strukturaları ayırmağa imkan verir (şəkil  12).    
Maqnit planaalmanın köməyi ilə, regional dərinlik qırımları ilə 
məhdudlaşan zonaları, qırlıb dağılma zonaları, istənilən dərəcəli 
tektonik pozulmaları və parçalanma zonalarını aşkar edib izləmək 
mümkündür (şəkil 13). 
Maqnitli dəmir filizi polimetallar (qurğuşun filizi, nikel və 
gümüş), boksit, nikel, almaz və başqa faydalı qazıntı yataqlarının 
axtarışı  və  kəşfiyyatı  şübhəsiz ki, əsasən maqnit kəşfiyyatına 
əsaslanır. Maqnit filizi maqnit kəşfiyyatı üçün məlum  əlverişli 
obyektdir. 
14-cü  şəkildə  Z
a
 maqnit sahəsi filiz layın konturunu, eyni 
zamanda filizi daşıyan strukturun qərb qanadının kəsildiyini və 
qırılma ilə məhdudlaşdığını dəqiq göstərir. 
Sibir platformasının cənubunda  Şərqi Sibirdə Anqara-İlim 
maqnetit yatağı mənfi işarəli maqnit anomaliyası bir neçə min nTl 
ampli                                                                                               
    
                                
 
Şək.12.  Antiklinal strukturalar üzərində maqnitk fiyyatının 
nəticələri  (a-v A.A.Dzabayevə görə); 1-eyni  dərinlik xətləri metrlərlə;  


 
 
40
 
2-
∆Τ izoxətləri Tl-la; 3-antiklinalın  əyilib dağılan  ərazisində yayılma 
oblastı; 4-
∆Τ qrafiki; 5-palçıq vulkanları. 
                                                              
  
 
 
 
Şək.13
∆Z qrafikinin planı (a) və tektonik pozulmalar  (b),  sxem 
maqnitlənmiş  süxur layı üzərində maqnit anomaliyasının  
yerdəyişməsini müəyyən etməklə tərtib edilib. 
 
tuda ilə  xəritəyə alınıb (şəkil 15). Belə hadisə Yer kürəsinin 
başqa regionlarında məlum deyil. Əsasən almaz yataqları  qədim 
vulkanların partlayış borularında  əmələ  gəlir. Partlayış boruları 
xüsusi tərkibli maqnitli süxurlardan ibarətdir. Partlayış kimberlit 
borularının  şaquli kəsiyi yumurta formalı silindrdən ibarətdir və 
eninə ölçüləri bir neçə yüz metrə çatır. Bunun üzərində maqnit 
anomaliyasının  


 
 
41
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək.14. Kremençuk 
maqnit 
anomaliyasının cənub qurtaracağı 
üzərində 
Z
a
 izoxətlərin planı: 
1-maqnetit filizi 
(dəmirli 
kvarsitlər); 2-kasıb filizlər;3- şistlər; 4-qranit və qneyslər; 5-qırılma; 6-
Z
a
 izoxətləri 1000 nTl;  7-müşahidə profilləri. 
 
                     


 
 
42
 
amplitudu 10-dan bir neçə min nTl-ya qədər dəyişir. Bunlar zəif 
maqnit sahəli çökmə süxurlar fonunda dəqiq xəritəyə alınır. 7-ci 
şəkildə Sibir platformasının mərkəzində kimberlit boru tipli 
kütlələri kəsən profil üzrə aparılan maqnit planaalma xəritəsində 
hər bir kimberlit borusu lokal maqnit anomaliyalarına uyğun gəlir. 
Maraqlı burasıdır ki, bunlar kristallik bünövrədə  əsas süxur 
massivlərində regional maqnit anomaliyaları fonunda özünü 
göstərir. Boksitlər özlərini zəngin gil torpaq süxurlar kimi 
göstərir. Boksitlər aliminium istehsalı üçün xammal kimi istifadə 
olunur.    
 
         
 
 
Şək.15. Neryundik yatağı üzərində aparılan kompleks geofiziki 
işlərin nəticələri: 1-sərbəstdüşmə  təcilinin 
∆g qrafiki; 2-maqnit 
sahəsinin  şaquli hissəsinin 
∆Z qrafiki; 3-təbii elektrik sahəsinin 
potensiallar fərqi 
∆U
ep 
qrafiki; 4-maqnetit filizi; 5-trapplar; 6-çökmə  
süxurlar. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə