Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 
 
54
 
ölçmələr vaxtı qravimetrlər möhkəm özüllər üzərinə qoyulur. 
Ağırlıq qüvvəsini dənizdə uçan aparatlarda ölçməyin mümkün-
lüyü problemi də müvəffəqiyyətlə  həll olunub. Hazırda dənizin 
dibi üçün uzaq məsafədən idarə olunan qravimetrlərdən geniş 
istifadə olunur. Aeromaqnit planaalmaya başlanmasından cəmi 
iyirmi ildən az vaxt keçməsinə baxmayaraq bu üsulun tətbiqindən 
böyük nəticələr  əldə edillmişdir. Müasir aeroqravimetrlər ağırlıq 
qüvvəsi sahəsinin qiymətini 0,4 mQal orta kvadratik xəta ilə 
ölçməyə imkan verir. 
Qravi kşfiyyatın praktiki tətbiqləri. 
Qravimetrik 
kəşfiyyatın köməyi ilə  həll olunan geniş miqyaslı praktiki 
məsələlər yalnız seysmik üsulla müqayisə oluna bilər. Yerin 
formasının təyini, kosmik gəmilərin trayektoriyalarının 
hesablanması, Yer kürəsinin daxili quruluşunun tədqiqi: nəhəng 
struktur elementlərin sərhədlərinin ayrılması (litosfer plitələrin, 
platformaların, qırışıqlıq qurşaqlarının, dərin qırışıqlıq zonaları və 
s.) neft və qaz ehtiyatı ola bilən strukturaların və digər faydalı 
qazıntı yataqlarının axtarışı  işində qravikəşfiyyatın böyük 
əhəmiyyəti var. 
 
3.5. Yer Ay və Günəş sistemlərinin digər planetlərinin 
formalaşmasının öyrənilməsi 
Bizim planetin kürə formasında olması insanlara çox qədim 
zamanlardan məlumdur. Yunan alimi (bizim. e. ə. 276-196-ci 
illərdə) ilk dəfə olaraq Yerin meridianının uzunluğunu ölçmüş və 
tamamilə düzgün qənaətləndirici nəticə almışdır.  İ.Nyuton 
ümumdünya qanununu kəşf etmiş  və onu Yerin formasını  təyin 
etmək üçün tətbiq etmişdir. O, sübut etmişdir ki, bizim planetimiz 
kürə formasında deyil, fırlanan ellipisvarı formadadır və onun 
sıxılmasının qiymətini hesablamışdır. Sonralar isə planetin 
hamarlanmış  səth məfhumunu daxil etdilər. Bu səth hər nöqtədə 
təsir edən ağırlıq qüvvəsinə perpendikulyardır
Süni peyklərin və kosmik gəmilərin meydana çıxması ilə 
bunların traektoriyalarının hesablanması üçün Yerin təsir 
sahəsinin sərhədini bilmək vacibdir. Kosmik qravimetriya və 


 
 
55
 
geodeziya üsulları Yerin, Ayın, Marsın və digər planetlərin 
öyrənilməsi üçün beynəlxalq əməkdaşlıq meydanına çevrilmişdir. 
Yer geoid formasındadır, hərfi mənası “Yerə  bənzər”, geoidin 
forması  hər hansı  həndəsi fiqur kimi, riyazi olaraq təsvir edilə 
bilməz. Geoidin səthi okeanın səthinə uyğun gəlir, quruda onun 
vəziyyətini yalnız təxmini olaraq Yerin qravitasiya sahəsi ilə təyin 
etmək olar. 
Yerin ağırlıq qüvvəsinin planetdə  nə  dərəcədə düzgün dəqiq 
paylanmasının bizə  məlum olduğu, yerdən buraxılan süni 
peyklərin, kosmik gəmilərin və planetlərarası stansiyaların 
orbitlərinin yüksək dəqiqliklə hesablanması buna sübutdur. 
 
3.6. Yerin daxili quruluşunun tədqiqi 
Qravikəşfiyyatın aldığı  nəticələrə görə Yer kürəsinin cazibə 
qüvvəsinin təsiri altında yaranması güman olunur. Məhz qravitasi-
yanın hesabına ağır elementlər planetin daxili dərin qatlarında, 
 
yüngül elementlər isə üst qatlarda toplanıb. Yer qabığının konsen-
trik quruluşa malik olmasının səbəbi ağırlıq qüvvəsidir. Yerin 
daxilində maddələrin sıxlığının dəyişmə qrafiki ağırlıq qüvvəsinin 
qabarma variasiyasının analizi nəticəsində qurulub. Yer kürəsi 
daxilində sıxlığın düzgün paylanması ehtimalı 19-cu şəkildə gös-
tərilmişdir. 
                             


 
 
56
 
         
 
 
Şək.19. Yerin daxilində ağırlıq qüvvəsinin və sıxlığın paylanması 
 
Sıxlığın qiyməti Yer qabığının alt qatının sərhədində 
sıçrayışla dəyişir. Belə keçid nüvədə maye zona ilə  bərk zona 
arasında da mövcuddur. Əgər oxucu bir və 19-cu şəkilləri 
müqayisə etmiş olsa, onda Yerin daxili quruluşunun müasir 
təsəvvürlərə əsasən düzgün izah olunduğunu başa düşər. 
Yer qabığının quruluşunun öyrənilməsi hazırda  əsasən 
qravimetrik seysmik üsulların köməyi ilə aparılır. Yer qabığının 
alt qatı Maxoroviçiç sərhədini ilk dəfə Yuqoslaviya alimi təyin 
etmişdir. Bu sərhədə həmin alimin  şərəfinə onun adı verilmişdir. 
Yer qabığının  ən qalın hissəsi Yer kürəsinin quru hissəsində 
yüksək dağ sistemləri altında qeyd olunmuşdur. Qitələrin altında orta 
qalınlıq 30 km, bəzi ərazilərdə isə 50-70 km-ə çatır (şəkil 20). 
Beləliklə, demək olar ki, Yer qabığının alt səthi güzgü kimi 
üst relyefin böyüdülmüş orta qiymətə gətirilmiş əksidir. Bu sübut 
izostaziya fərziyyəsilə yaxşı izah olunur, mənası da aşağıdakına 
gətirib çıxarır. Yer qabığı ayrı-ayrı bloklar formasında qabığın alt-
ında Yerləşən plastik maqmaya batmış kütlə hesab olunur. Bloklar 


 
 
57
 
elə bil maqmada üzür, bu da Arximed qanununa tabedir, üstdən 
hansı blok çox yüklənibsə, onun alt hissəsi daha dərinə çökübdür. 
Nəticədə  səthdə olan artıq kütlə  aşağıda çatışmayan hissəsi ilə 
tarazlaşır. Bu tarazlaşma xüsusən qravitasiya anomaliyasının 
paylanmasında özünü göstərir və Yer səthində    Yerləşən 
kütlələrdən olduqca zəif asılıdır.    
Ərazinin indiki dövrdə regional geoloji öyrənilməsi hökmən 
qravikəşfiyyat üsulunun tətbiq olunması ilə aparılır. Hər bir 
nəhəng geotektonik ərazinin qravitasiya sahəsi özünəməxsus 
xüsusi xarakterə malik olmaqla, Yer səthinin quruluşunun 
xüsusiyyətlərini və Yer qabığının dərin qatlarının quruluşunu 
özündə yüksək dərəcədə əks etdirir.  
Qravikəşfiyyatla dəniz səviyyəsindən aşağı 
səviyyələr 
platformalardan ayrılır. Bunlar arasındakı  sərhəd tez-tez 
 
anomaliya şəklində qravitasiya pillələri kimi xəritəyə alınır və bu 
səviyyələr sərbəstdüşmə  təcilinin kəskin fərqlənməsi ilə qed 
olunur. Qravitasiya pillələri adətən Yer qabığının dərin qatlarına 
uyğun gəlir və  dərinlik qırılmaları ilə bir-birindən ayrılırlar. 
Qırılmalarla sərhədlənən çökmə və başqa süxurlardan ibarət olan 
Yer qabığı blokları  şaquli hərəkətlərlə qalxmaya, enməyə  məruz 
qalırlar. 
Dəniz səviyyəsindən aşağı  səviyyələr qurşaqlar mənfi 
anomaliya ilə, ağırlıq qüvvəsi  100 mQal amplituda ilə qeyd olunur. 
Bu Yer qabığının artmasını  və bunun hüdudunda Yer qabığının alt 
qatlarında sıxlığı çox olan kütlələrin, qırışıqlıq dağ sistemlərinin qatları 
altına girməsini göstərir. Platforma ərazilərində  ağırlıq qüvvəsinin 
qiyməti normal sahənin qiymətinə yaxındır. Bu fonda lokal 
∆g 
anomaliyalar aşkar olunur və bu 10 mQal-dan çox olmur. Bu 
əsasən üç səbəblə: kristallik özülün üst qatının relyefindən (şəkil 
21a),  özülün qeyri bircinsli tərkibindən (şəkil 21b) çökmə süxur 
qatının quruluşundan və tərkibindən irəli gəlir (şəkil  22). Şəkil 21 
əyani olaraq geofiziki tədqiqatların çox qiymətli olduğunu 
göstərir, bizim misalda isə qravikəşfiyyatın nəticələrinin bir 
qiymətli təyin olunmadığı görünür. İki 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə