Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 
 
58
 
 
 
Şək. 20. Yapon adaları ərazisində en dairəsi profili boyunca qitə (I) 
və okean qabığının quruluşu (II) (X.Kunoya görə): 
1-qranitlər, çökmə və metamorfik süxurlar; 2-qabro; 3-peridoditlər;  4-
zəlzələ ocaqları; 5-Yer qabığı; 6-mantiya; 7- Moxo sərhədi. 
 
           
 
 
Şək. 21. Ağırlıq qüvvəsinin kristallik özülün səthinin quruluşundan 
(a) və süxurun tərkibindən (b) asılılığı. Süxurlar: 1-çökmə örtüyü; 2 və 3 
kristallik özülün qabro və qranitləri.  
müxtəlif geoloji kəsiliş üzərində  sərbəstdüşmə  təcilinin 
dəyişmə qrafiki eynidir. Bu halda qravitasiya anomaliyasının 
geoloji təbiəti haqda inandırıcı  nəticə  çıxarmaq üçün digər 
geofiziki üsulun köməyi ilə obyekt haqda məlumatı olmalıdır. 


 
 
59
 
Seysmik kəşfiyyat ilə özülün üst qatının vəziyyəti haqda 
məlumat ala bilərik. Qranit massivlərində  sərbəstdüşmə  təcilinin 
kiçik qiymətə malik olması haqda alınan göstəricilər obyekti 
özündə Yerləşdirən süxurun bir qayda olaraq böyük sıxlığa malik 
olmasını göstərir.  İntruziv, qabro, peridoditlər ağırlıq qüvvəsinə 
görə müsbət anomaliyalarla xəritəyə alınır. Bu və ya digər 
qravitasiya sahəsi yarada bilən obyekt dərinlikdə Yerləşirsə, Yerin 
səthində geniş aydın olmayan qravitasiya anomaliyası yaradır. 
Neft və qaz yataqlarının axtarışı. 
Qravikəşfiyyat qarşısında 
duran ən vacib məsələlərdəndir. Qravikəşfiyyat dolayı yollarla da 
olsa seysmik kəşfiyyatla birlikdə bu problemi səmərəli həll edir. 
Geofiziki üsullar çökmə süxurlarda günbəzvarı strukturaları çox 
dəqiqliklə aşkar edir, lakin onun neftli-qazlı olub olmaması 
sualına cavab verə bilmir. Adətən günbəzin üzərində müşahidə 
olunan ağırlıq qüvvəsinin müsbət anomaliyasının amplitudu bir 
neçə on mQal–a çatır (şəkil 22). Bu günbəzin sıxlığının onu örtən 
çökmə süxurun sıxlığından çox olmasını göstərir. Günbəzvari 
strukturaları təşkil edən süxurlarn tərs qiymətində, yəni günbəzin 
sıxlığı azaldıqda bunun üzərində ağırlıq qüvvəsinin kiçik qiymətli 
mənfi anomaliyası müşahidə olunur (şəkil 22). 
Bu, xüsusilə duz günbəzləri üzərində aydın müşahidə edilir. 
Daşduz az sıxlığa malik olduğuna görə kütlə çatışmazlığına 
gətirib çıxarır (şəkil 22v, cədvəl 3).  
Filiz yataqlarının axtarışı.
 Dəmirxrom, polimetallar, mis və 
nikelin axtarışları qravikəşfiyyatla çox müvəffəqiyyətlə aparılır. 
Filiz yataqları böyük sıxlığa malik olmasına baxmayaraq, 
həcminin kiçik olması  nəticəsində az əlavə kütləyə malik olur, 
neft-qaza  əlverişli olan strukturlarla müqayisədə filiz yataqları 
üzərində çox da böyük olmayan ağırlıq qüvvəsinin anomaliyası 
müşahidə olunur. Bunun amplitudası mQal-la ölçülür. 
                     


 
 
60
 
     
 
   
Şək. 22. 
Dərin geoloji strukturların planaalınmasında 
qravikəşfiyyatın istifadə olunması: a-bünövrənin üst hissəsinin 
qalxması; b-antiklinalın qübbəsində yüngül gilli süxurlarn qalınlığının 
artması; v-duz günbəzi (diapir struktur):1-gilli-qumdaşlı çöküntülər; 2-
gibs anhidrit qatı; 3-karbonat süxurlar; 4-daşduz; 5-gil; 6-kristallik 
bünövrənin səthi. 
 
Buzlaqlıqların tədqiqi
. Qrenlandiya və Arktikanın buz 
qatlarının qalınlığı  və bunun altında ana süxurlarn relyefinin 
öyrənilməsi qravikəşfiyyatla çox asan və  dəqiqliklə  tədqiq oluna 
bilir. Buzun sıxlığı 0,9 q/sm
3
, süxurun sıxlığı 2,6-3 q/sm
3
 
yaxındır. Beləliklə, buz layında effektli kütlə çatışmazlığı, yəni 
sıxlıq fərqi (1,7-2,1) q/sm
3
 çatır ki, bu da qarşıya qoyulan 
məsələni həll etmək üçün əlverişli şərait yaradır. 
Dənizkənarı  və  dənizin dibinin qravikəşfiyyat üsulu ilə 
tədqiqi orada neft-qaz və filiz yataqları ehtiyatına malik olan 
strukturaları  aşkar etmək məqsədilə aparılır. Eyni zamanda orta 
okean silsilələrinin və okean dibi  Yer qabığının strukturunun 
öyrənilməsi istiqamətində müvəffəqiyyətlə  tətbiq edilir. Gəmi və 
sualtı qravimetrik ölçmələr seysmik kəşfiyyatla birlikdə aparılır. 
 
 
 
 


 
 
61
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSİL IV  
NÜVƏ GEOFİZİKASI 
 
4.1. RADİOAKTİVLİK 
Atomun mürəkkəb quruluşa və parçalanma qabiliyyətinə 
malik olduğu haqda ilk dəfə olaraq ingilis fiziki E.Rezerford 
1891-ci ildə  məlumat vermişdir.  İxtiradan sonra 1896-cı ildə 
A.Bekerl tərəfindən uranın təbii radioaktivliyi aşkar edildi, az 
sonra radiumun, toriumun və poloniumun radioaktivliyi P.Küri və 
M.Skladovskaya Küri tərəfindən açıldı, yeni era başlandı, bunu 
təbii olaraq atom erası adlandırdılar. 


 
 
62
 
Təbii radioaktivlik. 
Bir neçə elementin qeyri stabil 
izotopunun özbaşına parçalanmasına deyilir və müxtəlif tip: alfa, 
betta, qamma kvant buraxmaqla müşayiət olunur. 
 Səthdə radioaktiv şüalanmaları müşahidə etməklə xeyli 
dərinlikdə filiz kütlələrini aşkar etmək olar. Radiometrik və nüvə 
geofizikası üsulunun əsas ideyası bundan ibarətdir. 
Müxtəlif tipli radioaktiv şüalanmanın praktiki əhəmiyyəti 
geologiyada birqiymətli deyil. Alfa şüası  ağır hissəciklərdir, 
helium atomunun nüvəsidir, havanı çox güclü ionlaşdırır və çox 
zəif keçmə qabiliyyətinə malikdir. Nazik dəmir falqa, yaxud kağız 
vərəqi praktiki olaraq 
α hissəciyini tam ekranlayaraq qarşısını alır. 
Betta şüalanma 
β, elektron axınıdır, bunun keçmə qabiliyyəti α 
hissəciyinin keçmə qabiliyyətindən yüksəkdir, lakin bu da çöl 
geofizikasında geniş tətbiq oluna bilmir. Əsas səbəb odur ki, betta 
şüalanma mürəkkəb enerji spektrinə malikdir. Ona görə  də 
tərkibində bir neçə izotop olan geoloji obyektləri öyrəndikdə 
bunların hər birinin ayrılıqda betta aktivliyini seçib təyin etmək 
çox çətinlik yaradır, cihazlar bunu cəm betta aktivliyi kimi təyin 
edir. 
Alfa və betta şüalanması əsasən laboratoriya şəraitində süxur 
və filizlərin tədqiqində istifadə olunur, süxur əvvəlcədən toz 
halına salınır. 
Qamma  şüalanma
. Bu kvant selidir, yüksək enerjili 
elektromaqnit  şüalanmasına və yüksək keçicilik qabiliyyətinə 
malikdir. Qamma kvantın havada keçicilik qabiliyyəti 100 metrə, 
süxurlarda isə yarım metrə çatır. Bu da qamma şüalarının Yer 
səthində, havada təyyarədən, yaxud vertolyotdan qeyd edilməsinə 
imkan yaradır. Qamma planaalmanın praktiki cəhətdən dərinliyi 
bir neçə metrdir. Filiz kütləsi onun üstünü örtən boş çöküntülərdə 
radioaktiv elementlərin təkrar oreal səpələnməsini əmələ gətirir. 
Təbiətdə  təbii radioaktivlik mənbəyi uran elementi sırasına 
daxil olan elementlərdən ibarətdir-  radium, torium, aktinouran 
(aktinium), kalium-40 izotopu. Birinci üç radioaktiv ailənin hər 
birinin 15-18 müxtəlif parçalanma dövrlü  radioaktiv izotopu 
hesablanmışdır. Yarıparçalanma dövrü T elə zamandır ki, həmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə