Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 
 
23
 
malikdirlər. Bu üsul geoloji məsələləri, obyekt üzərində yaranan 
fiziki sahələri ölçməklə  və sahənin paylanma xarakterini təhlil 
etməklə öyrənir. Bu sahələrə seysmik, maqnit, qravitasiya, 
radioaktiv, elektromaqnit və s sahələr daxildir 
Geofiziki tədqiqat üsulları iki böyük qrupa ayrılır. Birinci 
qrup Yerin yaratdığı təbii fiziki sahələrin öyrənilməsinə əsaslanır. 
Buna maqnit, qravitasiya, radioaktiv və termoaxtarış üsulları 
daxildir. 
İkinci qrup geofiziki üsullarla tədqiqatçılar tərəfindən süni 
yolla yaradılan fiziki sahələr daxildir. Buraya seysmik, elektrik və 
nüvə fizikası daxildir. 
Bu təsnifat  şərti xarakter daşıyır. Hər bir geofiziki üsul 
müxtəlif modifikasiyalara malikdir və bunlardan bir neçəsinin 
bölgüsü hələlik araşdırılmayıb. 
Geofiziki kəşfiyyat üsulları texniki cəhətdən bir neçə 
istiqamətlərə ayrılır: uzaq məsafədən, yaxud aerokosmik, Yerüstü, 
yaxud çöl, dəniz və Yeraltı. Yeraltı geofizika üsulu dağ-mədən 
istehsal sahələrində axtarış  işləri ilə quyularda aparılan geofiziki 
işləri birləşdirir. Bu üsullar vasitəsi ilə (maqnit, elektrik, akustik, 
seysmik və s) quyuda geoloji kəsilişləri öyrənmək mümkündür. 
Kəşfiyyat geofizikası istifadə olunmasına görə regional, neft 
və filiz qruplarına bölünür. Birinci və ikinci adətən struktur 
geofizika adı altında birləşdirilir. 
Geofiziki üsullar nəinki filizləri, eyni zamanda qeyri-filiz 
yataqlarının, habelə hidrogeoloji və mühəndis geoloji məsələlərin 
həllində  tətbiq edildiyinə görə filiz geofizikası da geofiziki 
üsullarla birləşdirilmişdir. 
Geofiziki kəşfiyyat tətbiqi elmlərə aid olmaqla litosfer 
geofizikasının bir bölməsidir. Axırıncı, yəni litosfer geofizikası: 
hidrosfer, atmosfer, kosmik geofizika ilə birlikdə ümumi geofi-
zikada birləşdirilir ki, bu da Yerin əmələ  gəlməsini, quruluşunu, 
strukturunu, müxtəlif fiziki sahələrin intensivliyini, Yerin 
daxilində və onun ətrafında baş verən fiziki prosesləri öyrənir. 
Kəşfiyyat geofizikasının nəzəri əsaslarını fizika və riyaziyyat 
qanunları  təşkil edir. Bu üsul geologiyadan fərqli olaraq, dəqiq 


 
 
24
 
elmlərə aiddir. Fiziki sahələrin dəqiq ölçülmə texnikası  dəqiq 
mexanikanın, radioelektronikanın, avtomatika və s. bilikləri tələb 
edir. Geofiziki tədqiqatların nəticələrinin təhlili, tətbiqi riyaziyyat 
üsullarından və hesablama maşınlarından istifadə olunmasını tələb 
edir. 
 Bütün bunlara baxmayaraq geofizika geologiya elmi olaraq 
qalır və ümumi geologiya, geotektonika, struktur geologiya, 
metallogeniya, faydalı qazıntı yataqlarının öyrənilməsi, mühəndis 
geoloji yası, və hidrogeologiya ilə  sıx  əlaqədardır. Geofiziki 
üsullar daim bu üsulların hər birini tamamlayaraq zənginləşdirir 
və onlara əməli olaraq fundamental məlumatlar verməklə Yerin 
quruluşu haqqında yeni-yeni fikirlər söyləməyə imkan verir. XX 
əsrin  ən böyük iki kəşfini göstərmək kifayətdir. Bunlardan biri 
planetimizin daxili quruluşunun dairəvi-konsentrik zonalardan 
ibarət olması, ikincisi isə yeni qlobal tektonika ideyasının 
meydana çıxmasıdır. Yer qabığının bir neçə  nəhəng litosfer 
plitlərdən ibarət olması  və mantiyanın plastik kütləsi üzərində 
horizontal yerdəyişməsi müasir keotektonikanın fundamental 
nəzəriyyəsidir. 
Geofiziki üsulların geniş yayılması  və geoloji kəşfiyyat 
işlərində tətbiq olunması əsasən iki səbəbdən irəli gəlir: birinci bu 
üsul Yer qabığının geoloji quruluşu haqda geniş  dəqiq məlumat 
verərək,  çox hallarda geoloji axtarış və kəşfiyyat işlərinin istiqa-
mətinin xarakterini kökündən dəyişməyə  gətirib çıxarır.  İkinci 
asan açıla bilən yataqların ehtiyatının azalması ilə  əlaqədar 
kəşfiyyat geofizikasının rolunun artmasıdır. Bu üsul üst hissələrin 
qalın çökmə süxurlar ilə örtülən filiz yataqlarının, qeyri-struktur 
neft və qaz yataqlarının aşkar edilməsində böyük əhəmiyyətə 
malikdir. Demək olar ki, geofiziki tədqiqatlar axtarış quyuları ilə 
birlikdə qalın üst örtüklü yataqların axtarılması  və Yerin dərin 
qatlarında Yerləşən mineral xammalın üzə çıxarılmasında əvəzsiz 
rola malikdır. 
 
1.11. GEOFİZİKİ ANOMALİYA ANLAYIŞI 


 
 
25
 
Hər bir geofiziki-kəşfiyyat işləri zamanı qarşıda duran əsas 
məsələ ardıcıl olaraq tədqiqat aparılan geoloji məkanda filiz 
kütləsini, filizi özündə saxlayan kütlədən ayırmağa gətirib çıxarır. 
Geoloji üsulla belə  məsələləri həll etdikdə süxurun mineral 
tərkibi, strukturu, rəngi və geoloji obyektin başqa  əlamətləri də 
öyrənilir. Bu işlər  əvvəlcə dağ-mədən işləri ilə, yaxud süxurun 
erroziya yolu ilə üstü açılan hissəsində aparılır. 
Filiz kütlələrinin geofiziki üsulla ayrılması obyekt üzərində 
yaranan özünəməxsus fiziki sahələrin ölçülməsi ilə  həyata 
keçirilir.  Bu da o halda səmərəli olur və süxurun sıxlığı, maqnit, 
radioaktivlik, elektrik və başqa xassələri bir – birindən xeyli fərqli 
olsun, tədqiq olunan obyekt ölçmə cihazlarından çox dərinlikdə 
Yerləşsin, üstü qalın çökmə süxurlarla örtülmüş olsun, geoloji 
kütlənin fiziki parametrləri onu özündə Yerləşdirən süxurlarn 
parametrlərindən çox fərqlənsin. Belə olan halda fiziki sahələr bir-
birindən o qədər kəskin fərqlənəcəklər ki, bu da öz növbəsində 
anomaliyalar  şəklində  təzahür edəcəkdir. Anomaliya aşağıdakı 
səbəblərlə əlaqədar yaranırlar: 1-axtarılan obyekt özünü təbii fizi-
ki sahə mənbəyi kimi göstərir, məsələn (maqnetit və  yaxud uran 
yatağı, müvafiq olaraq güclü maqnit, radioaktiv anomal sahələr 
yaradır), 2-həmin obyektlər süni yaradılmış sahələrin 
paylanmasını  təhrif edir, məsələn, kvars damarı Yerə buraxılan 
cərəyan üçün ekran rolu oynayır, kristallik bünövrənin səthi isə 
sınan seysmik dalğa üçün sərhəd rolunu oynayır. Bəzi hallarda hər 
iki səbəb özlərini birlikdə göstərirlər. 
Beləliklə, geofiziki anomaliya dedikdə biz fiziki sahənin təh-
rif olunduğunu başa düşürük. Bu geoloji kütlələrin təsiri nə-
ticəsində  əmələ  gəlir. Anomaliya normal fiziki sahə  zəminində 
yaranır, yəni istənilən mühitdə və ərazidə belə paylanma mövcud 
ola bilər. Bircinsli mühit üzərində bircinsli sahə yaranır. 
Geofiziki anomaliya və normal fiziki sahə məfhumu kəşfiyyat 
geofizikasının əsas məfhumu olmaqla geofiziki üsulun  hər növü 
üçün ayrıca dəqiqləşdirilir. Tədqiqat sahəsində normal fiziki sahə 
nə  qədər sakit (aramlı) olsa onda həmin  ərazidə olan kiçik 
amplitudalı anomaliyaları daha dəqiqliklə  təyin edə bilərik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə